Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə2/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 

P.S.  “Azərbaycan”  jurnalının  8/2014  sayında 
“Cholqala1992” adı ilə dərc olunandan sonra bir də 
oxudum.  Oxudum  və  şübhələrimdə  haqlı  olduğumu 
yəqin  elədim  –  bitməyibmiş,  yazılası  çox  sözüm 
qalıbmış!  Povest  yazmaq  kimi  ağır  məsuliyyətin 
yükünü  indi  lap  çox  hiss  etdim.  Üzə  çıxarmaqda 
tələsmişdimmi?! Yaxşı ki, jurnalda dərc olundu, yoxsa 
bir  daha  baş  vurmayacaq  və  bəlkə  də  heç  vaxt  kitab 
halında  ortalığa  çıxarmayacaqdım.  Jurnalda  dərci 
məni  yenidən  ona  qayıtmağa  sövq  elədi!  Buna  görə 
dərc eləyən dostlara təşəkkür edirəm. Hər iki variantı 
oxuyub  qeydlərini  mənimlə  həvəslə  bölüşən  filoloq 
dostum  Lalə  Əliyevaya  xüsusi  minnətdarlığımı 
bildirirəm. 
...Xeyli  əl  gəzdirdim,  əlavələr  edib,  hissələr 
çıxardım. Sonunda istədiyimi aldım! 
 
Fevral, 2015  
 
 
 
 


 
 

 
Proloq 
 
 
“Mən üçüncü dünyaya insan 
ruhunun məhsulu kimi baxıram.  
Üçüncü dünyanı biz özümüz 
yaradırıq”.  
Karl Popper 
 
 
Yaşıl  tumurcuqlardan  açılan  yarpaqlar  kimi 
hamı  eyni  cür  doğulur.  Amma  hamı  bir  cür 
ölmür. Ölümlər də müxtəlifdi – eynən xəzandı elə 
bil: biri saralıb üzülür, biri qızarıb düşür.  
Birini də küləklər elə yaşılkən qoparıb salır... 
 
*** 
Neçə  vaxtdı  qərarsızlıqdan  özümə  yer  tapa 
bilmirəm.  “Dərc  edimmi,  etməyimmi?”  sualı  ya-
xamdan əl çəkmir. Başqasının şəxsi  məktublarını 
oxumaq bir yana, onları çap eləmək istəyi heç bir 
çərçivəyə sığmayan istəkdi, pisimə gəlir.  
Evli  bir  kişinin  dul  qadınla  gizli  məktublaş-
masından  danışıram.  Elə-belə  yazışma  olsaydı, 
fikir  verməzdim.  Uzaqbaşı  şəhvəti  maraqla  oxu-
yub  keçərdim.  Amma  elə  deyil!  Sanki  bir  bədii 
əsərin  ayrı-ayrı  hissələridi  –  bir  yerə  yığmaq 
lazımdı.  İş  bununla  bitmir,  mətnlərdən  əsər 


 
 

düzəldərsən,  dərd  ondadı  ki,  o  məktubları  çap 
eləmək üçün izn almağa adam yoxdu.  
Qəliz  məsələ  oldu  deyəsən.  Hal-qəziyyə 
belədi, danışım,  siz də görün  yuxumu ərşə çəkən 
suala cavab vermək nə qədər müşküldü.  
Bir  gün  “Üns”  teatrında  tanış  xanımla 
rastlaşdım. Tələbəlik illərindən tanıyırdım. O vaxt 
gözəlliyi  neçə-neçə  oğlanı  çöllərə  salmışdı. 
Kimlər  ölmürdü  dərdindən,  kimlərin  balaları 
ölmürdü!  Ona  yaxınlaşmaq  nədi,  kəlmə  kəsmək 
nədi, heç baxışlarını tutmaq olmurdu. Varlı-kasıb, 
oxuyan-avara,  ürəkli-qorxaq,  fərqi  yoxdu  – 
kiməsə gözünün ucuyla belə baxmırdı. Yeriyəndə 
yerişi, duranda qəddi-qaməti canlar yaxırdı. Atası 
Nazirlər  Sovetində  yüksək  mənsəb  sahibi  idi. 
Babası köhnə inqilabçılardan olub. 
Fəlsəfə  dərsində  qruplarımız  birləşirdi,  onda 
yaxından müşahidə edirdim. 
Bir  səhər  onu  ötürən  oğlanı  görəndə  univer-
sitet  uşaqlarının,  elə  müəllimlərin  də  əli  üzündə 
qaldı. Əlacları olsaydı, onu Akademiyanın bağına 
çəkib  şil-küt  edərdilər.  O  qədər  nifrət  dolu  baxış 
altında  özünü  tox  tutmasından,  təmtək  fakültə-
yədək gəlməsindən xoşum gəlmişdi onda.  
Tələbələr  o  qızdan  ötrü  öz  aralarında  neçə 
dəfə  davaya  çıxmışdılar.  Hələ  neçə-neçə  cavan 
universitet  müəlliminin  divanəliyini  demirəm. 
Moskvada,  Lomonosov  universitetində  oxumuş, 
qocaman müəllimlərin belə həsədlə baxdığı kürən 


 
 
10 
fəlsəfə müəllimimiz İxtiyar Bəxtiyarov elə vurul-
muşdu  ki,  Aristoteldən  tutmuş  Kanta  qədər 
sevimli filosoflarını onun ayaqlarına atardı. Tələ-
bəsinə  aşiq  müəllimin  sinifdə  davranışı  qəribə 
olur,  bəzən  elə  anlar  yaranırdı  ki,  deyirdin  bəs 
İxtiyar  müəllim  ataksiya  xəstəsidi,  əli,  ayağı 
özündən xəbərsiz hərəkət edir.  
 Sonuncu  kursda  elə  həmin  oğlana  ərə 
gedəndə  isə  hamı  “Eh,  gərdişi-dövran”  deyib 
köks  ötürdü.  Onun  kasıb  bir  rəssam  olduğunu 
öyrənəndə  varlı  ataların  bahalı  maşın  sürən 
balalarının büzülən ağızlarından əyilə-əyilə çıxan 
sözləri  ta  bura  yazmağa  lüzum  yoxdu.  Aydın 
məsələdi!  
Ordan-burdan  söhbət  elədik.  Ərini  xatırladıq, 
necə yaşadığını soruşdum, uşaqlarından hal-əhval 
tutdum.  Araşdırıcı  olduğumu  bildiyindən  idi 
yəqin,  məndən  ərinin  arxiviylə  tanış  olmağımı, 
bir  yazı  yazmağımı  xahiş  elədi.  Sərgisini  təşkil 
eləməyi  düşündüyünü,  sərgi  kataloqunun  hazır-
lanması  barədə  bəzi  məsləhətlərə  ehtiyacı  oldu-
ğunu  söylədi.  Ünvanını,  telefonunu  aldım,  şənbə 
günü gəlməyə söz verib ayrıldım. 
 
*** 
 
Köhnə  şey-şüyləri  eşələməkdən  ötrü  ölürəm. 
Uşaq  vaxtı  nənəmin  cehizlik  şifonerində  saxla-
nardı  ailə  arxivimiz.  Şifoner  deyildi,  muzey  idi 
elə  bil.  Yuxarı  gözündə,  papaq,  şərf,  əlcək 


 
 
11 
qoyulan  yerdə  babamın,  nənəmin  1920-30-cu 
illərdə  dostları,  qohumlarıyla  çəkdirdikləri  şəkil-
lər, orta gözündə hər  iki qapağının  içində o dövr 
model  qızların  yarıçılpaq  şəkilləri  olan  gümüş 
portsiqar,  sümük  müştük,  qədim  düymələr, 
gümüş  piləklər...  Anamın  gəlinlik  paltarı,  dik-
daban  ayaqqabısı,  atamın  gəncliyində  geyindiyi 
“Makintoş” plaşı...  
Kağız-kuğuzlar  yığılan  qara  çamadan  isə 
şifonerin  aşağı  siyirməsindəydi.  Saatlarla  vaxtım 
gedirdi  o  kağızlara  baxmağa,  oxumağa.  Nikolay 
dövrünün  əsginazlarından  tutmuş  ilk  sovet 
“zayom”larına,  “Mockviç-400”  avtomobilinin, 
“Temp-22”  televizorunun,  cürbəcür  cihazların 
sənədləri,  qırx  ilin  xəstəlik  kağızları,  analiz 
cavabları,  atamgilin  toy  dəvətnamələri,  anamın 
cehiz gətirdiyi əşyaların siyahısınadək...  
Evimizin  rəngi  saralmış  qalın  “domovoy 
kniqası”  orta  əsrlərin  əlyazmasına  oxşayırdı. 
Əvvəlki  səhifələr  ərəb  əlifbasıyla  yazıldığından 
heç  nə  anlamırdım.  Latın  və  kiril  əlifbaları  ilə 
yazılan  sonrakı  səhifələri  oxusam  da,  bu  qədər 
adamın  bizim  evdə  niyə  yaşadığını  kəsdirə 
bilmirdim.  Aralarında  rus  da  vardı,  gürcü  də. 
Sonralar biləcəkdim ki, hərəsi bir səbəbdən bizim 
şəhərə  gəlibmiş,  biri  kirayə  qalıbmış,  o  biri 
sadəcə  pasport  qeydiyyatına  düşübmüş.  İçərilə-
rində başqa yerlərdən şəhərimizə sürgün edilənlər 
də vardı. 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə