Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə38/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   34   35   36   37   38   39   40   41   ...   137

117

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

əmlakımı evdən aparmışlar. Sülh bağlanandan sonra Maks Manasoviç 

mənə danışırdı ki, özünün yaşadığı “Metropol” mehmanxanasından Ni-

kolayevskaya küçəsi boyu müsəlmanlara yaylım atəşləri açan silahlı er-

məni dəstəsini görüb və o, Manaseviç, bu dəstənin arasında Ambarsum 

Serqeyeviç Melikovun oğlu Jorju tanıyıb. 

Barışıqdan bir neçə gün sonra mən öz ailəmlə kəndə köçdüm və ora-

da bir kəndlidən eşitdim ki, Ambarsum Melikov özü də silahlanmış və 

erməni dəstəsi ilə müsəlmanlara qarşı vuruşmuşdur. Kəndən şəhərə 

qayıtdıqdan sonra mən bunu da eşitdim ki, ingilislərin təkidi ilə bir 

dəstə adam Zabrata göndərilmişdir və orada bu adamlar bir dərədən er-

mənilər tərəfindən doğranmış və dərəyə atılmış 22 müsəlman meyiti-

nin tikələrini çıxarmışlar. Ramana ərazisində də çoxlu müsəlman qa-

dın, uşaq və kişi doğranaraq öldürülmüşdür. Pyotr Moiseyeviç Zorabov 

mənə danışırdı ki, onun mənzilinə bir rus qadını, Cavad Aşurbəyovun 

yaxşı tanışı, gələrək Aşurbəyovun taleyi barəsində öyrənmək istəmişdir. 

Və Zorabovun arvadının yanında həkim Tiqran Ter-Zaxaryantsın denşi-

ki xəbər verib ki, o, yəni denşikin özü, digər ermənilərlə birlikdə barışıq-

dan sonra Cavad Aşurbəyovu və doktor Kərim bəy Sultanovu öldürüblər 

və hər ikisinin meyitini yanan “Dağıstan”

67

 mehmanxanasının alovla-



rına atıblar. Denşikin bu bəyanatından sonra Cavad Aşurbəyovun tanışı 

huşunu itirərək yıxılmış, doktor Ter-Zaxaryants isə demişdir ki, doktor 

Sultanov onun yaxşı tanışı idi. 

Oxundu. İmza. Ə.Babayev. 

Komissiya üzvləri: Məmməd Xan Təkinski

Prokuror köməkçisi А.Kluge (imzalar) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 3-4.

Sənəd № 22

Dindirmə protokolu

1918-ci il, 7 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

118


Şıx Balayev, 39 yaşım var, Bakı şəhərində, Verxnyaya-Priyutskaya 

küçəsi, 97 №-li evdə yaşayıram.

Bu il martın 19-da səhər saat 9-da tüfənglə silahlanmış Stepan Lalayev

Tatevos Əmirov, Sergey Melikov və Arustam Tərcumanov və onlarla bir-

likdə əsgər paltarında olan daha 9-10 nəfər silahlı erməni mənim evimə 

gəldilər. Onlar evimdən daha qiymətli əşyaları çıxarıb aparmağa, qalanla-

rını sındırmağa başladılar. Onlar üç dəfə mənim evimi yandırmış və hər 

dəfə mənim kirayənişinlərim və bir neçə rus əsgərlərinin sayəsində onu 

xilas etmək mümkün olmuşdur. Bundan başqa ermənilər gözlərinə dəyən 

hər bir tatarı öldürürdülər. Mənim evimin yanında Sergey Melikovun mə-

nim dayım oğlu Tələt Hüseynova, sonra isə Ağadadaş Hacı Qurban oğluna 

necə güllə atdığını və onları yaraladığını mən özüm görmüşəm. Bir qədər 

keçdikdən sonra bu dəstə Ağadadaşın evinə girdi və onun özünü və ata-

sı Hacı Qurban oğlunu öldürdü. Mən sonradan evdən Şamaxinkaya qaça 

bildim, buna görə də sağ qaldım. Mənim evimdən qarət edilmiş əşyaların 

siyahısını təqdim edirəm. Ümumiyyətlə mənə 1.200.000 rubl məbləğdə 

ziyan dəymişdir, bu məbləği Lalayevin və onun yoldaşlarının mülkiyyəti 

hesabına ödəməyi xahiş edirəm. 

Oxundu. İmza. Şıx Balayev. 

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 125.

Sənəd № 24

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Əli bəy Səlimbəyov, diş həkimi, 41 yaşlı, Bakıda Mixaylov-

skaya küçəsi, №- 11 ünvanda, Aşumovun evində yaşayıram. 

1918-ci i mart qırğınları vaxtı mən tələbəmlə birlikdə öz mənzilimdə 

idim. Bazar ertəsi günü səhər saat 6-da mən kabinetdəki pəncərəyə yaxın-

laşdım və küçədə silahlı erməni əsgərlərinin kütləsini gördüm; mənə ay-




119

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

dın oldu ki, şəhərdə bolşeviklər deyil, ermənilər hücuma keçiblər və bir 

müsəlman kimi məni ölümcül təhlükə gözləyir. Elə oradaca, mən tüfənglə 

silahlanmış Stepan Lalayevin Ermansın aptekinin

68

 yanında durduğunu 



gördüm, biz şəxsən tanış olmasaq da, bir-birimizi üzdən tanıyırdıq. S.La-

layev də məni pəncərədə gördü və sol əlini yuxarı qaldıraraq barmağı ilə 

məni hədələdi. Səhər saat 11-də ermənilər mənim mənzilimin giriş yolunu 

dağıtmağa başladılar, oranı dağıtdıqdan sonra giriş qapısını sındırmağa ça-

lışdılar. Qapının bir hissəsi sındırılmışdı, lakin qapının zənciri basqınçıla-

ra mənzilə soxulmağa mane olurdu və bunun sayəsində mən və tələbəm 

salamat qaldıq. Elə həmin gün küçədən mənim mənzilimə 4 atəş açıldı və 

telefon xətti zədələndi. Gecə biz evin zirzəmisində gizləndik. Bura başqa sa-

kinlər də yığışmışdılar və biz burada gecə yarıyadək qaldıq, gecə saat 12-dən 

isə Nusembaumun bu evin 4-cü mərtəbəsində yerləşən mənzilində olduq. 

Çərşənbə axşamı mən səhər saat 4-də durdum və bütün günü, həmçinin 

ertəsi, çərşənbə günü, mühəndis Qaysın mənzilində gizləndim. Çərşənbə 

axşamı səhər saat 4-də ermənilər yenidən mənim mənzilimə gəlmiş, ling-

lər və baltalar ilə qapımı sındırmış, evə girmiş və hər şeyi dağıtmışlar. Mə-

nim əmlakım evdən aparılmış, mebel isə məhv edilmişdir. 

Mən altı səhifədə əmlakımın ətraflı siyahısını təqdim edirəm və onun 

işə əlavə olunmasını xahiş edirəm. Əmlakımın ümumi dəyəri 309.200 

rubl təşkil edir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm. 

Oxundu. İmza. M.Səlimbəyov. 

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 30.

Sənəd № 25

Dindirmə protokolu

1918-ci il, 21 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Tağı Həsən oğlu, şamaxılı, 45 yaşlı, Bakı şəhəri Kras-

no-Krestovskaya küçəsi, ev № 15 ünvanda yaşayıram.



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə