Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə8/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   4   5   6   7   8   9   10   11   ...   137

25

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

“Həmin günlərdə Bakının küçələrində və onun ətraf kəndlərində 1917-

ci ilin fevralında Petroqradda döyüşlər və ya oktyabrda “qansız” bolşevik 

çevrilişi zamanı ölənlərdən daha çox adam həlak olmuşdu. Əgər qurban-

ların sayı nəzərə alınarsa, mart hadisələri rus inqilabı dövründə ən dəh-

şətli epizodlardan biri olmuşdur”. (42) 

Mart hadisələri zamanı həlak olanların dəqiq sayını müəyyən etmək, 

təbii ki, mümkün deyil, xüsusilə hadisələrin ilk 3-4 günü ərzində bolşe-

vik-daşnak dəstələri azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn et-

məyə izn vermədikləri nəzərə alınarsa. Meyitlərin sayı isə o qədər çox idi 

ki, onların şəhərin küçə, həyət və evlərindən yığışdırılması bir neçə gün 

davam etmiş və bu iş müxtəlif şəxslərdən ibarət ayrı-ayrı dəstələr tərə-

findən görülmüşdür. Sənədlərdən aydın olduğu kimi, müsəlmanların çox-

larının meyitləri həm hadisələrin baş verdiyi günlərdə, həm də sonradan 

ermənilər tərəfindən yanan evlərin içindəki alova, quyulara və dənizə atı-

lırdı. Təsadüfi deyil ki, mart hadisələrinin gedişində həlak olanların sayı-

na dair bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif rəqəmlər göstərilir.

Məsələn, S.Şaumyan özü mart hadisələrinə siyasi qiymət verməyə ilk 

cəhd edənlərdən biri olmaqla, bu hadisələri “vətəndaş müharibəsi” kimi 

səciyyələndirərək, aprelin 13-də Moskvaya göndərdiyi hesabatında “hər 

iki tərəfdən qətlə yetirilənlərin sayının üç mindən artıq” olduğunu göstə-

rirdi. (43) Ermənilər özləri bu hadisələri bolşeviklərlə müsəlmanlar ara-

sında hakimiyyət uğrunda mübarizə kimi qələmə verirdi və erməni yepis-

kopu Baqrat iddia edirdi ki, guya qanlı mart günlərində cəmi min nəfər: 

300 erməni və rus, 700 müsəlman öldürülmüşdür. (44) Yepiskop Baqratın 

bu məsələlərdə mövqeyi aşağıda daha ətraflı nəzərdən keçiriləcəkdir. 

Artıq qeyd edildiyi kimi, mart faciələri günlərində həlak olmuş müsəl-

manların arasında çoxlu sayda İran vətəndaşları var idi və İran qəzetləri 

hadisələrdən sonra dərhal vətənə qayıtmağa müvəffəq olmuş öz vətən-

daşlarının son məlumatlarına istinad edərək, iddia edirdilər ki, “mühari-

bənin 3-4 günü ərzində 2000 nəfər qətlə yetirilmiş və onlardan 500 nəfər-

dən çoxu iranlılar olmuşdur”. Həmçinin qeyd edilirdi ki, həlak olanların 

arasında İran konsulunun 21 yaşlı qardaşı da var idi. (45) Lakin konsul 

Məhəmməd Said Marağayi sonralar başqa bir rəqəm gətirərək yazırdı 

ki, “yalnız onun tərəfindən təşkil edilmiş komissiya tərəfindən küçə və 

həyətlərdən 5000-dən artıq qətlə yetirilmiş müsəlman, iranlı və qeyri- 

iranlıların meyitləri toplanmış və dəfn edilmişdi.” (46)




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

26

M.Ə.Rəsulzadə, baş vermiş faciəni milli qırğın kimi səciyyələndirərək 



göstərirdi ki, məhv edilmiş müsəlmanların sayı 10 min nəfərə çatmışdı, 

və onların böyük hissəsini fəhlələr və aralarında minlərlə qadın, uşaq 

və silah daşıya bilməyən adamların olduğu əhalinin kasıb təbəqələri 

təşkil edirdi. (47) Artıq mart hadisələri araşdırıldıqdan sonra Fövqəla-

də Təhqiqat Komissiyasının ümumiləşdirilmiş məruzəsinə əsasən, hə-

lak olmuş yalnız türk-müsəlman əhalisinin daha çox ehtimal olunan 

sayı səsləndirilmişdi: 11 min nəfər. Az sonra daha dəqiq rəqəm – 12 min 

nəfər –göstərilmişdir. (48)

Azərbaycanlılara qarşı vəhşiliklərin dəhşətli miqyası həmin dövrdə 

şəhərdə fəaliyyət göstərən siyasi partiyaların heç birini biganə qoymamış, 

həmçinin mülki əhali və digər xalqların nümayəndələrində xüsusilə ağır 

təəssürat yaratmışdı. Menşeviklərin “Naş qolos” (Bizim səsimiz) qəzeti 

həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül 

olmuş, doğranmış, eybəcər hala salınmış… “Təzə pir” məscidi artilleriya 

atəşlərindən güclü ziyan çəkmişdir… Patrul 6-cı polis sahəsinin həyətin-

də 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, onları azad etdi və 

şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi.. Geniş kütlələr qəzəb və 

nifrətlə dolub-daşır, bu hisslər getdikcə qəzəbli intiqam hissinə çevrilir 

ki, onların qarşısını almaq elə də asan olmayacaq.” (49) Azərbaycanlılara 

və “Müsavat” partiyasına heç bir rəğbəti olmayan bu qəzet də mart ha-

disələrini milli qırğın kimi qiymətləndirirdi və məhz bu mövqeyinə görə 

- “hadisələrə həqiqətə uyğun olmayan qiymət verdiyi və açıq-aşkar qərəz-

li məqalələr” nəşr etdiyi üçün “İnqilabı müdafiə komitəsinin” qərarı ilə 

dərhal bağlandı. (50) 

Bütün azərbaycanlılar – sol təmayüllü müxtəlif partiyaların üzvləri və 

bolşeviklərin ideya müttəfiqləri də bolşevik-daşnak dəstələrinin müsa-

vatçılarla mübarizə bəhanəsi ilə faktiki olaraq məqsədyönlü şəkildə dinc 

azərbaycanlı əhalisini məhv etdiyini anlayır və etiraf edirdilər. Azərbay-

canlı bolşevik S.M.Əfəndiyev yazırdı ki, mart hadisələri zamanı “daşnak-

lar yalnız müsavatçıları deyil, ümumiyyətlə bütün müsəlmanları qırırdı-

lar … Hadisələrin gedişi elə vəziyyət yaratmışdı ki, Sovetin başında duran 

yoldaşlar – Şaumyan, Caparidze və başqaları, özləri daşnakların əsirinə 

çevrilmişdi”. (51) N.Nərimanov Şaumyana və Caparidzeyə yazdığı məktu-

bunda qeyd edirdi ki, “bu hadisələr Sovet hakimiyyətini ləkələmiş və onu 

gözdən salmışdır”, (52) azərbaycanlıların “Hümmət” təşkilatının qəzeti isə 



27

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

yazırdı: “Biz, bolşevik olmaqla, eyni zamanda müsəlman yoxsullarının 

nahaq yerə axıdılan qanının cəzasız qalmasına imkan vermərik. Biz bü-

tün gücümüzlə müsəlmanlara qarşı törədilən bütün o alçaqlıqları aydın-

laşdırmağa çalışacağıq”. (53)

Bununla bərabər, S.G.Şaumyan, hakimiyyətini bolşevik “Hümmət”in 

də qəbul etdiyi Bakı Sovetinin rəhbəri kimi, “müsəlmanlara qarşı alçaq-

lığın törədilməsində” şəxsən özünün və başçılıq etdiyi orqanın birbaşa 

rolunu heç gizlətmirdi və üstəlik, onu “erməni polkunun köməyindən 

istifadə etməyə” “vadar etmiş” əsas səbəbi açıq şəkildə göstərirdi: “Şəhə-

rimizin milli tərkibi bizi qorxudurdu. Biz qorxurduq ki, mübarizə arzuo-

lunmaz çalar ala bilər”. “Vətəndaş müharibəsi nəticəsində yoxsul və ev-

siz-eşiksiz müsəlmanlar kütləsinin zərər çəkdiyini” etiraf etməyə məcbur 

olmasına baxmayaraq, Şaumyan elə oradaca qeyd edirdi: “... qələbə isə o 

qədər böyükdür ki, bu, gerçəkliyə az kədər gətirir”. (54)

Lakin gerçəklik əslində o qədər qanlı və faciəli idi ki, heç kimi - nə 

Azərbaycan əhalisinin geniş təbəqələrini, nə də qonşu İranı, Türkiyəni, 

Türküstanı, Mərkəzi Asiyanı, Rusiyanın müsəlman hissəsini etinasız 

qoya bilməzdi. Ermənilər və bolşeviklər tərəfindən Bakıda dinc müsəl-

man əhalisinin kütləvi şəkildə qırılması bu ölkələrin ictimaiyyətin-

də hədsiz hiddət oyatmışdı. Bütün Bakı cəmiyyəti, o cümlədən həmin 

“dəhşətlə dolu” günləri yaşamış qeyri-müsəlman əhali kimin təqsiri 

üzündən “tamamilə dinc bir şəhərdə belə bir şeyin necə baş verdiyini” 

aydınlaşdırmağa çalışaraq, mart qırğınlarını ən qızğın şəkildə müzakirə 

edirdi. Mübarizə aparan siyasi qüvvələrin özləri isə – bir tərəfdən bol-

şevik-erməni ittifaqı, digər tərəfdən “Müsavat” – artıq qanlı hadisələrin 

başlandığı andan bir-birini əhalinin ayrı-ayrı hissələri arasında silahlı 

qarşıdurma yaratmaqda ittiham edirdilər. Bu zaman “Cənubi Qafqazın 

müqəddəratı həll olunurdu …Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər 

Azərbaycanın paytaxtı elan edilərdi... Müsəlman əksinqilabçı ünsürləri 

bütün Zaqafqaziyada vəziyyətə hakim ola bilərdilər. Əgər onların siyasi 

məqsədi – Zaqafqaziyanı Rusiyadan ayırıb Türkiyə protektorluğuna tabe 

etdirmək məqsədi nəzərə alınarsa – aydındır ki, Bakıda onlar qalib gəl-

səydilər, Zaqafqaziya Rusiya üçün itirilmiş olardı” – deyən S.G.Şaumyan 

açıq şəkildə etiraf edirdi: “Biz bunu dəf etməli idik və biz ilk fürsətdən, 

atlı dəstəmiz üzərinə ilk silahlı hücum cəhdindən istifadə edərək bütün 

cəbhə boyu hücuma başladıq”. (55)




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə