BlackBerry Z3 stj100-1 Smartphone-Təhlükəsizlik və Məhsula dair məlumat



Yüklə 83,69 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü83,69 Kb.
#19130


BlackBerry Z3 STJ100-1 Smartphone

Təhlükəsizlik və Məhsula dair məlumat

PRINTSPEC-151

MAT-60615-045

SWD-20141031094455654 | STJ100-1

Təhlükəsizlik haqqında məlumat

BlackBerry smartfonunuzu (bundan sonra "smartfon" adlandırılacaq) istifadə etməyə başlamamışdan əvvəl, bu sənəddə əksini tapan 

təhlükəziliklə əlaqədar və normativ məlumatı nəzərdən keçirin. Ehtiyacınız olduqda baxmaq üçün bu kitabçanı etibarlı yerdə saxlayın.

Bəzi ölkələrdə Bluetooth və şifrələmə proqram təminatı olan simsiz cihazların istifadəsinə məhdudiyyətlər qoyulmuş ola bilər. Ərazinizdəki 

məhdudiyyətləri yerli icra orqanları ilə dəqiqləşdirin.

Məhsulla və təhlükəsizliklə əlaqədar ən yenil məlumatlarına baxmaq üçün 

www.blackberry.com/docs/smartphones 

saytına baş çəkin.

Vacib təhlükəsizlik xəbərdarlıqları

Smartfonunuzla yalnız təsdiq edilmiş batareya və adapterlərdən istifadə edin. BlackBerry tərəfindən 

təsdiqlənməmiş aksessuarlardan istifadə yanğın və ya partlayış riski yarada bilər, bu isə ciddi xəsarət, ölüm və ya 

ə

mlak itkisinə səbəb ola bilər.



Yalnız BlackBerry tərəfindən təsdiqlənən qoburlardan istifadə edin. BlackBerry tərəfindən təsdiqlənməmiş 

qoburlardan istifadə smartfonun radiotezlik təsiretmə standartlarının pozmasına səbəb ola bilər.

Smartfon ilə bədəniniz arasında ən azı 0,59 düym (1,5 sm) məsafə saxlayın. Smartfonu üzərinizdə gəzdirərkən 

yalnız inteqrasiya edilmiş kəmər qısqacı olan aksessuarlardan istifadə edin və əgər aksessuar BlackBerry 

tərəfindən təchiz edilməyibsə, aksessuarın tərkibində metal olmadığını yoxlayın. Bu təlimatlara əməl etməsəniz, 

smartfonunuz radiotezliklərə məruz qalmaya dair standartların həddini keçə bilər. Radiotezliklərə məruz qalmanın 

uzunmüddətli əsasda sağlamlığa təsirləri hazırda elmi tədqiqatlarla öyrənilməkdədir.

Smartfonunuz 32 və 95°F (0 və 35°C) temperaturlarda istismar edilmək üçün nəzərdə tutulmuşdur. 

Smartfonunuzun tövsiyə edilən temperatur diapazonu xaricində istifadəsi və ya saxlanması smartfonunuza və ya 

litium-ion batareyasına zərər vura bilər.

Fövqəladə hallarda ünsiyyət üçün smartfonunuza arxalanmayın. Fövqəladə zənglər etmək və ya mesajlar 

göndərmək üçün vacib olan simsiz şəbəkələr bütün ərazilərdə mövcud olmaya bilər və 911, 112 və ya 999 kimi 

fövqəladə nömrələr bəzi ərazilərdə sizi fövqəladə xidmətlərə qoşmaya bilər.

Smartfonunuz və smartfon aksessuarları uşaqlar üçün nəzərdə tutulmamışdır. Smartfondan istifadə etməyə və ya 

smartfona toxunmağa icazə verdiyiniz təqdirdə, uşağa ciddi nəzrət edin. Smartfonunuza uşaqlar üçün boğulma 

təhlükəsi yarada biləcək kiçik hissəciklər daxildir.

Smartfonunuzu nəbzölçən və eşitmə cihazları kimi tibbi cihazlardan uzaq tutun, çünki onlar düzgün işləməyə, sizə 

və digərlərinə xəsarət yetirə yaxud ölümə səbəb ola bilərlər.

Smartfonun maye ilə təması qadağandır, əks halda qısa qapanma, yanğın yaxud elektrik şok baş verə bilər.

Səsucaldandan istifadə edərkən smartfonu qulağınıza yaxın tutmayın. Eşitmə qabiliyyətinin ciddi və ömürlük 

zədələnməsi baş verə bilər.

Smartfonunuzda yanıb sönən işıqlara reaksiya kimi epilektik tutmalar yaxud huşun itirilməsi ilə nəticələnə və sizin 

və digər şəxslər üçün təhlükəli ola bilər. Siz smartfonun istifadəsindən hər hansı dizorientasiya, huşun itirilməsi, qıc, 

konvulsiya, yaxud hər hansı bir qeyri-iradi hərəkətləri hiss edirsinizsə, yaxud ondan istifadə digər şəxslərdə 

bunların irəli gəlməsinə səbəb olursa, smartfondan istifadəni dərhal dayandırın və həkim ilə məsləhətləşin. LED 

bildiriş işığı smartfonunuzun ön hissəsində, yuxarı sağ küncdə yerləşir. Əgər smartfonunuzda kamera varsa, 

kamera işığının LED-i smartfonunuzun arxa tərəfində, kamera linzalarının yuxarısında və ya sağında yerləşir. 

Əgər siz epilektik qıclara yaxud huşun itirilməsinə həssasınızsa, smartfonunuzdan istifadə etməmişdən əvvəl 

həkiminizlə məsləhətləşin.

Smartfonunuzu əlsiz rejimində istifadə etmək üçün qanuni icazəniz yoxdursa, sükan arxasında smartfondan 

istifadə etməyin. Sükan arxasında smartfonunuzdan istifadə sizə və digərlərinə ciddi xəsarət, ölüm yaxud əmlak 

itkisinin daha yüksək riskini yarada bilər.

Smartfonunuzu qaz dumanı olan yerlərdə istifadə etməyin, əks halda yanğın yaxud partlayış təhlükəsi yarana 

bilər.


Smartfonunuzu oda atmayın, əks halda cihaz partlayaraq ciddi xəsarət, ölüm yaxud əmlak itkisinə səbəb ola bilər.

Təyyarədə smartfonunuzu söndürün. Smartfonunuzdan təyyarədə istifadə təyyarə alətlərinə, rabitəyə və uçuşa təsir 

göstərə, şəbəkəni poza, təyyarənin, heyətin işinə və sərnişinlərə təsir edə və qanuna zidd ola bilər.

Smartfonlar öz xüsusiyyətlərinə görə təhlükəsiz deyil və partlayıcı qaz, toz yaxud kimyəvi maddələrin olduğu 

yerlərdə istifadə olunmamalıdır. Bu cür ərazilərdə qığılcım insan sağlamlığına zərər, ölüm və ya əmlaka ziyanla 

nəticələnə bilən partlayış yaxud yanğına səbəb ola bilər.

Smartfonunuzdan təhlükəsiz istifadə

• Smartfonunuzun üzərinə ağır əşyalar qoymayın.

• Smartfonunuzun modifikasiyasını, yaxud texniki xidmətiniı özünüz yerinə yetirməyə çalışmayın.

• BlackBerry tərəfindən smartfonla birlikdə təmin edilmiş sənədləşmədə göstərilmədiyi təqdirdə, smartfonun dəliklərini örtməyə və ya dəliklərə 

nəsə daxil etməyə çalışmayın. Qısa qapanma, yanğın, yaxud elektrik vurması baş verə bilər.

• Ekranda yad əşyalardan istifadə etməyin.

• Ekranda böyük güc tətbiq etməyin.

• Suyun yaxınlığında smartfon və ya smartfon aksesuarlarından istifadə etməyin (məsələn, vanna, yaxud tas, nəm zirzəmi, yaxud 

üzgüçülük hovuzu).

• Smartfon və ya smartfon aksesuarlarınızı hər hansı möhkəm olmayan səth üzərinə qoymayın. Smartfon və ya smartfon aksessuarları 

düşə bilər və bununla da insana ciddi zədə, yaxud smartfon və ya smartfon aksessuarına zərər yetirə bilər.

• Smartfonunuzun ekranı şüşədən hazırlanıb. Smartfon əlinizdən düşərsə və ya şüşəyə güc tətbiq olunarsa, şüşə sına və ya qırıla bilər. 

Şüşə sınsa və ya qırılsa, ekran təmir olunana kimi ona toxunmayın.

• Smartfonunuzdan istifadə edərkən tez-tez fasilələr verin. Smartfonunuzdan istifadə edərkən boyununuzda, çiyinlərinizdə, biləklərinizdə, 

ə

llərinizdə, (barmaqlar daxil olmaqla) yaxud bədəninizin digər hissələrində narahatçılıq hiss edirsinizsə, istifadəni dərhal dayandırın. Əgər 



narahatlıq hissi davam edərsə, həkimə müraciət edin.

Elektrik təhlükəsizliyi

Smartfonunuza enerjini yalnız BlackBerry tərəfindən təmin edilmiş yaxud BlackBerry tərəfindən xüsusi olaraq bu smartfonla istifadə üçün 

təsdiq edilmiş enerji yükləmə aksessuarları ilə yükləyin. Hər hansı digər aksessuardan istifadə yanğın və ya partlayış riski ilə nəticələnə bilər, 

bu isə öz növbəsində ciddi xəsarətə, ölüm və ya əmlak itkisinə səbəb ola və hər hansı zəmanətin qüvvədən düşməsinə gətirib çıxara bilər.

BlackBerry Z3 smartfonu üçün təsdiq edilmiş enerji yükləmə aksessuarlarının modelləri

Enerji yüklənməsi üçün kabel: HDW-50071-001, HDW-51800-001, HDW-53513-001

AC adapteri: HDW-46445-001, HDW-46446-001, HDW-46447-001, HDW-46449-001

Smartfon ilə təmin edilmiş yaxud BlackBerry tərəfindən təsdiqlənmiş hər hansı digər enerji yükləmə aksesuarlarını yalnız qeydiyyat 

nişanında göstərilən enerji mənbəyinin növünə uyğun olaraq istifadə edin. Hər hansı bir enerji mənbəyindən istifadə etməzdən əvvəl cərəyan 

gərginliyinin enerji təminatı mənbəyinin üzərində çap edilmiş gərginlik göstəricisi ilə eyni olduğunu yoxlayın.

Rozetkaları və uzadıcı nagilləri həddən artıq işlətməyin çünki bu yanğın yaxud elektrik şok təhlükəsi ilə nəticələnə bilər. Kabelə yaxud 

ştepselə zərər təhlükəsini azaltmaq üçün yükləyici aksessuarını rozetkadan ayırdığınız zaman kabeli deyil, ştepseli dartıb çıxardın.

Elektrik kabelinin xüsusən rozetkaya və smartfona qoşulan hissələrini tapdanmaqdan və əzilməkdən qoruyun. Hər zaman elektrik kabelini 

elə yerlərdən çəkin ki, başqalarının xəsarət alma riskini, büdrəmə və ya boğulma riskini məhdudlaşdırmaq mümkün olsun. Şimşək çaxan 

zaman və ya istifadə olunmadıqda adapteri rozetkadan çıxarın. Adapterlərdən çöldə və ya elementlərin çox olduğu hər hansı ərazidə 

istifadə etməyin.

Qida mənbəyinə qoşulmaq haqqında daha ətraflı məlumat üçün smartfonunuzla birlikdə aldığınız sənədlərə baxın.

Smartfonunuz üçün aksesuarlar almaq üçün simsiz xidmət təminatçınızla əlaqə saxlayın və ya 

www.shopblackberry.com 

ünvanına daxil 

olun.


Batareya təhlükəsizliyi

Smartfonunuzda çıxarılmayan litium-ion batareya var. Batareyanı çıxarmağa cəhd etməyin. Batareyanın çıxarılması smartfonunuzun 

Məhdud zəmanətini ləğv edəcək və bu, eyni zamanda batareyanıza zərərli ola bilər.

Düzgün istifadə edilmədikdə, batareya yanğına, partlayışa, kimyəvi yanığa və ya başqa təhlükələrə gətirib çıxara bilər. Batareyanızı 

mayelərlə təmasda saxlamayın. Batareyanı 140°F (60°C) dərəcədən artıq temperatura qədər qızdırmayın. Batareyanı 140°F (60°C) 

dərəcədən artıq qızması yanğına yaxud partlayışa səbəb ola bilər.

Smartfonu və batareyasını isti pilitə, ocaq, otaq qızdırıcısı və ya soba kimi isitlik mənbələrinin və ya odun təsirinə 

məruz qoymayın, çünki bu, yanğın və ya partlayışa səbəb ola bilər.

Batareyanın içərisinə xarici əşyalar əlavə etməyə cəhd etməyin. Batareyanı sökməyin, sındırmayın, ona dəyişikliklər 

etməyin, vurmayın, deşməyin, əyməyin və ya parçalamayın. Əgər batareya sökülərsə, sındırılarsa, ona dəyişikliklər 

edilərsə, vurularsa, deşilərsə və ya başqa şəkildə dəyişdirilərsə, batareyanın istifadəsini dərhal dayandırın.

Batareyanı qısaqapanmaya məruz qoymayın və ya metal, yaxud keçirici əşyaların batareya terminalı ilə əlaqə 

yaratmasına imkan verməyin.

Batareyanı çıxarmağa cəhd etməyin. Hər hansı başqa batareyadan istifadə yanğın, partlayış, batareya sızması və digər risklərin meydana 

gəlməsinə səbəb ola bilər. Köhnə batareyaları bu sənəddə təqdim olunan təlimatlara əsasən atmalısınız.

 

Smartfonunuzda bu işarələrdən birinin peyda olması ya batareya, ya da batareya birləşməsi 



ilə bağlı xətanın meydana gəldiyini bildirir. Smartfonuzu təmir etdirmək üçün ixtisaslaşmış 

xidmət personalına qaytarın.

Sükan arxasında və yolda təhlükəsizlik

Nəqliyyat vasitəsi idarə edən zaman smartfondan istifadə etməyin. Bütün diqqətinizi idarəetməyə yönəldin; idarələmə təhlükəsizliyi sizin 

birinci məsuliyyətinizdir. Siz avtomobili idarə etdiyiniz yerlərdə simsiz cihazların istifadəsinə dair qanun və göstərişlərin bilməsinə və əməl 

olunmasına görə məsuliyyət daşıyırsınız.

Avtomobilinizi idarə etməmişdən əvvəl smartfonunuzu təhlükəsiz şəraitdə saxlayın. Əgər avtomobiliniz təhlükəsizlik yastığı ilə təchiz 

edilibsə, smartfonunuzu, yaxud hər hansı digər aksessuarı təhlükəsizlik yastığının üzərində, yaxud onun yerləşdiyi yerdə saxlamayın. 

Təhlükəsizlik yastığı şişdikdə, insan səhhətinə ciddi zərər dəyə bilər.

Radiotezlik siqnalları avtomobillərdə qeyri-düzqün quraşdırılmış yaxud müvafiq qaydada təcrid olunmamış elektron sistemlərinə təsir edə 

bilər. Nəqliyyat vasitəsinin istehsalçısı və ya onun nümayəndəsinə müraciət edin. Əgər avtomobilinizə hər hansı bir avadanlıq əlavə edilibsə, 

siz həmin avadanlığın istehsalçısı ilə radiotezlik siqnalları üzrə məlumat üçün məsləhətləşməlisiniz.

Gəzdiyiniz zaman, yaxud tam diqqətinizi tələb edən hərəkət zamanı smartfondan istifadə etmək məsləhət görülmür. Nəqliyyat hərəkətinə, 

yaxud digər piyada təhlükələrinə qarşı diqqətsizlik insan sağlamlığı üçün ağır nəticələr verə bilər.

Aksessuarlar

Yalnız bu smartfon modeli ilə istifadə üçün BlackBerrytərəfindən təsdiq edilmiş aksessuarlardan istifadə edin. Təsdiq edilməmiş 

aksessuardan istifadə hər hansı təsdiq və ya zamanəti qüvvədən sala, smartfonun sıradan çıxması ilə nəticələnə, təhlükəli ola bilər.

Daşıma vasitələri:Smartfonunuz üzlüksüz (korpus üzərinə taxılan aksessuar) təchiz edilə bilər. Üzərinizdə gəzdirirsinizsə, smartfonunuzu 

hər zamanBlackBerry tərəfindən təsdiqlənmiş və ya təchiz edilmiş kəmər qısqaclı smartfon qoburuna salın. Əgər siz BlackBerry 

smartfonunuzu daşıyarkən təsdiqlənən kəmər qısqaclı qobur istifadə etmirsinizə, smartfonunuzla bədəniniz arasında məsafə smartfon 

siqnalını ötürərkən azı 0,59 düym (15 mm) olmalıdır. Smartfonunuzun istənilən məlumat funksiyasından (məsələn, e-poçt mesajları, PIN 

mesajları, MMS mesajları yaxud brauzer xidməti) USB kabel ilə, yaxud kabelsiz istifadə edərkən smartfonunuzla bədəniniz arasında 0,59 

düym (15 mm) məsafədə saxlayın. BlackBerrytərəfindən təchiz, yaxud təsdiq edilməmiş aksessuarlardan istifadə smartfonunuzun 

radiotezlik təsiri üzrə təlimatlarını pozmasına səbəb ola bilər. Radiotezliklərə məruz qalmanın uzunmüddətli əsasda sağlamlığa təsirləri 

hazırda elmi tədqiqatlarla öyrənilməkdədir. Radiotezlik təsiri üzrə ətraflı məlumat üçün bu sənədin "Uyğunluq məlumatı" bölümünə baxın.

Smartfonlar üçünBlackBerrytərəfindən təsdiq edilmiş daşıma vasitələrinin əksəriyyətinin (məsələn, qoburlar, kisələr və üzlüklər) tərkibinə 

maqnit daxildir. Debit və kredit kartlar, otel kartları, telefon kartları kimi maqnit zolaqlı elementləri belə daşıma vasitələrinin yanına 

qoymayın. Maqnit maqnit zolağındakı məlumatları silə bilər.

Media

Müəyyən qanunlar smartfonunuzun bəzi xüsusiyyətlərindən istifadəni qadağan edə, yaxud məhdudlaşdıra bilər. Şəkilləri çəkdikdə, işlətdikdə 



yaxud istifadə etdikdə, smartfonunuzdan istifadə zamanı hər hansı müəllif hüququ, şəxsi həyatın toxunulmazlığı, kommersiya sirri, yaxud 

təhlükəsizlik qanunları daxil olmaqla, bütün qanunlara, nizamnamələrə, əsasnamələrə və qaydalara riayət edin. Digərlərin şəxsi hüquqlarına 

hörmətlə yanaşın. Müəllif hüququnun qorunması üzrə qanunlar bəzi şəkillərin, musiqilərin (zəng tonları daxil olmaqla) yaxud digər 

məzmunun nüsxələnməsini, dəyişdirilməsini, ötürülməsini yaxud yönləndirilməsini qadağan edə bilər.

Audio fayllar: Audio fayllara yüksək səslə qulaq asarkən (xüsusən də qulaqcıqlarla), eşitmə itkisi ola bilər. Səsli şəraitin təsirini azaltmaq 

cəhdi ilə qulaqlıqların səs dərəcəsini artırmağa çalışmayın. Əgər qulağınızda cingilti hiss edir, yaxud səsləri boğuq eşidirsinizsə, həkimə 

müraciət edin.

Kamera: Smartfonunuzda kamera varsa, onu birbaşa günəş şüasına və ya hər hansı parlaq işığa məruz qoymayın. Bu, gözlərinizə ciddi 

zərər yetirə bilər və smartfonunuzun nasazlığına səbəb ola bilər. Kamera fleşindən istifadə edərkən, fleş LED işığını subyektin gözündən ən 

azı 19.69 düym (50 sm) aralı tutun.

Antena

Yalnız təchiz edilən quraşdırılmış antennadan istifadə edin. Antennaya icazəsiz dəyişikliklər və ya əlavələr smartfonu zədələyə bilər.



Elektron avadanlığa müdaxilə

Müasir elektron avadanlıqlarının əksəriyyəti radiotezlik siqnallarından müdafiə olunur. Lakin, bəzi elektron avadanlıqlar smartfonunuzdan 

çıxan radiotezlik siqnallarından qorunmaya bilər.

Kardiostimulyator: Radiotezliklərin kardiostimulyatorunuza təsiri ilə bağlı həkim yaxud kardiostimulyatorunuzun istehsalçısı ilə 

məsləhətləşin. Smartfonunuzdan kardiostimulyatorunuzla əlaqədar təhlükəsizlik tələblərinə müvafiq qaydada istifadə edib-etmədiyinizi 

yoxlayın, bura aşağıdakı tələblər daxil ola bilər: smartfonunuz işlək vəziyyətdədirsə, hər zaman onu kardiostimulyatordan azı 7.88 inç (20 

sm.) uzaqda saxlayın, smartfonunuzu döş cibinizdə daşımayın, potensial maneəni minimallaşdırmaq məqsədi ilə zəng edərkən və zəngləri 

qəbul edən zaman smartfonu kardiostimulyatordan əks tərəfdə olan qulağınıza yaxınlaşdırın. Əgər maneənin mövcudluğuna dair hər hansı 

şübhəniz varsa, smartfonunuzda bütün simsiz qoşulmaları dərhal söndürün, smartfonunuzdan istifadəni dayandırın və həkimlə 

məsləhətləşin.

Eşitmə qurğuları: Qulaq aparatları: Bəzi rəqəmli simsiz cihazlar qulaq aparatları üçün müdaxilə yarada bilər. Bu cür müdaxilənin mövcud 

olduğu halda simsiz xidmət təminatçınızla məsləhətləşin yaxud alternativ həlləri müzakirə etmək üçün qulaq aparatınızın istehsalçısına 

müraciət edin.

Digər tibbi qurğular: Əgər başqa hər hansı tibbi cihazdan istifadə edirsinizsə, cihazın xarici radiotezlik təsirinə müvafiq qaydada müdafiə 

olunub-olunmadığını müəyyən etmək üçün istehsalçıya müraciət edin. Sizin həkiminiz bu məlumatı əldə etməkdə kömək edə bilər.

Xəstəxanalar: Möcvud olduğu halda tibb müəssisələrində göstərilən tələblərə uyğun olaraq, smartfonunuzun bütün simsiz bağlantılarını 

söndürün. Xəstəxanalar, yaxud tibb mərkəzlərində xarici radiotezlik enerjisinə həssas avadanlıqdan istifadə edilə bilər.

Təyyarə: Təyyarəyə minməmişdən əvvəl smartfonunuzda bütün simsiz bağlantıları söndürün. Təyyarədə smartfonun simsiz 

bağlantılarından istifadənin hansı təsir göstərdiyi məlum deyil. Bu cür istifadə təyyarənin cihazlarına, rabitəsinə və texniki göstəricilərinə təsir 

göstərə, şəbəkədə nasazlıqlar yarada, təyyarənin idarə edilməsini təhlükəli edə və həmçinin qanunsuz ola bilər. Smartfonunuzda bütün 

simsiz bağlantılar söndürülmüş olduqda elektron cihazlar üçün hava yolları qaydalarına uyğun olaraq, cihazın yalnız radio əsasında 

çalışmayan proqramlardan istifadə edin.

Təhlükəli ərazilər

Smartfonunuz mahiyyət etibarilə təhlükəsiz deyil və təhlükəsiz cihazların tələb olunduğu, qaz buxarlanmasının mövcud olduğui, partlayıcı 

toz vəziyyətləri, nüvə reaktorlarının istismarı, təyyarə naviqasiyası, yaxud rabitə xidmətləri, hava yollarının nəzarəti və reanimasiya, yaxud 

silah sistemləri kimi təhlükəli mühitlərdə istifadə üçün nəzərdə tutulmur.

Potensial partlayıcı mühitlər: Potensial partlayıcı mühitdə olduqda, smartfonunuzun bütün simsiz bağlantılarını söndürün və bütün nişan 

və təlimatlara əməl edin. Bu cür ərazilərdə qığılcım insan sağlamlığına zərər yaxud hətta ölüm ilə nəticələnə bilən partlayış yaxud yanğına 

səbəb ola bilər.

Potensial partlayış mühiti ilə ərazilər çox vaxt açıq şəkildə nişanlanır lakin bu həmişə belə deyil. Onlara yanacaqdoldurma stansiyaları, 

qayıqlarda aşağı göyərtə, yanacağın yaxud kimyəvi maddələrin nəqli yaxud saxlanılması üzrə obyektlər; maye neft qazından (propan 

yaxud butan kimi) istifadə edən nəqliyyat vasitələri; dənəcik, toz yaxud metal tozları kimi kimyəvi maddələrin yaxud dənəciklərin havada 

olduğu sahələr; və nəqliyyat vasitənizin mühərrikini adətən söndürülmüş halda saxlamağınız tələb olunduğu hər hansı bir digər ərazi.

Smartfonunuzdakı telefondan qaz sızmasının yaxınlığında olarkən bu barədə məlumat çatdırmaq üçün istifadə etməyin. Ərazini tərk edin 

və əgər telefon buna imkan verirsə və smartfonunuz aktivdirsə, zəngi təhlükəsiz yerdən edin.

Partlama sahələri: Partlayış sahəsində yaxud partlayış əməliyyatlarına mane olmamaq üçün ikitərəfli radioların söndürülməli olduğu 

yerlərdə smartfonunuzun bütün simsiz bağlantılarını söndürün və bütün nişan və təlimatlara əməl edin.

İstismar və saxlanılma temperaturları

Smartfonunuz və smartfonunuzun adapteri aşağıda göstərilən temperaturlarda istifadə və mühafizə üçün nəzərdə tutulub:

Smartfonun istismarı: 32 - 95°F (0 - 35°C)

Smartfonun yaddasaxlama qabiliyyəti (3 aydan az): -4-95°F (-20-35°C)

Smartfonun yaddasaxlama qabiliyyəti (3 ay və ay daha artıq): 71.6 - 82.4°F (22 - 28°C)

Adapterin istismarı: 32-95°F (0-35°C)

Adapterin saxlanılması: -22 - 167°F (-30 - 75°C)

Smartfonunuzun və ya smartfon aksessuarlarının tövsiyə edilən temperatur diapazonu xaricində istifadəsi və ya mühafizəsi 

smartfonunuzun qızmasına səbəb ola bilər, bu isə ciddi xəsarət və ya ölüm halına, smartfonunuzun, aksesuarların və ya litium-ion 

batareyanın zərər görməsinə gətirib çıxara bilər.

Smartfonu və ya smartfonu aksesuarlarını radiatorlardan, qızdırıcılardan, sobalardan və istilik verən digər cihazlardan (gücləndiricilər daxil 

olmaqla) uzaq saxlayın. İki həftədən çox istifadə etməyəcəksinizsə, smartfonunuzu söndürün.

Smartfonun təmizlənməsi və təmiri

Təmizlik: Batareya daxil olmaqla, smartfonu və ya smartfonu aksessuarının üzərində, yaxud yaxınlığında maye, aerozol təmizləyiciləri, 

yaxud məhlullardan istifadə etməyin. Yalnız quru təmiz əski ilə təmizləyin. Smartfonunuzu, yaxud adapteri təmizləməmişdən əvvəl 

kompüterdən bütün kabelləri və elektrik cərəyanından bütün batareya yükləcisi aksessuarlarını ayırın.

Təmir: Smartfonunuzu və ya hər hansı enerji yükləyici aksessuarı dəyişməyə, sökməyə və ya təmir etməyə çalışmayın. Çıxarıla bilməyən 

batareyanı dəyişməyə cəhd etməyin. Smartfon və adapterlərinizdə təmir işləri və ya batareyanın əvəzlənməsi yalnız ixtisaslaşmış xidmət 

personalı tərəfindən yerinə yetirilməlidir və yalnız sizin smartfon modeliniz üçün BlackBerry tərəfindən müəyyən edilmiş batareyadan 

istifadə olunmalıdır.

Aşağıdakı hallardan biri baş verərsə, kompüter, yaxud elektrik rozetkasından kabelləri çıxarın və smartfonunuzu, yaxud adapterinizi 

ixtisaslı xidmət personalına göstərin.

• Elektrik şnuru, birləşdirici zədələnərsə.

• Smartfonu və ya onun adapterinin üzərinə maye tökülərsə və ya əşyalar düşərsə.

• Smartfon və ya onun adapteri yağış və ya suyun təsirinə məruz qaldıqda

• Smartfon, yaxud onun adapteri çox isinərsə.

• Smartfon, yaxud onun batareyası yerə düşərsə, yaxud zədələnərsə.

• Smartfon və ya onun adapteri istifadəçi təlimatlarına əməl olunmasına baxmayaraq, normal işləmədikdə.

• Smartfon və ya onun adapterinin işində nəzərə çarpan fərq müşahidə olunduqda.

Yanğın, yaxud elektrik şokun təhlükə riskini azaltmaq üçün yalnız smartfonunun istifadəçi təlimatında verilən idarə elementlərini 

tənzimləyin. Digər göstəricilərin qeyri-düzgün tənzimlənməsi zərər yetirə bilər və çox vaxtı ixtisaslı mütəxəssisdən smartfonu və ya adapteri, 

yaxud digər bir aksessuarı normal iş vəziyyətinə yenidən qaytarmaq üçün böyük səy tələb edir.

Smartfonunuzun istifadəçi ilə bağlı sənədlərində olan təhlükəsizlik təlimatlarına əməl olunmazsa, Məhdud Zəmanət ləğv olunacaq və qanunu 

pozan tərəfin, məhkəmə prosesinin, yaxud hər ikisin dayandırılması, yaxud xidmətdən imtinası ilə nəticələnə bilər.



Smartfon və batareyadan istifadə

smartfonunuzu və ya batareyanı məişət tullantıları qutusuna və ya oda atmayın.

Əlverişli şərait olduğu təqdirdə, smartfonunuz və batareyası təkrar emal edilə bilər. Bu simvol təkrar emal 

edilmiş materialları bildirmək üçün nəzərdə tuutlmamışdır.

Smartfon və aksesuarların BlackBerrytəkrar dövriyyəsi və təhlükəsiz atılması haqqında məlumat üçün kompüterinizin brauzerindən 

www.blackberry.com/recycling 

və ya 

https://tradeup.blackberry.com



 ünvanına daxil olun. Təkrar dövriyyə və barter proqramları yalnız 

müəyyən yerlərdə mümkündür.

Bu proqramlar sizin ərazidə təklif edilmirsə, elektron məhsulların atılmasına dair yerli qaydalara əməl edin.

Smartfonunuzu və onun batareyasını bu cür element növünün utilizasiyasını idarə edən qanun və nizamnamələrə uyğun olaraq utilizasiya 

edin.

Uyğunluq məlumatı



Radiotezlik siqnalları ilə təmas

Smartfonun radiosu aşağı gücə malik radio ötürücüsü və qəbuledicisidir. O, simsiz cihazların radiotezliklərə məruz qalmaya dair 

təhlükəsizlik səviyyələri haqqında Avropa İttifaqı Şurasının təlimatlarına və limitlərinə, həmçinin digər müvafiq beynəlxalq təlimatlara uyğun 

şəkildə dizayn edilib. Bu təlimatlar müstəqil elmi ekspertlər, hökumətlər və təşkilatlar, həmçinin Qeyri-ionlaşdırıcı Radiasiyadan Müdafiəyə 

dair Beynəlxalq Komissiya (ICNIRP) tərəfindən hazırlanmışdır.

Aİ və radiotezliyə məruz qalmaya dair digər müvafiq beynəlxalq təlimatlar və limitlərə əməl etmək üçün smartfonla bədəniniz arasında ən azı 

0,59 düym (1,5 sm) məsafə saxlayın. Smartfonu üzərinizdə gəzdirərkən, yalnız BlackBerry tərəfindən təchiz və ya təsdiq edilmiş inteqrasiya 

olunmuş kəmər qısqacı olan aksessuarlardan istifadə edin. Əgər siz BlackBerry tərəfindən təchiz edilməmiş, üzərinizdə gəzdirilən cihazdan 

istifadə edirsinizsə, aksessuarda metal olub-olmadığını yoxlayın və smartfonla bədəniniz arasında ən azı 0,59 düym (1,5 sm) məsafə 

saxlayın.

Radiotezliyə məruz qalmanı azaltmaq üçün: (i) smartfondan güclü simsiz siqnal olan yerlərdə istifadə edin; (ii) qulaqlıq seçimlərindən 

istifadə edin; və (iii) zəng etmək, e-poçt və ya mətn mesajı BBM və ya mesajı göndərmək üçün sərf edilən vaxtı azaldın.

Xüsusi absorbsiya dərəcəsi haqqında məlumat

BU SİMSİZ CİHAZ MODELİ BU BÖLMƏDƏ GÖSTƏRİLDİYİ KİMİ İSTİFADƏ EDİLDİYİ TƏQDİRDƏ RADİODALĞALARLA TƏMAS 

ÜZRƏ DÖVLƏT QANUNLARINA UYĞUNDUR.

Bu smartfon Avropa İttifaqı Şurasının tövsiyə etdiyi yuxarıdakı bölmədə göstərilən şəkildə istifadə edildiyi təqdirdə radiotezliyə məruzqalma 

üzrə emissiya limitlərini keçməmək şərti ilə hazırlanıb və istehsal edilib. Bu limitlər hərtərəfli təlimatların hissəsidir və istifadəçilər üçün 

radiotezlik enerjisinin icazə verilən hədlərini müəyyən edir. Bu təlimatlar müstəqil elmi təşkilatlar tərəfindən elmi tədqiqatların mütəmadi və 

hərtərəfli qiymətləndirilməsi nəticəsində hazırlanmış standartlara əsaslanır. Simsiz cihazlar üçün olan bu standart xüsusi absorbsiya 

dərəcəsi yaxud XAD kimi tanınan ölçü vahidindən istifadə edir. Avropa İttifaqının Şurası tərəfindən tövsiyə olunan XAD həddi 2,0 Vt/kq** 

təşkil edir. XAD sınaqları standart istismar mövqelərindən istifadə edilməklə, cihaz bütün sınanan tezlik diapozonlarında qeydə alınmış ən 

yüksək güc səviyyəsində siqnal ötürərkən keçirilir. XAD qeydə alınmış ən yüksək güc səviyyəsində müəyyən olunduğuna baxmayaraq 

cihazın faktiki XAD göstəricisi istismar zamanı maksimum dərəcəsindən çox aşağı ola bilər. Bu, cihazın çoxsaylı güc səviyyələrində işləmək 

üçün nəzərdə tutulmasının nəticəsidir, çünki yalnız şəbəkəyə çatmaq üçün lazım olan gücdən istifadə olunur. Ümumilikdə isə əsas stansiya 

antennasına nə qədər yaxın olsanız, çıxış gücü o qədər də az olacaq.

Qulaqda istifadə edərkən bu smartfon üçün ən yüksək XAD dərəcəsi:

Smartfon

XAD (Vt/kq) - 1 q (Hindistan)

XAD (Vt/kq) - 10 q (R&TTE)

BlackBerry Z3 STJ100-1 smartfonu

0,778

0,582


Sınaq əsasında BlackBerry tərəfindən təsdiqlənmiş inteqrasiya edilmiş kəmər qısqacı olan qoburlardan və bədəndən 0,59 düym (1,5 sm) 

məsafədə istifadə edərkən bu smartfon üçün ən yüksək XAD göstəricisi:

Smartfon

XAD (Vt/kq) - 1 q (Hindistan)

XAD (Vt/kq) - 10 q (R&TTE)

BlackBerry Z3 STJ100-1 smartfonu

0,850

0,634


Üzərinizdə gəzdirməyə dair ölçülər (tövsiyə olun ara məsafə) təchiz edilən və ya mövcud cihazlardan və tətbiq olunan Avropa İttifaqı 

Şurasının tələblərindən asılı olaraq müxtəlif naqilsiz cihazlar, həmçinin smartfonlar arasında fərqlənir.

XAD haqqında əlavə məlumatı 

www.ctia.org

 (CTIA - The Wireless Association) və ya 

www.tele.soumu.go.jp/e/index.htm

 ünvanlarından 

ə

ldə etmək olar (Daxili İşlər və Rabitə Nazirliyinin Telekommunikasiya Bürosu).



___________________________________

*Avropada istifadə edilən mobil cihazlar üçün XAD həddi bədən və baş toxumasının orta hesabla 10 qram üzrə 2,0 Vt/kq təşkil edir (əllər, 

biləklər, topuq və ayaq toxumalarının orta hesabla 10 qram üzrə 4,0 Vt/kq). Araşdırmalara əsasən bu standart, istifadəçilərə əlavə müdafiəni 

təmin etmək üçün və ölçülərdə hər hansı bir dəyişikliklərin mövcudluğunu nəzərə alaraq kifayət qədər təhlükəsizlik ehtiyatına malikdir.

Avropa Birliyinin qanunvericiliyinə uyğunluq

BlackBerry bununla bəyan edir ki, bu smartfonu 1999/5/EC saylı Radio və Telekommunikasiya Terminalı Avadanlıqları Direktivinin 

(R&TTE) əsas tələblərinə və digər müvafiq müddəalarına uyğundur.

BlackBerry Z3 STJ100-1 smartfonu: 

1999/5/EC Direktivi (HG nr.88/2003) əsasında hazırlanmış Uyğunluq bəyannaməsinə aşağıdakı səhifədə baxmaq olar: 

www.blackberry.com/go/declarationofconformity

.

Əgər Wi-Fiaktivləşdirilmiş smartfonunuz varsa, smartfonunuz Avropa İttifaqına üzv ölkələrin hamısında Wi-Fi şəbəkələrində istifadə edilə 



bilər. Bu avadanlıq Türkiyədə istismar edilə bilər.

Əlavə tənzimləyici uyğunluq

Smartfonunuzun standartlara uyğunluğuna və nəzarət orqanlarına dair təfərrüatlar aşağıdakı ünvandan əldə edilə bilər:BlackBerry

Tipin təsdiqi haqqında əlavə məlumat üçün smartfonunuzda Parametrlər proqramının Haqqında bölməsində Tənzimləyici Təsdiqlər 

siyahısına baxın.

Məhsula dair məlumat: BlackBerry Z3 STJ100-1 smartfonu

Mexaniki xüsusiyyətlər:

•Çəki: təqribən 5,8 uns (164 q) litium-ion batareyası daxil olmaqla

•Ölçü (L x W x H): 5,5 x 2,9 x 0,4 düym (140 x 72,8 x 9,26 mm)

•1,5 GB yaddaş, 8 GB proqram yaddaşı, microSD kart yuvası

Güc xüsusiyyətləri:

•Çıxarılmayan, yüklənən litium-ion batareyası

•3V, 1,8V mikro SIM kartları dəstəkləyir

•Portun məlumat sinxronlaşdırılması və enerji yüklənməsi üçün uyğunluğu: mikro USB 2.0

Mobil şəbəkə radiosu xüsusiyyətləri:

•Dörd diapazon GSM dəstəyi: GSM 850, GSM 900, DCS 1800, PCS 1900 MHz diapazonu

•Üç diapazon HSPA+ dəstəyi: UMTS 900, UMTS 1900, UMTS 2100 MHz diapazonu

•Güc sinfi: Sinif 1 (DCS 1800, PCS 1900), Sinif 4 (GSM 850) GSM 5.05-də göstərildiyi kimi, Sinif 4 (GSM 900) GSM 02.06-da 

göstərildiyi kimi, Sinif E2 (GSM 850, GSM 900, DCS 1800, PCS 1900), Sinif 3 (UMTS)

•Ötürücü tezlik: 824 - 849 MHz, 880 - 915 MHz, 1710 - 1785 MHz,1850 - 1910 MHz, 1920 - 1980 MHz

•Ötürücü tezlik: 869-894 MHz, 925-960 MHz, 1805-1880 MHz, 1930-1990 MHz, 2110-2170 MHz

Wi-Fi şəbəkə radiosu xüsusiyyətləri:

•Simsiz LAN standartı: IEEE 802.11b, IEEE 802.11g, IEEE 802.11n

•Ötürücü və qəbuledici tezlik: 2,412-2,472 GHz

Bluetooth radio xüsusiyyətləri:

•Tək diapazon dəstəyi: ISM 2,4 GHz

•Ötürücü və qəbuledici tezlik: 2402 - 2480 MHz

•Bluetooth Klass 1.5

Rəsmi bildiriş

©2014 BlackBerry. Bütün hüquqlar qorunur. BlackBerry® və əlaqəli əmtəə nişanları, adlar və loqolar BlackBerry Limited-in mülkiyyətidir və 

ABŞ və dünyanın bir sıra ölkələrində qeydiyyatdan keçib və/yaxud istifadə olunur. ANSI Amerika Milli Standartlar İnstitutunun əmtəə 

nişanıdır. Bluetooth Bluetooth SIG-in əmtəə nişanıdır. CTIA - The Wireless Association CTIA - The Wireless Association-ın əmtəə 

nişanıdır. GSM GSM MOU Assosiyasının əmtəə nişanıdır. , IEEE, 802.11b, 802.11g, və 802.11n Institute of Electrical and Electronics 

Engineers, Inc. əmtəə nişanlarıdır. UMTS Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI) əmtəə nişanıdır. Wi-Fi Wi-Fi 

Alliance-ın əmtəə nişanıdır. Bütün digər əmtəə nişanları öz müvafiq sahiblərinin mülkiyyətindədir. Bu sənədləşmə, o cümlədən istinad edilən 

bütün sənədlər və ya 

www.blackberry.com/go/docs

 ünvanında təmin edilən sənədlər olduğu kimi" və BlackBerry Limited və onun törəmə 

şirkətləri tərəfindən heç bir şərt, təsdiq, təqdimat, zəmanət yaxud öhdəliksız təqdim edilir ki, bütün bunlardan sizin qanunvericiliyinizin icazə 

verildiyi maksimum dərəcədə açıq şəkildə imtina olunur.

İstənilən BlackBerry məhsulu və ya xidmətindən istifadə şərtləri ayrıca lisenziya, yaxud BlackBerry ilə bağlanmış başqa bir razılaşmada 

müəyyən edilir. BU SƏNƏDLƏŞMƏNİN HEÇ BİR HİSSƏSİ BLACKBERRY TƏRƏFİNDƏN BU SƏNƏDLƏŞMƏYƏ AİD OLANLARDAN 

FƏRQLİ HƏR HANSI BLACKBERRY MƏHSULU YAXUD XİDMƏTİNİN HİSSƏLƏRİ ÜÇÜN TƏQDİM EDİLMİŞ YAZILI QAYDADA AÇIQ 

ŞƏKİLDƏ İFADƏ EDİLMİŞ RAZILAŞMALARI, YAXUD ZƏMANƏTLƏRİ ÜSTƏLƏYƏ BİLMƏZ.

BlackBerry Limited

2200 University Avenue East

Waterloo, Ontario

Canada N2K 0A7

BlackBerry UK Limited

200 Bath Road

Slough, Berkshire SL1 3XE

United Kingdom



Kanadada nəşr edilmişdir

Yüklə 83,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə