BiZİM ÜÇÜn biZSİz heç NƏ


İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu



Yüklə 0,95 Mb.
səhifə49/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   41   42   43   44   45   46   47   48   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

121


Ukrayna: yaxşı təcrübə – əlil arabası istifadəçisi 

Ukraynada ilk dəfə (2013-cü ildə) əlilliyi olan 

şəxslərə qarşı diskriminasiya ilə bağlı işi udur

Dnepropetrovsk şəhərində əlil arabası istifadəçisi pandus ilə təchiz edilməmiş aptekə daxil 

olmaqda  çox  çətinlik  çəkirdi.  Dəfələrlə  aptekə  “normal  şəkildə"  daxil  ola  bilməyəndən 

sonra  əlil  arabası  istifadəçisi  hüquqşünas  Dmitro  Jaryi  2010-cu  ilin  iyulunda  əlilliyin 

diskriminasiyasına qarşı məhkəmədə mübarizəyə başladı. Məhkəmə prosesi iki il davam etdi 

və apteklər şəbəkəsinin lisenziyadan məhrum edilməsi ilə nəticələndi.

Əhvalatın mediada işıqlandırılması (xəbərlərin çoxsaylı televiziya kanallarında yayımlanması 

və  çap  mediasında  verilməsi)  Ukraynanın  o  zamankı  baş  nazirinin  diqqətini  cəlb  etdi,  o, 

Səhiyyə  Nazirliyinə  vəziyyətin  öyrənilməsi  və  apteklərə  lisenziya  verilmə  qaydalarına 

dəyişikliklər edilməsi istiqamətində göstəriş verdi. 

Əlilliyi olan şəxslərin Milli Assambleyasının ekspertləri bu prosesə cəlb olundular, müvafiq 

nazirliklərin rəsmiləri Dmitro Jaryi ilə birlikdə mövcud qanunvericiliyə dəyişikliklər layihəsini 

hazırladılar.

Bu  proses  zamanı  media  Ukrayna  əhalisini  məlumatlandırdı,  problemə  vəzifəli  şəxslərin 

diqqətini çəkdi və onları açıq-aşkar vəziyyətə uyğun davranmağa vadar etdi.

Azərbaycan: yaxşı təcrübə - əlilliyi olan şəxslərə 

artıq ayrıca binada yox, ümumi binada mənzil 

veriləcək 

Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  bundan  əvvəl  əlilliyi  olan  şəxslər  üçün  ayrıca 

binalar tikirdi. Bu siyasət yerli mediada sərt tənqid olunurdu. Artıq nazirlik əlilliyi olan şəxslər 

üçün ümumi binalarda mənzillər almaq qərarına gəlib və bununla bağlı tender elan edib. 

Nazirlikdən bildirilib ki, əlilliyi olan şəxslərə veriləcək mənzillərin daxili sahəsinin bölgüsü və 

təmiri onların fiziki vəziyyətinə və şəxsi tələbinə uyğun aparılmalıdır.




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

122


Təlimçi bölməsi

Sessiya planı

“Şotlandiya  Bərabərlik  və  İnsan  Haqları  Komissiyası”  tərəfindən  2012-ci  ildə  çəkilmiş 

qısametrajlı filmə baxın

Auditoriya kimdir?

Mövzu necə təqdim olunub?

Kommunikasiya, vizual imiclər və s. ilə bağlı nə nəzərə alınıb?

https://www.youtube.com/watch?v=uUwHIbQFszU 




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

123


Bölmə 5. Mənbələr

Fəal vətəndaşlar – British Council Ukrayna vebsayt: 

http://www.britishcouncil.org.ua/en/

programmes/society/citizens-participation 

Qərar qəbuletmə prosesində vətəndaş iştirakının yaxşı təcrübəsinə dair məcəllə - Avropa 

Şurası: 


http://www.coe.int/t/ngo/code_good_prac_en.asp 

Esseks Nəzarət hüququ: 

http://www.essex.gov.uk/Health-Social-Care/Care-for-Adults/

Staying-Independent/Right-to-Control/Pages/Default.aspx 

İştirak nümunələri: 

http://www.equalityhumanrights.com/advice-and-guidance/public-

sector-equality-duty/case-studies/case-studies-consultation-involvement/ 

Yerli səviyyədə qərarvermədə vətəndaş iştirakına dair direktivlər, British Council Ukrayna: 

http://www.britishcouncil.org.ua/en/programmes/society/citizens-participation

 

İnklüziv Dizayn Vasitələr toplusu: 



http://www.inclusivedesigntoolkit.com/betterdesign2/ 

İnklüziv siyasət formalaşdırılması: 

http://odi.dwp.gov.uk/inclusive-policymaking/index.php

 

INDYSPACE –  dünyadakı gənc əlilliyi olan fəalların əlaqə saxlaması üçün məkan: 



http://indyspace.org/ 

İştirak və birgə ərsəyə gətirmə (istehsal) – Əlillik məsələlərinə dair idarə: 

http://odi.dwp.

gov.uk/involving-disabled-people/co-production.php

 

“Əlilliyi olan şəxslərin iştirakı”, Əlillik məsələlərinə dair idarə 



http://odi.dwp.gov.uk/docs/reso/idp-intro.pdf

İşıq, Kamera, Hərəkət – İctimai sektorda əlilliyi olan şəxslərin bərabərliyinin təşviqi: 

http://

www.equalityhumanrights.com/uploaded_files/EqualityAct/PSED/radar-ded_acc.pdf



 

Gənc əlilliyi olan şəxslərin Avropa Şurası və ona üzv ölkələrə tövsiyələri – Avropa Şurası: 

http://vimeo.com/43637110

BMT Konvensiyası: 

http://www.equalityhumanrights.com/human-rights/our-human-rights-

work/international-framework/un-convention-on-the-rights-of-persons-with-disabilities/ 

‘Who’s on my side’ (Kim mənim tərəfimdədir) – ALLFİE və valideynlər tərəfindən yaradılmış 

video gənclərin (3-25) iştirakı üçün valideynlər, valideyn birlikləri və onların İnklüziv təhsili 

necə dəstəkləyə bilməsi haqqındadır.

 

http://www.youtube.com/watch?v=AuAjxJ-cE9k 




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

124


Əlilliyə dair BMT Konvensiyası: əsas sənəd və resurslar

UN  Enable:  BMT-nin  vebsaytı  bütövlükdə  Əlilliyi  olan  Şəxslərin  Hüquqlarına  dair  BMT 

Konvensiyası barədədir. Bu vebsaytda həmçinin Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT 

Konvensiyası və ona Əlavə Protokolun tam mətni, həm də ingilis dilində sadə versiyası və 

asan oxunan versiyası verilib. 

http://www.un.org/disabilities/

Parliamentarilərin Konvensiyaya dair masaüstü kitabı: 

http://www.un.org/disabilities/

default.asp?id=212



Making rights a reality (hüquqları reallığa çevirmək): komissiya tərəfindən Konvensiya 

mətnindən  hazırlanmış  kitabça.  Siz  onu 



Komissiyanın  kömək  xəttindən  (Commission’s 

Helpline) əldə edə və ya vebsaytdan yükləyə bilərsiniz.

BMT-nin İnsan Hüquqlarına dair İdarəsi (Office of the United Nations High Commissioner 

for Human Rights) (OHCHR) BMT Əlillik Komitəsi, onun monitorinq və hesabat prosedurası 

barədə məlumatla təmin edir. Onun soraq kitabçası var: “Əlilliyi olan Şəxslərin Hüquqlarına 

dair  Konvensiyanın  Monitorinqi”.  Vebsaytda  həmçinin  şikayət  forması  var.

 

http://www2.

ohchr.org/english/bodies/treaty/CCD.htm

OHCHR bir neçə soraq kitabı, Konvensiyalar və BMT ilə iş haqqında fakt cədvəlləri nəşr 

etmişdir. 

http://www.ohchr.org/EN/PublicationsResources/Pages/Publications.aspx

Əlilliyi olan Şəxslərin Hüquqlarına dair BMT Komitəsi 

Poçt ünvanı: CRPD katibliyi, UNOGOHCHR, CH-1211 Cenevrə 10, İsveçrə: 

crpd@ohchr.org

http://www2.ohchr.org/english/bodies/crpd/index.htm

Baş çəkmək üçün ünvan: Palais Wilson, 52 Rue des Pâquis, 1201, Cenevrə, İsveçrə

Telefon: +44 (0)1229179703.



BMT-nin  İqtisadi  və  Sosial  Məsələlər  üzrə  Şöbəsi  (UN  Department  of  Economic  and 

Social Affairs) (BMT-dəki “konsultativ status” barədə məlumat üçün) Başçısı, QHT Filialı Bir 

BMT Plaza, Otaq



 DC1-1480, Nyu York, NY 10017, ABŞ

Telefon: +44 1 212 963 8652,

Fax: +44 1 212 963 9248

ngobranch@un.org

http://esango.un.org/paperless/Web

Konvensiyaya dair Soraq Kitabları və Vasitələr Topluları

Avropa  və  beynəlxalq  təşkilatların  çoxu  Konvensiya  soraq  kitabları  və  vasitələr  topluları 

işləyib hazırlayıb. Onlardan bir neçəsi aşağıdakılardır:

Disabled People’s International (Əlilliyi olan Şəxslərin Beynəlxalq Təşkilatı) əlilliyi olan 

şəxslərin təşkilatlarını birləşdirən baş təşkilatdır. Onun məqsədi tam iştirak, imkan bərabərliyi 

və  beynəlxalq  əməkdaşlıq  vasitəsilə  əlilliyi  olan  bütün  şəxslərin  insan  hüquqlarını  təşviq 



İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

125


etməkdir. Onlar icraçı vasitələr toplusu işləyib hazırlayıblar.

http://www.icrpd.net/implementation/en/aboutus.htm

Konvensiya barədə maarifləndirmə ilə bağlı seminar təşkili üçün onların soraq kitabına bax:

http://v1.dpi.org/lang-en/resources/topics_detail?page=953#_Sample_agenda



European  Disability  Forum  əlilliyi  olan  şəxslərin  maraqlarını  müdafiə  edən  milli  Avropa 

təşkilatların  baş  təşkilatıdır.  Onların  vebsaytında  Konvensiyanın  Avropa  İttifaqı  ilə  necə 

əlaqələnməsi barədə məlumat var.

http://www.edf-feph.org/Page_Generale.asp?DocID=13854&thebloc=13857

Onların  vebsaytında  əlilliyi  olan  şəxslərin  maraqlarını  müdafiə  edən  Avropa  təşkilatları  ilə 

əlaqə yaratmaq üçün məlumatlar da var.

http://www.edffeph.org/Page_Generale.asp?DocID=10906&id=1&namePage=about&langu

e=EN


International  Disability  Alliance  (IDA)  –  Beynəlxalq  Əlillik  Alyansı  Əlilliyi  olan  Şəxslərin 

Hüquqlarına  dair  BMT  Konvensiyasının  effektli  həyata  keçirilməsini  təşviq  edən  əlilliyi 

olan şəxslərin təşkilatlarının beynəlxalq şəbəkəsidir. Onların vebsaytı əlilliyi olan şəxslərin 

təşkilatlarının  potensialının  artırılması,  eləcə  də  Konvensiya  barədə  ümumi  məlumata 

malikdir.

 

www.internationaldisabilityalliance.org

Kölgə-hesabat barədə IDA direktivlərinə bax: 

http://www.internationaldisabilityalliance.org/

projects-and-events/guidance-document-on-parallelreporting/

İşlək etmək! (Making It Work!) Bütün dünyada yoxsulluğa, sosial kənarlaşdırmaya, əlilliyi 

olan şəxslərə qarşı diskriminasiyaya son qoyulması ilə bağlı müsbət təcrübənin mübadiləsi 

və təşviqi üçün. 

http://www.makingitwork-crpd.org/

Bərabərlik və İnsan Hüquqları Komissiyasının 

Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün 

Formalarının Aradan Qaldırılmasına dair Konvensiya haqqında nəşr olunmuş soraq 

kitabçası var.

İngiltərə Uşaq Hüquqları Birliyi kampaniya aparılması üzrə vasitələr toplusu daxil olmaqla  

Uşaq Hüquqlarına dair BMT Konvensiyası haqqında məlumatla təmin edir.

http://www.crae.org.uk/rights/uncrc.html




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

126


Əlavələr

IDEAS layihəsi barədə

IDEAS Avropa Komissiyası tərəfindən maliyyələşdirilmiş və British Council təşkilatının dəstəyi 

ilə həyata keçirilən Bərabər və Məsuliyyətli Cəmiyyət naminə inklüziv Qərarlar üzrə layihədir. 

Layihə Azərbaycan, Birləşmiş Krallıq, Ermənistan, Gürcüstan, İordaniya, Livan və Ukraynadan 

olan iştirakçıları bir araya gətirir.

IDEAS  layihəsinin  ümumi  məqsədi  əlillik  məsələləri  ilə  məşğul  olan  vətəndaş  cəmiyyəti 

təşkilatlarının yerli hökumətlə işləmək üçün rolunu və potensialını gücləndirmək, eləcə də, 

əlilliyi  olan  şəxslərin  siyasət  formalaşdırma  prosesində  daha  yaxşı  təmsil  olunmasını,  öz 

hüquqlarını daha yaxşı anlayıb qorumasını təmin etməkdir. 

Beynəlxalq Çərçivə haqqında

Beynəlxalq Çərçivə əlilliyi olan şəxsləri bəşəriyyətin bir parçası kimi qəbul etmək və fərqliliyə 

hörməti  təşviq  etmək  də  daxil  olmaqla,  insan  hüquqları,  ayrı-seçkilik  qoyulmaması,  seçim 

azadlığı, əlilliyi olan şəxslər üçün keyfiyyətli həyat kimi prinsiplərə əsaslanır.  

ƏOŞHDBMTK prinsipləri Beynəlxalq Çərçivənin standartlarıdır.

BMT Konvensiyasının 8 prinsipi var. Onlar aşağıdakılardır:

A- İnsanların ləyaqətinə hörmət etmək.

B- Qeyri-diskriminasiya: söhbət münasibətə əsaslanan birbaşa (aşkar) və dolayı (gizli) 

diskriminasiyadan gedir.  

Münasib uyğunlaşma: “Əlilliyi olan şəxslərin bütün əsas insan hüquqları və azadlıqlarından 

başqaları ilə eyni şəkildə istifadəsini təmin etmək üçün spesifik hallarda lazım olan 

dəyişiklik və uyğunlaşdırma deməkdir”. 

C- Cəmiyyətdə tam və fəal iştirak: 

-  Bu, həm vasitə, həm də məqsəddir.

-  Vasitə: əlilliyi olan şəxsləri öz problemlərini çözənlər kimi cəlb etmək; bu zaman 

onlar öz hüquqlarının sahibləri kimi hökumət orqanları ilə birgə işləyirlər. 

D- Fərqliliyə (müxtəlifliyə) hörmət və əlillyi olan şəxsləri insan fərqliliyin bir təzahürü, 

bəşəriyyətin bir parçası kimi qəbul etmək.

E-   Bərabər imkanlar

F-   Əlçatımlılıq

-  Bu, həm vasitə, həm də məqsəddir.

-  Bu, əlilliyi olan şəxsləri maneələrdən azad mühitdə yaşamağa, görünməyə və 

inteqrasiya olunmağa qabil hala gətirən proses və mexanizm baxımından vasitədir. 

Kommunal xidmətləri beynəlxalq standartlara uyğun işləyib hazırlamaq, qurmaq və 

təchiz etməklə xidmət və müəssisələrə əlçatımlı təmin etmək mühümdür.

-  “Bütün insanlar tərəfindən istifadə edilən məhsulların, məlumat, proqram və 

xidmətlərin dizaynı mümkün olduqca, xüsusi adaptasiya və ya dizayn ehtiyacı 

olmadan ...”




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

127


G-    Kişi və qadınlar arasında bərabərlik

H-    Əlilliyi olan uşaqların inkişaf potensialına və öz şəxsiyyətlərini qorumaq hüquqlarına 

hörmət etmək. 

a) 

Ləyaqətə, fərdi müstəqilliyə (seçim azadlığı daxil olmaqla) və müstəqil 

yaşamağa hörmət 

‘Ləyaqət hər bir kəsin dəyəri deməkdir. Əlilliyi olan şəxsin ləyaqətinə hörmət edilirsə, 

onun təcrübə və fikirlərinə dəyər verilir. “Fərdi müstəqillik” sərbəst hərəkət və seçim 

azadlığı deməkdir.

b) 

Qeyri-diskriminasiya 

Bu, beynəlxalq insan haqları normalarının əsas prinsipidir və həm birbaşa (aşkar), həm 

də dolayı (gizli) diskriminasiyadan müdafiəni nəzərdə tutur. Konvensiyada diskriminasiya 

siyasi, sosial, mədəni, sivil və ya hər hansı digər sahədə başqaları ilə bərabər əsasda 

bütün  insan  hüquq  və  azadlıqlarının  tanınmasını,  istifadəsini  məhdudlaşdırmaq  və 

ya ləğv etmək məqsədilə əlillik yönümlü hər hansı ayrı-seçkilik, kənarlaşdırma və ya 

məhdudlaşdırma deməkdir. Buraya müvafiq uyğunlaşmadan imtina da daxil olmaqla, 

ayrı-seçkiliyin  bütün  formaları  aiddir.  Müvafiq  uyğunlaşma  “əlilliyi  olan  şəxslərin 

başqaları ilə bərabər şəkildə bütün insan hüquq və azadlıqlarından istifadəsini təmin 

etmək  üçün  onların  üzərinə  disproporsional  və  ya  lazımsız  yük  qoymamaqla  lazımi 

modifikasiya və dəyişiklikləri etmək deməkdir” (Konvensiya, maddə 2).

c) 

Cəmiyyətdə tam və effektli iştirak 

Cəmiyyətdə tam və effektli iştirak əlilliyi olan şəxslərin cəmiyyətin tam üzvləri kimi 

tanınması və dəyərləndirilməsini təmin edir. Əlilliyi olan şəxslərin ehtiyacları sosial- 

iqtisadi  inkişafın  ayrılmaz  hissəsi  sayılır.  Bu  ehtiyaclar  “xüsusi”  qisminə  aid  edilmir. 

Cəmiyyətdə tam və effektli iştirak anlamı universal dizayn anlamı (Konvensiya, maddə 

2), eləcə də, fiziki və sosial mühitə əlçatımlılıqla bağlıdır. İştirak və daxilolma prinsipi 

həm vasitə, həm də məqsəddir. Əlilliyi olan şəxslərin iştirakı ilə onların narahatlıqları 

eşidildikdə və aradan qaldırıldıqda bu, vasitədir. Əlilliyi olan şəxslərə hökumət orqanları 

ilə işləməklə aşkar etdikləri problemlərin həllini irəli sürmək səlahiyyəti verildikdə bu, 

həm də məqsəddir. 



d) 

Fərqliliyə hörmət və əlilliyi olan şəxsləri insan müxtəlifliyinin təzahürü, 

bəşəriyyətin bir parçası kimi qəbul etmək

Prinsip  müxtəlif  insanların  qarşılıqlı  anlaşma  və  hörmət  əsasında  qəbul  edilməsini 

tanıyır. Bəzi görünən və görünməyən fərqlərə baxmayaraq hər kəsin eyni hüquqları 

və ləyaqəti var.



e) 

İmkan bərabərliyi

Prinsip cəmiyyətdə fərqliliyə hörmət üçün şərait yaradılmasını, zərərli mühitin ləğvini, 

bütün qadın,

 kişi, qız və oğlanların cəmiyyət həyatında bərabər əsasda iştirakını vacib 

sayır. 



© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

128


f) 

Əlçatımlılıq

Əlçatımlılıq prinsipi əlilliyi olan şəxsləri müstəqil yaşamağa, həyatın bütün sahələrində 

fəal iştiraka qabil edir. Dövlətlər əlilliyi olan şəxslərin fiziki mühitə, nəqliyyata, məlumat 

və kommunikasiya texnologiyaları və sistemlərinə, qalan əhali üçün mövcud olan və 

ya təmin edilən digər xidmətlərə çatması üçün müvafiq tədbirlər görür. 

g) 

Qadın və kişilər arasında bərabərlik

Bu prinsip hər kəsin qanun qarşısında bərabərliyini tanıyır, yəni hamı üçün bərabər 

hüquqlar və məsuliyyətlər var; cinsi əsasda heç bir məhdudiyyət və mənfəət yoxdur; 

bərabər hüquqlardan istifadə üçün əlilliyi olan qadın və kişilərə bərabər şərait yaradılır; 

cinsi diskriminasiya yoxdur.

h) 

Əlilliyi olan uşaqların potensialının inkişafına və onların öz şəxsiyyətini 

qorumaq hüququna hörmət

Prinsip əlilliyi olan uşaqların başqaları ilə bərabər hüquqlardan tam istifadəsini tanıyır; 

uşağın ən mühüm maraqları diqqət mərkəzində olmalıdır; əlilliyi olan uşaqların onların 

yaşına, yetkinliyinə və s. aid olan məsələlər üzrə sərbəst ifadə hüququ var.




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

129


Abbreviatura

 - Avropa İttifaqı

BK - Birləşmiş Krallıq 

BM - Birləşmiş millətlər

BMT - Birləşmiş Millətlər Təşkilatı

DPİ - Əlilliyi olan şəxslərin beynəlxalq təşkilatı (Disabled People International)

ƏİK - Ədliyyənin idarə olunması komitəsi

ƏİQ - Əlillik istinad qrupu

ƏOŞHDBMTK - Əlilliyi olan şəxslərin hüquqlarına dair BMT konvensiyası

HİV - İnsanın immunçatışmazlığı virusu (Human İmmuno-deficiency Virus)

İƏİT - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

İİV - İnsanın immunçatışmazlığı virusu

İSG - İnvestisiyadan sosial gəlirlər

IDEAS - Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar 

(Inclusive Decisions for Equal and Accountable Society)



KİV - Kütləvi informasiya vasitələri

QHT - Qeyri hökümət təşkilatı

MTTYM - Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi

NADP - Əlilliyi olan şəxslərin milli assambleyası (National Assembly of Disa-

bled People)



NHS - Milli səhiyyə xidməti (National Health Service)

VCT - Vətəndaş cəmiyyəti təşkilatı


© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

130


Məlumat

AVROPA İTTİFAQI

Avropa İttifaqı öz təcrübəsini, resurslarını və taleyini daimi əlaqələndirməyi qərara almış 28 

üzv dövlətdən ibarətdir. 50 illik genişlənmə dövründə bu dövlətlər mədəni müxtəlifliyi, toler-

antlığı və fərdi azadlıqları qorumaqla sabitlik, demokratiya və davamlı inkişaf zonası yaradıb. 

Avropa  İttifaqı  uğur  və  dəyərlərini  öz  sərhədlərindən  kənardakı  ölkələr  və  xalqlarla  pay-

laşmaq işini öhdəsinə götürüb.



BRITISH COUNCIL

1934-cü ildə əsası qoyulmuş British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil im-

kanları üzrə işləyən beynəlxalq təşkilatıdır. Biz BK və başqa ölkələrin xalqları üçün beynəlx-

alq imkanlar açır və bütün dünyada onlar arasında etibar, inam yaradırıq.

Biz 110 ölkə və ərazidə 190-dan çox nümayəndəliyi olan qlobal təşkilatıq. Biz hər il təxminən 

500 milyon insanın – dünya əhalisinin, demək olar, onda birinin həyatına təsir edirik.





    British Council Azerbaijan

    AzBritish



T+994 12 497 1593

F+994 12 498 9236

www.britishcouncil.az



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə