Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə4/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
16 
başqaları  üçün  anlaşılmaz  olan  bu  qaralamaları 
“oxumaqla”  onu  cızanın  psixoloji  durumunu 
müəyyən edirlər. Belə işlərdən başım çıxmasa da, 
bu  xətlərin  o  qaralamalardan  olmadığını  yəqin 
bilirdim.  Çəkilən  xətlər,  yazılan  hərflər  qeyri-
ixtiyari  deyildi,  məhz  qəsdən  o  sözü  gizlətmək 
üçün  idi.  Gözüm  kol-kos  arasındakı  quş  yumur-
tasını  –  Rəssamın  yazdığı  sözü  almışdı: 
“Cholqala1992”.  
Bu, nə demək idi?  
Suala neçə gün cavab axtardım.   
Əvvəlcə  “Cholqala1992”  sözünü  açmağa 
çalışdım. Sözü rəqəmdən ayırdım.  “Cholqala”  və 
“1992”.  Yenə  bir  şey  anlamadım.  Amma  bunun 
bir  şifrə  olmasına  gümanım  get-gedə  artdı. 
“Cholqala” sözü bir anlam vermirdi deyə, “1992” 
rəqəmindən yapışdım.  
İnstitutdakı qrup nömrəsi deyildi. Çox güman, 
bu,  1992-ci  illə  bağlıdı.  Əgər  beləydisə,  demək, 
1992  onun  üçün  çox  əlamətdar  il  olub.  Arxiv 
sənədləri  əsasında  hazırladığım  ilkin  bioqrafiya-
sına  göz  gəzdirdim.  O  ildə  əhəmiyyətli  hadisəyə 
rast  gəlmədim.  Nə  ilk  sərgisinin  keçirildiyi,  nə 
evləndiyi,  nə  uşaqlarının  doğum  tarixi  uyğun 
gəlirdi.  Siyasətlə  az  maraqlanan  adam  olduğun-
dan  həmin  ildə  baş  verənlərin  ondan  ötrü  həyatı 
məsələ  olması  inandırıcı  görünmürdü.  Bəs  bu 
rəqəmin mənası nə idi? 


 
 
17 
Dördüncü  gəlişimdə  stolüstü  təqvimdəki  o 
səhifənin  şəklini  çəkib  özümlə  götürdüm.  Həftə-
sonu  yalnız  bu  haqda  düşündüm.  Xanım  da  
1992-ci  ili  xeyli  xatırladı.  Ona  bu  illə  belə 
maraqlanmağımın əsl səbəbini demədim, Rəssam 
üçün  hansı  əhəmiyyəti  ola  biləcəyini  soruşdum. 
Xeyli  düşünsə  də,  ağlına  heç  nə  gəlmədi.  O  da 
cavab  tapmaqda  kömək  eləyə  bilməyəndə 
həvəsdən düşdüm, ta əlimi üzdüm. 
Yalnız bazar günü axşama doğru Xanım zəng 
eləyib, bir söz dedi. Dedi ki, 1992-ci il Rəssamın 
həyatında  dərin  iz  buraxıb.  Həmin  il  ermənilər 
Şuşanı  işğal  edib.  Şuşada  doğulub  böyüyən 
Rəssam bunu özünə dərd eləyib.  
Daha  şübhəm  qalmadı:  bu  rəqəm  Şuşayla 
bağlıdır!  “1992”  rəqəmi  açar  oldu.  Elə  o  dəqiqə 
şuşalı  dostum  Hikmət  Sabirə  zəng  edib 
“Cholqala”  sözünü  soruşdum.  Əvvəlcə  anışdıra 
bilmədi.  “Chol”  +  “qala”  aydın  bir  məna  ver-
mirdi.  Sözü  müxtəlif  cür  tələffüz  elədim.  Yalnız 
bir  xeyli  söz  oynatmasından  sonra  Hikmət  bir 
kəlmə işlətdi: “Bəlkə, Çöl Qala“dı?”  
Nəhayət, sözün mənasını tapdım – “Çöl Qala” 
Şuşada  bir  məhəllənin  adı,  “1992”  də  Şuşanın 
işğal tarixidi. Qala divarları inşa olunandan sonra 
köçüb  gələnlərin  bir  qismi  yer  azlığından  Şuşa 
qalasının  çölündə  məskunlaşmalı  olub.  Məşhur 
Şuşa türməsi, Mirzə Həsən qəbiristanlığı yerləşən 
məhlənin  adı  Çöl  Qala  imiş.  Rəssam  şuşalıydı, 


 
 
18 
odu  ki,  şifrəsinin  Şuşayla  bağlı  olması  təbiidi. 
Bunun  kod  olduğuna  əmin  idim,  qalırdı  haranın, 
nəyin  kodu  olmasını  öyrənməyim.  Rəssamın 
şəxsi seyfinin kodu da ola bilərdi, bank hesabının 
açar sözü də. Hər halda arvadı bilməmiş olmazdı. 
Örtülü  sual-cavabdan  belə  anladım  ki,  Rəssamın 
nə bir şəxsi seyfi, nə də Xanımdan xəbərsiz bank 
hesabı var, ümumiyyətlə, ərinin ondan gizli bir işi 
olmayıb.  
Təqvim-gündəlikdəki  sözün  cızma-qarayla 
gizlədilməsi şübhəliydi. Xanıma heç nə demədim. 
Neçə gün əlləşəndən sonra Rəssamın bu açar sözü 
harada işlətdiyini tapdım. 
Öyrəndim!  Və  dəhşətli  bir  sirrin  üstünə  çıx-
mış kimi heyrət elədim.  
Bu, Rəssamın sosial şəbəkələrin birində açdı-
ğı  səhifənin  kodu  imiş.  İndi  onun  gizli  yazışma-
larının açarı əlimdə idi. Yazışma deyəndə, bir-iki 
“like”dan  başqa  elə  bir  qeydi  yox  idi.  Tək 
birindən savayı.  
O, uzun müddət bir qadınla məktublaşırmış.  
Ağlıma  “Başqasının  məktubunu  oxumaq 
ayıbdı!”,  “Kodu  arvadına  verimmi?”  sayaq  cür-
bəcür  fikirlər,  suallar  gəlirdi.  Ancaq  dəli  bir 
maraq bütün hissləri üstələdi!  
Yazışmaları  birnəfəsə  oxudum.  Neçə  gün 
özümə  yer  tapmadım.  Oxuduqlarımı  Xanıma 
danışmaq, sirri açmaq günah olardı! Amma bədii 
əsəri  xatırladan  bu  yazışmaları  dərc  eləməməyin 


 
 
19 
özü  də  bir  başqa  günah  idi.  Çıxılmaza  düş-
müşdüm. 
İndi  nə  edəcəyimi  bilmirdim.  Qalırdı  son 
suala cavab tapmağım: Nə edim?  
 
 
 


 
 
20 
 
I Bölüm 
 
 “Salvador Dali” qayıdır 
 
 
Rəssamın  səhifəsində  sən  deyən  elə  də  çox 
informasiya  yoxdu.  Bir  neçə  məqaləsinə  keçid 
linki, müxtəlif ölkələrdə çəkdiyi fotolardı, çoxu da 
təbiət mənzərələri, insan üzləri. Şəbəkədə çoxdan 
olsa  da  Qadının  da  səhifəsinə  zəngin  deməzdim. 
O,  daha  çox  öz  fotolarını,  rus  saytlarından 
qoroskoplar, bir də tanınmış adamlardan sitatlar 
paylaşıb.  Şəbəkədə  Rəssamın  68,  Qadının  isə 
1848  dostu  var.  Söhbətləri  əvvəl-əvvəl  tanışlıq 
xarakterli olub, sanki  sözü  seçib yazıblar. Amma 
rəsmi  xitabları  uzun  sürməyib,  aralarındakı 
“buz”u tez əridə biliblər.  
Yazılanları  bir-bir  götürüb  ayrıca  fayla 
köçürdüm. Yüngülcə əl gəzdirdim: təkrar fikirləri 
sildim, bəzi yerləri çıxarıb üç nöqtəylə əvəzlədim, 
hərf  səhvlərini  düzəltdim,  “w”,  “sh”,  “ch” 
hərfləriyə  olan  sözləri  yazı  dilimizə  uyğunlaş-
dırdım,  mətni  hissələrə  böldüm,  hər  hissəyə  bir 
başlıq  qoydum.  Amma  yazıların  üslubuna 
toxunmadım,  məsələn,  Rəssam  Qadından  fərqli 
olaraq fellərin sonunda “r” hərfi yazmırdı, elə də 
saxladım.  Bir  də  o,  hər  müraciətində  “Siz”  və 
“Sən” sözlərini böyük hərflə yazırdı, dəymədim.  


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə