Bmt-nin 822 və 853 saylı qətnamələrindən əvvəl işğal olunmuş Azərbaycan ərazisi



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə51/86
tarix08.03.2018
ölçüsü104 Kb.
#30952
1   ...   47   48   49   50   51   52   53   54   ...   86

caqda  ermani yazıçısı  Qaragin  dedi:  «Dostluq bir  qırmızı  almadır 
bir gün sizdə,  bir gün  bizdə».  Tutaq ki,  qırmızı  alma  indi  bizdədir, 
bəs  sonra!  Sonrası!..  Sizin ftkirləriniza  şərik  oluram.  Bu  hadisələr 
zamanı  xalqımızı  ayıq-sayıq  olmağa  çağırır,  mövqeyinizə  tərəfdar 
oluram.  Bu,  ürəyimin səsi idi.  Sizə yazdım.  Necə qəbul edəcəksiniz, 
deyə  bilmərəm.
Hörmətlə:  Məmməd  A RAZ,
17  aprel  1990-cı  il
Həmin  gün  Qarabağa  qayıtmaq  istəyirdim,  gördüm  ki, 
camaat  axm-axm  «Azadhq»  meydanma  gedir.  Meydana bir 
milyondan  artıq  əhali  toplaşmışdı.  M ən  də  meydanda  mi- 
tinqin  gedişini  izləyirdim.  Birdən  tribunadakılardan  kimsə 
məni  gördü  və  mikrafonla  elan  etdi  ki,  Əlisaab  Orucov  da 
meydandadır,  məni  tribunaya  dəvət  etdılər.  Mitinq  iştirak- 
çıları  mənim  qoluma  girib  tribunaya  apardılar.  Mən  orada 
çıxış  elədim.  Qarabağda  gedən  hadisələrin  əsl  mahiyyətini 
xalqa  çatdırdım.  Dedim  ki,  Volski  Azərbaycan  xalqma  qar- 
şı  görünməmiş  cinayətlər  törədir.  Elə  bu  sözlərdən  sonra 
meydan  dəhşətli  dərəcədə  təlatümə  gəldi.  Xalqa  çatdırdım 
ki,  Arkadi  Volski  erm ənilərlə  cinayət  əlaqəsinə  girib,  Qa- 
rabağ  torpaqlarım  işğala  məruz  qoydurur.  Qeyd  elədim  ki, 
Volski  ermənilərin  xeyrinə  işlədiyinə  görə  dərhal  Qara- 
bağdan  qovulmalıdır.  Sonra bir  m əsələni  də  qeyd  etdim  ki, 
SSRİT  prokurorluğunun  istintaq  qrupu  və  SSRİİ  Daxili  İİşlər 
Nazirliyinin  əməkdaşları  respublikada heç bir əsas  olmadan
zavod,  fabrik,  ticarət  müəssisələrinin  rəhbərlərini  zindan- 
lara  salır,  əziyyətlər  verir,  əsassız  istintaqlar  aparırlar. 
Azərbaycanda  ikinci  Özbəkistandakı  vəziyyəti  yaratmaq  is- 
təyirlər.  Sonra  da məsuliyyətə  cəlb  etdikləri  a:damlarm  qo- 
humları  ilə  Bakının bağlarmda  görüşür,  onlardan  külli  miq- 
darda  pul  ahrlar.
Özbəkistanda  SSRİİ  Prokurorluğunun  müstəntiqləri  Qdıl- 
yan  və IvanoAom  əsassız  olaraq  özbəklərin başlarma  nə bə- 
lalar  açdıqlan  hamının  yadındadır.  M inlərlə  insanı  zindan- 
lara  doldurub,  onların  əmlaklarma  yiyələniblər.  Qdılyan 
orada  əldə  etdiyi  pul  vəsaitini  Dağlıq  Qarabağa  göndərib, 
bizim  torpaqlarımızm  işğal  edilməsinə  sərf etdi.  Ona  görə 
də  onlar  Azərbaycanda  da  belə  mənbə  axtarırdılar.  Lakin 
Azərbaycanda  işlərini  başa  çatdıra  bilmədilər  və  onların 
m əhkəm əyə  verdikləri  insanlar  da  bəraət  qazandılar.  Özlə- 
ri  də  respublikanı  tərk  etməyə  məcbur  oldular.  3 u   məsə- 
ləyə  də  bilavasitə  Azərbaycan  Respublikasınm  Daxili İİşlər 
nazirinin  birinci  müavini  Barannikov  rəhbərlik  edirdi.  ttşlə- 
rin  başında  isə  Azərbaycan  Respublikasmın  Mərkəzi  Ko- 
mitəsinin  ikinci  katibi  V.PoIyaniçko  dururdu.  Onlar  istintaq 
altmdä  olan  ayrı-ayrı  adamlara  fəzyiqlər  göstərirdilər  ki, 
vəzifəli  adamların  əleyhinə  ifadə  versinlər.  Ona  da nail  ola 
bilmədilər.  Mən  mitinqdə  elan  etdim  ki,  SSRI  Prokurorlu- 
ğunun  istintaq  qrupunun  və  SSRİİ  Daxili  Işlər  Nazirliyinin 
əməkdsaşları  Azərbaycandan  rədd  olşunlar.
Həm  də  mənim  quiağıma  belə  bir  söz  çatmışdı  ki,  bun- 
dan  əvvəl  «Azadlıq»  meydanında  keçirilən  mitinqdə  şair


Qabil  çıxış  edərək  deyib  ki,  Əlisaab  Orucov  Dağlıq  Qara- 
bağm  keçmiş  birinci katibi  Boris  Gevorkovu  Ədliyyə  Nazir- 
liyində  işə  götürüb.  Mitinqdə  dedim  ki,  bu  mənə  qarşı  çox 
ağır  ittihamdır,  ona  görə  də  sizin  qarşınızda  bu  ittihama  ca- 
vab  verməliyəm.
Bu  mitinq  9  sentyabr  1989-cu  ildə  olmüşdur.  Bununla 
bağlı  mənim  video  kassetlərim  də  qalır.
K.BAĞIROV  TAPŞIRDI Kİ  GEVORKOVA BİR  İŞ VERMƏK LAZIMDIR
-  Necə  oldu  ki, siz  Boris  Gevorkovu  Ə dliyyə  Nazirliyində 
işə  qəbul  etdiniz?
-  Boris  Gevorkovu  Ədliyyə  Nazirjiyində  işə  qəbul  et- 
məyə  məcbur  edildim.  O  zaman  respublikanın  birinci  kati- 
bi  Kamran  Bağırov  mənə  zəng  edərək  dedi  ki,  Boris  Ge- 
vorkov  Azərbaycan  Respublikasının  Dövlət  Arbitrajmda  iş- 
ləyir.  Oranm rəhbəri qadındır.  Onu  orada saxlamağa qorxur, 
deyir  ki,  bura  hücumlar  edirlər.  Mən  ona  bildirdim  ki,  Əd- 
liyyə  Nazirliyində  boş  iş  yeri  yoxdur.  Bir  müddət  sonra 
Kamran  Bağırov  yenə  mənə  zəng  etdi  və  dedi  ki,  bəs  sən- 
də  Çingiz  Bəşirov  adlı  əməkdaş  işləyir.  Mən  Çingız  Bəşi- 
rovu  Azərbaycan  Kommunist  Partiyası  Iİnzibati  Şöbəsinə 
təlimatçı  götürürəm  və  sizdə  ştat  boşaldıram.  Həmin  ştata 
Gevorkovu  qəbul  edərsiniz.  Beləliklə,  mən  də  Baris 
Gevorkovu  Ədliyyə  Nazirliyində  işə  qəbul  etdim.  Dəfələr- 
lə  Gevorkova  deyirdim  ki,  siz  bura  nahaq  gəlmisiniz,  yaxşı 
olar  ki,  öz  xoşunuzla  çıxıb  gedəsiniz.  O  mənim  bu  sözlə- 
rimdən  nəticə  çıxarmaq  əvəzinə  daha  da  azğınlaşırdı.  Hət- 
ta  o  elə  arxaymlaşmışdı  ki,  yaşadığı  evə  piyada  gedib-gə- 
lirdi.  Lap  arxaym...  Metro  ilə  gedib-gəlirdi.  Onun  evi  köh- 
nə  Mərkəzi  Komitənin  o  biri  üzündə,  «Lermontov»  küçə-
sində  idi.  Həmin  bina  da  hasara  alınaraq  qorunurdu.  Hələ 
bundan  əvvəl  mən  öz  işçilərimə  demişdim  ki,  siz  buna  göz 
qoyun  görək,  o  evə  necə  gedib-gəlir.
İİşçilərim  mənə  dedilər  ki,  Əlisaab  müəllim,  o,  əmin-ar- 
xaym  metro  ilə  gedib-gəlir,  «Baksovet»dən  evinə  qədər 
olan  məsafəni  piyada  gedir.  Gördüm  ki,  Gevorkovun  nə  iş- 
dən,  nə  də  Bakıdan  getmək  fikri  yoxdur.  O  zamanlar  mə- 
nim  bir  Mürsəl  adlı  köməkçim  var  idi.  Çox  qeyrətli  oğlan- 
dı.  Dedim,  Mürsəl,  bu  alçaq  Gevorkovu  güdmək  Iazımdır. 
Onun  Ədliyyə  Nazirliyində  bizimlə  bir yerdə  işləməyi  bizə 
qarşı  təhqirdir  və  həm  də  camaat  buna  görə  bizi  qınayır.  O 
vaxtı  qış  olduğundan  yer-yurd  buz  idi.  Dedim  -  Mürsəl  bu 
Gevorkova  elə  təpik  vurmaq  lazımdır  ki,  bir  də  yerindən 
qalxa  bilməsin.  Mürsəl  dedi  ki,  Əlsaab  müəllim,  mən  çox- 
dan  gözləyirdim  ki,  bu  itin  bizim  nazirlikdən  qovulması 
üçün  mənə  fursət  verəsiniz.
...Hadisənin  necə baş  verdiyini  hələ  indiyə qədər mən də 
Mürsəldən  soruşmamışam,  Gevorkov  işdən  çıxıb  evinə  ge- 
dərkən Bünyadski  küçəsindən  indiki İİdarəetmə Akademiya- 
sına  dönürmüş.  Elə  oradaca,  qaranlıqda uşaqlar  (qış vaxtı ol- 
duğundan  hava  tez  qaralırdı)  Gevorkovu  əzişdirmiş,  yaxşıca 
təpikləmişdilər.  Səhər  tezdən  Mürsəl  mənə  dedi  ki,  artıq 
məsələni  həll  etmişik.  Bir  azdan  Gevorkov  özü  də  gəlib 
çıxdı.  Onun  tamamilə  üz-gözü  əzilmiş,  yaman  günə  düş- 
müşdü.  Dedim,  ay  kişi,  bu  nədir,  səni  kim  bu  günə  salıb? 
O  mənə  necə  əzişdirildiyini,  hətta  iki-üç  dəfə  ayağa 
qalxmaq  istərkən  yerə  çırpıldığım  danışdı  ve  işdən  çıxma- 
sma  dair  ərizəni  stolumun  üstünə  qoydu.  Mən  dərhal  onu 
işdən  azad  etdim.  Sonra  Polyaniçko  mənə  Gevorkova  göre 
zəng  etdi,  dedi  ki,  səni  işden  çıxartdıracağam...


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə