Biznesin restrukturizasiyasi” FƏNNİNİn təDRİs proqram I baki – 2008 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 90,72 Kb.
tarix27.03.2018
ölçüsü90,72 Kb.
#34993


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
BİZNESİN RESTRUKTURİZASİYASI”

FƏNNİNİN TƏDRİS
P R O Q R A M I

BAKI – 2008

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
BİZNESİN RESTRUKTURİZASİYASI”

FƏNNİNİN TƏDRİS
P R O Q R A M I
Azərbaycan Respublikası Təhsil

Nazirliyi tərəfindən təsdiq edilmişdir

(əmr _________ 2008-ci il).

BAKI – 2008

Tərtib edənlər: Azərbaycan Respublikasının Əməkdar

müəllimi, iqtisad elmləri doktoru, professor

Abbasov Alıcan Bayramalı oğlu
i.e.n., dosent Abbasova Rəna Ələsgər qızı


Redaktor: Azərbaycan Respublikasının Əməkdar

müəllimi, iqtisad elmləri doktoru, professor

Abbasov Alıcan Bayramalı oğlu

Giriş
Müasir bazar iqtisadiyyatının inkişafı və cəmiyyətdə sivil münasibətlərin təşəkkülü mülkiyyətin effektiv idarə olunmasının müasir alətlərinin tətbiqini zəruri edir. İdarəetmənin müasir alətlərindən biri müəssisələrin (biznesin) restrukturizasiyasıdır. Müəssisə və şirkətlərin restrukturizasiyası onların rəqabətqabiliyyətinin yüksəldilməsinə və milli iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşmasına əhəmiyyətli təsir göstərir.

Restrukturizasiya maliyyə dayanaqlığının və müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə istehsalın bütün amillərindən effektiv istifadə üçün lazımi şəraitin yaradılmasına yönəldilən prosesdir.

Müəssisə və şirkətlərin restrukturizasiyasına və onun əsas istiqamətlərinə marağın surətlə artması yüksək ixtisaslı iqtisadçı kadrların, magistrlərin hazırlanması problemini ön plana çəkir ki, bu da “biznesin restrukturizasiyası” fənninə dair tədris proqramının işlənilməsini tələb edir.

Qeyd etmək lazımdır ki, müəssisələrin restrukturizasiyası prosesləri hələlik kifayət qədər dərindən öyrənilməmişdir. Bu sahədə yazılmış əsərlərin əksəriyyəti müəssisələrin restrukturizasiyası üçün maliyyə təhlili metodikalarından istifadənin müxtəlif variantlarına həsr edilmişdir. Lakin həmin metodikalarda Azərbaycan müəssisələrinin effektiv idarə edilməsi strategiyasının yaradılması və inkişafı üçün restrukturizasiyanın aparılması üzrə praktiki təklif və tövsiyələr yoxdur. Bu baxımdan “Biznesin restrukturizasiyası” fənninin magistratura pilləsində tədrisinə böyük ehtiyac vardır.

“Biznesin restrukturizasiyası” fənninin tədrisində magistrlərə restrukturizasiyanın konsepsiyası, hüquqi əsasları və təşkili, müəssisənin diaqnostikası, restrukturizasiyanın aparılmasının effektiv metodları, biznes-proseslərin təkmilləşdirilməsi, müasir müəssisənin təşkilati strukturunun formalaşması və s. mövzular haqqında zəruri biliklərin öyrədilməsi nəzərdə tutulmuşdur.
Mövzu 1. Restrukturizasiyanın mahiyyəti və

keçid iqtisadiyyatı şəraitində onun mərhələləri
“Restrukturizasiya”, “yenidən təşkil” və “islahat” anlayışları, onların oxşar və fərqli cəhətləri. Yenidən təşkilin birləşmə, qovuşma, bölünmə, yenidən qurulma formaları. Keçid iqtisadiyyatı şəraitində restrukturizasiyanın aparılması üçün ilkin zəminlər. Restrukturizasiyanın xarici və daxili aspektləri. Restrukturizasiya konsepsiyasının əsas müddəaları. Restrukturizasiyanın əsas mərhələləri: müəssisə-nin diaqnostikası; restrukturizasiya konsepsiyasının işlənilməsi; restrukturizasiya proqramının (layihəsinin) hazırlanması; restrukturizasiya proqramının reallaşdırılması. Restrukturizasiyanın qısamüddətli dövrdə müəssisənin ümumi vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan mərhələsində və böyük kapital qoyuluşu tələb edən layihələrin reallaşdırılması hesabına uzunmüddətli dövrdə müəssisənin səmərəli fəaliyyətini nəzərdə tutan mərhələsində görülən işlər.

Restrukturizasiyanın aparılması metodları və vasitələri. Makroiqtisadi situasiyadan restrukturizasiyanın effektivliyinin asılılığının aydınlaşdırılması. Müəssisə və şirkətlərin fəaliyyətində böhran vəziyyətinin başvermə səbəbləri və dərinləşməsi mərhələləri.


Mövzu 2. Operativ restrukturizasiya və onun əsas vəzifələri
Operativ restrukturizasiyanın mahiyyəti. Operativ restrukturizasiyanın əsas vəzifələri. Operativ restrukturizasiyanın aparılması zamanı müəssisədə “yüksək təhlükəli nöqtənin” nəzərə alınması. Operativ restrukturizasiya zamanı istehsal pro-sesində, investisiyalaşdırma prosesində və maliyyələşdirmə prosesində yaranan yüksək təhlükəli nöqtələr. Zərərsiz nöqtənin müəyyənləşdirilməsi. Daxili ehtiyatla-rın aşkara çıxarılması məqsədilə istehsal xərclərinin təhlili. Əsas fondlar (əsas kapital) və dövriyyə fondları, şərti-daimi xərclər, şərti-dəyişən xərclər və onların strukturu. Müəssisənin iqtisadi və maliyyə dayanaqlığı göstəriciləri: likvidlik əmsalları, müəssisənin maliyyə dayanaqlığı əmsalları, bazar dəyərinin göstəriciləri, resurslardan istifadənin effektivlik göstəriciləri. Material aktivlərinin restrukturiza-siyası, material aktivlərinin konservasiyası. Borc öhdəliklərinin restrukturizasiyası metodları. Operativ restrukturizasiyanın nəticələrinin qısamüddətli dövrdə müəssi-sənin fəaliyyətinin yaxşılaşdırılmasına təsirinin müəyyənləşdirilməsi.
Mövzu 3. Strateji restrukturizasiya və onun əsas vəzifələri
Müəssisənin investisiya cəlbediciliyinin göstəriciləri. Potensial investorların ayrı-ayrı qrupları nöqteyi-nəzərindən müəssisənin investisiya cəlbediciliyinin müəyyən edilməsi. Strateji restrukturizasiyanın tərkib hissəsi kimi riskin qiymətləndirilməsi. Istehsal riski, kommersiya riski və maliyyə riski, onların başvermə səbəblərinin aşkara çıxarılması və uçota alınma metodları. Müəssisə üçün xarakterik olan məcmu riskin səviyyəsinin qiymətləndirilməsi. Riskin dərəcəsini müəyyənləşdirmək üçün tətbiq olunan modellər. Müəssisənin bazar dəyərinin artırılması məqsədilə maliyyə risklərinin idarə edilməsi. Müəssisənin dəyərinə təsir edən amillər.

Yüksək qeyri-müəyyənlik şəraitində strategiyanın işlənib hazırlanması. Inki-şaf strategiyasının işlənib hazırlanması mərhələləri. Məhdud maliyyə resursları şəraitində investisiya strategiyasının işlənib hazırlanması. Müəssisənin inkişafının müxtəlif variantlarının effektivlik meyarı kimi müəssisənin xüsusi kapitalının bazar dəyərinin artırılması. Investisiya layihələrinin effektivliyinin qiymətlən-dirilməsi.


Mövzu 4. Restrukturizasiya konsepsiyası
Restrukturizasiya sahəsində qərarların qəbulu alətləri və metodları. Restrukturizasiyanın aparılması üzrə qərarların qəbulu prosesinin mərhələləri: situasiya haqqında subyektiv təqdimatın yaranması; alternativlərin nəticələrinin qiymətləndirilməsi; nəticəni müəyyənləşdirən şəraitin proqnozlaşdırılması; alternativin seçilməsi. Restrukturizasiyanın müxtəlif mərhələlərində istifadə olunan metodlar: layihələndirmə və planlaşdırma metodu; kökündən dəyişdirmənin həyata keçirilməsi metodları və texnologiyası; dəyişikliklərin təşkilati təminatı metodu. Biznesin təşkilati strategiyasının müəyyənləşdirilməsi metodları. Idarəetmənin təşkilati strukturunun layihələşdirilməsinə müxtəlif yanaşmalar.
Mövzu 5. Müəssisənin restrukturizasiya proqramının formalaşması
Restrukturizasiya layihəsinin işlənib hazırlanması texnologiyası. Restrukturi-zasiya prosesinin baza versiyası. Restrukturizasiya layihəsinin işlənilməsi texnolo-giyasının mərhələləri. Birinci mərhələ – xarici və daxili mühitin təhlili. Restruk-turizasiya imkanlarının qiymətləndirilməsi. Böhranın daxili səbəblərinin təhlili və restrukturizasiyanın şəraiti. Biznesin ayrı-ayrı növlərinin və təsərrüfat bölmələrinin qiymətləndirilməsi. Restrukturizasiyanın xarici şəraitinin təhlili. Ikinci mərhələ – kokündən dəyişdirmənin məqsədinin və strateji konsepsiyasının müəyyən edilməsi. Üçüncü mərhələ – struktur yenidənqurma variantlarının müəyyənləşdirilməsi və təşkilati strategiyanın seçilməsi. Dördüncü mərhələ – struktur parametrlərinin koordinasiyası. Beşinci mərhələ – struktur yenidənqurma layihəsinin işlənib hazırlanması.
Mövzu 6. Müəssisənin diaqnostikası çərçivəsində situasiya təhlili
Müəssisənin “biznes-portretini” tərtib etməyə və onun inkişaf strategiyasını hazırlamağa, restrukturizasiya layihəsinin məqsəd və vəzifələrini müəyyənləşdir-məyə imkan verən diaqnostikanın aparılmasının əsas prinsipləri. Restrukturizasiya-nın istiqamətləri (korporativ, strateji və böhran şəraitində restrukturizasiya) üzrə müəssisə və şirkətlərin kompleks-diaqnostikanın aparılması xüsusiyyətləri.

Müəssisənin güclü və zəif tərəflərinin təhlili (SWOT-təhlil). SWOT-təhlilin birinci mərhələsində matris şəklində güclü tərəflər, zəif tərəflər, təhlükələr və əlverişli imkanların müəyyən edilməsi, SWOT-təhlilin matrisi şəklində onların yerləşdirilməsi. Iqtisadi məkanın müxtəlif seqmentlərində (strateji təsərrüfat zonaları və strateji portfel) müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi. SWOT-matris çərçivəsində problem sahənin formalaşdırılması və şirkətin problemlərinin kəmiyyət qiymətləndirilməsi.

Bazar seqmentlərinin təhlili modelləri. Istehlak tələbini əks etdirən seqmentasiyanın müxtəlif meyarları və onların seçilməsi. Rəqabətin təhlili. Müəssisənin rəqabət mövqeyini müəyyənləşdirən amillər, rəqiblərin təhlil matrisi. Mövqe təhlilinin məqsədi və alətləri.
Mövzu 7. Müəssisənin təşkilati-idarəetmə və maliyyə-iqtisadi təhlili
Təşkilati-idarəetmə təhlilinin əsas istiqamətləri. Təşkilati-idarəetmə təhlilinin mərhələləri və onların məzmunu. Təşkilati-idarəetmə təhlilinin nəticələrindən müəssisənin təşkilati strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsində istifadə olunması.

Maliyyə-iqtisadi təhlilin məzmunu. Maliyyə-iqtisadi təhlil çərçivəsində aparılan əsas təhlil metodları: mütləq göstəricilərin təhlili; üfiqi təhlil; şaquli təhlil; əmsalların təhlili. Analitik işlər üçün tövsiyə olunan maliyyə göstəriciləri: likvidlik göstəriciləri; maliyyə dayanaqlığı göstəriciləri; rentabellik göstəriciləri; işgüzar aktivlik göstəriciləri.

Istehsal-təsərrüfat fəaliyyətinin təhlil istiqamətləri, məzmunu və göstəriciləri. Müəssisənin istehsal resurslarından istifadənin səmərəliliyinə təsir edən amillər: ekstensiv və intensiv amillər.

Müəssisənin dəyərinin qiymətləndirilməsi və ona yanaşmalar: məsrəf, bazar və gəlir yanaşmaları.


Mövzu 8. Müəssisənin restrukturizasiya

proseslərində istifadə olunan effektiv metodlar
Mürəkkəb sistem kimi müəssisəyə yanaşma istifadə olunan metodların kompleksliliyi və sistemliliyi ilə müəyyən edilir. Müəssisənin restrukturizasiyası proqramının işlənib hazırlanması və reallaşdırılmasında layihələrin idarə edilməsi metodlarının tətbiq imkanlar. Restrukturizasiyanın müasir metodlarından istifadə istiqamətləri. Restrukturizasiya konsepsiyasının işlənib hazırlanması prosesi. Restrukturizasiya layihələrinin işlənib hazırlanmasına və reallaşdırılmasına nəzarətin təşkili. Biznes-proseslərin reinjinirinq sistemi. “İnjinirinq”, “reinjinirinq” və “biznesin təkmilləşdirilməsi” anlayışları, onların oxşar və fərqli cəhətləri. Biznes-proseslərin əsas prinsipləri. Biznes-proseslərin reinjinirinqinin nəticələri.

Müəssisə və şirkətlərin restrukturizasiyasının mühüm vəzifələrindən biri kimi keyfiyyətin menecment sisteminin yaradılması və sertifikatlaşdırılması. Keyfiyyət menecmentinin müasir konsepsiyasının təməl prinsipləri. Keyfiyyətin menecment sisteminin təşkilati resurslarla təmin edilməsi. Müəssisənin effektiv restrukturizasiyası proseslərinin səmərəli təşkilində biznes-proseslərin informasiya təminatının, informasiya və kommunikasiya texnologiyalarından istifadənin rolu və əhəmiyyəti. Müəssisənin idarə olunmasının kompleks informasiya sistemi.


Mövzu 9. Biznes-proseslərin təkmilləşdirilməsi
“Biznes-proses” və “biznes-təşkilat” anlayışları, onların məzmunu. Biznes-sistemin mahiyyəti. Biznesin uğurluluq mövqeyindən müəssisənin təkmilləşdi-rilməsi prosesinin əsas mərhələləri. Biznes-sistemin funksional təsviri ierarxiyası.

Biznes-proseslərin idarə olunması. Biznes-proseslərin əsas kateqoriyaları. Biznes-proseslərin effektivliyinin qiymətləndirlməsi göstəriciləri. Biznes-prosesin strukturu. Biznes-proseslərin modelləşdirilməsi. Müəssisədə biznes-proseslərin funksional-dəyər təhlili metodologiyası. Biznes-proseslərin köklü surətdə yenidən təşkili üçün funksional-dəyər təhlil-modelindən istifadənin əsas istiqamətləri. Funksional-dəyər təhlil-modelinin konseptual sxemi.

Biznes-proseslərin kəmiyyət və keyfiyyət parametrlərinin optimallaşdırılma-sı. Biznes-proseslərin müddətinin qısaldılmasının əsas prinsplərinin idarə edilməsi strategiyası. Strateji planlaşdırma və strateji idarəetmə arasında fərqin aydınlaşdırılması.

Mövzu 10. Özəlləşdirmə biznesin restrukturizasiyasının forması kimi
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun məzmunu və əhəmiyyəti. “Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı” və onun reallaşdırılmasının sosial-iqtisadi nəticələri.

Keçid iqtisadiyyatlı ölkələrdə özəlləşdirmənin konsepsiyası, strategiyası və taktikası, prinsipləri, forma və üsullarının səciyyəvi xüsusiyyətləri. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi təcrübəsi; özəlləşdirmədən dövlət büdcəsinə daxil olan vəsait.

Iri və orta müəssisələrin əsasında yaradılmış səhmdar cəmiyyətləri və onların milli iqtisadiyyatın formalaşmasında rolu. Özəlləşdirilən müəssisələrdə aparılan yenidənqurma və modernləşdirmə işləri.

Bazar iqtisadiyyatı strukturlarının yaradılması və onların fəaliyyət göstəricilərinin dinamikası. Kiçik müəssislərin, xarici və müştərək müəssisələrin, fərdi təsərrüfatların fəaliyyətini xarakterizə edən göstəricilərin müqayisəli təhlili. Əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul istehsalında qeyri-dövlət sektorunun payının artması dinamikası.


Mövzu 11. Müəssisənin təşkilati strukturunun yenidən qurulması
Təşkilati struktur idarəetmənin baş alətidir. Təşkilati strukturun formalaşması prosesinin sxemi. Müasir müəssisənin təşkilati strukturu. Idarəetmənin təşkilati strukturu ilə əlaqədar əsas anlayışlar. Idarəetmə həlqələri və onların arasında qurulan münasibətlər: horizontal əlaqələr və üfuqi əlaqələr. Müəssisənin bölmələrinin fəaliyyətinin effektivlik amilləri. Əsas istehsalın, köməkçi və qeyri-profil istehsalın fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi. Müəssisənin yerinə yetirdiyi funksiyalar: əsas funksiyalar, təminedici və xidmətedici funksiya.

Idarəetmənin divizional strukturu və onu səciyyələndirən əlamətlər. divizional-məhsuldar struktur, divizional-regional struktur. Idarəetmənin uyğunlaşma strukturu və onu səciyyələndirən əlamətlər. İdarəetmənin matris strukturu. Idarəetmənin təşkilati strukturunun qurulmasına matris yanaşmasının baza prinsipləri. Idarəetmənin təşkilati strukturunun layihələşdirilməsində istifadə olunan metodlar. Restrukturtizasiyanın təşkilati layihəsinin strukturu. Yeni təşkilati strukturun formalaşmasının əsas mərhələləri. Korporativ mərkəzin və biznes-vahidin formalaşmasının əsas prinsipləri. Korporativ mərkəz və biznes-vahid formasında restrukturizasiyanın aparılmasının əsas mərhələləri. Biznes-vahid əsasında müəssisənin təşkili.


Mövzu 12. Biznes-plan restrukturizasiya layihəsinin əsasıdır.
Biznes-planın mahiyyəti və işlənib hazırlanması prosesi. Biznesin planlaşdırılmasının yeni metodları. Müəssisənin əmtəə siyasəti. Yeni əmtəənin bazara çıxışının planlaşdırılması. Bazarda yeni əmtəəyə istehlakçının münasibəti. Məhsulun keyfiyyəti, rəqabətqabiliyyəti və onun ölçülməsi. Keyfiyyətin idarə edilməsi. Məhsulun sertifikatlaşdırılması. Müasir marketinqin mahiyyəti. Təchizat bazarının təhlili.

Biznes-planın bölmələri. Istehsal planı. Müəssisənin istehsal gücünün plan-laşdırılması və əsaslandırılması. Dövriyyə vəsaitlərinin planlaşdırılması. Təşkilati plan və menecment. Müəssisənin təşkilati strukturunun təkmilləşdirilməsi. Sahib-karlıq risklərinin qiymətləndirilməsi. Risklərin aşağı salınması metodları. Investisi-ya layihələrində risklərin təhlili. Maliyyə planlaşdırılması. Müəssisənin mənfəəti-nin planlaşdırılması və bölgüsü, maliyyə vəziyyətinin qiymətləndirilməsi. Investi-siyanın planlaşdırılması: investisiyanın mahiyyəti, təsnifatı və strukturu; investisi-yanın maliyyələşdirilməsi metodları; investisiya layihəsinin qiymətləndirilməsi meyarları, maliyyə və iqtisadi qiymətləndirilməsi və idarə edilməsi.


Mövzu 13. Restrukturizasiya olunan müəssisədə heyətin idarə edilməsi
Heyətin idarə edilməsi konsepsiyası. Heyətin idarə olunmasına əsas yanaşma-lar: iqtisadi yanaşma, təşkilati yanaşma, humanitar yanaşma. Heyətin idarə edil-məsi strategiyası. Kadr siyasəti. Müəssisənin inkişafının müxtəlif mərhələlərində kadr menecmenti. Heyətin idarə edilməsi metodları: kadr tərkibinin formalaşması metodları; heyətin iş qabiliyyətinin saxlanılması metodları; müəssisənin yenidən formalaşması metodları. Müəssisənin insan resurslarının idarə edilməsi texnologi-yası: kadr məsləhətləşməsi; qiymətləndirmə mərkəzi kadr işinin texnologiyası kimi; müsabiqə heyətin cəlbedilmə texnologiyası kimi; müəssisədaxili təhsil kadr potensialının inkişaf texnologiyası kimi; kadr psixidiaqnostikası.

Restrukturizasiya olunan müəssisələrdə heyətin idarə edilməsinin əsas problemləri. Restrukturizasiya proseslərində tətbiq olunan heyətin idarəetmə metodları. Böhran vəziyyətində olan müəssisədə heyətinin idarə edilməsinin əsas prinsipləri: müəssisənin kadr potensialının optimallaşdırılması prinsipi; böhranlı müəssisənin unikal kadr potensialının formalaşması prinsipi; müəssisənin kadr potensialının əsl peşəkarlığına yönəldilən prinsip; müəssisədə böhran vəziyyətində idarəetmə rollarının uyğunlaşdırılması prinsipi. Böhranlı müəssisədə heyətin idarəetmə strategiyası.


Mövzu 14. Antiböhranlı idarəetmə sistemində

müəssisənin restrukturizasiyasının xüsusiyyətləri
“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası qanununun mahiyyəti və əhəmiyyəti. Böhran şəraitində müəssisənin restrukturizasiyasının strategiyası, məqsədi və meyarları. Böhranlı situasiya, antiböhranlı tənzimlənmə, antiböhranlı idarəetmə. Böhranlı situasiyanın inkişafının mərhələləri: vaxtsız mərhələ; aralıq mərhələ; gecikmiş mərhələ. Böhranlı situasiya mərhələlərinin təsnifatı: müəssisənin mülkiyyətçiləri üçün böhran; kreditorlar üçün böhran; kreditorların maraqlarının qanunvericiliklə tənzimlənməsi.

Müflisləşməni törədən amillər və onların təhlili. Müəssisənin ödəməqabiliyyətinin aşağı olması, cari likvidlik əmsalı, xüsusi vəsaitlə təmin edilmə əmsalı, ödəməqabiliyyətinin bərpa olunması əmsalı, ödəməqabiliyyətinin itirilməsi əmsalı.

Restrukturizasiyanın məqsədləri və onlara nail olunması meyarları. Böhranlı şəraitdə müəssisənin restrukturizasiyasının aparılması variantları. Müəssisədə böhranlı situasiyanın inkişaf mərhələləri. Müəssisənin böhranlı situasiyasının idarə edilməsi. Böhranlı situasiyadan çıxmaq üçün tədbirlər. Böhranlı situasiyalarda müəssisədə aparılan struktur dəyişikliklərinin təsviri. Restrukturizasiyanın biznes-planı və onun məzmunu.
Mövzu 15. Restrukturizasiya prosesinin

dövlət tənzimlənməsi mexanizmləri
Bazar iqtisadiyyatı şəraitində dövlət tənzimlənməsinin zəruriliyi. Sənaye tsiklində dövlət tənzimlənməsinin rolu. Əsas sənaye tsikli – böhran dövrünün əsas kapitalın təzələnməsidir. Əsas kapitalın təzələnməsində dövlət mülkiyyətinin rolu, tənəzzül və böhran şəraitində iqtisadi inkişafa dövlətin tənzimləyici təsirinin güclənməsi.

Dövlət tənzimlənməsinin əsas formaları. Inzibati metodlar – zəruri qanunvericilik aktlarının işlənib hazırlanması və qəbulu. Iqtisadi metodlar – vergi və pul-kredit siyasəti, bazarlarda aparılan əməliyyatlar. Dövlətin pul-kredit siyasətinin əsas alətləri. Maliyyə bazarında milli kaptalın maraqlarının müdafiəsinin təmin edilməsində dövlət mülkiyyətinin rolu. Dövlət dəstəyi və dövlət mülkiyyətinin rolunun güclənməsi və milli kapitalın Azərbaycandan kənara hərəkəti, ixracı. Inkişaf etmiş ölkələrdə dövlət tənzimlənməsinin xüsusiyyətləri.

Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin xüsusiyyətləri. Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunu və “Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı” və müəssisələrin restrukturizasiyası proseslərinin aparılmasına onun təsiri. Müəssisələrin özəlləşdirilməsi yolu ilə onların fəaliyyətinin effektivliyinin yüksəldilməsi. Dövlətin struktur siyasətinin həyata keçirilməsi. Keçid iqtisadiyyatlı ölkələrdə restrukturizasiyanın aparılması xüsusiyyətləri.

Biznesin restrukturizasiyası” fənninin



mövzular üzrə ayrılmış tədris saatları




Mövzuların adları

Cəmi

o cümlədən

mühazirə

seminar

1

Restrukturizasiyanın mahiyyəti və keçid iqtisa-diyyatı şəraitində onun mərhələləri

4

2

2

2

Operativ restrukturizasiya və onun əsas vəzifələri

4

2

2

3

Strateji restrukturizasiya və onun əsas vəzifələri

4

2

2

4

Restrukturizasiya konsepsiyası

4

2

2

5

Müəssisənin restrukturizasiya proqramının forma-laşması

4

2

2

6

Müəssisənin diaqnostikası çərçivəsində situasiya təhlili

4

2

2

7

Müəssisənin təşkilati-idarəetmə və maliyyə-iqti-sadi təhlil

4

2

2

8

Müəssisənin restrukturizasiya proseslərində istifa-də olunan effektiv metodlar

4

2

2

9

Biznes-proseslərin təkmilləşdirilməsi

4

2

2

10

Özəlləşdirmə biznesin restrukturizasiyasının for-ması kimi

4

2

2

11

Müəssisənin təşkilati strukturunun yenidən qurul-ması

4

2

2

12

Biznes-plan restrukturizasiya layihəsinin əsasıdır.

4

2

2

13

Restrukturizasiya olunan müəssisədə heyətin ida-rə edilməsi

4

2

2

14

Antiböhranlı idarəetmə sistemində müəssisənin restrukturizasiyasının xüsusiyyətləri

4

2

2

15

Restrukturizasiya prosesinin dövlət tənzimlənməsi mexanizmləri

4

2

2




Yekunu

60

30

30



Ədəbiyyat


  1. Аистова М.Д. Реструктуризация предприятий: вопросы управления – М.: Альпина Паблишер, 2002, 287 с.

  2. Abbasov A.B. Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf problemləri. Bakə, 1998, 212 s.

  3. Антикризисный менеджмент (Под ред. А.Г. Грязнова) – Спб.: «Тандем» - М.: ЭКМОС, 1999, 366 с.

  4. Белых Л.П., Федотова М.А. Реструктуризация предприятия: Учеб. пособие для вузов – М.: ЮНИТИ-ДАНА, 2001, 399 с.

  5. Веснин В.Р. Управление персоналом. Теория и практика: Учебник – М.: ТК Вельби, Проспект, 2007, 688 с.

  6. Ефремов В.С. Стратегия бизнеса. Концепция и методы планирования – М.: Финпресс, 1998, 192 с.

  7. Кондратьев В.В., Краснова В.Б. Реструктуризация управления компанией – М.: ИНФРА-М, 2000, 240 с.

  8. Мазур И.И., Шапиро В.Д. Реструктуризация предприятий и компаний: Учеб. пособие для вузов – М.: Экономика, 2001, 456 с.

  9. Соколова М.И., Дементьев А.Г. Управление человеческими ресурсами: Учебник – М.: ТК Вельби. Проспект, 2006, 240 с.

  10. Управление персоналом: Учебник для вузов (Под ред. Т.Ю. Базарова, Б.Л. Ермина) – М.: ЮНИТИ, 2007, 560 с.

  11. Юзбашева Г.З. Реструктуризация промышленности Азербайджана. Баку, «Элм», 2003, 352 с.

  12. Сергеев А.А. Экономические основы бизнес-планирования – М.: ЮНИТИ-ДАНА, 2004, 462 с.


Yüklə 90,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə