Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə3/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
12 
Palan  içi  tökmürəm,  bircə  onu  deyirəm  ki, 
təyyarələrin  qara  yeşiyi  kimiydi  ailə  arxivimizi 
saxlayan qara çamadan. 
Kənddə  nənəmgilin  evinin  zirzəmisində, 
taxtapuşunda  bir  dünya  köhnə  əşyalarla  əlləş-
məkdən  də  doymazdım.  Ordakılar  daha  qədim 
idi. 
Elə  tələbə  vaxtı  da  eynən  beləydi.  Məni 
axtaran  bukinistdə,  əntiq  şeylər  satılan  mağa-
zalarda  tapardı.  İndi  də  hər  dəfə  dostum  İmran 
Bədirxanla  görüşə  vaxtından  əvvəl  gəlirəm. 
Görüşdüyümüz  yerdə  –  üçüncü  mikrorayonda, 
köhnə  “Arzu”  şadlıq  evinin  qabağındakı  balaca 
parkda rus qarılarının töküb satdığı köhnə vallara, 
kitablara,  məişət  əşyalarına,  elektrik  avadanlıq-
larına, onların ehtiyat  hissələrinə tamaşa eləmək-
dən xoşum gəlir.  
Hər  detal  bir  tarix  parçasıdı,  insan  ömrünün 
bir  anıdı.  Qocaların  titrək  əllərində  bu  detallar 
qəribə duyğular yaradır. Qəribəliyi həm də ondadı 
ki, bu cür əşyaları satan da, maraqlanıb baxan da, 
elə aradabir nəsə alan da qocalardır.  
Yaşlaşanda  adam  heç  olmasa  bu  ehtiyat 
hissələr kimi kiməsə gərək olmaq istəyir... 
Şənbə  gününü  səbirsizliklə  gözləyirdim.  Bir 
tərəfdən  tanınmış  rəssamın  arxiviylə  tanış  olmaq 
imkanım  yaranmışdı,  sevdiyim  işlə  məşğul  ola-
caqdım,  o  biri  tərəfdən  də  tələbəlik  illərimin 
əlçatmaz gözəlinə qonaq gedəcəkdim. Şuxluğunu 


 
 
13 
itirməyib, elə bil illər gözəlliyindən bir naxış belə 
soldura  bilməyib.  Amma  gözləri  əvvəlki  gözlər 
deyildi.  Parıltısı  gözünün  xeyli  dərinliyinə  çəkil-
mişdi.  
Rəssamın arxivi  isə mənimçün az qala qədim 
xəzinə  qədər  maraqlı  idi.  Şübhəsiz,  qiymətli 
sənədlər,  fotolar,  tablolar,  bəlkə  də  bir  muzeylik 
əşyalar  olacaqdı  orda.  Sonunda  oxunaqlı  bir 
araşdırma-məqalə  yazacaqdım,  nə  bilmək  olar, 
bəlkə sənədli bir kitab da alınacaqdı. 
 
*** 
Onlara  vədələşdiyimiz  vaxtda  –  günorta  saat 
üçdə  gəldim.  Çoxotaqlı  mənzildi.  Divarlarda 
fotolar,  tablolar,  “çekanka”  lövhələr  asılıb,  şkaf-
lar,  tumbalar  cürbəcür  balaca  heykəllərlə,  suve-
nirlərlə doludu.  
Hərdən  burdakı  kabinetində  işləsə  də,  Rəs-
samın emalatxanası başqa yerdədi. Odur ki, burda 
molbert,  fırçalar,  boyalar,  kətan  parçalar,  taxta 
çərçivələr  elə  də  çox  deyil,  otağın  əsas  hissəsini 
tavana dirənən kitab rəfləri tutur.  
Şkafların  aşağı  gözündə  yan-yana  düzülmüş 
qutular,  içində  səliqəylə  üst-üstə  yığılmış  qov-
luqlar  otaq  sahibinin  sahmanından  xəbər  verir. 
Burda  həyatının  müxtəlif  illərini  əks  etdirən 
fotolar,  haqqında  yazılmış  qəzet  səhifələrindən 
kəsmələr,  mühazirələrin,  kulturoloji  məqalələrin 
əlyazmaları var.  


 
 
14 
Balaca  bir  qutu  isə  ağzınacan  təyyarələrə 
minik  kartlarının  kəsilmiş  hissələridi,  kolleksiya 
yığırmış. Nə qədər ölkəyə uçubmuş! Baxdıqca elə 
bilirsən  hər  minik kartı  Allaha doğru can atmağa 
görə  verilən  qəbzdi,  göylərin  o  üzünə  səyahət 
üçün  oynanan  lotereya  biletidi.  Təkcə  bu  xatirə 
qutuda  eşələnməyə  –  üstündəki  tarix,  aeroport 
adlarını  oxumağa  bir  saatdan  çox  vaxtım  getdi, 
xəyalım neçə-neçə qərib ölkə, uzaq şəhər dolaşdı.  
Qısası,  o  qənaətə  gəldim  ki,  otağı  günlərlə 
ələk-vələk eləsəm də, iş başa çatası deyil. 
Xanım  qaradinməz  qadındı.  İki  fincan  qəhvə 
gətirib mənimlə qabaq-qənşər oturanda da dindir-
məsəm  dinmirdi.  Əslində  onun  dili  üzündə, 
gözündədi. Baxışı, hərəkəti hər şeyi deyir, sadəcə 
duymaq  lazımdı.  Güclə  sezilən  ürkək  təbəssümü 
üzündən əskik olmur. Əvvəlki təravətini saxlayıb, 
yenə  gözəldi,  intəhası  indi  bir  başqa  cür  gözəldi. 
Tək  fərq  məğrurluğunun  lal  bir  təmkinlə 
əvəzlənməsindədi.  
Güzgülü  komodun  üstündə,  divarlarda  birgə 
fotoları  var.  Çərçivələrdən  boylanan  baxışlar  iki 
sevdalının bəxtəvər günlərinin nişanəsidi.  
Otağın aşağı başındakı divarda onun ayaqüstü 
portreti asılıb. Cavanlıq illərinin şəklidi. Bu tablo 
barədə  qısa  söhbətimiz  oldu,  öyrəndim  ki,  əri 
evliliklərinin ilk aylarında çəkib, xarici sərgilərdə 
dəfələrlə nümayiş olunub, bir neçə dəfə babat pul 
da təklif ediblər, amma Rəssam satmayıb. Portret 


 
 
15 
həqiqətən  də  gözəl  alınmışdı,  rəssamlıqdan  sən 
deyən başım çıxmasa da, duyurdum ki, buna ürək 
qoyulub,  sevgiylə  çəkilib.  Tabloda  tək  hündür-
daban  ayaqqabı  qabarıqlığıyla  yad  cisim  kimi 
gəlirdi 
mənə. 
“Dikdaban 
ayaqqabı 
qadın 
kompleksinin  ilk  zahiri  əlamətidir”.  Xəyalımdan 
keçən fikri dilimə gətirmədim. 
 ...Sonra  düz  beş  dəfə  evlərinə,  iki  dəfə  də 
emalatxanaya getdim. Bir kitablıq material topla-
dım. Amma məni maraqlandıran, beynimi məşğul 
edən başqa şey idi.  
Üçüncü  gəlişimdə  yazı  masasının  aşağı 
siyirməsindən  götürdüyüm  köhnə  təqvim-gün-
dəliyi  vərəqləyirdim.  Müxtəlif  adamlarla  görüş 
vaxtları,  tədbirlər,  zəng  saatları,  bir  sözlə, 
gündəlikdə  sahibinin  görəcəyi  işlər  qeyd  olun-
muşdu.  Ətrafı  cızma-qara  hərflərlə  “bəzədilmiş” 
bir  söz  diqqətimi  çəkdi.  Söz  ciddi-cəhdlə  ört-
basdır  edilmişdi,  quşlar  yad  gözlərdən  gizlətmək 
üçün  yumurtaların  üstünü  kol-kosla  örtür  ey, 
eynən elə.  
İlk  baxışda  adi  söz  idi.  Mənasını  bir  Allah 
bilirdi,  bir  də  özü.  Bəlkə  də  əhəmiyyətli  bir  şey 
deyildi.  Özü  bir  məna  verməsə  də,  dörd  tərəfi 
anlaşılmaz  hərflər, əyri-üyrü  xətlərlə əhatələnmiş 
sözün  aydın  oxunması  məni  şübhələndirirdi. 
Adətən  adam  stolüstü  təqvimində  belə  qarala-
malar  eləmir,  qeyri-ixtiyari  cızma-qaranı  əl  altda 
olan istənilən kağız üstündə qaralayır. Psixoloqlar 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə