Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə14/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 
 
62 
 
III Bölüm 
 
Kədərin göz yaşı 
 
 
Mətnin  bu  yerindən  etibarən  hiss  olunur  ki, 
əvvəlki  kimi  səliqəli  yazmırlar.  Tək  hərf  səhvləri 
yox,  tez-tez  başqa  qrammatik  səhvlərə  də  yol 
verirlər.  Çoxdanın  tanışı  kimi  sadə  yazı  dilinə 
keçiblər.  Asan  yazılsın  deyə  ingilis  şriftlərindən 
istifadə  edirlər.  Rəssam  qrammatik  qaydaları 
qorumağa  çalışsa  da,  Qadın  sözləri  qısaldır, 
məsələn, 
“təşəkkür” 
əvəzinə 
“tsk” 
yazır. 
“Smaylik”lərdən,  başqa  simvolik  işarələrdən  bol 
istifadə  edirlər.  Elə  bil  hiss  və  duyğularını  daha 
çox  sözlərlə  yox,  işarələrlə  demək  istəyirlər. 
Bəzən  demək  istədikləri  sözün  yerinə  bir  lirik 
musiqi,  bir  həzin  mahnı,  bəzən  də  duyğuların 
ifadəsi  kimi  müxtəlif  saytlardan  maraqlı  yazı 
linkləri göndərirlər. Onları mətnə salmağa lüzum 
görmədim.  Dediyim  odu  ki,  bir-birlərini  daha 
sözsüz, eləcə işarələrlə də anlayır, duyurlar.  
Arada intim söhbətə keçdilər. Bəlkə çıxartdım 
o yerlərini sonra. Bəlkə də saxlasam yaxşıdı. Hələ 
bilmirəm. 
 
 
 


 
 
63 
 
Elə  mən  yazıram.  Yazmasam,  yazmırsan. 
Bax,  9  gündü  heç  nə  yazmamışam,  Səndən  də 
xəbər  çıxmır.  Ola  bilər,  zəhləni  tökmüşəm,  Sən 
də  etika  naminə  hövsələni  basmısan...  Çoxdan 
heç 
kimlə 
bu 
qədər 
səmimi 
ünsiyyətdə 
olmamışam. Bəlkə də bu, özümə nağıl düzəltmək 
istəyindən  gəlir,  bilmirəm.  İşarə  göstərir  ki, 
çatdasan.  Cavab  verməyə  bilərsən.  Sadəcə,  mən 
yazım,  Sən  də  oxu!  Bilirsən,  niyə  mitinqləri 
dağıdan polislərə maska taxdırırlar? Çünki maska 
insanın tək sifətini örtmür, “gecə qara, cücə qara” 
prinsipiylə  onun  ləyaqətinə,  şəxsiyyətinə,  insafı-
na,  məsuliyyətinə  pərdə  çəkir,  gizlədir.  İçini 
dəyişdirir,  onu  qaranlıqlar  dünyasının  adamına 
çevirir.  “Canavar”  filmini  xatırla!  Cek  Nikol-
sonun 
qəhrəmanı 
gecələr 
vəhşi 
canavara, 
gündüzlər  əzab  çəkən  insana  çevrilir.  Maskalı 
polislər  maskasızlardan  çox  qəddarlıq  edirlər, 
mən  bunu  görmüşəm.  Sanki  maska  tək  onların 
üzünü  yox,  insanlığını  da  gizlədir;  heç  kim 
görmür,  heç  kim  tanımır.  Mənim  üçün  əsl  insan 
özünü  təklikdə  də  adamlar  arasında  olduğu  kimi 
aparan  insandı. Camaat  içinə  hamı  maskalı  çıxır. 
Səninlə  tam  açıq  oldum.  Burada  hamı  özünü 
gizlədə  bilər,  bu  iş  real  həyatdakından  daha 
asandı.  Amma  məncə,  virtual  dünya  bunun  üçün 
deyil.  Bura  özünü  axtaranların,  öz  nağılını 
quranların  görüş  yeri  olmalıdı.  Bəlkə  də  çoxdan 


 
 
64 
axtardığımı  tapdığımı  zənn  edirəm.  Elə  tapdım 
da…  Səni  incitdim.  Amma  maskasız  incitdim. 
Zəhləni  apardımsa,  bağışla.  Bəzən  birinin  zövq 
aldığı  iş  bir  başqasını  bezdirir...  Bu  nağılı 
bitirimmi??? 
 
*** 
 
Uşaq  vaxtı  adam  hər  şeyi  anasıyla,  yaxın 
bildikləriylə  bölüşür.  Bəlkə  ona  görə  hamıya 
uşaqlığı  doğmadı.  Bölüşə  bilməyə  imkanın 
olması  adamın  bir  şansdı.  Böyüdükcə  bölüşə 
bildiklərini bir-bir itirirsən. Bəzən elə bilirəm Sən 
də  onlardansan,  Sənlə  hər  şeyi  bölüşə  bilərəm. 
Qəribədi, adam heç əməlli-başlı tanımadığı birinə 
necə açıla bilər... Bazar axşamı səni bir yerə dəvət 
eləmək istəyirəm. Vaxtın varsa, planlaşdırım. 
 
 
Sa-lam! “Nağılı bitirimmi” sualına mənə sev-
dirdiyin  şairin  misrasıyla  cavab  verirəm:  “Bəlkə 
də  hə,  bəlkə  də  yox!”  Görürsən,  tapıb  almışam 
onun  kitabını.  Şeiri  rusca  daha  yaxşı  duyuram. 
Amma  burdakıları  da  duydum.  Bizim  dildə  ilk 
şeir  kitabım  oldu…  Əfsus  ki,  sənə  münasibətimi 
yanlış  yozdun.  Az  yazmağımın  tək  səbəbi  vaxt 
qıtlığıdır.  Dünyamızın  durmadan  kobudlaşdığı, 
kirləndiyi  vaxtda  saflığını,  nəcibliyini  itirməyən 


 
 
65 
adamlardansan.  Sənə  hər  zaman  şadam!  Sənə 
mütləq məktub yazacam. İndi çıxmalıyam. 
 
*** 
 
Salam, dostum! İnşallah yaxşısan, ən azından 
belə  olmağını  arzulayıram.  Bilmirəm  sənə  necə 
müraciət  edim:  “əziz  insan”  desəm,  çox  qabağa 
qaçmış  olaram,  “yoldaş”  desəm,  kommuna 
üzvünə  oxşayaram.  Odur  ki,  “dost”  deyim,  “əziz 
dost”  desəm,  daha  düz  olacaq.  Əziz  dost,  son 
məktubunla  məni  məyus  etdin.  Bilmirəm  niyə, 
amma  mənə  elə  gəldi  ki,  sənə  münasibətimi 
mənim  şıltaqlığım  kimi  yozursan.  Əslində,  belə 
deyil.  İnsanları  onların  düşünmə  qabiliyyətinə 
görə  ayırırlar.  Mən  də  belə  etdim.  Söhbətimizin 
ilk  günündən  səndən  zövq  almışam.  Məsələn, 
qısa müddətdə anlamışam ki, rahib simalı insanın 
köksündə  incə  qəlb  döyünür.  Sən  maskalardan 
danışdın, maskasız olmaz ki! Amma mən səninlə 
razı  deyiləm.  Maska  insanı  vəhşiliklərə  vadar 
etmir,  maska  insanın  nə  qədər  qəddar  ola 
biləcəyini gizlədir. Deyirlər, göz qəlbin aynasıdır. 
Bəs  niyə  maska  altından  yalnız  gözlər  görünür? 
Məncə,  həqiqəti  çatdırmaq  üçün!  Əziz  dostum! 
İnsan kərpicə bənzəyir, nə qədər bişsə, bir o qədər 
möhkəm olur. Bəlkə az ünsiyyətimiz bizi daha da 
yaxınlaşdırır…  Bilmirəm  niyə  mənimlə  münasi-
bətini  nağıla  bənzətdin.  Nağıllar  xəyal  məhsu-


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə