BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə5/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   2   3   4   5   6   7   8   9   ...   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

14

səlahiyyəti, rolu olmur. Onları öz həyatlarının fəal sahiblərindən çox «xəstə» və ya «xidmət 



istifadəçisi» sayırlar. Bəzi əlilliyi olan şəxslər stiqma, açıq aqressiya və zorakılıqla üzləşirlər. 

Bunlar ruhi xəstəliyi, İİV (HİV) və ya hepatit kimi keçici xəstəlikləri olan insanlara xüsusi mənfi 

münasibətdə özünü göstərir.

Əlilliyi  olan  şəxslərin  cinayət  qurbanı  olma  ehtimalı  digər  insanlarla  müqayisədə  dörd 

dəfə, zorakı hücuma məruz qalma ehtimalı isə iki dəfə çoxdur - BK-dakı son araşdırma 

bunu göstərir.

1

3.  Fiziki

Binalara və ətraf mühitə fiziki əlçatımlılığın olmaması ucbatından əlilliyi olan insanların 

çoxu ailə, icma və ya ölkə həyatında fəal iştirak edə bilmir. İşləmək üçün onların imkanları 

məhdudlaşdırılır. Onlar xidmətlərdən, istirahət və əyləncədən kənar edilir.



4.  Qeyri-müvafiq məlumat və kommunikasiya 

Məlumat və kommunikasiya çox zaman əlilliyi olan insanlar üçün əlçatımlı olmur. Dövlət və 

özəl xidmətlər barədə məlumat çox zaman əlçatımlı formalarda olmur. Vebsaytlar hələ də 

bəzən əlilliyi olan insanların istifadəsi üçün yararlı şəkildə dizayn edilmir və ya əlilliyi olan 

şəxslərin istifadə etdiyi proqram təminatına uyğun gəlmir. Əlilliyi olan şəxslər məlumatdan 

istifadə etməyi bilməyə bilərlər.



5.  Tədqiqatın yoxluğu

Əlillik üzərində cəmləşmiş müfəssəl statistik və digər məlumatların yoxluğu effektli dəyişikliyə 

mane olur. Dəlillərə əsaslanan siyasət daha yaxşı nəticələrə gətirə bilər. Yerli və milli siyasət 

barədə məlumat vermək üçün dəlil toplanmasını dəstəkləmək yönündə vətəndaş cəmiyyəti 

təşkilatlarının əvəzsiz imkanları var. Məsələn, işəgötürənlərə nəyin stimul verdiyi ilə yanaşı, 

əlilliyi olan şəxslərin iş tapmasına və onu əlində saxlamasına kömək edən amilləri nəzərdən 

keçirmək səmərəli məşğulluq proqramları barədə məlumat verməyə kömək edir.

6.  Maliyyə

Bərabərliyin  təşviqi  məqsədilə  siyasət  və  planların  həyata  keçirilməsi  üçün  resurslar  çox 

zaman məhduddur. Çox zaman dünyanın müxtəlif yerlərində əlilliyi olan şəxslər üçün ayrılan 

maliyyə onları təcrid edir və ya cəmiyyətin ümumi axınından kənarlaşdırır. Bəzən əlilliyi olan 

şəxsləri işə getmək və ya seçkilərdə namizədliyini vermək qarışıq tam fəallığa qabil etmək 

üçün uyğunlaşdırmalar aparmağa çəkiləcək potensial xərclərdən qorxurlar. 

Böhranı həll etmək üçün resursların necə bölünməsi və fondlardan istifadə barədə anlayışın 

olmaması təşkilatları və siyasət formalaşdıranları əlilliyi olan şəxslərin cəmiyyətə dəyərli iqtisadi 

və sosial töhfə vermək imkanlarını artıracaq siyasət, iş, fiziki əlçatımlılıq və kommunikasiyalara 

dəyişiklik məqsədilə sərmayə qoymalarının qarşısını alan faktorlardan yalnız bəziləridir. 

1

http://www.equalityhumanrights.com/sites/default/files/documents/research/disabled_people_s_experi-



ences_of_targeted_violence_and_hostility.pdf


© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

15

Siyasət formalaşdırılması və xidmət göstərilməsi – 



əlilliyi olan şəxslər haqqında və onlarla 

Bu bölmə əlillik hərəkatının siyasət formalaşdıranlar və vətəndaş cəmiyyəti sektoru ilə necə 

işləməli olduğunu anladan bəzi konsepsiyaları əks etdirir. Bu konsepsiyalar BK kontekstinə 

çox uyğundur və bu ölkənin təcrübəsinə əsaslanır. 

Əlilliyi olan şəxslərin burada əksini tapan müxtəlif təcrübələrə yiyələndiyini nəzərə almaq lazımdır. 

Çox zaman bu konsepsiyalar zəif anlaşılır, hətta bunlar üzrə öhdəliklər olsa belə, hökumət, 

vətəndaş  cəmiyyəti,  media  və  əlilliyi  olan  şəxslər  qarışıq  vətəndaşların  bu  yanaşmaları 

həyata keçirmək üçün hüquqi vasitələri və təcrübəsi olmur.



Bizim üçün bizsiz heç nə

«Bizim üçün bizsiz heç nə!» - sözügedən siyasətin təsir etdiyi qrup üzvlərinin tam və birbaşa 

iştirakı olmadan heç bir siyasət qəbul oluna bilməz - fikrini çatdırmaq üçün istifadə edilən şüardır. 

Bu deyimin mənşəyi mərkəzi Avropanın siyasi ənənələrindən gəlir. Polşada qanunverici hakimiyyəti 

monarxdan alıb parlamentə verən 1505-ci il konstitusiya qanununu yaratmağa kömək edən siyasi 

deviz belə idi. Sonralar bu şüar demokratik normaların tətbiqi üçün bir aforizmə çevrildi. 

Bu termin 1990-cı illərdə əlillik aktivizmində istifadə olunmağa başladı. 

Ümumi axına salınma

“Biz qadınların iştirakı olmadan onların h

əyatına təsir edən qərarlar qəbul etmək barədə 

düşünm


ərik, onda bəs niyə əlilliyi olan şəxslərin iştirakı olmadan onlara təsir edən qərarlar 

q

əbul etməyin doğru olduğunu düşünürük?”



IDEAS layih

əsi iştirakçısından sitat

Dünyanın hər yerində əlilliyi olan şəxslərin üzləşdiyi maneələrin anlaşılması və onların 

həllinin vacibliyi siyasət formalaşdıranların beynəlxalq səviyyədə “ümumi axına salma” 

konsepsiyasını inkişaf etdirməsinə gətirib çıxardı ki, bu da əlilliyi olan şəxslərin “bizim 

üçün bizsiz heç nə” ideyasını əks etdirir.

2007-ci ilin noyabrında BMT-nin İqtisadi və Sosial Şurası əlilliyi olan şəxslərin ümumi axına 

salınmasını  BMT üzvü olan ölkələrin fəaliyyət planlarına daxil etdi.

BMT İqtisadi və Sosial Şurasına əsasən, ümumi axına salınma əlilliyi olan şəxslərin 

hüquqlarını müdafiə vasitəsidir. Bu konsepsiyanın mənşəyi BMT İqtisadi və Sosial Şurasının 

1997-ci ildə təsbit etdiyi gender üzrə ümumi axına salınma konsepsiyasından gəlir.

Ümumi axına salınma əlilliyi olan şəxslərin hüquqlarının hökumətin bütün səviyyələrində 

qiymətləndirilməsini ehtiva edir.

 

Əlilliyi olan şəxslərin maraqları xüsusi proqramlarda deyil, digər şəxslərlə birgə ölkənin 



siyasi, iqtisadi və sosial sahələr üzrə milli proqramlarında nəzərə alınmalıdır.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə