Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə7/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   2   3   4   5   6   7   8   9   10   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

22

tərksilah edilməsini tələb edirdilər. Azərbaycan milli elitasının və siyasi 



qüvvələrinin nümayəndələrinin şəhərdə gərginliyin daha da dərinləş-

məsinin qarşısını almaq üçün göstərdikləri bütün cəhdlər son nəticədə 

təsirsiz qaldı. (33) Müsavatçıların “Açıq söz” qəzeti müsəlman əhalisinə 

emosiyalara qapılmamaq çağırışı ilə müraciət etdi, amma bütün bunlara 

baxmayaraq müharibə başlandı. (34) 

 Şəhərin müsəlman əhalisinin azərbaycanlılara mənsub olan ictimai 

binalarının qarşısında və müsəlman məhəllələrində qeyri-mütəşəkkil şə-

kildə səngərlərin qazılması və “bir mauzerlə və beş patronla” “top və pu-

lemyotlara” cavab verilməsi (35) ilə ifadə edilən müqaviməti bir sutkadan 

da az müddətdə davam etdi. Şəhərin mərkəzi və istisnasız olaraq bütün 

müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin silahlı 

hücumuna və aeroplanlardan bombardmana məruz qaldı. Xəzər donan-

masının sahilə gətirilmiş gəmiləri isə öz toplarını onlara tuşlayaraq fa-

siləsiz atəşə tutdu. 1918-ci il martın 31-də azərbaycanlı əhalinin nümayən-

dələri köməksiz müsəlmanların qırğınına son qoyulması xahişi ilə Bakı 

Sovetinə, şəxsən Şaumyana müraciət etdilər və tam təslim əlaməti olaraq 

ağ bayraqlar qaldırdılar. Azərbaycanlıların təslim olması ilə kifayətlən-

məyən bolşeviklər və daşnaklar “Müsavat”a və Müsəlman Milli Şurasına 

ultimatum təqdim etdilər. Ultimatumda müsəlmanlardan “açıq şəkildə 

və qeyd-şərtsiz Bakı Sovetinin hakimiyyətini tanımaq, azərbaycanlıların 

“Vəhşi diviziya” adlanan hərbi hissəsinin Bakı və onun ətraf kəndlərin-

dən kənara çıxarmaq, həmçinin Bakı-Tiflis və Bakı-Petrovsk dəmir yolu-

nu açmaq kimi təcili tədbirlərin görülməsi tələb edilirdi”. (36)

 “Bu tələblərdən bəziləri bilərəkdən absurd xarakter daşıyırdı. Məsələn, 

azərbaycanlılar və onların siyasi təşkilatları hətta istəsələr belə, Bakı-Pet-

rovsk dəmir yolunun fasiləsiz fəaliyyətini təmin edə bilməzdilər, çünki 

onlar bu dəmir yoluna bütün məsafə boyu nəzarət etmirdilər. O ki qal-

dı azərbaycanlı hərbi qulluqçuların Bakının ərazisindən çıxarılması-

na, məhz Bakı Sovetinin bolşevik-daşnak liderləri özləri mart hadisələri 

ərəfəsində onlara şəhərin hüdudlarını tərk etməyə imkan verməmişdilər”. 

(37) Bununla belə, qan tökülməsinin dayandırılması və şəhərin dinc azər-

baycanlı əhalisinin həyatının mühafizəsi xətrinə ultimatum elə həmin 

gün “Müsavat” rəhbərliyi tərəfindən qəbul edildi. Lakin, “elan edilmiş 

barışığa” baxmayaraq, şəhərin müsəlman məhəllələrinin talan edilməsi, 

yanğınlar törədilməsi, yollarda və şəhər ətrafı kəndlərdə erməni silahlı 



23

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

quldur dəstələri tərəfindən insanların məhv edilməsi davam edirdi. Bü-

tün bu hallara göz yuman Bakı Soveti rəhbərliyi isə davamsız olaraq yeni 

tələblər irəli sürürdü. Bakıdakı İran konsulunun da hadisələrin gedişinə 

müdaxilə etməyə və sonradan məlum olduğu kimi, mart hadisələri qur-

banlarının arasında çoxlu sayda onun da həmvətənlərinin – İran vətən-

daşlarının həlak olduğu qırğının qarşısını almağa yönəlmiş səyləri heç 

bir nəticə vermədi.

Qeyd olunmalıdır ki, 1918-ci ilin əvvəlində yalnız Bakı və onun ət-

raf kəndlərində 70 minə yaxın əksəriyyəti etnik azərbaycanlı olan İran 

vətəndaşları işləyir və yaşayırdı. İstər sayına, istərsə də şəhərin sosial-iq-

tisadi həyatının müxtəlif sahələrində tutduqları mövqeyə görə onlar Bakı 

cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edirdilər. Kifayət qədər fəal və 

işgüzar bir insan olan İran konsulu Məhəmməd Said-əl Vəzarə Marağayi 

isə şəhərin rəsmi və ali dairələrə daxil olan tanınmış və hörmətli xarici 

diplomatlardan biri hesab olunurdu. O, Azərbaycan və rus dillərini yax-

şı bilir, yerli adamlarla öz dillərində danışır və nitqlər edirdi. İran vətən-

daşlarının arasında İranla Qafqaz şəhərləri arasında ticarətin ayrı-ayrı 

sahələrinə nəzarət edən və Bakıda öz kontorları, daşınmaz əmlakı, mağa-

zaları və s. olan milyonçular, iri və orta tacirlər zümrəsi var idi. Çoxsaylı 

xırda iranlı tacirlər də şəhərin ticarət həyatında əhəmiyyətli rol oynayır-

dılar. Bu əhali qrupunun daha böyük hissəsi isə neft sənayesində, əsasən, 

qara fəhlə işləyirdi. Eyni zamanda şəhərdə yüzlərcə bədbəxt, yaşamaq 

üçün hər növ vəsaitdən məhrum olan və Bakının küçələrində dilənçi 

həyatı keçirən “iranlılar” var idi. Tamamilə aydındır ki, Bakının mərkəzi 

küçələrini və yaşayış məhəllələrini əhatə edən 1918-ci il qanlı mart ha-

disələri İran vətəndaşlarının özlərindən, eləcə də onların əmlakından 

yan keçə bilməzdi. Təsadüfi deyil ki, küçə döyüşlərinin və atışmalarının 

ilk qurbanları əksər hallarda məhz bu evsiz-eşiksiz insanlar, “Əlahəzrət 

İran şahının” təbəələri oldular. Hadisələrdən az sonra həm İranda, həm 

də Bakıda çıxan İran qəzetləri bu haqda dəfələrlə yazmaqla, əsas günahı 

öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi bacarmamış İran kon-

sulunda görürdülər. Halbuki, mart hadisələrinin ikinci günü erməni qul-

durlarından gizlənən yüzdən artıq İran vətəndaşlarının sığınacaq tapdığı 

İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən ələ keçi-

rilmiş, konsulun özü, konsulluğun əməkdaşları ilə birlikdə əsir götürül-

müşdü. Yalnız Məhəmməd Said-əl Vəzarənin Bakı Sovetinə dəfələrlə mü-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

24

raciətindən sonra əsir İranlı vətəndaşları azad etmək mümkün olmuşdu 



və bu zaman konsulun özü də daxil olmaqla bu insanlara konsulluğun 

binasını tərk etməmək əmri verilmişdi. (38) Lakin bolşeviklərin xəbər-

darlığına baxmayaraq, İran konsulu bir neçə rus dənizçisi ilə birlikdə Ba-

kının küçələrinə çıxaraq, müsəlmanların müdafiə olunduğu İçəri Şəhər 

Qalasına gəlmiş və Qalanı toplardan atəşə tutan Xəzər donanmasının rus 

əsgər və matrosları tərəfindən hərbi əməliyyatların dayandırılması üçün 

həqiqətən çox səy göstərmişdi. (39) Lakin, Said-əl Vəzarənin bolşeviklərlə 

danışıqları zamanı “günahsız müsəlman, qadın və uşaqlara qarşı vəhşilik-

lərin dayandırılması”, habelə “müharibədə iştirak etməyən yüzlərlə İranlı 

vətəndaşların ölümünə səbəb olan şəhərin bombalanmasına dərhal son 

qoyulması” kimi tələbləri eşidilməmiş qalmışdı. (40) 

Son nəticədə müsəlmanların kütləvi qırğını azərbaycanlılarla barışı-

ğa rəsmi şəkildə razılaşmış Bakı Soveti tərəfindən deyil, aprelin 2-də (21 

martda) 36-cı Türküstan alayının qətiyyətli tələbi və artıq vəziyyəti başa 

düşmüş Xəzər rus dənizçilərinin əks təqdirdə Bakı Sovetinin tabeçiliyin-

dən çıxmaq hədələri sayəsində dayandırıldı: “Dənizçilər əgər ermənilər 

müsəlman qırğınlarını dayandırmazsa, şəhərin erməni hissəsinə toplar-

dan atəş açacaqları ilə hədələdilər, “Ərdəhan” və “Krasnovodsk” hərbi gə-

miləri şəhərin şərq hissəsində yerləşən limanlara yaxınlaşdı”. Həmçinin 

“dörd dəhşətli gündən” sonra İcraiyyə Komitəsinin sədri Caparidzenin 

“ciddi müdaxiləsi” də öz nəticəsini verdi. (41)

 1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki 

olaraq bir həftə davam etdi, lakin onun üç günü görünməmiş amansızlıq-

la qəddarlıq və azğınlıq edən daşnak dəstələri tərəfindən şəhərin azərbay-

canlı-müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin xüsusilə 

kütləvi xarakteri ilə səciyyələnirdi.

Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəl-

man qəsəbələrini bürüyən azərbaycanlı qırğınları yalnız şəhərin hüdud-

ları ilə məhdudlaşmırdı. Həmin günlər erməni quldur dəstələri Bakının 

yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə 

soxulur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirir, şəhər kə-

narı yollarda pusqular qururdular. 1918-ci ilin martında Bakı kəndlərinin 

Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zab-

rat, Sabunçu, Ramana, Xırdalan və digər kəndlərin sakinləri erməni silah-

lı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə