Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə4/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   2   3   4   5   6   7   8   9   ...   137

13

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

təsviri ilə kifayətlənməyərək, millətlərarası toqquşmalara gətirib çıxaran 

səbəbləri təhlil etməyə çalışmışdı ki, onları aşağıdakı kimi qruplaşdırmaq 

olar: “Daşnaksütun” tərəfindən Qafqazda oynanılmış “qanlı teatr”; yer-

li hakimiyyət nümayəndələrinin etinasızlığı və fəaliyyətsizliyi; erməni 

fitnəkarlığını və hiylələrini vaxtında tanıya bilməmiş azərbaycanlıların 

sadəlöhvlüyü və təcrübəsizliyi, habelə silahlarının olmaması; Londonun, 

Parisin və Amerikanın fəal dəstəyi sayəsində Türkiyə və Cənubi Qafqazın 

ərazilərində “Böyük Ermənistan” yaratmaq məqsədilə, ermənilərin mux-

tariyyətə can atması. (10)

Diqqətəlayiqdir ki, əsasən öz xalqının başına gələn dəhşətli faciələr 

haqqında danışmağa hazırlaşan azərbaycanlı müəllif kitabın əvvəlində 

qeyd edirdi ki, o, qətiyyən qarşısına baş vermiş hadisələrdə öz xalqını mə-

suliyyətdən azad etmək və bütün günahı “erməni qonşularının” üzərinə 

yıxmaq kimi bir məqsəd qoymamışdır: “Bunu da bütün Qafqaz millətləri 

bilməlidir: mənim bu əsəri yazmaqda məqsədim millətimizi məsuliyyət-

dən qurtarmaq, insanpərvər kimi tanıtmaq, həmçinin erməni qonşuları 

məsul tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq kimi nişan vermək 

də deyil...Mənim məqsədim onların və bizim bu xətalardan ötrü təəssüfə 

layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır”. 

Müsəlmanların “elmsizlik və anlamazlıq səbəbindən bu bəlalara düşdü-

yünü”, ermənilərin isə “bir para yazıçıların xam xəyallarına qurban ol-

duqlarını” bildirən yazıçı belə bir inam ifadə edirdi ki, onun bu əməyi, hər 

iki millətə iki il ərzində yol verdiyi “öz səhv və xətasını düşünmək” üçün 

“mənəvi səmərələr və faydalar verəcəkdir”. (11) 

Təəssüflə qeyd edilməlidir ki, tarix azərbaycanlı yazıçının da, həm-

vətənləri kimi, öz ümidlərində sadəlövh olduğunu sübut etdi. Cəmi on 

ildən sonra Cənubi Qafqaz yenidən müharibə alovuna büründü və bu alo-

vun qızışmasına yenidən həmin “erməni qonşular”ın “xam xəyalları” sə-

bəb oldu. 

1905-1907-ci illərdən sonrakı dövrdə Qərbdə öz maraqlarını səmərəli 

şəkildə təşviq edən və Antanta ölkələri ilə, ilk növbədə, London və Parislə 

əlaqələrini nizama salan ermənilər, 1905-ci il inqilabına davam gətirmiş 

Rus mütləqiyyətinin yaxın gələcəkdə devrilməsi ümidlərinin doğrulma-

yacağına əmin olaraq, Rusiya hakimiyyətinə qarşı öz barışmaz münasi-

bətlərini dəyişdilər. Bu işdə II Nikolayın qarşısında ermənilərin maraqla-

rını açıq şəkildə müdafiə edən Qafqazın yeni canişini Vorontsov-Daşkovun 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

14

siyasəti də əhəmiyyətli dərəcədə rol oynayırdı. Vorontsov-Daşkov çara 



yazdığı məktublarında daima Cənubi Qafqazda rus hakimiyyəti ilə ermə-

ni icmasının maraqlarının üst-üstə düşdüyünü, habelə Türkiyədəki xris-

tian-həmməzhəblərinin müdafiəsinin zəruriliyini vurğulayır, Türkiyə ilə 

gözlənilən yeni müharibənin başlayacağı şəraitdə guya ki, ermənilərlə it-

tifaqdan Rusiyanın əldə edəcəyi faydaları geniş şərh edərək bildirirdi ki, 

“vaxtilə hərbi əməliyyatlar zamanı qoşunlarımıza fəal yardımları ilə bizə 

əvəzini ödəyən Türkiyə ermənilərinin himayə edilməsi kimi qədim rus si-

yasətinə qayıtmağın vaxtı çatmışdır”. (12)

Erməni millətçiləri, o cümlədən erməni din xadimləri özləri də II Ni-

kolaya buna bənzər məktublarla müraciət edirdilər. Belə ki, Türkiyəyə 

qarşı daha yaxşı təşkilatlandırılmış silahlı çıxışların hazırlanması kimi 

nəzərdə tutduqları yeni siyasi xəttin həyata keçirilməsinin Rusiya ilə ba-

rışmadan və ittifaq yaratmadan iflasa uğrayacağı məlum idi. Bu məqsədlə 

1912-ci ildə Erməni Milli Şurası və onun icraçı orqanı - Milli Büro yaradıl-

mışdı və bu qurum da öz növbəsində dəfələrlə Rusiya hökmdarına “onun 

sədaqətli övladlarının” adından müraciət edərək “türklərin zülmü altın-

da inləyən” bədbəxt qardaşlarının əzablarına son qoymaq üçün köməklik 

göstərilməsini xahiş edirdi. Vorontsov-Daşkovun səyləri, habelə Erməni 

Milli Şurasının fəaliyyəti çox tezliklə öz nəticələrini verdi və 1913-cü il-

dən başlayaraq çar hakimiyyətinin tam surətdə ermənilərə himayədarlıq 

siyasətinə qayıtması baş tutdu. Bu siyasət Birinci Dünya müharibəsinin 

əvvəlində xüsusilə aydın təzahür etdi və “erməni faktorundan” Türkiyəyə 

qarşı istifadə etməyi qəti qərara almış Rus hakimiyyəti hər vasitə ilə er-

mənilərin muxtariyyət və öz dövlətçiliyini yaratmaq haqqında gizli arzu-

larını qızışdırmağa başladı. II Nikolayın xüsusi Bəyannaməsi bu siyasətin 

ən yüksək nöqtəsi hesab edilə bilər, belə ki, Rus imperatoru birmənalı şə-

kildə erməniləri, çoxdan gözlədikləri muxtariyyətlə cəlb edərək, Türkiyəyə 

qarşı Rusiyanın tərəfində fəal çıxışlara təhrik edirdi: “Ermənilər! Çarın 

hakimiyyəti altında öz qan qardaşlarınızla birləşməklə, siz, nəhayət ki, 

azadlığın və ədalətin dadını biləcəksiniz”. (13) 

Bütün səylərini onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilmə-

sinə yönəltmiş erməni millətçilərinin II Nikolayın vədlərini nə dərəcədə 

ciddi qəbul etdikləri artıq “Daşnaksütun” partiyasının çara müraciətin-

dən aydın görünürdü: “Bizim qəlbimiz elə bir güclü həvəslə dolmuşdur ki, 

bizim əziz vətənimizin payına düşən sınaq rus silahının yeni əzəməti və 



15

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

Rusiyanın Şərqdə tarixi vəzifələrinin həlli ilə başa çatsın. Qoy rus bayra-

ğı azad şəkildə Bosforda və Dardaneldə dalğalansın. Böyük Hökmdar, qoy 

Sizin əzminizlə Türkiyənin əsarəti altında qalmış xalqlar azadlıq əldə et-

sinlər.” (14)

Lakin, hadisələrin sonrakı gedişi göstərdi ki, Birinci dünya müharibəsi 

dövründə Qafqaz cəbhəsində erməni silahlı qüvvələrinin rus qoşunları-

na həqiqətən “fəal yardımına”, həmçinin Türkiyə və Cənubi Qafqaz əra-

zilərində dinc əhaliyə qarşı müstəqil, daha fəal çıxışlarına baxmayaraq, 

rus-erməni ittifaqı ağır itkilərdən və qanlı faciələrdən savayı nə Rusiya 

dövlətinə, nə Türkiyə və Cənubi Qafqaz xalqlarına, o cümlədən ermənilə-

rin özlərinə də heç nə vermədi. 

1917-ci ildə Rusiya imperiyasının süqutu ilə Cənubi Qafqazın tarixin-

də daha geniş miqyaslı münaqişə və müharibələr, həqiqətən böyük tarixi 

sarsıntılarla səciyyələnən yeni dövr başlandı. Dünya müharibəsi başla-

nandan keçən üç il ərzində ermənilər bilavasitə öz məqsədlərinə – ermə-

ni muxtariyyətinin Rusiya tərəfindən tanınmasına nail ola bilməsələr də, 

bu məsələdə qərb siyasətçilərinin və ictimaiyyətinin fikrini öz xeyrlərinə 

effektiv şəkildə hazırlamağa nail olmuşdular. Bu nailiyyət sonrakı illər-

də ermənilərin Türkiyənin “erməni vilayətlərində” olmasa da, hər halda 

Cənubi Qafqazda, bir çox hallarda öz qonşularının torpaqları hesabına 

öz dövlətçiliyini yaratmasında mühüm rol oynayacaqdı. Lakin, mühari-

bə hələ davam edirdi və erməni millətçiləri Türkiyənin geniş ərazilərində 

“Böyük Ermənistan” yaratmaq ümidlərindən hələ əl çəkməsələr də, artıq 

dərk edirdilər ki, yaranmış şəraitdə bu planların reallaşması olduqca çə-

tinləşmişdir. Bu məqam, onları öz fəaliyyətlərini Cənubi Qafqaza - həmin 

məqsədin həyata keçirilməsi üçün daha əlverişli şəraitin olduğu regiona 

keçirməyə vadar etdi. Belə ki, 1918-ci ilin mart ayına qədər ermənilər öz 

əsas niyyətlərindən birini – hələ mövcud olmayan erməni dövləti üçün 

Cənubi Qafqazın cənub-qərbində – Qarsda, İrəvan quberniyasında, Zəngə-

zurda, Göyçədə, Yelizavetpol quberniyasının bir sıra qəzalarında və Qara-

bağda dinc sakinlərin – azərbaycanlıların sıxışdırılması, zorla qovulması 

və kütləvi surətdə qırılması yolu ilə böyük ərazilərin yerli əhalidən təmiz-

lənməsini həyata keçirə bilmişdilər. 

1917-ci ildə Rusiyada bolşevik çevrilişindən sonra erməni və gürcü hər-

bi hissələrinin Qafqaz cəbhəsindən çaşqın və nizamsız şəkildə geri çəkil-

məsi nəticəsində, buna qədər daima türk torpaqlarında yaşayan və ya rus 




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə