BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə
Qətnamələri
BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il
822 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli
Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək; Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini
nəzərə alaraq; Azərbaycan Respublikası və Ermənistan Respublikası əlaqələrinin pozulmasına görə öz ciddi
narahatlığını bildirərək; hərbi silahlı əməliyyatların qızışdırmasını və o cümlədən yerli erməni qüvvələrinin
Kəlbəcər rayonuna soxulması ilə əlaqədar narahatlığını qeyd edərək; bu vəziyyətin sülh və sabitliyə təhlükə
yaranması, mülki əhalinin kütləvi yerdəyişməsi, regionda, o cümlədən Kəlbəcər rayonunda fövqəladə
humanitar vəziyyətilə əlaqədar öz ciddi narahatlığını bildirərək; bu regionda olan bütün dövlətlərin ərazi
bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istifadə etməyin
yolverilməzliyini bir daha təsdiq edərək; ATƏT çərçivəsində keçirilən sülh danışıqlarını dəstəklədiyini bəyan
edərək və hərbi əməliyyatların qızışdırılması, bunun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı narahatlığını
bildirərək:
1) Dayanaqlı atəşkəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının
hökmən dayandırılmasını, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayonlarından
çıxarılmasını tələb edir;
2) Maraqlı tərəfləri münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində sülh yolu ilə həll etmək
üçün danışıqları bərpa etməyə və problemin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətə yol
verməkdən çəkinməyə çağırır;
3) Bu regionda həmçinin münaqişənin toxunulduğu rayonlarda mülki əhalinin əzab-əziyyətlərinin
azaldılması üçün aparılan humanitar yardımın göstərilməsinə əlaqədar olan beynəlxalq fəaliyyətin maneəsiz
keçməsini təmin edilməsinə çağırır və tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsiplərinə və normalarına
əməl olunmasının məcburiliyini təsdiq edir;
4) Baş Katibdən hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda və
həmçinin Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətin qiymətləndirilməsini və sonradan Şuraya məruzə
edilməsini xahiş edir;
5) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
Sərəncam 3205 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.
BMT-nin Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il
853 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsini təsdiq edərək; ATƏT-in
Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək; Ermənistan və Azərbaycan Respublikası
arasında olan münasibətlərin pislənməsi və onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək;
tərəflərin 822 saylı Qətnamənin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq;
hərbi qüvvələrin əməliyyatlarının qızışdırılması, o cümlədən Azərbaycanın Ağdam rayonun işğalını həyəcanla
qeyd edir; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranmasına dair narahatlığını bildirir;
1) Ağdam rayonu və Azərbaycanın işğal olunmuş digər torpaqlarının zəbtini pisləyir;
2) Regionda düşmənçilik hərəkətlərini, həmçinin mülkü əhaliyə hücumlar və yaşayış rayonlarının
bombardman edilməsini və artilleriya atəşinə tutulmasını pisləyir;
3) Bütün hərbi əməliyyatların təxirəsalınmazdan dayandırılmasını, təcili, tam və danışıqsız olaraq Ağdam və
Azərbaycanın işğal olunmuş digər rayonlarından münaqişədə iştirak etmiş silahlı qüvvələrinin çıxardılmasını
tələb edir;
4) Tərəfləri razılaşmaya gəlməyə və bu razılaşmaya əməl etməyə çağırır;
5) Regionda yuxarıda göstərilən 3-cü və 4-cü bəndlərin kontekstini, özünün əvvəlki iqtisadi, nəqliyyat və
energetika əlaqələrinin bərpasına çağırışlarını bir daha təsdiq edir;
6) ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həll olunmasına, həmçinin 822 (1993) saylı
qətnaməsinin həyata keçirilməsinə yönəldilmiş səylərini bəyənir və buna qarşı çıxa biləcək hərbi əməliyyatların
qızışdırılması ilə bağlı ciddi narahatlığını bildirir;
7) ATƏT-in nəzarətçi missiyasının və fəaliyyət qrafikinin yaradılmasına dair tədbirlərin, həmçinin Şura
çərçivəsində və yerlərdə şuranın iştirak etməsi haqqında təklifi alqışlayır;
8) Tərəflər münaqişənin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətdən çəkinməyə, Minsk
qrupu çərçivəsində danışıqların aparılmasına, həmçinin münaqişənin son həllinə yönəlmiş birbaşa əlaqələri
davam etməyə çağırır;
9) Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinin 822-ci (1993) və
indiki qətnamələrin əməl etməsini təmin etməyə və bu tərəfin Minsk qrupunun təkliflərini qəbul eləməsinə
çağırır.
Dövlətləri təklikdə münaqişənin eskalasiyasına, yaxud ərazilərin işğalının davam etdirilməsinə gətirib
çıxarda bilən hər hansı silahın və hərbi əmlaklara təchiz etməkdən çəkinməyə çağırır.
10) Dövlətləri münaqişənin şişirdilməsinə və ya ərazinin işğalına davam etməsinə yönəlmiş hər hansı bir
silahlı və hərbi yardımdan çəkinməyə təkidlə çağırır;
11) Mülkü əhalinin dözülməz vəziyyətinin yüngülləşdirilməsinə yönəldilmiş regionda, həmçinin
münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardımla maneəsiz təmin olunmasına etməyinə bir daha
çağırır;
12) Baş Katibdən və müvafiq beynəlxalq təşkilatlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar
yardımın verilməsini və yerini dəyişmiş şəxslərin evlərinə qaytarılmasına xahiş edir;
13) Baş Katibdən, hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda
vəziyyətə dair məruzələrin təqdimatının davam etdirilməsini xahiş edir;
14) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
3259 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.
BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli
874 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853 saylı
qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurasının Sədri tərəfindən oxunan
Bəyanata istinad edərək, Qarabağ üzrə ATƏT-in Minsk qrupunun BMT-nin sədrinə ünvanlanmış 1 oktyabr
1993-cü il tarixli məktubuna baxaraq, Azərbaycan Respublikasında və onun ətrafında Dağlığ Qarabağ
konfliktinin və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və
sabitliyə təhlükə yaratması ilə bağlı öz narahatlığını bildirərək, 8 oktyabr 1993-cü ildə Moskva şəhərində
keçirilən yüksək səviyyəli görüşü qeyd edərək və bu görüşün vəziyyətin yaxşılaşmasına və konfliktin sülh yolu
ilə həll olmasına kömək edəcəyinə ümid bəsləyərək, Azərbaycan Respublikasının və regionda olan digər
dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və qüvvə tətbiq edərək
torpaqların alınmasının mümkünsüzlüyünü bir daha təsdiq edərək, konflikt ilə bağlı insanların əzab-əziyyətləri
və regionda baş verən humanitar vəziyyətlə əlaqədar, o cümlədən Azərbaycan Respublikasının çoxsaylı
vətəndaşlarının yerdəyişməsi ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:
1) Tərəfləri atəşkəsin effektlisini və daimiliyini, Minsk qrupuna dəstək olaraq Rusiya Federasiyasının
yardımı ilə birbaşa əlaqələrin yaradılmasını təmin etməyə çağırır;
2) Özünün ATƏT və Minsk qrupunun yorulmaz əməyi çərçivəsində əldə olunan sülh prosesini
dəstəklədiyini bir daha bəyan edir;
3) 28 sentyabr 1993-cü ildə Minsk qrupunun yığıncağında qəbul edilmiş və Sədr tərəfindən maraqlı tərəflərə
təqdim edilmiş «822 (1993) və 853 (1993) Qətnamələrinin həyata keçirilməsi ilə əlaqədar təxirə salınmaz
tədbirlərin yeniləşmiş qrafikini» bəyənir, tərəflərə onu qəbul etməsini məsləhət görür və buna çağırır;
4) Münaqişədən irəli gələn və «Yeniləşmiş qrafik»də həll olunmamış problemlərin Minsk qrupu tərəfindən
aparılan sülh danışıqları çərçivəsində həll ediləcəyinə əmin olduğunu bildirir;
5) Tərəfləri Minsk qrupunun «Yeniləşmiş qrafik»də nəzərə tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirlərin
həyata keçirilməsinə, zəbt olunmuş ərazidən hərbi qüvvələrin çıxarılmasına, kommunikasiya və nəqliyyatla
bağlı bütün maneələrin aradan qaldırılmasına çağırır;
6) ATƏT-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına əsasən və «Yeniləşmiş qrafik»də nəzərə
alınmış və münaqişənin həllinə yönəldilmiş sülh danışıqlarının aparılması üçün tezliklə Minsk qrupunun
konfransının keçirilməsini lazım bilir;
7) Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərilməsi təklifini müsbət
cavablandırılmasını və konfransın açılışından sonra sülh danışıqlarının aparılmasına bütün mümkün olan
köməyi göstərməsini xahiş edir;
8) ATƏT tərəfindən yaradılmış Nəzarət komissiyasını dəstəkləyir;
9) Tərəfləri Beynəlxalq Humanitar Hüququnun pozulmasına yol veriliməməsinə və 822 (1993) və 853
(1993) saylı Qətnamələrində olan, münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardım məqsədi ilə
beynəlxalq fəaliyyətin maneəsiz keçirilməsinə təminat verilməsinin vacibliyini bir daha bəyan edir;
10) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsinə, sülh və sabitliyin pozulmasına yönəldilmiş
hər hansı bir təcavüzdən və müdaxilədən çəkinməyə təkidlə çağırır;
11) Baş Katibdən və müvafiq Beynəlxalq Humanitar Təşkilatlardan zərər çəkmiş mülki əhaliyə fövqəladə
yardım göstərilməsini, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təhlükəsizlik şəraitində
yaşamaq üçün köməklik göstərilməsini xahiş edir;
12) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişatından və yerlərdə olan
vəziyyətin bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki
əməkdaşlığı barəsində Şuraya təqdim etmələrini xahiş edirik;
13) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
Qətnamə 3292 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.
BMT-nin Təhlükəsizlik Şurasının 11 noyabr 1993-cü il
884 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 25 iyul 1993-cü il tarixli 874, 14 oktyabr 1993-
cü il tarixli 874 saylı Qətnamələrini təsdiq edərək; ATƏT və Minsk qrupunun yorulmaz səyi çərçivəsində
aparılan sülh danışıqlarını tam dəstəkləyərək; ATƏT-in fəaliyyətdə olan Sədrinin məktubunu və əlavələri nəzərə
alaraq, Azərbaycan Respublikasında və onun ətrafında konfliktin və Azərbaycan Respublikası və Ermənistan
Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması; atəşkəsin pozulması, o cümlədən
Zəngilan rayonu və Horadiz şəhərinin zəbt olunması ilə əlaqədar hərbi əməliyyatların gərginləşməsi ilə bağlı
narahatlığını bildirərək; Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini, ərazi bütövlüyünü,
beynəlxalq sərhədlərin toxunulmazlığının və ərzinin zəbt edilməsi üçün qüvvədən istifadə edilməsinin
yolverilməzliyini təsdiq edərək; Azərbaycanın cənub sərhədlərində yerləşən Zəngilan rayonu və Horadiz
şəhərində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:
1) Hərbi əməliyyatın başlanmasına səbəb olan tərəflərin atəşkəsin son pozulmasını, o cümlədən Zəngilan
rayonu və Horadiz şəhərinin zəbtini, mülki əhaliyə hücumu və Azərbaycan Respublikası ərazisinin atəşə
tutulmasını pisləyir;
2) Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinə öz təsirindən istifadə edərək
822 (1993) və, 853 (1993) və 874 (1993) saylı Qətnamələrə riayət etməsinə və hərbi kampaniyaların davam
etməməsi üçün vəsaitlərin verilməməsini təmin etməyə çağırır;
3) ATƏT-in Minsk qrupunun 9 nəfərinin bəyanatını məmnuniyyətlə qeyd edir və orada göstərilən atəşkəs
haqqında birtərəfli bəyanatı yüksək qiymətləndirir;
4) Maraqlı tərəflərdən hərbi əməliyyat və düşmənçilik aktlarının həmən dayandırılmasını, birtərəfli olaraq
Təhlükəsizlik Şurasının «822 (1993) və 853 (1993) Qətnamələrinin həyata keçirilməsilə əlaqədar təxirəsalınmaz
tədbirlərin yeniləşmiş qrafikini» və Minsk qrupunun Vyana şəhərində keçirilən 2-8 noyabr 1993-cü ildə
keçirilən iclasında qəbul olunmuş dəyişiklikləri nəzərə alaraq hərbi qüvvələrin Zəngilan rayonu və Horadiz
şəhərindən və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edir;
5) Maraqlı tərəfləri Rusiya Federasiyasının Minsk qrupuna dəstək məqsədi ilə yardımı birbaşa kontakt
nəticəsində əldə olunmuş atəşkəsə riayət etməyə və onun daimiliyini və effektliyini təmin etməyə; və
münaqişənin həlli yolunda Minsk prosesinin və «Yeniləşmiş qrafik» və ona Minsk qrupunun 2-8 noyabr 1993-
cü il tarixli iclasında qəbul etdiyi dəyişikliklər çərçivəsində münaqişənin nizamlanmasına dair danışıqlar və
digər mümkün olan bütün yolların axtarışını davam etdirilməsinə təkidlə çağırır;
6) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsi, sülh və sabitliyin pozulmasına yönəldilmiş
hər hansı bir təcavüzdən və müdaxilədən çəkinməyə təkidlə çağırır;
7) Baş Katibdən və müvafiq beynəlxalq humanitar təşkilatlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən
Azərbaycanın cənubunda yerləşən Zəngilan rayonu və Horadiz şəhərinin əhalisi daxil edilməsi ilə, fövqəladə
yardım göstərilməsini, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması və təhlükəsizlik şəraitində
yaşamaq üçün köməklik göstərilməsi xahiş olunur;
8) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişi və yerlərdə olan vəziyyətin
bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı
barəsində Şuraya hesabat verməsi xahiş edilir;
9) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
3313 saylı Qətnamə yığıncağında yekdilliklə qəbul olunmuşdur.
Dostları ilə paylaş: |