BiznesiN İnfrastrukturu fəNNİNDƏn testlər biznes infrastrukturu nədir?


İpoteka kreditinin neçə alınma mərhələləri vardır?



Yüklə 122,95 Kb.
səhifə2/5
tarix14.09.2018
ölçüsü122,95 Kb.
#68339
1   2   3   4   5
97. İpoteka kreditinin neçə alınma mərhələləri vardır?

A) 5;


B) 4;

C) 6;


D) 8;

E)) 7.


98. İpoteka Fondunun maliyyə mənbələri: Səhv cavabı göstərin:

A) dövlət büdcəsi;

B) AİF daxilolmaları (əsas borc və faizlər);

C) qiymətli kağızların yerləşdirilməsi;

D) xarici kreditlər, yardımlar, qrantlar.

E)) sığorta fondunun vəsaitləri;



99. Göstərilən variantlardan hansı ipoteka bazarı iştirakçısı deyil.

A) AİF kredit təşkilatları;

B) sığortaçılar;

C) qiymətləndiricilər, notariuslar;

D)) nümayəndəlik bankın vəsaitləri;

E) qeydiyyat orqanları.



100. Eyni dövlət qeydiyyat nömrəsi olan investisiya qiymətli kağızları neçə formada buraxılmalıdır?

A) 3;


B) 2;

C)) 1;


D) 4;

E) 5.


101. İnvestisiya qiymətli kağızlarının emissiyası neçə mərhələdən ibarətdər?

A)) 8;


B) 6;

C) 4;


D) 7;

E) 5.


102. Əqdin tərəflərini göstərin. Səhv cavabı göstərin:

A) təşkilati tərəf;

B)) siyasi tərəf;

C) iqtisadi tərəf;

D) hüquqi tərəf;

E) etik tərəf.



103.Birja əqdlərinin əsas tiplərinə aid olmayanı göstərin.

A) əmtəə təqdim olunmaqla edilən əqdlər;

B) fərdi forvard əqdləri;

C)) ipoteka əqdləri;

D) opsion əqdləri;

E) birjadankənar əqdlər.



104. Birja əqdlərinin neçə fərqləndirici xüsusiyyəti vardır?

A) 8;


B) 6;

C) 5;


D)) 11;

E) 7.


105. Hesablaşmaların aparılması vaxtına görə müddətli əqdlər neçə qrupa bölünür?

A) 4;


B) 3;

C) 5;


D) 6;

E)) 2.


106. Bağlanan əqdin parametrlərinə görə müddətli əqdlər neçə qrupa bölünür?

A) 3;


B)) 4;

C) 2;


D) 5;

E) 7.


107. Birja əməliyyatlarının əsas prinsiplərinə aid olmayanı göstərin:

A) vasitəçi (broker) ilə müştəri arasında şəxsi etibar;

B)) qeyri – müəyyən şərait;

C) aşkarlıq;

D) daimilik;

E) sərt qaydalar əsasında tənzimləmə.



108. Birja prosesi neçə mərhələdən ibarətdir?

A) 6;


B) 5;

C) 4;


D)) 8;

E) 3.


109. Mənzil sertifikatı və ipoteka kağızı ilə aparılan əməliyyatları göstərin:

A) girova qoyma, girovdan çıxarma;

B) indossament (ötürücü yazı ilə ötürmə);

C) bağışlama, vərəsəliklə keçmə;

D) alqı – satqı;

E)) bütün variantlar.



110. Uçot təşkilatının, veksellərlə apardığı əməliyyatları göstərin:

A) veksellərə aval verilməsi;

B) veksellərin inkassoya qəbul edilməsi;

C) veksellərin domisilyasiyası;

D) veksellərin uçotu;

E)) bütün variantlar.



111. Qiymətli kağızlar bazarının inkişaf tarixi necə olmuşdur? Səhv cavabı göstərin:

A) veksel yarmarkası;

B) səhm bazarı;

C) birjalar;

D) istiqraz.

E)) ipoteka bazarı;



112. Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı neçənci ildən başlayır? 1920 –ci ilədək dövr.

A) 1912 –ci il;

B) 1915 –ci il;

C) 1914 –cü il;

D)) 1913 –cü il;

E) 1916 –cı il.



113.Pul bazarında istifadə olunmayan vasitə hansıdır.

A) qısamüddətli istiqrazlar;

B) xəzinə vekselləri;

C) dövlət daxili uduşlu istiqrazlar;

D)) bütün variantlar;

E) dövlət opsionları.



114.Qiymətli kağızlar bazarının ümumbazar funksiyasına aid olmayan variantinı göstərin.

A) kommersiya funksiyası;

B) qiymət funksiyası;

C)) bölüşdürücü funksiya;

D) informativlik funksiyası;

E) tənzimləmə funksiyası.



115. Qiymətli kağızlar bazarının xüsusi funksiyaları:

A) kommersiya funksiyası;

B) qiymət funksiyası;

C)) yenidən bölüşdürmə və maliyyə risklərinin sığortası;

D) informativlik funksiyası;

E) informasiya funksiyası.



116. Göstərilən variantlardan hansı qiymətli kagızlar bazarının iştirakçısı deyil.

A) emitent;

B)) menecer;

C) investor;

D) vasitəçilər;

E) tənzimləyici qurumlar.



117. Qiymətli kağızlar bazarının neçə modeli formalaşmışdır?

A) 5;


B)) 3;

C) 2;


D) 4;

E) 6.


118. Qiymətli kağızlar bazarı neçə metodla tənzimlənir?

A)) 8;


B) 5;

C) 6;


D) 4;

E) 3.


119. Qiymətli kağızlar bazarının özünü tənzimləmə təşkilatları:

A) assosiasiya;

B)) kommersiya təşkilatları;

C) həmkarlar ittifaqı;

D) sığorta təşkilatları;

E) peşəkar ictimai təşkilatlar.



120. Broker müqaviləsində neçə müddəa əks olunmalıdır?

A) 5;


B)) 8;

C) 7;


D) 6;

E) 4.


121. Göstərilən varintlardan hansı klirinq fəaliyyətinə aid deyil.

A) qiymətli kağızlarla əqdlər üzrə məlumatın toplanması;

B) məlumatın yoxlanılması;

C) mühasibat sənədlərinin hazırlanması;

D)) hüquqi şəxsin müəyyən qiymətli kağızların alqı – satqı qiymətlərinin elan edilməsi;

E) təshih edilməsi.



122. Aşağıda göstərilənlərdən hansı klirinq təşkilatı adlanır?

A) fiziki şəxs;

B)) QKDK –dən lisenziya almış hüquqi şəxs;

C) sığorta təşkilatı;

D) Mərkəzi bank;

E) İpoteka bankı.



123. Klirinq təşkilatının yerinə yetirdiyi vəzəfələri göstərin.

A) klirinq iştirakçılarının hesablarının ayrı – ayrılıqda aparılması;

B)) fond birjalarında ticarətə buraxılmış qiymətli kağızların likvidliyinin artırılması öhdəlikləri;

C) sərəncamında olan məlumatların məxfiliyinin təmin edilməsi;

D) sənəd və məlumatların 5 il ərzində saxlanılmasının təmin edilməsi;

E) yaranmış risklərin idarəedilməsi.



124. Depozitarın uçot sistemində neçə hesabdan istifadə olunur?

A) 4;


B) 3;

C)) 2;


D) 5;

E) 1.


125. Depozitarın uçot sistemində hansı əsas passiv depo hesab növlərindən istifadə olunur?

A) girovsaxlayıcı depo hesabı; şəxsi depo hesabı;

B) emissiya depo hesabı;

C) idarəçi depo hesabı;

D) LORO müxbir depo hesabı.

E)) bütün variantlar;



126. Depozitarın uçot sistemində hansı əsas aktiv depo hesab növlərindən istifadə olunur? Səhv cavabı göstərin:

A) xəzinə depo hesabı;

B) NOSTRO müxbir depo hesabı;

C)) girovsaxlayıcı depo hesabı;

D) passiv depo hesabları;

E) emissiya depo hesabı.



127.Depozit əməliyyatları zamanı istifadə olunmayan sərəncamlar hansılardır.

A) ötürücü sərəncam;

B) vərəsəlik üzrə sərəncam;

C) girov sərəncam;

D)) sığorta üzrə sərəncam;

E) qiymətli kağızlarla bağlı əməliyyatların qeydiyyatı.



128. Qiymətli kağız sahiblərinin reyestri özündə neçə məlumatı əks etdirir?

A) 15;


B) 8;

C) 10;


D)) 13;

E) 11.


129. Fiziki şəxslərə məxsus olan reyestrdə hansı məlumatlar əks olunmalıdır?

A) şəxsi hesabın nömrəsi, növü, qeydiyyat ünvanı;

B) şəxsiyyəti təsdiq edən sənədin göstəriciləri;

C) qiymətli kağızların miqdarı və faiz nisbəti;

D) adı, atasının adı, soyadı;

E))bütün variantlar.



130. Hüquqi şəxslərə məxsus olan reyestrdə hansı məlumatlar əks olunmalıdır?

A) hüquqi ünvanı, qeydiyyat tarixi;

B) şəxsi hesabın nömrəsi, növü, miqdarı;

C) qiymətli kağızların bir buraxılış daxilində faiz nisbəti;

D) tam adı, təşkilati – hüquqi forması;

E))bütün variantlar.



131.Göstərilən variantlardan hansı reyestrin aparılması sistemində istifadə olunan hesab növlərinə aiddir.

A) nominal saxlayıcı hesabı;

B) girovsaxlayıcı hesabı;

C) idarəçi hesabı;

D) emissiya və şəxsi hesabı;

E))bütün variantlar.



132. İnnovasiyalar bazarında yeniliklər haqqında minimum informasiyalara hansılar aiddir?

A)) bütün variantlar;

B) investisiyaların həcmi;

C) sərmayə qoyuluşunun məqsədləri;

D) gözlənilən gəlir səviyyəsi;

E) sərmayə qoyuluşlarının xərcinin çıxarılması müddəti.



133.Göstərilən variantlardan hansı bazar şəraitində innovasiya layihələrinin maliyyə - iqtisadi göstəricilərinə aiddirlər.

A) gözlənilən gəlir;

B) xərcin çıxarılma müddəti;

C) xalis gəlir;

D) investisiyaların həcmi;

E)) bütün variantlar.



134.Göstərilən variantlardan hansı innovasiya bazarında yeniliklər haqqında minimum informasiyaları ifadə edir.

A) investisiyaların həcmi;

B) sərmayə qoyuluşunun məqsədləri;

C) gözlənilən gəlir səviyyəsi;

D) sərmayə qoyuluşlarının xərcinin çıxarılması müddəti;

E)) bütün variantlar.



135. İnnovasiya layihələrinin və proqramlarının investisiya cəlbediciliyi amillərini şərti neçə qrupa bölmək olar?

A) 3;


B)) 2;

C) 4;


D) 5;

E) 6.


136. Sahə üzrə investisiya cəlbediciliyi nə ilə müəyyən edilir?

A) innovator firmanın ideyaları ilə;

B)) innovator firmanın strategiyası ilə;

C) innovator firmanın fəaliyyətinin proqnoz edilməsi ilə;

D) innovator firmanın menecmenti ilə;

E) innovator firmanın rəqabət qabiliyyəti ilə.



137. İnnovasiyanın investor üçün cəlbediciliyini müəyyən edən qeyri – iqtisadi amilləri göstərin:

A) innovatorun imici;

B) innovatorun nüfuzu;

C)) innovatorun imici və nüfuzu;

D) innovatorun strategiyası;

E) innovatorun müflisləşməsi.



138. Qərbdə şirkətin xüsusi vəsaitlərin artırılmasının ən populyar üsulu hansıdır?

A) borc vəsaitlərinin alınması;

B) bank faizinin artırılması;

C)) səhmlər emissiyası;

D) maliyyə vəsaitlərinin artırılması;

E) heç biri.



139. Faizsiz ssudalar istisna olmaqla cəlb olunan kapital hansı şərtlər daxilində verilir?

A)) qaytarılmaq, müddətlilik və pulluluq;

B) qaytarılmaq;

C) müddətlilik;

D) pulluluq;

E) heç biri.



140. Lizinq nə deməkdir?

A) maşın və avadanlıqların istehsalı;

B) maşın və avadanlıqların əsaslı təmiri;

C)) maşın və avadanlıqların uzunmüddətli icarəsi;

D) maşın və avadanlıqların ixracı;

E) maşın və avadanlıqların uzunmüddətli idxalı.



141. Lizinq zamanı icarəyə verən öz hesabına nə alır?

A) şəxsi istifadə üçün minik maşını;

B) istirahət üçün villa;

C)) icarəyə verməyə zəruri avadanlıq;

D) fermer təsərrüfatı yaratmağa torpaq;

E) bütün variantlar.



142. Lizinqdə avadadnlıq üzərində mülkiyyət hüququ kimdə qalır?

A) müqavilə əsasında kənar şəxsdə;

B) lizinq şirkətində;

C) fiziki şəxsdə;

D)) icarəyə verəndə;

E) hüquqi şəxsdə.



143. Lizinq sazişinin müddəti başa çatdıqda icarəçi icarəyə götürdüyü əmlakı nə edir?

A) icarə verənə qaytarmır;

B) icarə verənə qismən qaytarır;

C) maklerə qaytarır;

D)) icarə verənə qaytarır;

E) dilerə təqdim edir.



144. Lizinq sazişi bitdikdə icarəçi icarəyə götürdüyü əmlakla bağlı hansı hüquqa malikdir?

A) lizinq obyektini qalıq dəyəri üzrə hədiyyə vermək;

B) lizinq obyektini qalıq dəyəri üzrə kənar şəxsə satmaq;

C) lizinq obyektini qalıq dəyəri üzrə başqa icarəçiyə vermək;

D)) lizinq obyektini qalıq dəyəri üzrə satın almaq;

E) lizinq dəyərini qalıq dəyəri üzrə hissələrə ayırmaq.



145. İcarəyə götürülən əmlakın istismarda olduğu müddətdə icarəçi həmin əmlakdan istifadə edilməsinə görə nə edir?

A) dividend verir;

B) mükafat verir;

C) kredit alır;

D) mənfəətdən faiz verir;

E)) haqq ödəyir.



146. İcarəçinin əmlakdan istifadəyə görə ödədiyi haqqa nə daxildir?

A)) əmlakın amortizasiyası və icarəyə verənin gəliri;

B) əmlakın amortizasiyası;

C) icarəyə verənin gəliri;

D) alınan kreditlərin faizi;

E) bütün variantlar.



147. İnvestisiya qoyuluşlarında nə baş verir?

A) çəkilən xərclər geriyə qaytarılır;

B)) çəkilən xərclər geriyə qaytarılır və hesabat mənfəəti əldə olunur;

C) iqtisadi səmərəlilik qiymətləndirilir;

D) hesabat mənfəəti əldə olunur;

E) marketinq tədqiqatları aparılır.



148. Maliyyə vəsaitlərində investisiyaların risklərini kim qiymətləndirir?

A) kadr üzrə menecerlər;

B)) maliyyə menecerləri;

C) təminat üzrə menecerlər;

D) istehsal menecerləri;

E) bütün variantlar.



149. Göstərilənlərdən hansı maliyyə bazarına daxildir?

A) banklararası kapital bazarı;

B) valyuta bazarı;

C) korporativ kağızlar bazarı;

D) qızıl və digər qiymətli metallar bazarı;

E)) bütün variantlar.



150. İnnovatorun işgüzar reputasiyasına aşağıdakılardan hansı təsir göstərir?

A) imic;


B) siyasi dəstək;

C) ali menecmentin nüfuzu;

D) tərəfdaşlara və rəqiblərlə yaranmış qarşılıqlı münasibətlər sistemi;

E)) bütün variantlar.



151. İnnovasiya fəaliyyətində françayzinq kreditləşməsində hansı müqavilə bağlanılır?

A) nəğd pul vəsaitinin verilməsi müqaviləsi;

B) obyektin qalıq dəyəri üzrə satın alınması müqaviləsi;

C)) müvafiq dəyərlərin verilməsi üçün franşiz müqaviləsi;

D) kommersiya kreditini bank kreditinə çevirən müqavilə;

E) bütün variantlar.



152. Lizinqdə maşın və avadanlığın neçə ilə qədər uzunmüddətli icarə olur?

A) 30;


B) 50;

C)) 20;


D) 25;

E) 40.


153. İnnovasiyaların səmərəliliyinin yüksək potensialına sahibkarlar necə nail olurlar?

A) elmi – texniki yeniliklər bazarını formalaşdırmaqla;

B) təşkilati yeniliklər bazarını formalaşdırmaqla;

C) iqtisadi yeniliklər bazarını formalaşdırmaqla;

D) sosial yeniliklər bazarını formalaşdırmaqla;

E)) bütün variantlar;



154. Aşağıdakılardan hansı investisiya mənbələri qismində çıxış edə bilməz?

A)) əhalinin nominal gəlirləri;

B) bütün səviyyələrdə büdcə ayırmaları;

C) xarici investisiyalar;

D) təşkilatın xüsusi vəsaitləri;

E) təşkilatın müvəqqəti sərbəst vəsaitləri.



155. Bank krediti neçə əlamətə görə təsnifatlaşdırıla bilər?

A) 5;


B) 6;

C) 4;


D)) 8;

E) 7.


156. Kredit Komitəsinin tərkibinə kimlər daxildir?

A) İdarə Heyətinin sədri və sədr müavini;

B) Kredit Departamentinin Direktoru;

C) xəzinədarlıq, marketinq, hüquq departamentinin nümayəndəsi;

D) Müştəri Xidmət Departamentinin nümayəndəsi;

E)) bütün variantlar.



157. Kredit işçisinin vəzifəsi neçə mərhələdən ibarətdir?

A) 9;


B) 7;

C) 5;


D) 6;

E)) 11.


158. Kreditləşmənin şəxsiyyətin qiymətləndirilməsi prinsipində borc istəyənin hansı xüsusiyyətləri əsas götürülür?

A)) bütün variantlar;

B) etibarlılığı;

C) reputasiyası;

D) təcrübəsi;

E) bacarığı.



159. Kreditləşmə prosesi neçə mərhələdən ibarətdir?

A) 11;


B) 7;

C) 5;


D) 6;

E)) 9.


160. Fond birjasının dövlət tərəfindən tənzimlənməsi hansı formalarda aparılır?

A) inzibati;

B) dolayı;

C) iqtisadi;

D) birbaşa;

E)) bütün variantlar.



161. Göstərilənlərdən hansı kreditin qiymətləndirilməsi prinsipinə aiddir?

A) şəxsi etibarlılığı;

B) maliyyə layiqliyi;

C) kreditin təminatlılığı;

D) hüquqi layiqliyi;

E)) bütün variantlar.



162. Borcalanın şəxsi layiqliyi nədir?

A) çalışqanlığı;

B) etibarlığı;

C) reputasiyası;

D) peşəkarlığı;

E)) bütün variantlar.



163. Kredit təminatının hansı növləri vardır?

A) girov, saxlanc;

B) zaminlik;

C) qarantiya;

D) ipoteka;

E)) bütün variantlar.



164. Aşağıdakılardan hansı kredit təminatının ipoteka növünün tərkibinə daxil deyil?

A) torpaq sahələri;

B)) qiymətli metallar;

C) binalar;

D) mənzillər;

E) nəqliyyat vasitələri.



165. Aşağıdakılardan hansı kredit təminatının saxlanc növünün tərkibinə daxil deyil?

A) dəyərlər;

B)) avadanlıq;

C) qiymətli metallar;

D) qənaət edilib yığılmış pullar;

E) əmanətlər.



166. Aşağıdakılardan hansı kredit təminatının girov növünün tərkibinə daxil deyil?

A) nəqliyyat vasitələri;

B) avadanlıq;

C)) əmanətlər;

D) dövriyyədəki mallar;

E) anbardakı ehtiyatlar.



167. Kreditə qabaqcadan nəzarət prinsipinin mahiyyəti nədir?

A) bankın portfelinin keyfiyyətinə nəzarət edir;

B) bankın kredit risklərinin təhlilini aparır;

C)) bütün variantlar;

D) kreditləşmə üzrə hesabatları hazırlayır;

E) kreditin idarəedilməsi və nəzarət şöbəsi bütün daxili prosedurlara nəzarət edir.



168.Qiymətli kağızların əlavə xüsusiyyətlərinə aid olmayan varintı göstərin.

A) dövlət tərəfindən tanınması və tənzimlənməsi;

B) sənədlilik;

C) qiymətli kağızların investisiya xüsusiyyətləri: gəlirlilik;

D)) mülki dövriyyədə iştirak;

E) likvidlilik, etibarlılıq.



169.Borc qiymətli kağızlarına aid olmayan variantı göstərin .

A) veksel;

B) istiqraz;

C) depozit sertifikatları;

D)) korporativ qiymətli kağızları;

E) girov kağızı və ipoteka şəhadətnaməsi.



170. Korporasiyalar öz ətrafında hansı şəbəkəni yaradır?

A)) kiçik innovasiya firmaları şəbəkəsini;

B) kiçik müəssisələrin şəbəkəsini;

C) kiçik məsləhətçilik firmaların şəbəkəsini;

D) kiçik internet şəbəkəsini;

E) Heç biri.



171. Şirkətlərin risk bölmələri kimlər tərəfindən yaradılır?

A) kiçik müəssisələr;

B) fermer təsərrüfatları;

C) səhmdar cəmiyyətləri;

D)) iri korporasiyalar;

E) konsernlər.



172. Kiçik innovasiya sahibkarlığı formaları nə ilə əlaqədardır?

A) “inkubator firmaları”nın yaradılması ilə;

B) innovasiya təşkilatlarının yaradılması ilə;

C) “inkubator proqramları” və “inkişaf firmaları”nın yaradılması ilə;

D) “inkubator proqramları”nın yaradılması ilə.

E)) Hamısı ilə.



173. Vençur firmalarında investorlarla kimlər əlaqəyə girir?

A) menecerlər;

B) adi işçilər;

C) iqtisadçılar;

D) marketoloqlar.

E)) firmanın rəhbəri.



174. Hansı xidmətlərdən inkubator – firma güzəştli yararlana bilər?

A) iri şirkətlərdən idarəetmə və texniki məsləhətlərin alınması;

B) iqtisadi və kommersiya məsələlərinə dair məsləhətlərin alınması;

C) hüquqi məsələlərə dair məsləhətlərin verilməsi;

D) xidməti binaların az məbləğdə icarəyə verilməsi.

E)) bütün variantlar.



175. Mənfəətsiz inkubator – firmalarının icarəçiləri kimlərdir?

A) tədqiqat firmaları;

B) konstruktor təşkilatları;

C) servis təşkilatları;

D) sənaye firmaları;

E)) bütün variantlar.



176. Aşağıda göstərilənlərdən hansılar innovasiyalar bazarıdır?

A) təşkilati innovasiyalar;

B) iqtisadi və sosial innovasiyalar;

C) Elmi – texniki innovasiyalar;

D) innovatorlar;

E)) bütün variantlar.



177. Aşağıda göstərilənlərdən hansı innovasiya layihələrinin və proqramlarının investisiya cəlbediciliyi amilləridir?

A) maliyyə;

B)) maliyyə - iqtisadi və iqtisadiyyatdan kənar amillər;

C) iqtisadi;

D) iqtisadiyyatdan kənar amillər;

E) bütün variantlar.



178. Sənayenin hansı sahələri kənar investorlar üçün cəlbedicidir?

A) xammal və nəqliyyat sahələri;

B)) xammal və emal sahələri;

C) emal və kənd təsərrüfatı sahələri;

D) məqsədli kompleks proqramların həyata keçirildiyi sahələr;

E) heyvandarlıq sahəsində.



179. İnnovatorun işgüzar repytasiyasına aşağıdakılardan hansı təsir göstərir?

A) tərəfdaşlarla və rəqiblərlə yaranmış qarşılıqlı münasibətlər sistemi;

B) imic;

C) siyasi dəstək;

D) ali menecmentin nüfuzu.

E)) bütün variantlar.



180.İnvestisiyaların əsas məqsədləri nədən ibarətdir.

A) pul qoyuluşlarının gəlirliyi;

B) investisiyaların artması;

C) investisiyaların satılması;

D) investisiyaların təhlükəsizliyi;

E)) bütün variantlar.



181. İnvestisiya vasitəçiliyi neçə formada həyata keçirilir?

A) 2;


B)) 3;

C) 5;


D) 6;

E) 7.


182. Kollektiv institusional investorlara nələr aiddir?

A)) bütün variantlar;

B) xoldinq kompaniyaları;

C) qeyri – dövlət pensiya fondları, sığorta cəmiyyətləri;

D) investisiya bankları;

E) investisiya fondları, investisiya kompaniyaları.



183.Göstərilən variantlardan hansı investisiya banklarının həyata keçirdiyi əməliyyatlar siyahısına daxildir.

A) təsis portfelinin formalaşdırılmasını;

B) müxtəlif investisiya layihələrində aktiv iştirakını;

C) investisiya proqramlarının texniki – iqtisadi əsasının tərtibatına köməklik;

D) səhmlərin emissiyasını;

E)) bütün variantlar.



184. Paylı investisiya fondları hansı əməliyyatları apara bilərlər?

A) qiymətli kağızlarla əməliyyatlar üzrə hesablaşmalar edə bilərlər;

B) depozitar funksiyaları yerinə yetirə bilərlər;

C) qiymətli kağızlarla kreditlər verə bilərlər;

D) paylar hər həftə alınıb, satıla bilər.

E)) bütün variantlar.



185. Azərbaycan Respublikasında “İnvestisiya Fondları haqqında” qanun neçənci ildə qəbul edilmişdir?

A) 1998 –ci il 10 oktyabr;

A) 2000 –ci il 20 aprel;

C)) 1999 –cu il 30 noyabr;

D) 2001 –ci il 05 fevral;

E) 1997 –ci il 12 may.



186. Kapitalın beynəlxalq hərəkətinin formaları hansı meyarlar üzrə təsnifatlaşdırılır?

A) müddətinə görə;

B) istifadə xarakterinə görə;

C) qoyuluş məqsədinə görə;

D) yaranma mənbəyinə görə;

E)) bütün variantlar.




Yüklə 122,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə