Biznesin qiymətləndirməsi fəaliyyəti və metodları



Yüklə 28,87 Kb.

tarix14.09.2018
ölçüsü28,87 Kb.


Biznesin qiymətləndirməsi fəaliyyəti və 

metodları 

Respublikamızda bazar iqtisadiyyatının tələbləri əsasında təşəkkül tapmış müxtəlif yeni 

fəaliyyət növlərindən biri də qiymətləndirmə fəaliyyətidir. Ümumiyyətlə, sivil əmlak bazarını 

intellektual  fəaliyyət  növü  olan      qiymətləndirmə    fəaliyyəti  olmadan  təsəvvür  etmək 

mümkün   deyildir.Lakin buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən 

bir-birindən  doğan  və  ayrı-ayrılıqda  təsəvvür  edilməyən  əmlak  bazarı  ilə  qiymətləndirmə 

fəaliyyətinin inkişafında qeyri-paralellik müşahidə olunmuşdur. 

Qiymətləndirmə  fəaliyyəti  spesifik  və  həm  də  çətin  bir  peşə  növü  hesab  edildiyindən, 

eləcə  də  respublikamızda  qiymətləndirmə  üzrə  geniş  təcrübənin  olmaması  səbəbindən,  bu 

sahəyə münasibət heç də həmişə  birmənalı  olmamış, 

qiymətləndirməyə

 

qeyripeşəkarların  (auditorların,  bankirlərin,    sığortaçıların)  müdaxiləsi 



nəticəsində problemin həlli əvəzinə əlavə problemlər yaranmış, heç bir əsası  olmayan və 

real  bazar  amillərini  nəzərə  almayan  «qiymətləndirmə»lərin  nəticələrinin  ölkə 

iqtisadiyyatina, sahibkarların fəaliyyətinə  böyük ziyanı dəymişdir. 

       Ümumiyyətlə, qiymətləndirmə fəaliyyətinə iki istiqamətdə yanaşmaq mümkündür: 

1) 

  Sahibkarlıq növü kimi; 



2) 

  Sahibkarların qiymətləndirmə fəaliyyətindən istifadə etməsi. 

1-ci istiqamətdə qiymətləndirmə fəaliyyətinin təşəkkülü və inkişafı baxımından yanaşmaq 

xüsusi maraq doğurur və istiqamətdə qısaca aşağıdakıları qeyd etmək olar.  

Sahibkarlıq  fəaliyyəti  kimi  qiymətləndirmə  fəaliyyəti  öz  başlanğıcını  1996-ci  ildən 

götürmüşdür və elə həmin dövrdən etibarən də respublikamızda   qiymətləndirmənin hüquqi, 

nəzəri-praktiki  bazasının  formalaşdırılması  istiqamətində  mühüm  addımların  əsası 

qoyulmuşdur. 

1996-cı  ildə  «Sahibkarlıq  fəaliyyəti  haqqında»  AR-nın  qanununa  əlavələr  və 

dəyişikliklər  edildi  və  «Xüsusi  razılıq  (Iisenziya)  tələb  olunan  fəaliyyət  növlərinin 

siyahısının təsdiq  edilməsi  haqqında»  4  oktyabr  1997-ci  il  tarixli  637  saylı  fərmanı  ilə 

qiymətləndirmə  fəaliyyati  xüsusi  fəaliyyət  növü  kimi  təsbit  olundu.  Bütün  bunlar 

sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində dövlətin siyasətinin həyata keçirilməsi  və 

sahibkarlıq fəaliyyəti növlərinə hüquqi status verilməsi üçün mühüm rol oynadı. Burada 

əvvəllər  də  lisenziya  əsasında  həyata  keçirilən  fəaliyyət  növlərinin  siyahısının  təsdiq 



edilməsi  ilə  yanaşı  həm  də  bəzi  yeni  fəaliyyət  növlərinin  də  lisenziya  əsasında  həyata 

keçirilməsi  ilk  dəfə  rəsmən  elan  olunurdu.  Belə  yeni  sahibkarlıq  fəaliyyəti  növlərindən 

biri  də  yuxarıda  qeyd  olunduğu  kimi  əksər  bazar  iqtisadiyyatının  ölkələrində  artıq 

çoxdan  hüquqi  status  qazanmış  və  əmlakla  aparılan  əməliyyatlar  zamanı  qərarların 

qəbulunda  mühüm  rol  oynayan  qiymətləndirmə  fəaliyyəti  idi.  Daha  sonra  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabinetinin  16  fevral  1998-ci  il  tarixli  «Qiymətləndirmə 

fəaliyyatinə xüsusi razılıq (Iisenziya) verilməsi qaydalarının təsdiq edilməsi  haqqında» 29 

saylı  qərarı  qəbul  edildi  və  bu  fəaliyyətə  xüsusi  razılıq  (lisenziya)  verilməsinə  başlanıldı. 

Həmin  dövrdən  bu  günə  qədər  Azərbaycan  Respublikası  iqtisadiyyat  Nazirliyi  tərəfindən 

20-dən artıq hüquqi və fiziki şəxsə qiymətləndirmə fəaliyyətini həyata keçirmək üçün Xüsusi 

Razılıq (lisenziya) verilmişdir. 

Ümumiyyətlə,  lisenziya  almış  həmin  şəxslərin  fəaliyyətinin  təhlili  göstərir  ki, 

onların  bir  qismi  öz  fəaliyyətlərini  qura  bilməmiş,  bir  qrupu  isə  dövlət  orqanlarının 

tərkibində  olduğu  üçün  həmin  sahədə  inhisarlara  çevrilmiş,  digər  bir  qismi  isə  böyük 

çətinliklərə baxmayaraq öz fəaliyyətlərini qismən  qura bilmiş və yalnız bir neçə firma isə 

çətinlikləri 

arxada 

qoyaraq 


artıq 

qi ymətləndirmə 

bazarında 

uğurla 


irəliləməkdədir.  Digər bir  qrup isə lisenziya  vaxtı  çatdığından  və öz fəaliyyətlərini qura 

bilmədiklərindən  fəaliyyətlərini  dayandırmışlar.  Bunun  bir  çox  obyektiv  və  subyektiv 

səbəbləri  ilə  yanaşı  diqqəti  cəlb  edən  xüsusi  amillər  də  vardır  ki,  bunlar  qiymətləndirici 

kadrların  hazırlanması,  qiymətləndirmənin  dəqiq  və  obyektiv  aparılmasını  təmin  edəcək 

normativhüquqi  bazada  olan  boşluqlar,  bir  sıra  qanunvericilikdə  qeyri-qanuni  qiymətləndirməyə 

şərait  yaradan ikili xarakterli  maddələr və  s. aid etmək olar. Digər səbəblər də vardır ki, bunlara 

qiymətləndirmənin  nəticələri  barədə  hesabatların  ayrı-ayrı  dövlət  və  qeyri-dövlət  qurumları 

tərəfindən  tanınması  ilə  bağlıdır. Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları 

Milli  Konfederasiyası  bu  istiqamətdə  mövcud  olan  boşluqların  və  problemlərin  aradan 

qaldırılmasında  qiymətləndiricilərə müvafiq köməklik göstərməyə hazırdır və biz bu istiqamətdə 

artıq  iş  aparırıq.  Sahıbkarların  fəaliyyətində  tez-tez  meydana  çixan  fəaliyyət  növü  kimi 

qiymətləndirmə  çox  böyük  əhəmiyyət  daşıyır.  Hazırda  vergiyə  cəlb  etmə,  girov  qoyma, 

özəlləşdirmə,  alqı-satqı,  birləşdirmə  və  bölüşdürmə.  Bağışlama,  əmlaka  investisiya  cəlb  etmə, 

sığorta, icarəyə vermə, nizamnamə kapitalına pay qoyuluşu, əsas fond obyektlərinin dəyərinə görə 

amortizasiya  ayırmalarının  hesablanması,  smeta-layihə  sənədlərinin  tərtibi  və  s.  Məqsədlər 

üçün  əmlakın  qiymətləndirilməsi  prosesi  həyata  keçirilir.  Göstərilən  bu  və  ya  digər  halların  hər 

birində qiymətləndiricinin iştirakı isə həmin əməliyyatların sivil və obyektiv şəkildə aparılmasının 

göstəricisi hesab edilir. 

    Əmlakın aşağıdakı dəyər formaları müəyyən edilir: 



1. 

İnventar  dəyəri. Mövcud normativ hüquqi aktlara uyğun olaraq fiziki şəxslərin daşınmaz 

əmlakının  inventar  dəyari  müvafiq  dövlət  orqanı  tərəfindən  müəyyənləşdirilir.  Fiziki  şəxslərin 

əmlak vergisi məhz bu dəyərə əsasən hesablanır. Obyektin inventar dəyəri olmadıqda vergiqoyma 

məqsədləri  üçün  bunlara  oxşar  obyektlərin  inventar  dəyəri  tətbiq  edilir.  Müvafiq  əmlaklarla 

sövdələşmələrə  görə  tutulan  dövlət  rüsumu  bu  dəyərdən  hesablanır.  Bu  dəyər  həmçinin 

amortizasiya ayırmalarının hesablanması üçün də istifadə edilə bilər. 

2. 


Bazar dəyəri və ya qiymətləndirmə dəyəri. Bu dəyər qiymətləndirmə fəaliyyəti subyektləri 

tərəfindən əmlaka qoyulmuş qiymətdir. Əmlakın qiymətləndirilməsi mühasibat uçotu məqsədləri, 

girov  və  s.  məqsədlər  üçün  həyata  keçirilə  bilər.    Əsas    fondların  yenidən  qiymətləndirilməsi 

məqsədilə  aparılan  qiymətləndirmənin  nəticələri  mühasibat  və  statistika  hesabatlarına 

köçürüldükdən sonra həmin dəyər orada  «bərpa dəyəri kimi» göstərilir. Qiymətləndirici tərəfindən 

qoyulan dəyər həmin dövrə olan bazar qiymətlərinə uyğun olrnalıdır. 

3. Uçot dəyəri. Bu dəyər mühasibat uçotu və statistika hesabatlarında göstərilən dəyərdir. Əsas 

fondlar uçota onların alınmasına çəkilmiş faktiki məsrəflər (alış dəyəri, quraşdırma, daşınma və s.) 

məbləğində - «ilkin dəyər»lə qəbul edilir. Müəyyən müddət keçdikdən sonra əsas fondların «ilkin 

dəyəri»  bazar  qiymətləri  ilə  uzlaşmadıqda  onlar  müəyyən  olunmuş  qaydada  yenidən 

qiymətləndirilərək  uçotda  «bərpa  dəyəri»  ilə  göstərilir.  Hal-hazırda  dövlət  müəssisələri  əsas 

fondların  yenidən  qiymətləndirilməsini  Respublika  Nazirlər  Kabinetinin  qərarlarına  əsasən  özləri 

həyata  keçirirlər.  İlkin  və  ya  bərpa  dəyərinə  əsasən  müəssisələr  amortizasiya  ayırmaları 

hesablayırlar.  Əmlak  vergisi  isə  müəssisələrin  əsas  vəsaitlərinin qalıq dəyərinin ilkin və  ya 

bərpa dəyərindən amortizasiya ayırmaları çıxıldıqdan sonra yerdə qalan dəyər illik orta dəyərindən 

hesablanır. 

Araşdırmalar  göstərir  ki,  müəssisələrin  əsas  fondlarının  uçot  dəyəri  onların  bazar 

qiymətlərindən xeyli fərqlidir. Bu bir tərəfdən müəssisələr üçün xeyir, digər tərəfdən isə ziyandır. 

Uçot  dəyərinin  az  olması  bir  tərəfdən  əmlak  vergisinin  az  ödənilməsinə,  digər  tərəfdən  isə 

amortizasiya  ayırmalarının  aşağı  səviyyəsinə  səbəb  olur.  Amortizasiya  ayırmaları  müəssisənin 

xərclərinin tərkibində böyük xüsusi çəkiyə malik olduğundan  müəssisələr  üçün  əsas  fondların 

bazar qiymətləri ilə qiymətləndirmək məqsədə uyğundur. 

Bazar  iqtisadiyyatında  qiymətləndirmə  işinin  həlledici  rolunu  nəzərə  alaraq,  1996-ci  ildən 

etibarən  bu  fəaliyyət  növünün  tənzimlənməsi  məqsədi  ilə  Azərbaycan  Prezidenti,  eləcə  də 

Respublika  Nazirlər  Kabineti  tərəfindən  bir  sıra  fərmanlar,  qərarlar  və  sərəncamlar  qəbul 

edilmişdir.  Azərbaycan  Respublikası  Milli  Məclisi  tərəfindən  «Qiymətləndirmə  fəaliyyəti 

haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  (25  iyun  1998-ci  il)  həyata  vəsiqə  almışdır. 

«Qiymətləndirmə  fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə 



tutulmuş qiymətləndirmə  standartlarının və normalarının  hazırlanmasının təşkili və

 

: referatlar -> iqtisadiyyat
iqtisadiyyat -> Referat mövzu: Müəssisə Maliyyəsi Fənn: Maliyyə Tələbə: Qənbərov Cəlil Kurs: III qrup: 300 baki 2011 plan
iqtisadiyyat -> ƏMƏYİN ÖDƏNİLMƏSİ
iqtisadiyyat -> Camalov röyal
iqtisadiyyat -> Fəsil 8 Maliyyə nəzarətinin təşkili prinsipləri
iqtisadiyyat -> Referat mövzu: Bazar iqtisadiyyatı şəraitində müəssisənin yeni iqtisadi mahiyyəti və hüquqi təşkilati formaları
iqtisadiyyat -> Referat mövzu: Maliyyə Nəzarəti Tələbə: Astanov Ruslan Qrup: 36 Kurs: Müəllim: Həsənova Afidə
iqtisadiyyat -> İxtisas : İqtisadi resursların idarə edilməsi kurs I Ş İ Mövzu: “Anbar təsərrüfatının təşkili və təkminləşdirilməsi istiqamətləri”
iqtisadiyyat -> Beynəlxalq iqtisadi münasibətlərin mahiyyəti və əsasları
iqtisadiyyat -> 7. Beynəlxalq maliyyə təşkilatları
iqtisadiyyat -> Pulun mahiyyəti və funksiyaları


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə