Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə5/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
21 
Çatda  canlı  söhbətlərini  elə  dialoq  kimi  də 
verdim.  Mesaj  və  məktublarını  isə  bir-birindən 
ayırmaq  üçün  qədim  qadın  və  kişi  simvolu  olan 
üçbucaqdan  istifadə  elədim.  Rəssamın  yazdıqla-
rını  üzüyuxarı  ,  Qadınınkıları  isə  üzüaşağı 
üçbucaqla işarələdim. Eyni adamın ayrı-ayrı saat 
və  ya  günlərdə  dalbadal  yazdığı  mesajları  *** 
işarəsiylə ayırdım. 
Beləcə, bir kitablıq mətn alındı.  
 
 
Rəssam:  “Bir  ömür  böyük  ideallar  haqda 
düşünmək üçün çox azdı. Bizə elə gəlir ki, yüz il, 
min  il,  milyon  il  yaşayacağıq.  Təəssüf,  bunun 
belə  olmadığını  gec  anlayırıq,  sonuna  sayılı 
günlərimizdən başqa heç nəyimiz qalmayanda”.  
Salam!  Bu  sözləriniz  xoşuma  gəldi,  məni 
tutub  saxladı.  Dedim,  belə  düşünən  bir  xanıma 
salam  verməsəm  günah  olar.  Həm  də  bayramdı. 
Bəlkə  sonra  imkan  olmadı,  odu  ki,  bayramınızı 
indidən təbrik etmək istəyirəm. Az qalıb, tezliklə 
Bakıya dönürəm. Yaman darıxmışam... Şəkillərdə 
qayğılı, duşüncəlisiniz. Həyatda da beləsiniz? 
Qadın: Salam! Təbrikə görə təşəkkür edirəm! 
Suala  gəlincə,  həyat  insana  bir  dəfə  verilir.  Onu 
elə  düşünüb  yaşamaq  lazımdır  ki,  sonra  keçmişə 
dönüb baxanda “heç yaşamadım” deməyəsən.  
Rəssam:  Razıyam.  Hər  günü  sanki  sonun-
cuymuş  kimi  yaşamaqla  həyatı  maraqlı  etmək 


 
 
22 
mümkündü.  Amma  reallıqda  planlaşdırılan  ömür 
olmur,  şans  da  ciddi  şərtdi…  Peşənizi  bilmək 
istərdim,  əgər  etiraz  etmirsinizsə,  tanış  olardıq. 
Şəkillərinizə  baxdıqca,  düşünürəm,  dizayner  ola 
bilərsiz. 
Qadın:  İncəsənət  İnstitutunu  bitirmişəm, 
rejissorluğu,  amma  marketoloq  işləyirəm.  Sənətə 
yer  olmayan  bazar  cəmiyyətinə  rejissor  lazım 
deyil.  Sizsə,  səhv  etmirəm,  rəssamsınız.  Özü  də 
tanınmış rəssam. 
Rəssam: Elə bir tanınmışlığım olmasa da, düz 
tapdınız,  rəssamam.  Belə  demək  mümkünsə. 
Amma  böyük  rəssamları  tanıdıqca,  onların 
işlərini  öyrəndikcə  özümə  rəssam  deməyə  dilim 
gəlmir…  Rejissor  da  elə  bir  növ  dizaynerdi.  O 
baxımdan çox da yanılmamışam… Bəlkə də Bakı 
üçün  gecdi,  amma  Nyu-Yorkda  səhər  indi  açılır. 
Sizi  yuxudan eləmirəm ki? …Bu axşam çıxıram. 
Yeni  ili  yolda  qarşılayacam.  İmkan  olmayacaq, 
odu ki, indi təbrik edirəm. 
Qadın: Çox sağ olun. Sizə uğurlu yollar! 
Rəssam:  Buralıq  bir  işiniz  olsa,  yazın,  nəsə 
almaq,  ya  öyrənmək,  imkan  daxilində  edərəm. 
Hələ bir iş günüm var. 
Qadın:  Mənim  üçün  ən  önəmlisi  insandan 
aldığım  mənəvi  qidadır.  Sizdən  isə  canınızın 
sağlığından muğayat olmanızı rica edəcəm. 
Rəssam:  Sözlərimi  “hədiyyə”,  "rüşvət"  kimi 
başa  düşməyin,  sadəcə  səmimi  görünmək,  olmaq 


 
 
23 
istədim.  Mənəvi  qidaya  qalanda,  indiki  boz 
dünyada  hər  adamın  belə  qidaya  ehtiyacı  var. 
Təəssüf ki, bu qidanı  insanlardan almaq getdikcə 
çətinləşir. Qalır kitablar, musiqi, rəsmlər, səyahət, 
nə bilim, ta nələr.... 
Qadın:  Əstəğfürullah,  nə  rüşvət?  Mən  sizin 
səmimiyyətinizə  inanıram,  bəlkə  də  bu  üzdən 
sizinlə yazışıram. 
Rəssam:  Şəklinizi  “Luvr”a  necə  göndərirsiz? 
Burda belə  yazmısınız:  “Şəkil Luvra göndərilib”. 
Mən  hələ  bu  şəbəkədə  yazmaqdan  başqa  bir  şey 
edə  bilmirəm.  Amma  baxıram,  hamı  nəsə  gön-
dərir, qrup yaradır. Gərək öyrənəm. 
Qadın: Mütləq öyrənəcəksiniz! Hamı elə sizin 
kimi  başlayır…  Bakıya  uzun  müddətə  dönür-
sünüz? 
Rəssam:  Uzun  müddətə.  Amma  hələ  Qəraib 
hövzəsi  ölkələrinə  gedirəm,  Meksikaya,  sonra 
Kubaya. 
Qadın:  Sizə  uğurlar  arzulayıram.  Bakıya 
yəqin ailənizlə gələcəksiniz... 
Rəssam: Şəhərin bayram ovqatı necədir? 
Qadın:  Əvvəlki  kimi  deyil.  Nə  bilim,  bəlkə 
yaş artdıqca bayram ovqatları da dəyişir... Ailəniz 
də sizinlə belə səyahət edir? 
Rəssam: Nə bildiniz ki, ailəliyəm? 
Qadın:  Bilmədim.  Elə-belə  soruşdum.  Cavab 
verməyə bilərsiniz. 


 
 
24 
Rəssam: İşlə bağlı səfərlərə onları aparmıram. 
Ümumiyyətlə, tək səyahəti xoşlayıram. 
Qadın:  Burada  yaşamaq  Sizin  üçün  çətin 
olmayacaq? 
Rəssam:  Mən  Bakıda  yaşayıram,  sadəcə 
işimlə  əlaqədar  çox  səfər  edirəm.  Son  illər 
rəssamlıqla  bağlı  bir  neçə  beynəlxalq  təşkilatda 
təmsil olunduğumdan günüm elə səfərlərdə keçir. 
Yaradıcılığa  da  vaxt  qalmır  heç.  İndi  Nyu-
Yorkdayam,  bir  neçə  gün  Mayamidə  qalacam. 
Meksikada, sonra da Kubada olacam. Vətən üçün 
darıxıram,  illah  da  axşamlar.  Amma  mənə  orada 
da,  elə  burada  da  çətindi.  Qarabağsız  Azərbay-
canın dadı qalmayıb. Bir az pafoslu görünər bəlkə 
bu sözüm, elə deyil. ...Bir tərəfdən də neyləyəsən, 
yenə vətəndi.  
Qadın:  “Çox da tərifləmə  mənə  vətəni...” Elə 
bilirdim xaricdə yaşayırsınız. 
Rəssam: Tarkovskinin çox  sevdiyim  “Nostal-
giya”  filmində  Yankovskinin  qəhrəmanı  suya 
batmış  uçuq  evin  içində  ona  baxan  qızcığaza  bir 
pritça  danışır.  Rejissorsunuz,  xatırlayarsınız.  Biri 
üfunətli  dərin  gölməçədən  bir  başqasını  dartıb 
çıxarır.  Gölməçədən  çıxan  ona  kömək  edənə 
deyir:  “Sən  neyləyirsən?”  “Səni  xilas  edirəm”. 
“Axmaq,  mən  burda  yaşayıram”,-  deyir  xilas 
olan.  O  vaxt  bu  sətiraltı  fikir  SSRİ  üçün 
deyilmişdi.  Onun  nümunəsi  olmasın.  Necəliyinə 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə