Bmt-nin 822 və 853 saylı qətnamələrindən əvvəl işğal olunmuş Azərbaycan ərazisi



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə50/86
tarix08.03.2018
ölçüsü104 Kb.
#30952
1   ...   46   47   48   49   50   51   52   53   ...   86

Ertəsi  gün  Protokovetslə  Bakıya  qayıtdıq.  Səhər  9.30-da  Ə. 
Vəzirovun  köməkçisi zəng  etdi  ki,  bəs  Vəzirov  sizi  axtarır.  Bir 
azdan  Vəzirovla  telefon  əlaqəsinə  girdim.
-  Kira  sizə  icazə  verib  ki,  Xankəndinə  gedəsiz?
-  Əbdürrəhman  Xəliloviç,  m ən  m əgər  xaricə  getmişdim 
ki,  icazə  alam?
-  Sənə,  səninlə  orda olanlara görə yenə  də  Xankəndində 
mitinqlər  başlayıb.  Kim  buna  cavab  verəcək?
-  Əbdürrəhman  Xəliloviç,  bizim  nazirlər  oraya  əgər  tez- 
tez  getsəydilər,  xalqm  vəziyyətiylə  maraqlansaydılar,  belə 
olmazdı.  Mən  oraya  gəzm əyə  getməmişdim  ki...
-  Eybi  yoxdur,  sizin  m əsələnizə M ərkəzi  Komitənin Bü- 
rosunda  baxarıq.  .GÖrünür  sizi  partiyadan  xaric  edəcəyik.
-  Siz  məni  büroda  müzakirə  edə  bilərsiniz.  Ancaq  siz 
m ənə  bilet  verməmisiniz.
-  Yaxşı,  araşdıranq.  Siz  Xankəndində  kiminlə  oldunuz?
-  Orucovla.
-  Bax,  elə  Orucov  kimi,  sənin kimi  adamlar  orada  ermə- 
niləri  qızışdınrlar.  Qoyun  millət  yaşasın  da...
Elə  həmin  gündən  də  Vəzirov  m ənim lə  düşdü.  Bədən 
Tərbiyəsi  Institutunun  tələbələrinin  mitinqlərdə  iştirakmı 
dəfələrlə  m ənə  irad  tutdu.  Hər  dəfə  m ənim lə  söyüşlə  da- 
nışardı.  Bir  dəfə  Protokovetsə  şikayətləndim.  Dedi  ki,  işin 
yoxdur,  fıkir  vermə.  B ir.də  ki,  Ə.  Orucovla  Xankəndində 
olmağm  onu  bərk  narahat  edib.
«Xalq  qəzeti»,  16  mart,  1997-ci  il.
1992-ci  il 
sentyabr.
İ^ğaldan  azad 
edilmiş  Ağdərə 
şəhəri.  Orta 
Güney  kənd 
camaatı 
Dəmirli  kəndinə 
köç  ərəfəsində
A.  Volski  mənim  Xankəndinə  gəlməyimdən  yaman  na- 
rahatçılıq  keçirirdi.  Vəzirova  zəng  edib  tapşırırdı  ki,  onu 
Xankəndinə  göndərməyin.  A.Volski  tez-tez  qərargaha 
zəng  edir  və  soruşurdu  ki,  Ağdamdasan,  deyirdim  hə.  Bəs 
deyirlər  hazırda  siz  Dağlıq  Qarabağm  kəndlərindəsiniz. 
Cavab  verdim  ki,  Ağdamdayam.  Hiss  olunurdu  ki,  mənim- 
lə  danışa-danışa  yenə  Ağdamda  olduğuma  inanmır,  elə  he- 
sab  edir  ki,  onunla  danışan  başqa  adamdır.
1989-cu  il  sentyabrın  9-da 
mən  «Azadlıq»  meydanın- 
da  A.Volskinin  cinayətletrini  mitinqdə  çıxış  edib  bir  mil- 
yon  xalqa  çatdırandan  sonra  hadisələr  daha  da  kəskinləş- 
di.  Xalq  qətiyyətlə  xüşusi  idarə  komitəsinin  ləğv  olunma- 
sını  tələb  edirdi.  Axır  ki,  Azərbaycan  SSR  Ali  'Soveti 
özündə  güc  tapıb  yığışdı  vəı  xüsusi  idarə  komitəsinin  ləğv 
olunmasını  SSRİİ Ali  Soveti  Rəyasət  Heyəti  qarşısmda  və- 
satət  qaldırdı.


ERMƏNİ  TERRORU
-----------------  

....................... x ............ 
1  1  " 
---------  ''i-.-;? -:11'  ı<  ■ 
^ ^ = = s = s s a s = ^ ^ =
XALQ  YAZIÇISI  MƏMMƏD  ARAZ  DA  MƏNƏ 
MƏKTUB  GÖNDƏRMİŞDİ

Əlisaab  müəllim, o zamanlar  sizin televiziyada  çıxışınız 
yaman  səs-küyə  səbəb  oldu?
Həmin  vaxt  Azərbaycan  televiziyasının  birinci  proqramı 
ilə  bizim  «Aktual  ekran»  verilişində  çıxışımız  oldu.  Mən- 
dən  başqa  ali  məhkəmənin  sədri  Hüseyn  Talıbov,  bir  də 
respublika  prokurorunun  birinci  müavini  Murad  Babayev 
çıxış  etdi.  Mən  öz  çıxışımda  qeyd  etdim  ki,  ay  Qarabağ  ca- 
maatı,  torpağınızda  bu  gün  müharibə  gedir.  Yaxşı  olar,  öz 
mal-qaranızı  satıb,  silah  alasımz.  Bir  fıkirləşin,  qonşuluğu- 
nuzda  olan  erməniləri  ruslar  silahlandırır.  Onlar  da  silahı 
pulnan  alırlar.  Mən  demirəm  ki,  silah  alıb  kimisə  öldürün. 
M ən  deyirəm,  silah  alın,  torpağımzı  qoruyun.  Mən  orda 
həmçinin  dedim  ki,  belə  gərgin  müharibə  gedən  vaxtda 
Dağlıq  Qarabağın  Azərbaycan  kətidlərində  hammın  silahı 
olmalıdır.  Bir  məsələni  də  qeyd  edərək  dedim  ki,  ay  im- 
kanlı  adamlar,  gedin  öz  istirahətinizi  bizim  gözəl  Qarabağ- 
da  keçirin.  Mən  bütün  xalqa  müraciət  edib  dedim  ki,  ha- 
mılıqla  Qarabağa  üz  tutmaq  lazımdır.  Bütün  xalq  ayağa 
qalxmalıdır.  Bu  təkcə  Qarabağ  camaatınm  problemi  deyil, 
çox  ciddi məsələdir.  Ermənistanla Azərbaycan  arasmda ge- 
dən  münaqişə  deyil,  müharibədir.  Bu  çıxışımdan  üç  gün 
sonra  şäir  Məmməd  Araz  da  m ənə  məktub  göndərdi.  Hə- 
min  məktubu  sizə  təqdim  edirəm,  baxın:
Hörmətli  Əlisaab  müəllim!
Iki giin  bundan  əwəl Azərbaycan  televiziyasınm  «Aktual e/cran» 
mbrikasında  Ali məhkəmənin  sədri,  respublika prokurorunun  müa- 
vini və sizin  çıxışımzı dinlədim.  O yoldaşlar nə danışdı,  necə danış- 
dı,  onda  işim  yoxdıır,  məqsədim  ayndır.  Məqsədim  bu  məsələlərə 
öz münasibətimi bildirməkdir.  Sizin  birbaşa təklifləriniz,  sətiraltı  və 
ya eyhamlı söhbətiniz mənə çox aydmdır. Sizin  əvvəllər də  bıına ya- 
xın  və ya  elə  bıı  mövqedə  çıxışlannız  olub.  Ekranda  da,  ayn-ayn 
yığıncaqlarda da.  Biz nə vasitə  ilə olur-olsun özümüzii qorumahyıq.
Mən  hər hansı  zorakılığm,  insana  qarşı silah  işJətməyin  əleyhinə- 
yəm.  Belə  hallar  bəşəti  demokratiyanın  və  sivilizasiyanın  təbiətinə, 
ümunıən  insanlığa ziddir.  EJə ki, xalqın,  vətənin,  torpağm  tale məsə- 
Jəsi  həll olunur,  onda  ən  mədəni,  ən  hıımanist ziyah  da  silaha sarı- 
lıb  qəddarlaşa,  «quduzlaşa»  bilər.
Bu  hadisələr  başlananda  mən  «Kommunist»qəzetinə  məktub yaz- 
ntışdım.  O məktubu çap eləmədilər.  O vaxt mən yazmışdım:  «Erməni 
ekstremistJəri» deyib, xaJqımızı azdırmayın.  Olanı oldıığu kimi də təq- 
dim  etmək  lazımdır.  Bütün  ermənüər  bizimlə  davaya  girişib,  bizdən 
torpaq  istəyitiər.  Bunun  ayrı  adı yoxdur.
L.Tolstoyun  belə bir sözü var: 
«Əgər naqis  adamlar (o,  pa- 
roçnıe  lyudi),  müəyyən  məqamda  birləşirsə,  və  bu  birləşnıədə  mii- 
əyyən qüvvə (qorxu) təşkil edirsə,  onda yaxşı adamların bir yolıı qa- 
lır:  OnJar kimi  ohhaq!»  Biz  ermənilərla  qonşu,  müəyyən  vaxtlarda 
dost  ojmuşuq.  Görünür  onlar  daha  qonşüluq  şərtlərinə,  (hələ 
dostluğu demirənt) əməl eləmək filcrindən tamam  əl çəkiblər.  Bir də- 
fə  bizim  Yazıçılar İttifaqında  (60-cı  illərin  əwəJlərində)  bir yığın-


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə