BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə7/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   2   3   4   5   6   7   8   9   10   ...   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

19

Mahiyyətcə fərdiləşdirmənin sosial qayğı sektorunda iştirak edən hər bir kəsə nəzərə çarpan 



faydası var. 

Fərdiləşdirmənin uğurlu olmasının əsas dəlili onun yerli səhiyyə xidməti, mənzillə təminat  

dəstəyi, məişət və buna bənzər digər işləri yerinə yetirə bilmələri üçün kömək kimi ictimai  

xidmətlərdən istifadə etməklə əlilliyi olan şəxslərin həyatını nə dərəcədə yaxşılaşdırmasıdır. 

Fərdiləşdirmə hökumətin xüsusi siyasətinə çevriləndən sonra ən böyük dəyişikliklərdən biri 

sosial qayğı peşəkarları, yerli hökumətin böyüklər üçün sosial qayğı heyəti və sosial işçilər 

qarışıq ictimai xidmətlərdə çalışan mütəxəssislərlə bağlı baş verib. Qayğının idarə edilməsinin 

əsas funksiyaları - xidmət istifadəçilərinin qiymətləndirilməsi, qayğı planının tərtib edilməsi 

və ehtiyacları ödəmək üçün xidmətlərin alınması - bütün bunlar şəxsi  büdcələr vasitəsilə 

transformasiya edilir. Beyinlərdə və münasibətlərdə də dəyişiklik baş verib, belə ki, əlilliyi 

olan şəxslər üçün qərarları başqaları deyil, onlar özləri qəbul edirlər.

İnklüziv qərar qəbulu haqqında

İnklüziv qərar qəbulu nədir?

Əlilliyi  olan  şəxslərin  yaşadığı  təcrübələr  siyasət  formalaşdırılması  və  xidmətlərin 

planlaşdırılması işində çox lazımlıdır, ancaq onlar öz həyatlarına birbaşa təsir edən məsələlər 

barədə qərar qəbulu prosesindən kənarlaşdırılıblar. 

Əlilliyi  olan  Şəxslərin  Hüquqlarına  dair  BMT  Konvensiyasının  4-cü  maddəsinə  əsasən, 

əlilliyi olan şəxslər özlərinin təmsilçi təşkilatları vasitəsilə onlarla əlaqəli siyasət, qanun və 

xidmətlərin formalaşdırılması və həyata keçirilməsinin bütün mərhələlərində məsləhətlərini 

verməli və fəal iştirak etməlidirlər.

3

İnklüziv  qərar  qəbulu  planlaşdırma,  problemin  həlli  və  qərar  qəbulu  üzrə  əməkdaşlığa 



fəlsəfi və praktik yanaşmadır. O, qərarın birbaşa təsir etdiyi şəxslərin və qərarların icrasına 

cavabdeh kəslərin fəal iştirakını təmin edir. 

İnklüziv qərar qəbulu əliliyin sosial modeli ilə uzlaşır ki, həmin modeldə deyilir:

 

•  insanlar cəmiyyətin onların iştirakı, cəlb olunması və bərabərliyi üçün qoyduğu 



maneələrlə əlil (qabiliyyətsiz) edilir.

•  sağlamlıq məhdudiyyətləri həyatın normal bir parçasıdır; diskriminasiya, ayrı-seçkilik 

isə yox

•  professionallar «əl altında» (hazır) olmalı, «başda» olmamalıdır- əlilliyi olan şəxslər 



başqalarının təcrübəsindən yararlanmalı, ancaq onlar tərəfindən nəzarətə 

alınmamalıdır

•  «bizim üçün bizsiz heç nə» - əlilliyi olan şəxslər onlara aid qərar və fəaliyyətlərdə 

iştirak etməlidir

•  əlilliyi olan şəxslərin bərabərlik, ləyaqət və müstəqillik hüququ var

3

http://apps.who.int/gb/ebwha/pdf_files/WHA67/A67_16-en.pdf?ua=1




İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

20

Əlilliyi  olan  şəxslər  üçün  bərabərliyin  təşviqində  inklüziv  qərar  qəbulu  regional  və  milli 



səviyyədə bir çox ölkədə əsas amil kimi ortaya gəlir. Bu, əlilliyi olan şəxslərin hüquqlarını 

və  iştirakını  həyata  keçirmək  üçün  yaradılmış  siyasət  və  xidmətlərə  kömək  olunması 

nəzərdə tutulanların birbaşa təcrübəsindən yararlanmaqla təmin edilir. Bu, həmçinin əlilliyi 

olan insanları öz həyatlarının fəal sahibi kimi göstərməklə cəmiyyətdə onlardan gözləntilər 

yaradır, əlilliyi olan şəxsləri özlərinə və cəmiyyətə fayda verməyə həvəsləndirir.

İnklüziv qərar qəbulu nə üçün həlledicidir

Əlilliyi  olan  şəxslərin  üzləşdiyi

 

maneələrin  çoxu  onların  öz  həyatlarına  təsir  edən  siyasət 



və xidmətlərin işlənib hazırlanmasında iştirakının olmaması üzündən hələ də qalmaqdadır. 

Bu maneələri aşmaq bütün cəmiyyətin xeyrinədir, çünki əlilliyi olan şəxslərin proseslərdən 

kənarda qalması nəinki onlara, hətta onların ailələrinə də təsir edir və onların potensialının 

bütöv icmanın xeyrinə gerçəkləşməsinin qarşısını alır.

IDEAS  layihəsində  iştirak  edənlər  əlilliyi  olan  şəxslərin  və  onların  təşkilatlarının  milli  və 

regional səviyyədə qərar qəbulu prosesində iştirakını artırmaq üçün prioritet fəaliyyətləri 

müəyyən ediblər:

•  təhsil hüququ: təhsil sisteminin bütün səviyyələrində inklüziv təhsilin həyata 

keçirilməsini təmin etmək

•  sosial müdafiə hüququ (sosial müavinətlərin əsas təminatı)

•  məlumatdan istifadə imkanı (məlumata əlçatımlılıq, çıxış): görmə məhdudiyyətləri olan 

insanlar üçün kompüter proqramlarının təminatı

•  Konvensiyanın 9-cu maddəsinin (İstifadə imkanı, əlçatımlılıq) həyata keçirilməsini təmin etmək 

•  əlilliyi olan şəxslərin və onların təşkilatlarının mərkəzi və yerli hökumət orqanlarında 

onlara aid siyasətin/qanunvericiliyin işlənib hazırlanması prosesində məsləhətçi və 

müşahidəçi kimi təmsil olunması

•  əlilliyi olan şəxslər üçün iş və məşğulluq şəraiti yaratmaq

•  əlilliyi olan şəxslər üçün müstəqil yaşayış və dəstəyi təmin etmək

Əlilliyi olan şəxslərin və onların maraqlarını təşviq edən təşkilatların qərar qəbulu prosesində 

iştirakı inkluziv, bərabər və məsuliyyətli cəmiyyətin formalaşmasına töhfə verəcək.



İnklüziv qərar qəbulunun faydaları

İnklüziv  qərar  qəbulunun  nəinki  əlilliyi  olan  şəxslərin  özlərinə,  eləcə  də  siyasət,  xidmət, 

proqram və layihələrin effektivliyinə fayda gətirməsi barədə dəlillər artmaqdadır. 

Ona görə ki:

•  xərclərə qənaət olunur

•  əlilliyi olan şəxslərin xidmətlərdən istifadə etmə ehtimalı daha çox olur

•  daha faydalı məlumat əldə edilir

•  işçi heyəti daha ixtisaslı olur

•  əlilliyi olan şəxslər daha bacarıqlı və inamlı olurlar

•  siyasət və xidmətlərə sahiblik hissi daha da çoxalır, xüsusilə də əlilliyi olan şəxslər arasında

•  “təcrübəli ekspertlər”in fəal iştirakına görə siyasət və xidmətlər daha effektli alınır. 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə