BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə4/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   2   3   4   5   6   7   8   9   ...   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

12

kənarlaşdıran  və  narahatlıq  yaradan  iqtisadi  maneələrlə;  fiziki  əlçatımlılıq,  məlumat  və 



kommunikasiyanın təmin olunma tərzi, təşkilat və sistemlərin fəaliyyət tərzi kimi ətraf mühit 

maneələri ilə cəmiyyət tərəfindən “əlil edilir”.  

Maneələr  sağlamlıq  məhdudiyyətləri  olan  insanlar  üçün  diskriminasiya,  kənarlaşdırma  və 

narahatlıq (əlverişsiz vəziyyət) yaradır. 

Əlillik barədə bu tərzdə düşünmək o deməkdir ki, maneələr aradan qaldırıla bilər. Məsələn, 

işəgötürənlərin  fərziyyələri  və  iş  yerindəki  fiziki  maneələr  azaldıla,  yaxud  da  tam  aradan 

qaldırıla bilər ki, məhdudiyyəti olan insanlar bir daha işdə diskriminasiya və narahatlıq hiss 

etməsinlər.

Sosial model düşüncəsi əliledici maneələrin aradan qaldırılması üçün müsbət və səmərəli 

həllər təklif edir, eləcə də, insan və vətəndaş hüquqlarını təkidlə vurğulayır.



Beləliklə, əlillik nədir və “əlilliyi olan şəxslər” kimdir?

“Əlilliyi olan şəxslər” termini müxtəlif sağlamlıq məhdudiyyəti və xəstəliyi olan bir qrup adam 

üçün  işlədilir.  Bəzi  hallarda  bu,  sağlamlığı  məhdud  insanların  üzləşdiyi  kənarlaşdırma  və 

diskriminasiyanın sosial səbəbi və təbiətini vurğulamaq üçün bilərəkdən işlədilən siyasi termindir. 

Bizi əlil edən sağlamlıq məhdudiyyətimiz yox, cəmiyyətdə hökm sürən əliledici maneələrdir.

Bu qrupu müəyyən etmək, ona tərif vermək üçün müxtəlif ölkələrdə cürbəcür söz və ifadələrdən 

istifadə edirlər - məsələn, sosial müavinətlər və ya sosial xidmət dəstəyi alanlarla,  diskriminasiyaya 

qarşı qanunla qorunanlar və ya əlilliyə görə xüsusi hüquqları olanlarla bağlı olduğu kimi. 

Məsələn, BK-da, əlilliyi olan şəxs 2010-cu ildə qəbul edilmiş Bərabərlik Aktına görə aşağıdakı 

kimi  müəyyən  olunur:  “Şəxsin  normal  gündəlik  fəaliyyətini  həyata  keçirmək  qabiliyyətinə 



böyük və üzünmüddətli mənfi təsir göstərən əqli və ya fiziki məhdudiyyətli.”

Azərbaycanda  isə  əlliyin  və  uşaqların  sağlamlıq    imkanlarının  məhtudluğunun  qarşısının 

alınması,  əlilliyi  olan  şəxslərə  və  sağlamlıq  imkanları  məhdud  uşaqların  reabilitasiyası  və 

sosial müdafiəsi haqqında Azərbaycan respublikası qanunun 2 maddısinə əsasən əlilliyi olan 

şəxslərə belə tərif verilir: 

əlil- anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində 

həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq 

imkanları  məhdud  18  yaşınadək  uşaq  –  orqanizmin  ümumi  inkişafının  pozulmasına  səbəb 

olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, 

sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması 

əlilin və sağlamlıq imkanları məhdud uşağın özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz 

davranışına nəzarət, habelə təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya 

imkanlarını tamamilə, yaxud qismən itirilməsində təzahür edir.

Bu vasitələr toplusunda şəxslərin “cəmiyyət tərəfindən əlil edilməsi” fikrini çatdırmaq üçün 

müntəzəm olaraq “əlilliyi olan şəxslər” termini işlədilir. Digərləri insanların birinci olduğunu 

bildirmək  üçün  “əlilliyi  olan  şəxslər”  terminini  üstün  tuturlar.  “Əlilliyi  olan  şəxslər”  ifadəsi 

ABŞ-da və BMT-nin ingiliscə sənədlərində də işlədilir. 



© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

13

“Əlilliyi olan şəxslər” termini sağlamlıq məhdudiyyəti olan bütün insanlar üçün işlədilir. Əlilliyi olan 



şəxslər bir qrup olaraq gəldikləri ölkə və ya icmalar kimi eyni xüsusiyyətləri nümayiş etdirirlər.

Əlillik hüquqları hərəkatı

Əlilliyi  olan  şəxslərin  təşkilatları  1970-ci  illərin  ortalarından  bütün  dünyada  çoxalmağa 

başladı. Bundan əvvəl bəzi ölkələrdə görmə və eşitmə qabiliyyəti itirmiş  olan şəxslərdən 

ibarət xüsusi qrupların həmkarlar təşkilatları kimi spesifik qurumlar var idi. 

1981-ci  ildə  -  Əlilliyi  olan  Şəxslərin  beynəlxalq  ilində  dünyanın  hər  yerindən  əlilliyi  olan 

şəxslər “Əlil Şəxslərin Beynəlxalq səviyyəli təşkilat” ını (

Disabled Peoples’ International (DPI)

yaratmaq üçün Sinqapurda toplaşdılar. İndi DPİ üzvü olan milli assambleyalar vasitəsilə 130-



dan çox ölkədə fəaliyyət göstərir və yeddi regionu (Afrika, Ərəb, Asiya-Sakit Okean, Müstəqil 

Dövlətlər Birliyi, Avropa, Latın Amerikası, bir də Şimali Amerika və Karib dənizi ölkələri) əhatə 

edir. Assambleyalar öz ölkələrində əlilliyi olan şəxslərin potensialından istifadə olunmasına 

və səlahiyyətlərinin artırılmasına diqqət yetirirlər. Onların yarıdan çoxu inkişaf etməkdə olan 

ölkələrdə yerləşir.

DPİ-nin məqsədi əlilliyi olan şəxslərin insan hüquqlarının təşviqi və müdafiəsi vasitəsilə bütün 

belə şəxslərin həyatın ümumi axınında tam iştirakına nail olmaqdır. DPİ-nin diqqəti xüsusilə 

də inkişaf etməkdə olan ölkələr üzərində cəmlənir, çünki həmin ölkələr dünyadakı bir milyard 

əlilliyi olan şəxslərin 80%-ni, dünyanın ən kasıb və imkansız əhalisinin isə 20%-ni əhatə edir.

Bu  gün  bir  çox  ölkədə  əlilliyi  olan  şəxslərin  əksər  təşkilatları  üçün  milli  koordinasiya 

mexanizmləri  var.  Bu  təşkilatların  bəziləri  nəqliyyat  və  müstəqil  yaşayış  kimi  müəyyən 

məsələlər üzərində diqqət cəmləyir, digərləri ruhi sağlamlıq və ya qavrama məhdudiyyətləri 

kimi bir əlillik tipinə daha həssas yanaşır, bir çoxu da yerli və ya milli səviyyədə əlilliyi olan 

bütün şəxslərin maraqlarını təmsil etməyə çalışır.

 

Əlilliyi olan şəxslərin kənarlaşdırılması 

Əlilliyi  olan  şəxslərin  cəmiyyətdə  tam  iştirakının  qarşısını  alan  əsas  maneələrin  siyahısı 

aşağıda verilib. 

1.  Təşkilati/strateji cəhətdən

Hökumət  siyasəti,  qanunlar  və  dövlət  xidmətləri  heç  də  həmişə  əlilliyi  olan  şəxslərin 

ehtiyaclarını  nəzərə  almır,  ya  da  bu  ehtiyaclar  praktik  olaraq  ödənmir.  Məsələn,  səhiyyə 

xidmətləri əlçatımlı olmaya bilər; əlilliyi olan uşaqlar üçün təhsildə ayrı-seçkilik və ya aşağı 

standart ola bilər; tibbi və təhlükəsizlik qaydaları insanlar üçün ədalətsiz şəkildə uyğunsuz 

ola bilər, yaxud da onları işəgötürülmədən və ya xidmətlərdən kənarda qoya bilər.



2.  Fikir

Əlilliyi olan şəxslərin iştirakına ən böyük maneəni çox zaman münasibət, yanaşmalar yaradır. 

Xürafat  (əsassız  yaradılmış  mənfi  rəy)  və  stereotiplər  hər  bir  kəsin  əlilliyi  olan  şəxsdən 

gözləntilərini  azaldır,  bu  isə  o  deməkdir  ki,  çox  zaman  onların  qərar  qəbulunda  heç  bir 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə