BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə6/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   2   3   4   5   6   7   8   9   ...   49

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

16

Əlilliyi  olan  şəxslərin  hüquqlarına  dair  BMT  komitəsi  ümumi  axına  salınmanın  altı  əsas 



prinsipini müəyyən edir:

1. Əlilliyi  olan  şəxslərin  ümumi  axına  salınmasının  həyata  keçirilməsi  bütövlükdə  dövlət 

sisteminin ümumi məsuliyyətini təmsil edir, burada hər bir şöbə daha yüksək idarəedici 

orqan tərəfindən təmsil olunur.

2. Ümumi  axına  salınma  ilkin  mərhələdən  hesabat  və  monitorinq  üçün  mexanizmlərin 

yaradılmasına məcbur edən şərtdir.

3. Ümumi  axına  salınmaya  başlamazdan  əvvəl  həyata  keçirilmiş  məsələlərin  araşdırılması 

hər bir sahədə aparılmalıdır ki, bu araşdırma əlilliyi olan şəxslərin müəyyən istiqamətdə 

qeyri-bərabər şəraitdə olması barədə məlumat versin.

4. Onların arasında insan və maliyyə resurslarının təmin edilməsi üçün siyasi iradə və onun 

ifadəsi olmalıdır.

5. 


Ümumi axına salınma qərar qəbulunun bütün səviyyələrində əlilliyi olan şəxslərin 

iştirakını ehtiva edir.

6. Ümumi  axına  salınma  xüsusi  əlillik  proqramlarını  və  müsbət  fəaliyyət  yönümlü 

qanunvericiliyə tələbi əvəz etmir, yaxud da azaltmır.

 Xüsusilə də, yuxarıda verilmiş 5-ci bənd inklüziv qərar qəbulunun əhəmiyyətini vurğulayır.



Birgə ərsəyə gətirmə (istehsal)

Bəzi  kontekstlərdə  “inklüzivqərar  qəbulu”  əvəzinə  «birgə  ərsəyə  gətirmə»  (birgə  istehsal) 

ifadəsindən istifadə edilir.

Birgə  ərsəyə  gətirmə  əlilliyi  olan  şəxslərlə  strateji  səviyyədə  partnyorlar  kimi  işləmək 

deməkdir. Bu, həm də əlilliyi olan şəxslərin siyasət və ya layihənin müddəti boyunca iştirakını 

təmin  etmək  öhdəliyidir.  Bu  səviyyəli  iştirakın  səmərəliliyə  əhəmiyyətli  dərəcədə  müsbət 

təsiri ola bilər.

Birgə ərsəyə gətirmənin faydalarına bunlar daxildir:

əlilliyi olan şəxslərin birbaşa təcrübəsinə əlçatımlılıq, ondan istifadə imkanı



müştərilərin baxışlarına dəyər verildiyini açıqca nümayiş etdirmək

həlli müşkül problemlərin müəyyən olunması üçün birgə işləməklə etibarlı münasibət 



yaratmaq

problemlərin daha yaxşı həlli yollarını ərsəyə gətirmək



Birgə ərsəyə gətirmək müəyyən təşkilatla birgə işləmək və ya əlilliyi olan müxtəlif şəxsləri siyasət, 

yaxud layihə barədə məsləhət vermək üçün dəvət etmək hesabına başa gələ bilər. Bu eyni qrup 

əlilliyi olan şəxslərin işlənib hazırlanma və çatdırılma boyunca iştirakını təmin edir.

Birgə ərsəyə gətirmədən hər kəs yararlana bilər: professionalların və işçi heyətin əlilliyi olan 

şəxslərin gündəlik həyatını daha yaxşı anlamaq imkanı olur; əlilliyi olan şəxslər isə siyasət və 

xidmətlərin necə işlənib hazırlandığı və çatdırıldığı barədə daha çox öyrənə bilərlər.




© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

17

BK-da hökumət qurumlarının çoxu birgə istehsalın praktikada necə olması barədə direktivlər 



hazırlayıb.

2

Bu  direktivlər  göstərir  ki,  birgə  istehsalın  işləməsi  üçün  əlilliyi  olan  şəxslər  planlaşdırma 



prosesi  boyunca  nə  edilməsi  barədə  razılığa  gəlmək,  hansı  işi  görmək  və  işin  gedişatını 

yoxlamaq mərhələlərində iştirak etməlidirlər. 



İstədiyiniz uğura nail 

oldunuzmu? Nəticədə 

əlilliyi olan şəxslərin 

həyatında nə dəyişib?

Kimin bu inkişafın 

tərkib hissəsi olmağa 

ehtiyacı olduğu barədə 

düşünün.

İndiki zaman, yaxın və 

uzaq gələcək üçün nə 

baş verməli olduğu 

barədə birgə düşünün. 

Kimin nəyi və nə 

vaxtadək edəcəyi üzrə 

razılığa gəlin.

http://www.vodg.org.uk/uploads/pdfs/Co-production_in_Action_SCIE_report.pdf

http://www.ndti.org.uk/uploads/files/Personalisation_-_dont_just_do_it_coproduce_it.pdf

2

http://odi.dwp.gov.uk/involving-disabled-people/co-production.php



Fəaliyyət göstərin.

Bu məqsədlərə nail 

olunması üçün resurs-

ları müəyyən edin: 

resursunuz varmı? 

Lazım olanı necə əldə 

edə bilərsiniz?

Birgə 

ərsəyə 

gətirmə 

fəaliyyətdə

Nəyi dəyişmək istədi-

yiniz barədə razılığa 

gəlin. Hər kəsin 

nöqteyi-nəzərinə görə 

uğur necə görünür?

Qərar qəbuluna töhfə 

verilməsində bir-birini 

necə dəstəkləməyin 

yollarını işləyib 

hazırlayın.

Həllinə 

yönlənməli 

olduğunuz məsələləri 

anlamaq və razılaşmaq 

üçün birgə işləyin.


İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

18

Müstəqil yaşayış

Bir çox ölkədə və beynəlxalq səviyyədə öz həyatını arzu etdiyi kimi yaşamaq üçün müstəqilliyi 

və seçimi olan insanlara aid “müstəqil yaşayış hərəkatı” var.  

Təxminən  son  30  il  ərzində  əlilliyi  olan  şəxslər  “müstəqil”  və  “müstəqillik”  sözlərinin 

mənasını  yenidən  müəyyən  etməyə  çalışıblar.  Bu  mübarizə  sağlamlıq  məhdudiyyətinə 

görə  öz  gündəlik  həyatını  yaşamaqda  başqalarının  köməyinə  arxalanan  insanların  sosial-

iqtisadi təcrübəsindən meydana çıxıb. Bu, 



insanların həyatından seçim və nəzarəti alan 

sağlamlıq məhdudiyyəti deyil, onları dəstəkləmək üçün ayrılmış resurslardan dövlətin 

istifadə tərzi olduğunu anlamaqdan irəli gəldi. Onların yaşadığı evlər başlıca şeylərə nail 

olmaq üçün müstəqilliyə imkan vermirdi, ancaq elə ki onlar resursları nəzarətə aldılar, öz 

həyatlarını da nəzarətə götürə bildilər. 

Buna  görə  də  köməyin  təmin  olunma  tərzi  üzrə  seçim  və  nəzarət  əlilliyi  olan  şəxslərin 

hərəkatının müstəqil yaşayışa dair tərifinin özəyində durur. 

Fərdiləşdirmə

Fərdiləşdirmə mənası “qanunla təmin olunmasından və ya özlərinin maliyyələşdirməsindən 

asılı olmayaraq dəstək alan hər bir kəs seçim hüququna və bütün xidmət şəraitlərində həmin 

dəstəyin forması üzərində nəzarətə malikdir” olan sosial qayğı yanaşmasıdır. 

BK-da hökumətin əlilliyi olan şəxsləri müxtəlif növ şəxsi qayğı xidmətləri və pulla ala biləcəkləri 

seçimlərlə təmin edən iki maliyyə forması var. Bunlar birbaşa ödənişlər və şəxsi büdcələrdir.  

Birbaşa ödənişlər  hökumət tərəfindən edilir ki, yerli hökumətin birbaşa təmin etməsi əvəzinə 

əlilliyi olan şəxslər özləri qayğı xidmətlərini ala bilsinlər.

Məqsəd  xidmətlərin  təminatında  daha  çox  elastikliyin  olmasıdır.  Kiməsə  sosial  qayğı 

xidmətləri əvəzinə pul verəndə onun seçimi və öz həyatına nəzarəti daha çox olur, xidmətin 

necə çatdırılması barədə qərarı da o özü verir. 

2013-cü ildən bəri İngiltərədə sosial xidmətlərdən yardım alan hər kəsin şəxsi büdcəsi var. 

Şəxsi  büdcə  ehtiyacların  necə  qarşılanması,  maliyyələşməsi,  eləcə  də  məlumatlı  seçimə 

dəstək üçün bir çox imkanlar verir. Onun məqsədi şəxsə daha çox nəzarət imkanı vermək və 

aldığı xidmətlərin onun müəyyən ehtiyac və istəklərini qarşılamasını təmin etməkdir. Şəxsi 

büdcə şəxslərin özlərinin birbaşa ödənişlər alması vasitəsilə, yerli şura və ya kimsə başqası 

tərəfindən idarə edilə bilər.

Fərdiləşdirmə ideyası ondan ibarətdir ki, fərdlər onlara göstərilən xidmətləri özləri seçə və 

nəzarətdə saxlaya bilərlər, həmin xidmətlər “bir ölçü hamıya uyğundur” prinsipindən daha 

çox, hər bir fərdin ehtiyaclarına uyğunlaşdırılıb. 

Fərdiləşdirmə həmçinin  ailələr üçün qayğı və dəstək üzrə təkmilləşdirilmiş informasiyanın 

verilməsi, insanların qayğıya ehtiyacının azaldılması və ya gecikdirilməsi üçün qabağlayıcı 

xidmətlərə investisiya qoyulmasını, fərdlər və icmalar arasında müstəqilliyin, özünə inamın 

təbliğini də əhatə edir. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə