Bmt-nin 822 və 853 saylı qətnamələrindən əvvəl işğal olunmuş Azərbaycan ərazisi


Erməni  işğalında  qalan  Əsgəran  qalası



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə69/86
tarix08.03.2018
ölçüsü104 Kb.
#30952
1   ...   65   66   67   68   69   70   71   72   ...   86

Erməni  işğalında  qalan  Əsgəran  qalası
verilişlərində  xristianlığm  dirçəlişi  hər  cür  təbliğ  edilir  və 
bu  zaman  bir  dəfə  də  olsa  «xristianlıq  təhlükəsi»  ifadəsi 
işlədilmir,  yalnız  «xristianlıq  mərhəmətindən»  damşılırdı.
Əsas  kimi  «Azərbaycan»  qəzetinin  1990-cı  il  yanva- 
ruı  11-də  dərc  etdiyi  «Biz  nə  qədərik...  Bizim  dərdimiz 
nə  qədərdir?»  məqaləsini  götürmək  olmazdı  ki?  Qəzetin  o 
zamankı  redaktoru  dünyada  cəmisi  nə  qədər  azərbaycanh 
yaşadığı  barədə  mülahizə  söyləyir  (onun  hesablamasma 
görə  36  milyona  yaxm  ahnırdı),  yəhudi  diasporunun  təcrü- 
bəsinə  istinad  edirdi.  Doğrudan  da  Moskva  kitab  yarmar- 
kasmda  Amerikadakı  yəhudi  təşkilatlarından  birinin  bütün 
yəhudi  millətinə  müraciəti  olan  vərəqə  yaymışdılar.  Vərə- 
qənin  məzmunu  ondan  ibarət  idi  ki,  sivilizasiyanm  heyatı 
onun  bütün  əzələlərinin  sağlamlığmdan  asıhdır,  biz  -  14 
milyonluq  yəhudi  xalqı  olmadan  sivilizasiya  mövcud  ola
bilmez  və  beləliklə  də  dünyanm  gəlecəyi  bizim  hər  biri- 
mizdən  asılıdır.  Vərəqə  bir  növ  siyahıyaalmma  məqsədi 
güdürdü:  hər  bir  yəhudinin  harada  yaşadığım  aydınlaşdır- 
maq,  öz  millətinin  nümayəndəsi  olduğunu,  ətraf aləmin  ta- 
leyinin  ondan  asılı  olduğunu  ona  çatdırmaq:  öz  yerini  bil- 
dir  və  arxayın  ol  ki,  sənin  taleyinlə  maraqlamrlar.
Beynəlxalq  azərbaycanşünaslıq  konfransı  yaradılmah- 
dır.  -  budur yeganə  çıxış  yolu;  1990-cı  il yanvarm  əvvəlin- 
də  «Azərbaycan»  qəzetinin  redaktom buna  çağırırdı.  Bütün 
tarixi  boyu  xalqın  özünün  buraxdığı  səhvleri  təkrar  etmə- 
m əyə  çağıran  Sabir  Rüstəmxanlı  öz  həmvətənlərinə  məs- 
ləhət  görürüdü  ki,  bir-birinə  qarşı  iddialardan,  iradlardan, 
ambisiyalardan,  pisniyyətlikdən,  yerlibazlıqdan,  kreslo  uğ- 
runda  mübarizədən  əl  çəksinlər.  Yazıçı  sual  yerirdi:  «Nə 
vaxta  qədər  qardaş-qardaşa  düşmən  qalacaq?  36  milyonluq 
xalqın  sonrakı  taleyi  bizdən məsuliyyətli  olmağı,  birleşmə- 
yi  və  iş  görməyi  tələb  edir.


7-Cİ  ORDUNUN  ERM ƏNİSTANA 
VERİLM ƏSİ
1992-ci  il  mayın  9-u  -  bayram  şənbəsi  günü  Qarabağ- 
da  Azərbaycan  qüvvələrinin  növbəti  m əğlubiyyəti  və  hüzn 
günü  oldu.  Həmin  gün  ərəfəsində  ennəni  silahlı  birləşmə- 
lərinin  Şuşa  şəhərinə  və  Kosalar  kəndinə  irimiqyaslı  hücu- 
munda  4  m inədək  erməni  və  rus  döyüşçüsü  iştirak  edirdi. 
Hücüm  əməliyyatı  xeyli  miqdarda  artilleriya  və  zirehli  tex- 
nikanın  köm əyilə  aparılırdı.  Bu  texnikanı  erm əniiər  hara- 
dan  və  üstəlik  «xeyli  miqdarda»  almışdı?
Ermənistanda  yerləşmiş  7-ci  qvardiya  ordusunun 
zabitləri  «Den»  qəzeti  vasitəsilə  bildirdilər  ki,  başda  sat- 
qm  general  Meşşeryakov  olmaqla  ordunun  komandanlığı 
tərəfmdən  erm ənilərə  40  PDM  (piyadaların  döyüş  maşını- 
tırtıllı),  6  BRDM,  4  ZTR  və  5  «qrad»  tipli  BM-21  reaktiv 
atəş  qurğusu  verildi.  Onlar  məhz  bu  texnika  ilə  də  Şuşaya 
hücuma  keçmişdilər.
Ermənistanda  olan  hərbi  sursat  anbarlarındakı  hadisələr 
yəqin  ki,  çoxlarının  xatirindədir..  O  zaman  ermənilər  əllə- 
rində  satqın  general  Meşşeryakovun  verdiyi  təptəzə  avto- 
matlarla  qarovula  hücum  edirdilər.  Hamı  artıq  bilirdi  ki, 
general  qarovula  xəyanət etmiş,  zirehli  qrupların  blokadanı 
götürməsini  qadağan  etmiş  və  əm r vermişdi  ki,  erməni  bo- 
yeviklərinə  hərbi  sursat  və  «qrad»  qurğuları  verilsin.  Ge-
neral Meşşeryakov Zaqafqaziya  HD-nin  komandanı  general 
Patrikeyevlə  birlikdə  Erebuni  aeroportunda yerləşən vertol- 
yot  eksadrilyasmı  da  ermənilərə  təhvil  verdi.
Meğri  sərhəd  bölməsinin  rəisi  təklif etdi  ki,  zastavada 
erməni  bayrağı  qaldırılsm.  Namuslu  olduqları  və  ona  görə 
də  iyli  su  içməyə  məcbur  olan  zabitlər  cavab  verdilər  ki, 
həmin  bayrağa  elə  rəis  özü  salam  verməli  olacaqdır.  Zas- 
tavanm  «Çar»  ləqəbli  rəisi  birinci  gün  deyildi  ki,  zastava- 
nm  əmlakını  erməni  boyeviklərinə  satırdı  və  onlar  üçün 
xüsusi  hamam  da  saxlayırdı.
TÜRKİYƏNİ  HƏRBİ ƏMƏLİYYATLARA 
TƏHRİK  ETMƏK
Ona  görə  də  Şuşaya  maym  8-də  başlanan  hücumla  ey- 
ni  zamanda  Naxçıvanın  sərhəd  rayonu  Sədərəyə  də  basqm 
edildi.  Erməni  birləşmələri  Araz  çayı  üzərindən Naxçıvanı 
Türkiyə  ilə  birləşdirən  körpünü  partlatmağa  cəhd  etdilər. 
Sədərəyə  bu  cür  fıtnəkar  hücumla  bu  günkü  Ermənistanm 
daşnak  liderləri  ən  azı  arzu  etdikləri  şeyə  nail  olmaq  istə- 
yirdilər:  Türkiyəni  hərbi  əməliyyatlara  təhrik  etmək  və 
sonra  isə  Rusiya  ilə  birlikdə  müdafiə  müqaviləsinə  əsasən 
Yeltsini  Ermənistan  tərəfdən  müharibəyə  cəlb  etmək.
Bu  isə  üçüncü  dünya  müharibəsi,  xristianlığm  islama 
qarşı  səlib  yürüşü  demək  idi.  Burada  çoxlarınm  bir-birinə 
qarşı  narazılıqları  və  çətin  həll  oluna  bilən  problemləri  yı- 
ğılıb  qalmışdı  ki,  onları  da  bir  dəfəyə  həll  etmək  olmazdı.


Şuşamn  almması  da,  Xocalı  qırğım  kimi, Iran  hökumə- 
tinin  himayəsi  altmda  aparılan  sülh  danışıqları  fonunda baş 
verdi.  Bu  dəfə  danışıqlar  Tehranda  gedirdi.  Azərbaycan 
Prezidentinin  səlahiyyətlərini  yerinə  yetirən  fərsiz  Yaqub 
Məmmədov  Dağlıq  Qarabağda  azərbaycanlıların  əlində 
olan  sonuncu  məntəqənin  xaincəsinə  tutulmasmı  üçtərəfli 
saziş  imzalanandan  sonra  artıq  Tehran  aeroportıında  bildi. 
Ermənistan  prezidenti  Levon  Ter-Petrosyan  riyakar  bir  sa- 
kitliklə  izah  etdi  ki,  Qarabağm  özünümüdafıə  dəstələri  nə- 
zarətdən  çıxmışdır  və  dünya  ictimaiyyəti  hansı  cür  düşü- 
nürsə  düşünsün  təbiətin  bu  cənnət  guşəsində  özünü  elan 
etmiş  əldəqayırma  respublikanı  tanımalı  olacaqdır.  Axı, 
DQR-in  hərbi  birləşm ələri  Azərbaycanla,  adamları  qartal- 
lardan  yuksəkdə,  ağ  buludlarm  bərabərlərində  yaşayan, 
buz  bulaqlı,  heyrətamiz  parlaq  günəşli,  iri  ulduzlu  bu  bəx- 
tiyar  torpaq  uğrunda  vuruşur.  Ermənistan  isə  kənarda,  san- 
ki  bu  savaşdan  yuxarıda  durur  və  sadəcə  olaraq  öz  həm- 
tayfalarınm  -  «türkləşmiş»  ermənilərin  halma  acıyır.
Prezident  olduğu  gündən  Levon  Ter-Petrosyan  belə 
mühakimə  edir,  əslində  isə  EÜH  və  «Qarabağ»  komitəsi 
liderinin  proqrammda  heç  nə  dəyişməmişdir.  Qoy  indi  bü- 
tün  dünya  baş  smdırsm  ki,  Qarabağ  konfliktini  necə  həll 
etsin,  çünki,  smaq  meydanma  çevrilmiş  bu  girdabda  o  qə- 
dər qarşılıqlı  nifrət,  yalan  və  riyakarlıq yığılıb  ki,  BMT-nin 
mavi  dəbilqəliləri  olmadan  keçinmək  mümkün  olmayacaq. 
Böyük  dövlətlərin  kütləvi  informasiya  vasitələrində  Qara- 
bağ konfliktinin  necə  işıqlandırıldığım  bildirən  heç  bir  sağ-
lam  düşüncəli  azərbaycanlx  bu  cür  vasitəçiliyə  razı  olma- 
yacaqdı.  N ə  qədər  ki,  prezident  hakimiyyəti  strukturunda 
əsas  postlardan  birini  Q.Starovoytova  kimiləri  tutur,  Rusi- 
yanm  Zaqafqaziyada  sülh  məramlı  fəaliyyətinə  heç  kim 
inanmayacaq.  Starovoytovanm  Ermənistan  xatirinə  quraş- 
dırdığı  «millətin  hüququ  bütün  hüquqlardan  yüksəkdə  du- 
rur»  ideyası  hələ  çox  əks-səda  verəcəkdir.
Əlbəttə,  1992-ci  il  martm  əw əlin d ə  Dmitri  Furma- 
nın  «Nezavisimaya  qazeta»da  şərh  etdiyi  mifoloji  sxemi 
reallıq  kimi  qəbul  etmək  olar.  Jumalist  Rusiyanm  Zaqafqa- 
ziyada  təbii  müttəfıqinin  onunla  həmsərhəd  olmayan  Er- 
mənistan  olduğunu  əsaslandırarkən  qərb,  kosmopolit  de- 
mokratizminin  şüurunda  mövcud  olan  xalqlarm  iyerarxiya- 
sma  istinad  edir.
Dmitri  Furman  səmimi  etiraf edir  ki,  bu  iyerarxiya- 
da  ermənilər  azərbaycanlılara  nisbətən  yüksək  yer  tutur. 
Ermənilər  -  xristiandırlar,  azərbaycanlılar  -  müsəlman, 
islam  isə  qərbpərəst demokratlarm  xüsusilə  sevmədiyi  din- 
dir.  Erməni  obrazı,  demək  olar  ki,  yəhudi  obrazı  kimidir: 
soyqırımma  məruz  qalmış,  guya  qara  müsəlman  qüvvələri 
arasında  məhv  olmamaq uğrunda  mübarizə  aparan  qərb  tə- 
mayüllü,  kiçik,  mədəni  bir  xalq.  Qərb  demokratı  instinktiv 
olaraq İTsrailin  tərəfini  saxlayıb  ərəblərə  qarşı  olduğu  kimi, 
Furmamn  fikrincə  burada  da  ermənilərin  tərəfıni  saxlayıb 
azərbaycanlılara  qarşı  olurlar.


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə