Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə1/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
  1   2   3   4   5   6   7   8   9   ...   137



Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən 

siyasi düşmənlərimizə bənzəyə bilmərik və bənzəmək istəmirik. Biz 

təmkin və soyuqqanlıqla, haqlı olduğumuzu tam dərk edərək təmiz 

vicdanla öz məqsədimizə doğru gedirik və inanırıq ki, ətrafımızda 

olan bütün xalqlara münasibətdə bizim loyallığımız, səmimiliyimiz və 

sadəliyimiz kin və eqoist ehtirasların gözlərini gerçəkliyə qapamadığı 

hər kəs tərəfindən nəhayət ki, etiraf olunacaq və qiymətləndiriləcək.

 Fakt göz qabağındadır. 

Kim istəyirsə yoxlaya bilər.

“Azərbaycan” qəzeti, 8 dekabr 1918-ci il.


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

FÖVQƏLADƏ TƏHQİQAT KOMİSSİYASININ SƏNƏDLƏRİ

BAKI. MART 1918-ci il 

AZƏRBAYCAN QIRĞINLARI 

SƏNƏDLƏRDƏ

Tərtib edən:

Solmaz Rüstəmova-Tohidi

tarix elmləri doktoru, professor

Bakı-2013



“Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” 

silsiləsindən olan bu kitab Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 

yenidən nəşr olunur.

Rüstəmova-Tohidi Solmaz Əli qızı. 

Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə.

Bakı, 2013-cü il, 456 səhifə.

 

Kitab Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 2009-cu ildə 



nəşr olunmuş “Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” (Bakı,864s.) adlı sənəd-

lər toplusunun qisadılmış variantıdır.  

Topluya Azərbaycan Hökumətinin Birinci Dünya müharibəsi başlanandan bütün Cənubi 

Qafqaz ərazisində müsəlman əhalisinə və onun mülkiyyətinə qarşı həyata keçirilmiş zorakı-

lıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixində yaratdığı 

Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən toplanmış və tərtib olunmuş sənədlər daxil 

edilmişdir. Toplu FTK materiallarının yalnız bir hissəsini – 1918-ci il Bakıda mart hadisələ-

rinə aid sənədləri əhatə edir və bolşevik-daşnak birləşmələri tərəfindən bir neçə gün ərzində 

böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan 12 mindən çox dinc sakinin qətlə yetirildiyi 

mart qırğınlarına bilavasitə həmin hadisələri yaşamış insanların gözü ilə baxmağa imkan 

verir. Bakı şəhəri və ətraf kəndlərin dinc müsəlman əhalisinə qarşı erməni hərbi qüvvələri-

nin və yerli erməni əhalisinin bir qisminin vəhşilikləri və amansızlıqları haqqında çoxlu say-

da faktlar, tanınmış, zəngin azərbaycanlıların ünvanlarından ibarət siyahıların əvvəlcədən 

hazırlanması, hərbi əməliyyatların şəhərin müxtəlif hissələrində eyni vaxtda başlanması və 

s. kimi məlumatlar dinc müsəlman əhalisinin məqsədyönlü və  kütləvi şəkildə məhv edil-

məsinə dair planın mövcud olduğunu göstərir. Bu plan isə öz növbəsində erməni millətçilə-

rinin öz gələcək dövlətləri üçün potensial ərazi kimi baxdıqları Azərbaycanın bütün region-

larında müsəlman əhalisinin sayının maksimum azaldılmasına yönəlmiş  daha iri miqyaslı 

əməliyyatların və planların tərkib hissəsi idi. 

Sənədlər toplusuna həmçinin problemin tarixinə həsr edilmiş və müəllif tərəfindən ye-

nidən işlənmiş elmi oçerk, geniş yardımçı-informasiya aparatı, FTK tərəfindən çəkilmiş fo-

to-sənədlər və 1918-ci il Bakı şəhərinin xüsusi məzmunlu xəritəsi daxil edilmişdir. 

ISBN: 978-9952-483-43-7

© Solmaz Rüstəmova-Tohidi

© Heydər Əliyev Fondu

© Heydər Əliyev Mərkəzi




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

5

MÜNDƏRİCAT

Bakıda 1918-ci il mart hadisələri: 

ilkin şərtləri, xüsusiyyətləri, nəticələri .................................................. 6

Azərbaycan Hökumətinin Fövqəladə 

Təhqiqat Komissiyasının yaradılması haqqında qərarları  .................. 88

Fəsil I

Azərbaycanlı sakinlərin şahid ifadələri ................................................ 90



Fəsil II

Azərbaycanlı qadınların şahid ifadələri ................................................ 162

Fəsil III

Müxtəlif millətlərdən olan bakılıların və 

xarici vətəndaşların şahid ifadələri ...................................................... 226

Fəsil IV 

Dəymiş ziyanlar (mülki, sənaye, sosial, ticarət və 

digər obyektlər) haqqında şahid ifadələri ............................................. 266

Fəsil V

Bakı şəhəri və Bakı kəndlərinin sakinlərinin şahid ifadələri 



(1918-ci ilin mart-sentyabr ayları) ........................................................308

Fəsil VI


Məhkəmə-istintaq sənədləri ................................................................. 336

Qeydlər ....................................................................................................... 366

İnzibati-coğrafi adların göstəricisi ......................................................... 411

Əlavə: Bakı şəhərinin və Bakı qəzasının 

əhalisinin 1916-cı ilə olan milli-dini tərkibi

Foto-sənədlər  ............................................................................................. 425

Bakı şəhərinin və Bakı qəzasının 1918-ci il xüsusi məzmunlu xəritəsi



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

6

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: 



 İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

1918-ci il. XX əsr Azərbaycan tarixində bu il, bir-birini sürətlə əvəz 

edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr – istər 

əlamətdar, istərsə də faciəli – baxımından yəqin ki, ən əhəmiyyətli zaman 

kəsiyidir. Həmin hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci 

il tarixi – Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı 

mühüm tarixi hadisələr – 1918-ci il sentyabrın 15-də Bakının birləşmiş 

Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan 

hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın 7-də Azərbaycan Parla-

mentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan 

hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İn-

giltərə hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün 

Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçi-

liyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoy-

muşdur.

Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbay-



can xalqı üçün ümumi faciəyə çevrilmiş və onun mövcudluğunu şübhə 

altında qoymuş daha mühüm - qanlı hadisələr baş vermişdir. 

 Bakıda 1918-ci ilin mart hadisələri bu qanlı zəncirin başlanğıcı olmuş-

dur. Belə ki, bir neçə mart günləri ərzində şəhərin və onun ətraf kənd-

lərinin dinc müsəlman – azərbaycanlı əhalisi görünməmiş dəhşətli cəza 

aksiyalarına – talan və ölümlərə, əzilmək, əsir alınmaq, qarət edilmək – 

bir sözlə, amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri 

tərəfindən hər şeyin və hər kəsin məhv edilməsinə məruz qalmışdır. İlk 

baxışdan, “Evelina” gəmisi ilə bağlı təsadüfi hadisə və yaxud, adları sona-

dək naməlum qalan icraçılar tərəfindən Qızıl Ordunun kiçik dəstəsinin 

atəşə tutulması ilə başlayan mart hadisələrinin, şübhəsiz ki, dərin kökləri 

və səbəbləri vardır. 

Birinci Dünya müharibəsinin başlanması ilə, xüsusilə də, 1917-ci ilin 

fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müha-

ribədə iştirak edən dünya dövlətlərinin Cənubi Qafqazda güclənmiş ma-

raqları toqquşurdu. Eyni zamanda Qafqaz xalqlarının qarşısında öz mil-

li-siyasi ideya və əzmlərini həyata keçirmək üçün geniş imkanlar açılırdı. 

Etiraf edilməlidir ki, erməni ideoloqları özlərinin çoxillik məqsədyönlü 




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə