Bmt-nin 822 və 853 saylı qətnamələrindən əvvəl işğal olunmuş Azərbaycan ərazisi



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə79/86
tarix08.03.2018
ölçüsü104 Kb.
#30952
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

Hadisəlerin  sonrakı  təhlili  göstərir  ki,  «Xocalı  soyqırı- 
mı»ndan  dərhal  Rəhim  Qazıyev  xəbər  tutmuş,  atəş  açma- 
maq  haqqmda  Baş  qərargahdan  göstəriş  aldığı  üçün  heç 
nə  etməyibdi.  Şuşada  ratsiya  ilə  ermənilərin  «uşaqları  və 
qadınları  meydana  yığm»  əmri  aydmca  eşidilirmiş.
Ağdamdakı  özünümüdafıə  destələrinə  də  Şuşadan  Xoca- 
lınm  od  tutub  yandığı  dəfələrlə  deyilibdi.  Fevralın  25-de 
erm enilərlə  3  günlük  atəşkəs  haqqmda  şifahi  moratori  ra- 
zılaşdırıldığma  görə  silahlar  susubdu.  Həm  Şuşadan,  həm 
də  Ağdamdan  Xankəndi  istiqametində  xocalıları  xilaş  et- 
m ək  üçün  yalnız  milli  qeyrət  çatışmadı.  Hələ  bu  günə  qə- 
dər  Xocalıda  məskunlaşan  Mesxeti  türkləri  haqqmda  danı- 
şan yoxdur.  Fevralm  25-dən  26-na  keçən  gecə  12  Mesxeti 
türk  ailəsi  erməni  qatilləri  tərəfindən  yenicə  məskunlaş- 
dıqları  evlərindəcə  diri-diri  yandırıldı.  1992-ci  il  martın  4- 
də  Qazançı  kəndindən  esir  alınmış  erməni  hərbçisi  damşır- 
dı  ki,  «Xocalıda  Mesxeti  türk  ailələri  evdən  çölə  çıxma- 
ğa  macal  tapmadılar.  Onları  uşaqlı-böyüklü  diri-diri 
yandırdılar».
Mesxeti  türklərinin  əksəriyyəti  Xocalmı  tərk  edə  bilmə- 
di.  Onlar  yolu  tanımır,  həm  də  qəsebənin  yeni  yaşayış 
massivində  yerləşirdiler.  Yeni  massivdə həm   də  Xankən- 
dindən  və  Ermənistandan  qovulanlar  yaşayırdı.  80-ci  illər- 
də  Xankendi  Qarabağın  sənaye  şəhəri  kimi  formalaşırdı. 
Şəhərə  ətraf  rayonlardan  axm  artırdı.  Sözsüz 
gəlm elər 
Xocalıdan  çıxmağın  yolunu  da  tapa  bilməzdilər.
Qanlı  faciədən  dərhal  sonra  öz  «işini  görənlər»  -  Ta-
hir  Əliyev,  Fəhmin  Hacıyev,  «karyer»  Qasım,  Tofıq  Keri- 
mov  kimiləri  öz  «yuva»larma  çəkildilər.  Onda  «karyer» 
Qasım  Ağdamda  meydan  sulayırdı.  O,  özünü  bölgənin  baş 
komandanı  elan  etmiş,  icra  başçısmı,  polis  rəisini  bolgedən 
uzaqlaşdırmışdı.  Bu  həmin  «karyer»  Qasım  idi  ki,  ömrii 
uzunu  Ağdamm  var-dövlətini  erm ənilərə  yedirtmiş,  otuz  il 
dağ  boyda  Şahbulaq  daş  karxanasım  söküb  talamışdı.
1992-ci  il  martın  6-da  özünümüdafiə  dəstələri  və  Milli 
Ordunun  əlavə  q ü w ələri  Əsgərana  girə  bildilər.  Ordumu- 
zun  esgərləri  cüzi  itki  verərək,  erməniləri  Əsgərandan  ge- 
ri  oturtdular.  Bakıya m əlum at çatdınldı.  Əlavə  qüvvə gön- 
dərilm əsi  üçün  xahişlər,  yalvarışlar,  göz  yaşları  axıdıldı. 
B aşbilənlər 
ayılmadı 
ki, 
ayılmadı. 
Onda 
Bakıda 
deputatlarann  təkidi  ilə  fövqəladə  sessiya  gedirdi.
Əsgəranda  ermənilər  böyük  itki  verdilər.  Milli  Ordunun 
qüvvələri  Əsgəran  qalasına  doğru  erməniləri  sıxışdırdılar. 
Saat  4-dən  sonra  erməni  və  rus  herbi  birləşm ələri  (Xan- 
kəndindəki 366-cı rus  alayı ermənilərin köm əyinə  gəldi) 
üç  terəfdən  -  Naxçıvanikden,  Xanabad,  Xocalı  istiqamə- 
tinden  Milli  Ordumuza  qarşı  güclü  hücuma  keçdiler.
Əlavə  q ü w ə   gelmediyine  görə  martın  6-da  axşamüstü 
Milli  Ordunun  qüvvələri  Əsgərandan  geri  çəkilm əye  mec-


bur  oldular.  Həmin  günlərdə  cəbhədə  ciddi  dönüş  yaran- 
mışdı.  Qarabağın  dağlıq  bölgəsindəki  Azərbaycan  kəndlə- 
rinin  yolunu  kəsən  Qazançı  1992-ci  il  martın  4-dən  5-nə 
keçən  gecə  yerli  özünümüdafıə  qüvvələrinin  təzyiqi  ilə 
ermənilərdən  təmizləndi.  Ermənilər  gecə  ikən  Qazançıdan 
qaçdılar.
Şirin Mirzəyevin batalyonu  isə  martm  6-da  tez  özünü  Qa- 
zançıya  yetirərək  kəndi  azad  etdiklərini  bildirdilər.  Ermə- 
nilər  elə  martm  5-de  ətrafdakı  Kolam  döyüşçülərinin 
tezyiqi  ilə  gecə  ikən  özləri  Qazançıdan  m eşə  yolu  ilə  qa- 
çmışdılar.  Qazançını  tərk  etməyən  Bərxudar  müəllim  bi- 
zimkilərə  təklif  etdi  ki,  inəni  öldürməyin  (Bərxudar 
müəllimin  həyat  yoldaşı  azərbaycanlı  idi),  sizə  erməni- 
lərlə  bağlı  kifayət  qədər  məlumat  verə  bilərəm.  Qızışmış 
kütlə  isə  Bərxudar  müellimi  Şahbulaqda  qətlə  yetirdi.  Bu, 
o  Bərxudar  müəllim  idi  ki,  Dağlıq  Qarabağda  (orta  mək- 
təbdə  oxuyanda)  m ənə  rus  dilindən  dərs  demişdi.
...Kəndimizə  (Kolanı-Orta  Güney)  kifayət  qədər  silah- 
sursat päylasalar  da,  erməninin  qabağma  çıxan  canlı  qüvvə 
çatışmırdı.  Əlinə  avtomat  alıb  səngərlərə  gedən  cavanlar 
da  yaxşı  bilirdilər  ki,  erməni  nə  zaman  hücum  etsə,  bura- 
ları  bir  anlığa  yerlə-yeksan  edəcəkdir.  Ağdamm  «Uzundə- 
rə»  deyilən  yerinde  ruslarm  hərbi  bazası  açılmış,  oradan 
kənd  əhalisinə  istənilən  qedər  silah-sursat paylanmışdı.  Sa- 
dəcə  olaraq  Dağlıq  Qarabağın  Azərbaycan  kəndlərinin 
özünümüdafiə  batalyonları  ermənilərin  nizami  ordusunun
1992-ci  il.  Ağdam .  Öz  yurd-yuvalanndan  baş  götürüb  gedənlər
qabağmda  tab  gətirə  bilməzdi.  Bizim  kəndlərin  ətrafında 
döyüş  gedən  vaxtı  səkkiz-on  kilometrlikdə  yerləşən  Qa-
layçılar, 
Ə lim ədətli, 
Əliağalı, 
M ollalar, 
K ürdlər, 
Xaçmdərbənd,  Cinli  və  Boyəhmədli  kəndləri  ev-eşiklərini 
Bakıya  köçürürdülər.  Uzaq  rayonlar  da  Dağlıq  Qarabağm 
Azərbaycan  kəndlərinə  beş-on  qutu  makaron  göndərməkle 
öz  işlərini  bitmiş  hesab  edirdilər.  Heç  onlar  fıkirləşmirdi- 
lər  ki,  bəs  bu  qanlarına  qəltan  edilən  bizim  bacı-qardaşla- 
rımızdır.
Bəzən  də  belə  olurdu  ki,  Azərbaycanm  ayrı-ayrı  rayon- 
larının  deliqanlı  cavanlarım  könüllülər  adı  ilə  bölgəyə  gə- 
tirilirdi.  Onlar  da  fürsət  düşən  kimi  hücum  çəkib  erməni- 
nin  danasım  oğurlayıb  gəldikləri  yolla  da  geri  dönürdülər.


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə