Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə1/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
  1   2   3   4   5   6   7   8   9   ...   97
Alimler EN SON tamversiya GUNEL


Q.T.Kələşov

S.Q.Kələşova

N.U.Allahyarova

G.İ.Əhmədova

Ş.P.İmanova

Ə.M.Mürsəlova

Azərbaycanın

Tanınmış

Riyaziyyatçıları


Mingəçevir - 2018

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Mingəçevir Dövlət Universiteti

___________________________________________




Q.T.Kələşov

S.Q.Kələşova

N.U.Allahyarova

G.İ.Əhmədova

Ş.P.İmanova

Ə.M.Mürsəlova


Azərbaycanın

Tanınmış

Riyaziyyatçıları
(Ensiklopedik məlumat)


Mingəçevir - 2018

UOT:
Elmi redaktor: f.r.f.d. Mehman Bulud oğlu Rəsulov

Rəy verənlər: f.r.e.d., prof. Ş.M.Mütəllimov

f.r.e.d., dos. S.M.Mustafayev


Q.T.Kələşov, S.Q.Kələşova, N.U.Allahyarova, G.İ.Əhmədova, Ş.P.İmanova, Ə.M.Mürsəlova

Azərbaycanın Tanınmış Riyaziyyatçıları” Ensiklopedik məlumat. Mingəçevir 2018-ci il, 200 səh.

Ensiklopedik məlumat kitabı Universitet tələbələri, ma-gistrantlar və müəllimlər üçün nəzərdə tutulmuşdur. Kitabdan ümumtəhsil məktəblərinin şagird və müəllimləri, riyaziyyat elmi ilə maraqlanan bütün oxucular istifadə edə bilərlər.


Alimin mürəkkəbi şəhidin qanından üstündür.
Məhəmməd Peyğəmbər

O elmin ki, riyaziyyatla əlaqəsi yoxdur və oraya riyazi elmlərdən birisi tətbiq oluna bilməz, onda o elmdə heç bir yəqinlik hasil edilə bilməz.
Leonardo da Vinçi


MÜQƏDDİMƏ
Bütün insanlara məlumdur ki, təhsil strateji əhəmiy-yətə malik fəaliyyət sahəsidir. Təhsili güclü olan xalq, güc-lülər arasında, sırasında olar. Təhsili zəif olan xalqın nə keçmişi, nə də gələcəyi olar. Azərbaycan mədəniyyət, mə-nəviyyat ucalığıdır.

Azərbaycanın heyrət doğuran təkrarsız, bənzərsiz tə-biəti göz oxşayır, könül xoşlayır. Dağlarının başı bəyaz çal-malı, boranlı-qarlı, axarlı-baxarlı, şimşək çaxarlı, qövsü-qüzeylidir. Bulaqları zümzüməli, dağ çayları şərqi qoşar, mahnı oxuyar. Sərt qayaları səngər qalaları təsvir edir. Yaylaqları qonaqlı-qaralı, sazlı sözlüdür. İnsanları açıq fikirli, özü bütöv, sözü bütöv, sadə olduqları qədər də səmimi, dost, mehribandırlar. Dosta dost, düşmənə qənim, türk soylu, türk qanlı, türk canlı olmaları ilə fəxr edir, qürur duyurlar.

Azərbaycanın zəngin təbiəti olduğu kimi, məhşur insanları Nizamisi, Fizulisi, Nəsirəddin Tusisi, Lütfi Zadəsi vardır.

Bu xalqın çoxsaylı ziyalıları təkcə Azərbaycanda de-yil, Qafqazda və dünyanın bir sıra ölkələrində ziyalı adını şərəflə daşıyırlar.

Riyaziyyat elmi böyük inkişaf dövrü keçmiş, dünya-nın bir çox xalqlarına mənsub minlərcə alimin iradəsi və zəhməti nəticəsində bu günkü səviyyəyə çatmışdır.

Təqdim edilən ensiklopedik məlumat kitabı riya-ziyyat elminin inkişafında, onun bu günki səviyyəyə çatdı-rılmasında böyük əməyi olan azərbaycan riyaziyyatçı-larının həyat və yaradıcılığına həsr olunmuşdur.

Elmimizin inkişaf tarixi haqqında az da olsa məlumat almaq, ayrı-ayrı mühüm faktların və qanunların necə kəşf edildiyini bilmək, elmdə unudulmaz ad qoyub gedən alim-lərin həyat və fəaliyyəti ilə tanış olmaq xeyli faydalı və ib-rətamizdir.

Azərbaycan ziyalıları arasında tanınmış riyaziyyat-çıların çoxsaylı məqalələri, cild-cild əsərləri son dərəcə qiymətlidir. Bu üstün cəhəti nəzərə alaraq Azərbaycanın tanınmış riyaziyyatçıları haqqında məlumat verməyi məq-sədə uyğun saydıq.

Əziz oxucular! Sizlərə təqdim olunan “Azərbaycanın tanınmış riyaziyyatçıları” adlı ensiklopedik məlumat kitabı uzun illər axtarış və gərgin əməyin nəticəsidir. Burada 100-ə yaxın riyaziyyatçılar haqqında məlumat verməklə kifayətlənmək məcburiyyətindəyik. Müəyyən obyektiv və subyektiv səbəblər üzündən bir çox tanınmış riyaziyyatçılar haqqında dəqiq məlumat toplaya bilmədiyimiz üçün onla-rın adları siyahıya daxil edilməmişdir. Həmin alimlər on-larladır. Ona görə də adları bu kitaba düşməyən tanınmış Azərbaycan riyaziyyatçıları haqqında hansı oxucunun də-qiq məlumatı varsa, bizə göndərsin. Biz bu məlumat kitabı-nı təkmilləşmiş şəkildə yenidən nəşr etdirmək fikrindəyik. Alimlər haqqında məlumat göndərən hər bir şəxsə qabaq-cadan öz minnətdarlığımızı bildiririk.

Taleyini elmə bağlayan alimlərimiz haqqında oxuyun, fəxr edin, qürur duyun.

Kitab Universitet tələbələri, magistrantlar və müəl-limlər, orta ümum-təhsil məktəblərinin şagird və müəllim-ləri üçün nəzərdə tutulub. Məlumat kitabından digər İnsti-tut və Universitetlərin müəllim və tələbələri, magistrantları, riyaziyyat elmi ilə maraqlanan bütün oxucular istifadə edə bilər.

Məhəmməd ibn Həsən əl-Tusi (Nəsirəddin Tusi) (1201-1274)



1201-ci il fevralın 17-də Cənubi Azərbaycanın Cəhrud mahalının Tus şəhərində anadan olmuşdur. Bir sıra mənbələrdə onun Zəncan ilə Həmadan arasında yerləşən Savə şəhərində anadan olduğu qeyd edilir. O, Tusda doğulduğu üçün Tusi təxəllüsü ilə tanınmışdır. Nəsirəddin Tusi ilk təhsilini atası Mühəmməddən almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin - İbn Sina və Bəhmənyarın davamçılarının yanında davam etdirmişdir.

Aldığı hərtərəfli və dərin biliklər Məhəmməd ibn Həsən əl-Tusini elmi mühitdə az bir vaxtda məşhurlaşdırır. O, gənc yaşlarından bir sıra hökmdarların diqqətini cəlb edir. Kuhistan ismaililərin rəhbəri Nasirəddin Möhtəşəm, Nəsirəddin Tusini 30 yaşında qonaq dəvət edir və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi "Əxlaqi-Nasiri" əsərini yazır. Bu əsər sonralar Nəsirəddin Tusiyə dünya şöhrəti qazandırır və bir çox dillərə tərcümə olunur.

Qeyd etmək lazımdır ki, Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdır. Nəsirəddin Tusi ömrünün çox hissəsini, yəni Marağa rəsədxanasında işləyənə qədər (1259-cu ilə qədər) çox ağır maddi şərait içərisində yaşamışdır. Bu barədə o, 1247-ci ildə yazmış olduğu "İşarələrin şərhi " adlı kitabının son səhifələrində qeyd etmişdir.

Nəsirəddin Tusi, astronomiya, riyyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrə həsr olunmuş 100-dən artıq elmi əsərlər yazmışdır. Nəsirəddin Tusinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. O, riyaziyyat elminə həsr etdiyi əsərləri ərəbcə, astronomiya elminə həsr etdiyi əsərləri isə həm fars, həm də ərəb dillərində yazmışdır. Dörd hissədən ibarət olan "Zici-İlxani" (İlxanilərin astronomik cədvəlləri") əsəri alimin adını dünya astronomiya tarixinə salmışdır. Nəsirəddin Tusinin astronomiyanın inkişafı sahəsindəki fəaliyyəti Marağa rəsədxanası ilə bağlıdır. Marağa Azərbaycanın qədim şəhərlərindən biridir. Hal-hazırda İran ərazisində yerləşir. Marağa rəsədxanasının tikintisi Hülaki xanın vəsaiti hesabına aparılmışdır. Bu tikintinin vacibliyini Nəsirəddin Tusi Hülaki xana sadə misalla izah etmişdir.

Professor Həbibulla Məhəmmədbəyli Nəsirəddin Tusinin astronomiya elmi sahəsindəki fəaliyyətini çox geniş şəkildə tədqiq etmişdir. O, tədqiqatlarında qeyd edir ki, Nəsirəddin Tusi rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirdikdən sonra astro-nomik cihazlar hazırlamış, müxtəlif şəhərlərdən burada yaradı-lacaq kitabxana üçün qiymətli kitablar gətirtmiş və rəsədxanada tədqiqatlar aparmaq üçün dünyanın bir çox ölkələrindən alimlər dəvət etmişdir. Nəsirəddin Tusi Dəməşqdən Müvəidəddin Ordi-ni, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlati-ni, Qəzvindən Nəcməddin Dəbiranini və başqa qaynaqlara əsa-sən dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəd-din Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Min-Çi və digər-lərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur. Bu-rada bir məsələyə toxunmaq maraqlı olardı. Azərbaycanın gör-kəmli siyasi xadimi və tarixçisi Rəşidəddinin yazdıqlarına görə, həmin dövrdə Cəmaləddin Buxariyə də Pekində rəsədxana qur-maq tapşırılmışdır. Lakin o, bu tapşırığın öhdəsindən gələ bil-mədiyi üçün, Çin alimi Fao Min-Çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddin Tusi ilə məsləhətləşmələr aparmış və rəsədxananın tikintisi üçün lazım olan alətlərin çertiyojlarını əldə etdikdən sonra Pekində rəsədxananın tikintisi başa çatdırılır.

AMEA-nm müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında çalışan azərbay-canlı Kəriməddin Əbu bəkr Mahmud oğlu Şəmsəddinin düzəlt-diyi cihazlar arasında içi boş yer kürəsi modeli varmış. Bu kürənin üzərində iqlimlərin təsviri olduğu, coğrafi qlobusun o dövrdə varlığını göstərir. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.

Nəsirəddin Tusi Marağa rəsədxanasında bacarıqlı həndə-səşünas hesab edilirdi. Ona görə də Evklidin "Əsaslar" əsərini onun tərcümə etməsi heç də təsadüfi deyildir. Nəsirəddin Tusi həndəsəyə dair "Təhriri-Öqlidis" kitabını 1248-ci ildə yazmış-dır. Bu kitab ondan əvvəl həndəsəyə aid yazılmış kitablardan üstün olmuş və 5 əsr müddətində ən yararlı kitab olaraq qalmışdır. Bir müddət sonra Nəsirəddin Tusi bu kitabı yenidən işləyərək daha da təkmilləşdirmişdir. Kitabın hər iki variantı tez bir zamanda dünyaya yayılmışdır. Bu kitab Avropada o qədər məşhur olmuşdur ki, 1654-cü ildə Romada ərəb dilində, 1657-ci ildə Londonda latın dilində tərcümə edilərək nəşr edilmişdir.

Nəsirəddin Tusinin həndəsə sahəsində bu qədər irəli get-məsində onun triqonometriya elmi ilə çox yaxın tanışlığı və onun inkişaf etdirilməsi çox böyük rol oynamışdır. O, 1260-cı ildə triqonometriyaya aid "Şəklul qita" (Kəsişmələr şəkli) adlı kitabını yazmışdır. Bundan sonra triqonometriyada sinuslar və tangenslər teoreminin isbatını, sferik bucaqların həllini və bir çox düsturların çıxarışlarını vermişdir.

Çağdaş tədqiqatçıların çoxu Nəsirəddin Tusini riyaziyyat-çı kimi təqdim edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçi-nin Avropada həndəsə və triqonometriyanın inkişafında xüsusi rol oynamışdır. Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklul qita" ("Bütöv çoxtərəfli haqqında risalə"), "Came'ul- hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhriri-Öqlidis" ("Evklid "Başlanğıcı"nın təsviri") kimi kitablar mühüm yer tutur. 1594-cü ildə ərəb, sonra isə latın dilinə tərcümə edilərək Romada çap olunan "Evklid "Başlan-ğıc"ının təsviri" əsəri Nəsirəddin Tusi ideyalarının Avropada yayılmasına böyük təkan vermişdir. Onun 5 kitabdan ibarət olan "Bütöv çoxtərəfli haqqında risalə" əsəri isə Avropada tri-qonometriyanın inkişafında əhəmiyyətli rol oynamışdır.

Belə ki, dünya elmi tarixində triqonometriyaya ilk dəfə bu əsərdə müstəqil elm sahəsi kimi yanaşılır. Bu əsər ingilis, rus və fransız dillərinə tərcümə olunmuşdur. Nəsirəddin Tusinin "Bü-tün dərəcələrdən kökalma düsturu" və "Binomun düsturu" adlı araşdırmaları Cəbr sahəsində apardığı araşdırmalar arasında dünyada daha çox tanınır. Bundan başqa Nəsirəddin Tusinin tarixə, fizikaya, iqtisadiyyata, coğrafiyaya, musiqiyə və s. Elm-lərə dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Məsələn, "Bağ-dadın tarixi", "İşığın əks olunması və sınması haqqında risalə", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" və digər əsərlərini nümunə göstərmək olar.

Hal-hazırda Nəsirəddin Tusinin bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında qorunub saxlanılır. Onun əsərlərinə Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Mün-hen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək olar.

Şərq dünyasında Nəsirəddin Tusi etikaya aid "Əxlaqi-Nasiri" adlı əsəri ilə, dünyada isə Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.

Nəsirəddin Tusi Marağada vəfat etmişdir. Sonralar onun nəşini Bağdada aparmışlar. Halhazırda onun qəbri Bağdaddadır. Nəsirəddin Tusi ilə bütün dünya xalqları, xüsusilə Azərbaycan xalqı fəxr edir. Marağa rəsədxanasının və eləcə də Nəsirəddin Tusinin elm sahəsində fəaliyyəti Sovet hakimiyyəti illərində daha geniş tədqiq edilərək öyrənilmişdir.

Nəsirəddin Tusinin yaradıcılığ yolunu övladları Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd davam etdirmişdir. Nəsirəddin Tusinin ölümündən sonra Sədrəddin Əli Marağa rəsədxanasına rəhbərlik etmişdir. Mənbələrdə deyildiyi kimi o, farsca şeirdə və astronomiyada fəzilətçi idi.

Əsiləddin Həsən riyaziyyatçı və şair kimi tanınırdı. Professor Həbibulla Məhəmmədbəyli qeyd edir ki, Parisdə milli kitabxanada saxlanılan "Zici-İlxani"nin bir nüsxəsi Əsiləddin Həsənin əlyazmasıdır.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə