Bmt-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#65919
  1   2   3   4   5   6   7   8   9   ...   23


BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan 

alverinin,  xüsusən  qadın  və  uşaq  alverinin  qarşısının  alınması,  aradan  qaldırılması  və 

cəzalandırılması  haqqında"  və  "Miqrantların  quru,  dəniz  və  hava  ilə  sərhəddən  qanunsuz 

keçirilməsinə qarşı" Protokolların təsdiq edilməsi 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 



I.  Azərbaycan  Respublikası  adından  2000-ci  il  dekabrın  12-də  Palermo  şəhərində  imzalanmış 

BMT-nin  "Transmilli  mütəşəkkil  cinayətkarlığa  qarşı"  Konvensiyası,  onu  tamamlayan  "İnsan 

alverinin,  xüsusən  qadın  və  uşaq  alverinin  qarşısının  alınması,  aradan  qaldırılması  və 

cəzalandırılması  haqqında"  və  "Miqrantların  quru,  dəniz  və  hava  ilə  sərhəddən  qanunsuz 

keçirilməsinə qarşı" Protokollar müvafiq bildirişlər və bəyanatlar ilə (bildirişlərin və bəyanatların 

mətnləri əlavə olunur) təsdiq edilsin.  

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.  

Heydər ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 may 2003-cü il  



№ 435-IIQ

 

 



Birləşmiş Millətlər Təşkilatının Transmilli 

mütəşəkkil cinayətkarlığa qarşı 

KONVENSİYASI 

 

Ali Məclisin 2000-ci il 15 noyabr tarixli, 55/25 saylı Qətnaməsi ilə qəbul edilmişdir

 

 Maddə 1  



Məqsəd 

 

Bu Konvensiyanın məqsədi transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması və onunla 



mübarizə işində əməkdaşlığı təşviq etməkdən ibarətdir. 

 

Maddə 2  




Anlayışlar 

 

 



Bu Konvensiyanın məqsədləri üçün: 

a)  "mütəşəkkil  cinayətkar  qrup"  dedikdə,  birbaşa  və  ya  dolayı  maliyyə  və  ya  digər  maddi 

mənfəət  almaq  üçün  bir  və  ya  bir  neçə  ciddi  cinayəti  və  ya  bu  Konvensiyaya  uyğun  olaraq 

cinayət kimi tanınmış cinayətləri törətmək məqsədi ilə müəyyən müddət ərzində mövcud olan və 

birgə hərəkət edən üç və ya daha çox şəxsin struktur şəklində təşkil edilmiş qrupu başa düşülür

b)  "ciddi  cinayət"  dedikdə,  ən  çoxu  dörd  ildən  az  olmayan  müddətə  azadlıqdan  məhrumetmə 

cəzası və ya digər daha ciddi cəza növü nəzərdə tutan cinayət başa düşülür; 

c)  "struktur şəklində təşkil edilmiş qrup" dedikdə, dərhal cinayət törətmək məqsədi ilə təsadüfi 

yaradılmayan və daxilində üzvlərinin rollarının forma l şəkildə müəyyən edilib-edilməməsindən, 

üzvlüyün daimi olub-olmamasından və ya inkişaf etmiş strukturun yaradılıb-yaradılmamasından 

asılı olmayaraq mövcud olan qrup başa düşülür

d)  "əmlak" dedikdə, istər maddi, qeyri-maddi, istərsə də daşınar və ya daşınmaz əşyalarda və ya 

hüquqlarda ifadə edilmiş istənilən aktivlər, habelə bu cür aktivlərə hüququ və ya onlarda marağı 

təsdiq edən hüquqi sənədlər və ya aktlar başa düşülür; 

e)  "cinayətdən  əldə  edilən  gəlirlər"  dedikdə,  hər  hansı  bir  cinayətin  törədilməsi  nəticəsində 

birbaşa və ya dolayı yolla əldə edilmiş və ya alınmış hər hansı bir əmlak başa düşülür

f)  

"həbs" 


və 

ya 


"götürmə" 

dedikdə, 

əmlakın 

verilməsinə, 

dəyişdirilməsinə, 

özgəninkiləşdirilməsinə və ya yerdəyişməsinə qoyulan müvəqqəti qadağalar və ya bu cür əmlaka 

müvəqqəti  sahiblik  və  ya  məhkəmənin  və  ya  digər  səlahiyyətli  orqanın  qərarı  əsasında  bu  cür 

əmlaka müvəqqəti nəzarətin həyata keçirilməsi başa düşülür; 

g)   "müsadirə" dedikdə, məhkəmənin və  ya digər səlahiyyətli orqanın qərarı əsasında əmlakdan 

tamamilə məhrum etmə başa düşülür

h) "əsas hüquqpozma" dedikdə, bu Konvensiyanın 6-cı maddəsində göstərilən və cinayət tərkibi 

yaradan əməllərin törədilməsi nəticəsində gəlir əldə edilmiş hər hansı bir hüquq pozuntusu başa 

düşülür; 

i)  "nəzarət  qaydasında  mal  alınması"  dedikdə,  hər  hansı  bir  cinayətin  istintaqı  və  həmin 

cinayətdə iştirak edən şəxslərin aşkar edilməsi məqsədi ilə bir və ya bir neçə dövlətin ərazisinə 

onların səlahiyyətli orqanlarının icazəsi və həmin orqanların nəzarəti altında qeyri-qanuni və ya 

şübhə doğuran yükün ölkəyə gətirilməsinə, daşınmasına və ya çıxarılmasına yol verən üsul başa 

düşülür; 

j)  "regional  iqtisadi  inteqrasiya  təşkilatı"  dedikdə,  hər  hansı  bir  regionun  suveren  dövlətləri 

tərəfindən  yaradılan  və  bu  Konvensiya  ilə  tənzimlənən  məsələlərlə  bağlı  öz  üzv  dövlətlərinin 

səlahiyyətlərini  həyata  keçirməyə  və  lazımi  qaydada  öz  daxili  prosedurlarına   uyğun  olaraq  bu 



Konvensiyanı imzalamaq, təsdiq, qəbul və ratifikasiya etmək və ya ona qoşulmaq səlahiyyətinə 

malik  olan  təşkilat  başa  düşülür;  bu  Konvensiyada  "İştirakçı  dövlətlərə"  istinadlar  bu  cür 

təşkilatlara onların öz səlahiyyətləri çərçivəsində aid edilir. 

 

 

Maddə 3  



Tətbiq dairəsi 

 

 



1. Bu  Konvensiya, əgər  onda digər qayda nəzərdə tutulmayıbsa,  aşağıda  göstərilən cinayətlərin 

qarşısının alınmasına, istintaqına və təqibinə tətbiq edilir: 

a)  bu  Konvensiyanın  5,  6,  8  və  23-cü  maddələrinə  uyğun  olaraq  cinayət  kimi  tanınmış 

cinayətlərə, və 

b)  bu  Konvensiyanın  2-ci  maddəsində  müəyyən  edildiyi  kimi,  əgər  bu  cinayətlər  transmilli 

xarakter daşıyırsa və mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilmişdirsə, ciddi cinayətlərə. 

2.  Bu maddənin 1-ci bəndinin məqsədi üçün cinayət mütəşəkkil xarakter daşıyır, əgər: 

a) bu cinayət birdən çox dövlətdə törədilibsə

b)  bu  cinayət  bir  dövlətdə  törədilib,  lakin  onun  hazırlanmasının,  planlaşdırılmasının,  ona 

rəhbərliyin və ya nəzarətin əhəmiyyət kəsb edən hissəsi digər dövlətdə baş veribsə; 

c)  bu cinayət bir dövlətdə törədilib, lakin öz cinayətkar fəaliyyətini birdən çox dövlətdə həyata 

keçirən mütəşəkkil cinayətkar qrupun iştirakı ilə törədilibsə; və ya 

d) bu cinayət bir dövlətdə törədilib, lakin onun əhəmiyyət kəsb edən nəticələri digər dövlətdə baş 

veribsə. 

 

 

Maddə 4  



Suverenliyin müdafiəsi 

 

1. İştirakçı dövlətlər öz öhdəliklərini bu Konvensiya əsasında dövlətlərin suveren, bərabərlik və 

ərazi  bütövlüyü  prinsiplərinə  və  digər  dövlətlərin  daxili  işlərinə  qarışmamaq  prinsipinə  uyğun 

olaraq həyata keçirirlər. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə