Bmt qak unhcr



Yüklə 14,08 Kb.
tarix06.05.2018
ölçüsü14,08 Kb.
#42818

UNHCR

Dünyada, hal-hazırda, hərbi münaqişələr, sistematik ayrı-seçkilik və ya təqibin digər formalarının qurbanı olaraq, öz ölkələrini tərk etmək məcburiyyətində qalmış milyonlarla insan yaşayır. II Dünya müharibəsi sonunda qaçqınların çoxu avropalılar idi. Bu gün isə üstünlüyü Asiya və Afrikadan olan qaçqınlardır. Qaçqınların 80%-ni qadınlar və uşaqlar təşkil edir. Kütləvi axının səbəbləri də müxtəlifdir. Onlara müharibələri, təbii fəlakətləri, ekoloji qəzaları və kasıbçılığı aid etmək olar



  • BMT QAK - UNHCR

Qaçqınların işi üzrə ali Komissarlıq, 14 dekabr 1950 tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən quruldu. UNHCR-a, dünya daxilində qaçqın problemlərini həll etmək və qaçqınları qorumaq məqsədilə beynəlxalq fəaliyyətləri koordinasiya etmə və icra vəzifəsi verildi. Təşkilatın baş qərargahı Cenevrədə yerləşir. UNHCR altmış ildən çox bir müddətdir, milyonlarla insanın həyatına yenidən başlamasına kömək etmişdir. Bu gün isə 7.190 işçisilə, 120 ölkədə, təxminən 36.4 milyon insana əl uzatmağa davam edir.

  • MƏQSƏDİ

BMT QAK-ın Nizamnaməsinin 1-ci maddəsinə əsasən, Ali Komissarlığın əsas məqsədi, qaçqınlara beynəlxalq himayənin verilməsi və Hökumətlərlə əməkdaşlıq edərək, qaçqınların könüllü qayıdışına və ya onların cəmiyyətə inteqrasiya olunmasına yardım etməklə, qaçqınların probleminə davamlı həll yolunun axtarılmasıdır. Əsl məqsədi qaçqınların hüquqlarını və rifahını müdafiə olan UNHCR, hər fərdin sığınma tələblərin qarşılamaq və başqa bir ölkədə qaçqın olaraq etibarlı bir şəkildə məskunlaşmasını təmin etmək üçün çalışır. Eyni zamanda, evə könüllü dönüş, yerli inteqrasiya və üçüncü bir ölkəyə yerləşdirmə seçimlərini də mümkün edər. UNHCR irq, din , siyasi düşüncə və gender ayrı-seçkiliyi etmədən və tərəfsiz bir şəkildə qaçqınlara və digər insanlara ehtiyacları istiqamətində qoruma və kömək təmin etməkdədir. UNHCR , bütün fəaliyyətləri arasında ən çox uşaqların ehtiyaclarını qarşılama və qadın bərabərliyini yüksəltmə səyi içindədir. Ayrıca, Təşkilatın vəzifə sahəsi içində vətəndaşlığı olmayan şəxslər də olur.

  • QURULUŞU

BMT QAK, BMT Baş Assambleyası və İqtisadi və Sosial Şurası (ECOSOC) rəhbərliyində xidmət göstərir. 85 üzvdən ibarət olan UNHCR İdarə Komitəsi, təşkilatın iki illik proqramlarını və mövcud büdcəsini təsdiq edir. Təşkilata BMT Baş Assambleyası tərəfindən təyin olunmuş Ali komissar başçılıq edir. Ali komissar 2005-ci ildə seçilmiş Portuqaliyalı siyasətci António Guterres’dir.

Bu gün 123 ölkədə 396 UNHCR ofisi, adi və ya müvəqqəti olaraq fəaliyyət göstərən 702'si Cenevrə mərkəzində vəzifəli təxminən 7.190 personalı ilə işlərini icra edir. 396 ofisin 124'ünü bölgə və şöbə ofisləri, 272'sini isə alt və sahə ofisləri meydana gətirir.



  • FƏALİYYƏTİ

BMT QAK, İkinci Dünya Müharibəsi sonunda döyüşlər səbəbiylə yerlərindən edilmiş avropalılara kömək etmək məqsədiylə quruldu. BMT Baş Assambleyası tərəfindən, 14 dekabr 1950 açılan təşkilatın, 3 il içində mühacirlik probleminə son verdikdən sonra bağlanmasını planlandı. Lakin təşkilat digər qaçqın problemlərində öz maraq sahəsinə qataraq vəzifə əhatəsini genişlətdi və dünya qaçqın problemləri sonlanmayınca fəaliyyətin dayandırmayacağını bildirdi.

21. əsrin başında UNHCR , Asiyadakı qarşıdurmalara, Afrikadakı Konqo Demokratik Respublikası və Somali kimi ölkələrdəki qaçqın böhranlarına və xüsusilə Əfqanıstanda 30 yıdır davam edən qaçqın problemlərinə həll axtardı. Eyni zamanda , qarşıdurmalar üzündən ölkə içində yerlərindən edilmiş bir çox insana köməkçi olması üçün UNHCR'ın ekspertliyinə müraciət. Təşkilat ilk başlarda çox göz qarşısında olmasa da, vətəndaşlığı olmayan kəsləri də maraq sahəsinə qataraq vəzifə əhatəsini genişlettti

UNHCR , ilk ildə 300.000 ABŞ dolları olan büdcəsini , 2011 -ci ilə gəlindiyində 3.32 milyard Amerikan dollarına çıxardı. Bu gün dünyada təxminən 43 milyon yerlərindən edilmiş insan var. UNHCR'ın maraq sahəsindəki 36.4 milyondan çox adamın, 15.6 milyonunu ölkə içində yerlərindən edilmiş insanlar, 10.4 milyonunu qaçqınlar, 6.5 milyonunu vətəndaşlığı olmayan şəxslər və 400.000 -dən çoxunu qurumun maraq sahəsinə girən digər şəxslər meydana gətirir.

MÜKAFATLANMALAR

Təşkilat II Dünya Müharibəsindən sonrakı dövrdə Avropadakı qaçqınlara etdiyi yardımlarla sahəsində yeni bir cığır açdı. Bu səbəblə, 1954-cü ildə Nobel Sülh Mükafatına layiq görüldü. UNHCR , 1981-ci ildə ikinci dəfə Nobel Sülh Mükafatın aldı. Bundan əlavə bir çox beynəlxalq və digər mükafatlara layiq görülmüşdür.



AZƏRBAYCAN VƏ BMT QAK

1992-1993-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü, onun vurduğu maddi və mənəvi zərər nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünlər mövcuddur. 1993-cü ildən bəri Azərbaycan dövləti BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirirlər. Dağlıq Qarabağ müharibəsilə əlaqədar olaraq Azərbaycan Hökumətinin müraciəti əsasında, 1992-ci ilin sonlarından BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı (BMT QAK) ölkəmizdə fəaliyyət göstərməyə başlamışdır. “BMT QAK qaçqın, məcburi köçkün və sığınacaq axtaranların həyat şəraitlərinin yaxşılaşdırılması, onların sosial problemlərinin həll edilməsi, təhsil və gəlir imkanlarının yaxşılaşdırılması, təhsil müəssisələrinin təmiri və bərpası (bağça, məktəb, kitabxana və s.) dövlət qurumları ilə əlaqələrinin qurulmasına dəstək kimi istiqamətlərdə onlarla fəaliyyəti müvəffəqiyyətlə həyata keçirmişdir.

AK
Yüklə 14,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə