Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə9/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 
 
39 
qırıq  yadına  düşür,  yaddaş  yavaş-yavaş  bərpa 
olunur. Hardasa, nə vaxtsa görmüsən, bunu dəqiq 
bilirsən,  amma  tam  xatırlamırsan.  Yada  salmaq 
üçün düşünməlisən.  Fransızlar  buna dejavü deyir 
– nə vaxtsa, hardasa görmüsən! Sanki realda yox, 
illüziya  dünyasındasan,  iştirakçı  yox,  müşahidə-
çisən. Doğmalıqda özünü yad duyursan...  
Dünəndən  gəlmişəm.  Axşam  internetə  girə 
bilmədim.  Yuxu  məni  tez  apardı.  Görünür, 
Sizinlə  canlı  yazışmaq  üçün  yenidən  uzaqlara 
getmək lazımdı.  
 
 
Soruşmayacam  necəsiniz,  təxmin  edirəm. 
Bura  qayıtmanıza  üzüldüm.  Xarici  ölkələrin 
yaşayış  tərzinə  öyrəşənlər  geri  qayıdanda  bir 
müddət  əziyyət  çəkirlər.  Hətta  depressiya  keçi-
rənlər  olur.  Neçə  adam  tanıyıram  uzun  müddət 
Avropa  ölkələrində  işləyiblər,  elə  Amerikada 
oxuyub  qayıdan  bir  qohumumu  götürək,  burda 
özlərinə  yer  tapa  bilmədilər,  yenə  qayıdıb 
getdilər. Yaşam qaydaları, şərtləri fərqlidir. Mənə 
gəlincə,  xaricdə  çox  olsam  da,  okeanın  o  tayına 
keçməmişəm.  Böyük  həvəslə  gedərdim.  Amma 
hara  getsəm  də  yenə  qayıdardım.  Bakıdan 
kənarda  yaşamağı  təsəvvürümə  gətirə  bilmirəm. 
Mənə  bura  xoşdu.  Belə  baxıram,  elə  siz  də 
burasız  yaşaya  bilmirsiniz.  Duyğusal  adamlar 


 
 
40 
üçün qürbətdə həyat faciədir. Odur ki, vətənə xoş 
gəldiniz! 
 
 
Rəssam:  Neçə  gündü  şəbəkədə  yox  idiniz, 
açığı,  lap  darıxmağa  başladım.  Bir  vaxt  edin 
görüşək. 
Qadın:  Deyirlər  təsadüf  zərurətdən  doğur, 
dostluq  dostluğa  zərurətdən  yaranır.  İnşallah,  hər 
ikimiz  yeni  yaranan  tanışlıq,  sonralar  isə 
dostluqdan  mənəvi  qida  alıb,  zövqlə  onu  qoruya 
biləcəyik.  Mütləq  görüşərik,  indi  başım  çox 
qarışıqdır.  İşlədiyim  yerdə  ixtisar  gedir,  mənim 
də  ixtisara  düşmək  ehtimalım  var.  Ona  görə 
özümə  yeni  iş  arayıram.  Bu  işləri  tamamlayan 
kimi  sizinlə  mütləq  bir  fincan  qəhvə  içəcəm. 
Görüşərik, sağlıq olsa. 
Rəssam:  Səhv  eləmirəmsə,  bu,  Bakıda  ilk 
canlı  yazışmamızdı...  İş  məsələsi  deyəsən,  həqi-
qətən  böyük  problemə  çevrilir.  Yeni  yaranacaq 
hansısa  telekanalda  aparıcı  müsabiqəsində  rast 
oldum Sizə, bəlkə də köhnə idi. Nə yerdədi orada 
işlər? 
Qadın:  Sözün  düzü,  iş  problem  deyil,  özünə 
və bacarığına güvənənlər üçün. Mən də onlara aid 
edirəm  özümü...  Aparıcı  müsabiqəsi.  Bu,  çoxdan 
olub, unutdum  belə… Sizi  heç  xatırlamadım. Siz 
də jüridə idiniz? 


 
 
41 
Rəssam:  Google-da  adınızı,  soyadınızı  yazın. 
Görəcəksiniz özünüzü. Bunu orada oxudum. 
Qadın: Təşəkkür edirəm  verdiyiniz  məlumata 
görə.  Əslində  mənimlə  bu  qədər  maraqlanmağı-
nıza təəccübləndim. 
Rəssam: Niyə təəccübləndiniz ki? 
Qadın:  Nə  bilim,  vallah!  Bir  az  qəribə  gəldi. 
Sıradan  bir  tanışlıq  üçün  normal  saymadım.  Ən 
azından  məndən  öyrəndiklərinizlə  kifayətlənmə-
yib internetdə də axtarmısınız. 
Rəssam:  Xüsusi  axtarış  olmayıb.  Qətiyyən! 
Sadəcə, elə-belə yazdım, çıxdı. 
Qadın: İstənilən halda şad oldum. Təşəkkür! 
Rəssam:  Narahat  olmayın,  xahiş  edirəm. 
İznsiz  başqasının  şəxsi  həyatına  müdaxilə  etmə-
rəm.  İndiki  internet  zəmanəsində  heç  nə  gizli 
qalmır. Bunu pis  şey  hesab etsəydim, ən azından 
Sizə yazmazdım. 
 
 
Şəxsiyyətinə 
müstəsna 
hörmət 
etdiyim, 
dostum  Rəssam!  Sizin  hərəkətinizdə  zərrə  də 
olsun  yanlışlıq  duymadım,  əksinə,  bəyəndim  ki, 
həmsöhbətinizi tanımağa çalışırsınız. Bu da sizin 
səmimiyyətinizdən xəbər verir. 
 
 
Bu gün ciddi bir görüşdəydim. İstəyirik islam 
ölkələri  rəssamlarının  beynəlxalq  sərgisini  keçi-
rək.  Neft  Şirkətiylə  sponsorluq  məsələsini  müza-


 
 
42 
kirə  edirdik.  Deyəsən,  onları  o  qədər  də  maraq-
landıra  bilmədim.  Sərginin  tək  müsəlman 
ölkələriylə  məhdudlaşmasını  istəmirlər.  Mən  isə 
hesab  edirəm  ki,  Bakını  islam  dünyasının  mədə-
niyyət  mərkəzinə  çevirə  bilərik.  Yüz  il  əvvəlki 
neft  bumu  inkişafa  təkan  verdiyi  kimi  indi  də 
regionun  inkişaf  eləmiş  cəmiyyətini  qura  bilərik. 
Bunun  üçün  həm  kapital  var,  həm  də  istedadlı 
adamlarımız. Təəssüf ki, idarə edənlərimizin buna 
qabiliyyəti  çatmır.  Dəqiq  cavabı  bir-iki  günə 
bilinər.  Sizin  iş  məsələniz  nə  yerdədi?  Nəyi 
tədqiq edirsiniz indi? 
 
 
Sizə bol uğurlar diləyirəm. Bir də hər işdə bir 
xeyir  var.  Allah-taala  buyurub  ki,  yalnız  mən 
bilirəm  sizin  xeyir  bildiyiniz  işdə  nə  qədər  zərər 
və  tam  əksinə,  zərər  bildiyinizdə  nə  qədər  xeyir 
var…  Mənim  işimsə  hələ  əvvəlki  vəziyyətdədir. 
Güman  edirəm,  ixtisara  düşmərəm.  Müdirin 
qırımından  duyuram...  Tədqiqat  sahələrimizsə 
müxtəlif  profillidir.  Sosial  məsələlər,  bazar 
araşdırmaları aparırıq istənilən mövzuda. 
 
 
Rəssam:  Təəssüf  ki,  gündüzlər  yazışmağa 
Sizin belə çox vaxtınız olmur. Elə öyrəşmişəm ki, 
Sizi burada görməyəndə darıxıram. 
Qadın:  Təşəkkür  edirəm.  Mənə  də  sizinlə 
söhbət xoşdu. 


 
 
43 
Rəssam:  İndi  vaxtınız  var?  Burada  əsas  şəkli 
necə dəyişmək olar? Mənə izah edə bilərsiniz? 
Qadın:  Daxil  olun  “Fotoqrafiya”  bölməsinə, 
oradan  istədiyiniz  şəkli  seçib,  “Əsas”  sözünün 
üstünə  tıklayın,  o  qədər…  Baxdım.  İşiniz  çox 
maraqlıdır. Mənə belə gəldi. Siz tək rəssam deyil, 
həm də təşkilatçısınız. Konfranslar, sərgilər təşkil 
edirsiniz. Şəkillərinizə baxdım, dünyanın dörd bir 
tərəfində olmusunuz. Yazılarınız da maraqlıdır. 
Rəssam:  Jurnallar  üçün  yazdığım  vaxtlar  da 
olub. İndi  də  hərdən  yazıram.  Amma  son  vaxtlar 
əlim  qələmə  yatmır.  Bu  fotoreportajlar  da  yaza-
caqlarımın onda biridi. Onu da dostların təkidi ilə 
yazdım.  ...Burada  şəkli  dəyişmək  asan  imiş  ki… 
Alındı, sağ olun. 
 
 
Rəssam olsanız da, burada daha çox fotoqrafı 
xatırladırsınız.  Bir  rəsminiz  də  yoxdur,  amma 
əvəzində  maraqlı  fotolarınız  var.  Rəsmlərinizi 
oğurlayarlar  deyə  qoymursuz  internetə?  Onları 
gizlədirsiniz,  deyəsən...  Bəs  hansı  rəssamları 
sevirsiniz? Sizə bu sənəti sevdirən kimlərdi? 
 
 
Fotoaparatla çəkilənlər xarici dünyanın əksidi, 
hobbimdi,  hamıya  açıqdı.  Fırça,  kətan,  palitra, 
rənglərdən  doğan  tablolar  isə  iç  məsələdi.  Onun 
üzə  çıxması  uzun  prosesdi.  Elə  rəsmlər  var  ki, 
çəkilib  bitsə də, günlərlə üzü divara çevrili qalır. 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə