Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Spermisidlər spermatozoidə necə təsir göstərir?



Yüklə 2,08 Mb.
səhifə14/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

625) Spermisidlər spermatozoidə necə təsir göstərir?
A) Mayalanma qabiliyyətini artırır

B) Miqdarını artırır

C) Hərəkətini artırır

D) Fermentını artırır

E) Məhvedici təsir
Spermisidlər cinsi əlaqə zamanı uşaqlıq yoluna ifraz olunmuş spermatozoidə məhvedici təsir göstərən kimyəvi maddələrdir. Beləliklə, qadınları arzuolunmaz hamiləlikdən qoruyur: gel, krem, şam və həb şəklində olur.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 80
626) Aşağıdakılardan hansı baryer kontrasepsiyaya aid deyil?
A) İnyeksiyalar

B) Diafraqmalar

C) Qubkalar(süngərlər)

D) Spermisidlər

E) Prezervativlər
Hamiləlikdən qorunmaq üçün tərkibində süni progesteron olan kontraseptivlər inyeksiyalar vasitəsilə orqanizmə yeridilir.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 76
627) Uşaqlıq daxili spiralı nə vaxt çıxarmaq lazımdır?
A) Qarnın aşağısında ağrı olarsa

B) Aybaşı tsikli pozulanda

C) Çanaq üzvlərinin kəskin iltihabında

D) Hamısında

E) Qadın hamilə qalmaq istəyirsə
UDS –ın qoyulması üçün bütün tələblərə və şərtlərə əməl edilməlidir. Əks

halda ağırlaşmalar ola bilər.


Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 82
628) Ginekoloji xəstəyə köçürulən qan orqanizmə hansı təsiri göstərir?
A) İtirilənqanın bərpasına səbəb olur

B) Hamısı

C) Maddələr mübadiləsını normaya salır

D) Qanın laxtalanmasını artırır

E) Orqanizmin müqavimətini artırır
Ginekologiyada kəskin qan itirmə zaman həyati göstəriş olaraq qan və onun komponenti köçürülür.
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991səh 245
629) Laktasion amenoreyanın üstün cəhətlərinə hansı aid deyil?
A) Hamiləlikdən qorunma ehtimalı 100% -dir

B) Yeni doğulmuş üçün xeyirlidir

C) Əlavə zərərli təsiri yoxdur

D) Qadın üçün sərfəlidir

E) Maddi vəsait tələb etmir
Laktasion amenoreya -uşağını yalnız ana sudu ulə qidalandıran qadınlarda aybaşının olmamasına deyilir və təbii kontrasepsiya üsuludur.H eç bur üsulda hamilə qalmamaq ehtimalı 100% olmur.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh75
630) Doğuşdan sonra 6 ay ərzində (Laktasion amenoreya) hamiləlikdən qorunmaq üçün mama anayanəyi başa salmalıdır?
A) Bu muddətdə aybaşı olmamalıdır

B) Sadalananlardan hamısı

C) Əmizdirmə arası fasilə uzun olmamalıdır

D) 6 ay ərzində uşağa əlavə qida verməməlidir

E) Gecə -gunduz uşağı əmizdirməlidir
Laktasion amenoreya üsulu -uşağını yalnız ana sudu ulə qidalandıran qadınlar üçün uyğundur əgər aybaşı olarsa hamılə qalmaq ehtimalı artır.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 75
631) Uşaqlıq yolunu nə vaxtşırınqalamaq olmaz?
A) Uşaqlıq boynunun iltihabında

B) Uşaqlıq ətrafı toxumanın iltihabında

C) Uşaqlıq yolunun iltihabında

D) Xronıkı salpinqooforitdə

E) Aybaşı zamanı
Uşaqlıq yolunun selikli qişasına, uşaqlığın boynunun uşaqlıq yolu hissəsiniə yerli təsir edir, uşaqlığa isə reflektor. Aybaşı zamanı uşaqlıq yolunu şırınqalamaq olmaz.
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 245
632) Hansı xəstəliklərdə şua terapiyasından istifadə edilir?
A) Endoservisitdə

B) Bədxassəli şişlərdə

C) Endometriozda

D) Sonsuzluqda

E) Hormonal pozğunluqlarda
Qadın məsləhətxanasında və ginekoloji müəssisələrdə bədxassəli şişə şubhə olarsa ,pasientlər onkoloji tibb müəssisəsinə göndərilməlidir.
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991səh 188
633) Cinsiyyət üzvlərinin xəstəliklərinintörədicilərinə hansı aid ola bilməz?
A) Qonokoklar

B) Koklar

C) Bağırsaq çöpləri

D) Anaerob infeksiya

E) Döderleyn çöpləri
Doderleyin çöpləri uşaqlıq yolunun normal mikroflorasına aiddir.
Ədəbiyyat: B.И.Дуда. «Гинекология»,2002. В.А.Загребина, А.М.Торчинов,«Гинекология»,1991 səh 9
634) Poliklinikaların baxış otağında işləyən mamanın vəzifəsinə nə aid deyil?
A) Süd vəzilərinin profilaktik baxışını aparmaq

B) Süd vəzilərini əlləmək

C) Süd vəzisinin xəstəliyinə diaqnoz qoymaq

D) Onkoloji müayinə üçün yaxma göturmək

E) Süd vəzilərində şişi aşkar etmək
Süd vəzilərinin dishormonal xəstəlikləri hipotalamus-hipofiz-yumurtalıqda baş verən dəyişiklikdən asılıdır. Poliklinikaların baxış otağında işləyən mama sud vəzisinin xəstəliklərinə diaqnoz qoymur.
Ədəbiyyat: B.И. Дуда.«Гинекология»,2002. В.А.Загребина, А.М.Торчинов,«Гинекология»,1991 səh 95
635) Şiller sınağı aparmaq üçün mama aşağıdakılardan hansını hazırlamalıdır?
A) Xloramin

B) Vazelin

C) Pereks məhlulu

D) Lyuqol məhlulu

E) Veroqrafin
Şiller sınağı aparmaq üçün lyuqol məhlulundan istifadə edilir.
Ədəbiyyat: B.И.Дуда.«Гинекология», 2002. В.А.Загребина, А.М.Торчинов,«Гинекология»,1991 səh126
636) Mastopatiya nə deməkdir?
A) Süd vəzisinin hormonal xəstəliyidir

B) Süd vəzisinindoğuşdan sonrakı iltihabıdır

C) Süd vəzisinin bəd xassəli şişidir

D) Süd vəzisinin çıxarılması əməliyyatıdır

E) Süd vəzisinin xoş xassəli şişidir
Uşaq doğma dövrundə qadının süd vəzilərinin toxuması aybaş vaxtı və hamiləlik zamanı dəyişikliyə uğrayır .Süd vəzilərinin dishormonal xəstəlikləri

hipotalamus-hipofiz-yumurtalıqda baş verən dəyişiklikdən asılıdır Məs: mastopatiya


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М.Торчинов,«Гинекология»,1991 səh95
637) Kontrasepsiya hansı üsuldur?
A) Arzu olunmayan hamiləlikdən qorunmaq üsulu

B) Vaksinlə müalicə üsulu

C) Fizioterapiya üsulu

D) Sterilizasiya üsulu

E) Dərmanla müalicə üsulu
Hər bir insanın ailə planlaşdırması haqqında məlumatı olmalıdır. Ailə planlaşdırması – insanın nəsilartırma funksiyasını müxtəlif üsullarla idarə edən sistemə deyilir. Bu üsulları (kontrasepsiya) bilərək, qadın arzu olunmayan hamiləliyin qarşısını ala bilər və hamiləliklər arası müddəti əvvəlcədən planlaşdıra bilər.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 68
638) Qadınkontrasepsiya üsullarına hansılar aiddir?
A) Təbii

B) Uşaqlıq daxili spiral

C) Baryer

D) Sadalananların hamısı

E) Hormonal kontrasepsiya
Qadın sadalanan üsulları (kontrasepsiya) bilərək, arzu olunmayan hamiləliyin qarşısını ala bilər və hamiləliklər arası müddəti qabaqcadan planlaşdıra bilər.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 68
639) Qadınkontrasepsiya üsullarına nə aid deyil?
A) Prezervativ

B) UDS


C) Təqvim üsulu

D) Oral kontrasepsiya

E) Diafraqma
Qadın sadalanan üsulları (kontrasepsiya) bilərək, arzu olunmayan hamiləliyin qarşısını ala bilər və hamiləliklər arası müddəti əvvəlcədən planlaşdıra bilər.Prezervativ spermanın cinsi əlaqə zamanı qadının uşaqlıq yoluna düşməsinə baryer yaradan kontrasepsiya üsuludur.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədssiz həkimlər.səh 76
640) Təbii kontrasepsiya üsullarına hansı aid deyil?
A) Selik üsulu

B) Vazektomiya

C) Laktasion amenoreya

D) Təqvim üsuli

E) Temperatur üsulu
Vazektomiya- Könullu olaraq kişilərdə toxumdaşıyıcı axacağın cərrahi üsulla kəsilməsidir
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 68
641) Bazal temperatur haradan ölçülür?
A) Uşaqlıq yolundan

B) Orta qulaqdan

C) Qoltuq altından

D) Düz bağırsaqdan

E) Ağız boşluğundan

Düz bağırsaqdan (Rt) bazal temperatur yuxudan sonra səhər, sakit vəziyyətdə ölçülür. Normal aybaşı siklində temperatur bütün sikl boyu dəyişir.


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов,«Гинекология»,1991 səh 63
642) Rektal temperaturu ölçmək üçün mama qadına nə məsləhətgörməlidir?
A) Yuxudan sonra səhər, sakit vəziyyətdə

B) Hər gün səhər eyni vaxda

C) Alınan göstəricini qeyd etməli

D) Sadalananlarin hamısı

E) Düz bağırsaqdan

Düz bağırsaqdan (Rt) bazal temperatur yuxudan sonra səhər, sakit vəzıyyətdə ölçülür. Normal aybaşı siklində temperatur bütün sikl boyu dəyişir.


Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh63
643) Mama onkoloji muayinə üçün yaxmanı haradan götürməlidir?
A) Uşaqlıq yolunun yan divarından

B) Anusdan

C) Uretradan

D) Uşaqlıq boynunun səthindən

E) Uşaqlıq yolunun dəhlizindən
Sitoloji müayinədə məqsəd -uşaqlığın və boruların bəd xassəli şişlərinin erkən diaqnostikasıdır.
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 52
644) Mama süzənəyi aşkar etmək ücün yaxmanı haradan götürməlidir?
A) Uşaqlıq yolunun arxa tağından

B) Uşaqlıq yolunun yan dıvarından

C) Servikal kanaldan (Folkman qaşığı ilə)

D) Uşaqlıq boşluğundan

E) Uşaqlıq boynunun səthindən

Bakterioskopik müayinə üçün yaxma uşaqlıq boynu kanalından, uretradan götürülür. Yaxmadan əvvəl uşaqlıq yolunu şırınqalamaq və dərmanlarla müalicə

aparmaq olmaz.Yaxmanı sidik buraxılmamış göturmək lazımdır.
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 54
645) Kontrasepsiyanın təqvim üsulunun çatışmayan cəhəti hansıdır?
A) Bədənə əlavə təsiri yoxdur

B) Kontrasepsiya effektinin zəifdir

C) Başqa vasitəyə ehtiyac yoxdur

D) Qadın özü hesablaya bilər

E) Dərmansız üsuldur
Müntəzəm aybaşı dövrünə malik olan qadınlarda tətbiq oluna bilər. Təbii yolla qorunmağa imkan yaradır ,ancaq, cinsi yolla yoluxan xəstəliklərdən qorumur.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 73
646) Ana südü ılə qidalandıran qadınlarda aybaşının olmamasının səbəbı nə ola bilər?
A) Yumurta hüceyrə yetişmir

B) Beyində prolaktinin ifrazıtənzimlənir

C) Uşaq əməndə beyinə qıcıqlar gedir

D) Sadalananlardan hamısı

E) FSH (Follikul stimulə edici hormonun)və LH (Lütein hormonun)ifrazı azalır
Laktasion (fizioloji) amenoreya doğuşdan sonra 6 ay ərzində yalnız ana südü ilə qidalandıran qadınlara tövsiyə oluna bilər.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 75
647) Normada hamiləliklər arası fasilə ən azı neçə il olmalıdır?
A) 5 il

B) 7il


C) 2 il

D) 6 ay


E) 1 il
Yeni doğmuş qadının orqanizmi çox zəifləyir, onun bərpası muəyyən vaxt aparır, hamiləlik arası fasilə 2 ildən az olduqda gələcək hamiləlik və doğuş ana və döl üçün bəzi ağırlaşmaya səbəb ola bilər.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 75
648) Kombinə edilmiş oral kontraseptivlərdən (həblərdən) istifadə edilməsininüstünlüklərinə nə aiddir?
A) Həblər çox səmərəlidir.

B) Cinsi əlaqəyə mane olmur.

C) Qadınlar üçün təhlukəsizdir.

D) Hamısı

E) İstədiyi vaxt qəbulu dayandırıla bilər.
Həb şəklində, qəbul olunan kontraseptivlərin təsir mexanizmi eynidir. 21 və 28 həbdən ibarət hormon tərkibli olur.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 88
649) QM-na26.08.11 –cu ildə 28 yaşlı qadın qarnının aşağısında ağrı ,yüksək temperatur (38,5 t) və qanlı ifrazatın olması şikayəti ilə müraciət edir. Axırıncı aybaşı 10.06.11-ci ildə olub.D-1,A-2 Axırıncı abort 7 gün əvvəl olub (7-8 həftəlik). Daxili müayinədə xarici dəlik barmağın ucunu buraxır,ifrazat azacıq qanlı , ancaq iylidir ,uşaqlıq 6 həftəlik hamiləliyə uyğundur,ağrılıdır.Abortdan sonra hansı ağırlaşmadan söhbət gedir?
A) Süzənək

B) Qripp


C) Artımların iltihabı

D) Metroendometrit

E) Sepsis
Axırıncı abort 7 gün əvvəl olubsa (7-8 həftəlik), daxili müayinədə xarici dəlik barmağın ucunu buraxır,ifrazat azacıq qanlı ancaq iylidir, uşaqlıq 6 həftəlik hamiləliyə uyğun ,ağrılıdırsa və qadında 38,5 t. varsa deməli abort zamanı aseptika və antiseptikaya düzgün rəayət olunmayıb,ya da abortdan sonra qadın soyuqlayıb ,immuniteti aşağı düşüb və abortdan sonrakı dövr ağırlaşaraq qadının daxili cinsiyyət üzvlərinin iltihabına səbəb olub (metroendometritə) və mütləq antibakterial müalicə lazım gəlir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
650) QM-na 25.03. 09 –cu ildə 36 yaşlı qadın qarnının aşağı hissəsində ağırlıq və qarnının böyüməsi şikayəti ilə müraciət edir.Terapevt qadının qarnının palpasiyası zamanı şiş əllədiyi üçün ginekoloqa müraciət etməyi məsləhət görub.. D-2,A-2 A/T 140/90 , nəbz 70 v. Daxili müayinədə uşaqlıq normaldır, bərk konsistensiyaya malikdir,hərəkətli və ağrısızdır.Ancaq kicik çanaq şişəbənzər törəmə ilə tutulb, şişin yuxarı kənarı göbəyə çatıb. Hansı ginekoloji xəstəlikdən söhbət gedi?
A) Şişlər

B) Yumurtalığın kistası

C) Uşaqlığın miomosı

D) Retension kistalar

E) Qarın hamiləliyi
Terapevt qadının qarnının palpasiyası zamanı şiş əllədiyi üçün ginekoloqa müraciət etməyi məsləhət görubsə və daxili müayinədə şiş əllənirsə söhbət yumurtalığın kistasından ( xoş xassəli şişlərindən) gedir.Bu halda ginekoloji əməliyyat tələb olunur.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
651) FMM-inə 6.10.09-cu ildə 25 yaşlı qadın aybaşısının 9 həftə olmaması,qarnın aşağısında ağrı və azacıq qanlı ifrazatın gəlməsi şikayəti ilə müraciət edir. Axırıncı aybaşı iyulun axırında olub (dəqiq tarix bilmlr). D-1 (qanaxma olub,cift əllə ayrılıb və xaric edilib, antibiotik və uşaqlığı yığan dərmanlar təyin olunub).Daxili müayinədə uşaqlıq 6 həftəlik hamiləliyə uyğun olub, bərkdir. Arxa tağ gərgin, ağrılıdır. Söhbət nədən gedir?
A) Submukoz mioma

B) Uşaqlıqdan kənar hamiləlik

C) Aybaşı pozğunluğu

D) Hamiləlik

E) Endometrioz
Daxili müayinədə uşaqlıq 6 həftəlik hamiləliyə uyğun olub, bərk, hərəkətli və arxa tağ gərgin, ağrılıdırsa mama həkimin göstərişi əsasında punksiya üçün lazımi alətləri hazırlayır, arxa tağdan alınan tünd qan uşaqlıqdan kənar hamiləlik olduğunu göstərir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
652) Ginekologiya şöbəsinə 25 yaşlı qadın vulvanın qaşınması,iyli ifrazat,uşaqlıq yolunda cinsi əlaqə zamanı ağrı, sidik ifrazının ağrılı olması şikayəti ilə müraciət edir. D-1,A-2 (axırıncı abort 1ay əvvəl olunub). Özunu 1 həftədir xəstə hesab edir. Mama baxış zamanı vulvada və budun içəri səthində qaşınma izləri, uşaqlıq yolunun hiperemiyalı və ifrazatın ağ rəngli , kəsmiyə bənzər olduğunu görur.Belə qadınlar vaxtında müalicə olunmazsa hansı hallar baş verə bilər və aşağıdakılardan hansı bura aid deyil?
A) Dölun infeksiyalaşması

B) Yuxusuzluq,gərginlik

C) Cinsi partnyorun infeksiyalaşması

D) Xəstəliyin xroniki formaya keçidi

E) Xəstəliyin tez –tez residiv verməsi
Mama baxış zamanı vulvada və budun içəri səthində qaşınma izləri,uşaqlıq yolunun hiperemiyalı və ifrazatın ağ rəngli ,kəsmiyə bənzər olduğunu görursə deməli qadında kandidoz xəstəliyinin olmasını dəqiqləşdirmək üçün mütləq yaxma götürülməli ,müalicə müddətində cinsi əlaqədən çəkinməyi qadına başa salmalıdır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
653) Ginekologiya şöbəsinə 43 yaşlı qadın 8 gün davam edən uşaqlıq yolu qanaxması(növbəti aybaşı) ,baş gicəllənmə ,zəiflik,qulaqlarda küyün olması şikayəti ilə müraciət edir. D-3, A-2. 10 ildir hamilə qalmır. 3 iləvvəl8 həftəlik mioma diaqnozu ilə dispanser müayinəsinə götürülüb. Daxili müayinədə uşaqlıq 10-11 həftəyə uyğun, bərk , kənarları hamar , ifrazat çox, qanlıdır. Mama ilk növbədə nəyi hazırlamalıdır?
A) Arxa tağdan punksiyaüçün alətləri

B) Uşaqlığ boşluğunu qaşımaq üçün alətləri.

C) Histerosalpinqoqrafiya üçün alətləri

D) Qadını təcili USM müayinəsinə hazırlamalı

E) Laparoskopiya üçün alətləri
Daxili müayinədə uşaqlıq 10-11 həftəyə uyğun ,bərk konsistensiyalı ,kənarları hamar ,ifrazat çox qanlıdır və xəstənin vəziyyəti orta ağırlıqdadırsa, söhbət submukoz miomadan getdiyi üçün , mama həkim gələnə qədər ilk novbədə uşaqlığ boşluğunu qaşımaq üçün alətləri və xəstəni hazırlamalıdır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
654) Ginekoloji şöbəyə 27 yaşlı qadın qarnının aşağı hissəsində sancı şəkilli ağrı,azacıq qanlı ifrazat,və 5 həftə aybaşının gecikməsi şikayəti ilə müraciət edir.A/T 100/60 nəbz-100 v. Qarnı köplu, aşağı nahiyədə Şetkin-Blyumberq simptomu (+) dir. Uşaqlıqdan kənar hamiləliyi (boru abortu) təsdiqləmək üçün arxa tağın punksiyasında istifadə edilən alətlər dəstinə hansı alət aid deyil?
A) Uşaqlıq yolunu işləmək üçün kornsanq

B) Punksiya üçün uzun iynəli şpris

C) Uşaqlıq boynunu əhatə edən qaşığabənzər və qaldırıcı güzgülər

D) Uşaqlıq boynunu tutmaq üçün gülləvari sıxıcı

E) Kyuretkalar (qaşıqlar)
Uşaqlıqdan kənar hamiləliyi (boru abortu) punksiya edərək alınan tünd, laxtalanmayan qana əsasən təsdiqləmək mümkündür , çünki, boru abortu zamanı qan Duqlas cibinə toplanır. Kyuretkalar (qaşıqlar) isə özbaşına duşuklərdə və başqa qanaxmalarda uşaqlıq boşluğunu qaşımaq üçün istifadə edilir
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
655) 27 yaşlı qadını qarnının aşağı hissəsində sancı şəkilli ağrılar ,azacıq qanlı ifrazat və 5 həftə aybaşının gecikməsi narahat edir. A/T 100/60 nəbz-100 v. Qarnı köplu, aşağı nahiyədə Şetkin-Blyumberq simptomu (+) dir.Bu zaman mamanın taktikasına nə aid deyil?
A) Transportirovka horizontal vəziyyətdə olmalı

B) Qarnın aşağısınabuz (soyuq) qoymalı

C) Arxa tağdan punksiya etmək

D) Təcili ginekologiya şöbəsinə(təcili yardım maşını ilə) hospitəlizə etməli

E) Xəstəni xərəyə başı aşağı olmaqla uzatmalı
Bu zaman mamanın taktikasına arxa tağdan punksiya etmək aid olmasa da, stasionar şəraitində punksiya üçün alətlər dəstinin hazırlanması aiddir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
656) Qadin iş yerində iti əşya uzərinə yıxılıb.Vəziyyəti orta ağırlıqdadır, A/T 100/60, nəbzi-90 v.Obyektiv olaraq qasıq , böyuk cinsiyyət dodaqlarında hematoma və cırılmış yara var. Mamanın taktikasına nə aid deyil?
A) «Т» şəkilli aseptik sarğı qoymaq

B) Hematoma nahiyəsinə (sarğının üzərindən)soyuq qoymaq

C) Yaranın ilkin işlənməsi

D) Təcili hospitalizasiy(ginekologiya şöbəsinə)

E) Yaranın 2-cili işlənməsi,tetanus əleyhinə vaksina vurmaq
Ginekologiya şöbəsinə xaici cinsiyyət üzvlərinin travması ilə qəbul olunan qadınlarda travmanın xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq yaranın 2-cili işlənməsi və tetanus əleyhinə vaksinasiya aparılmalidır (xususi orqanlara xəbərdarlıq edilmək şərti ilə.)
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
657) QM-na 32 yaşlı qadın ilk dəfə olaraq, 7 illik ailə həyatında requlyar cinsi həyatında heç bir kontraseptivlərdən istifadə etməməsinə baxmayaraq hamiləlik baş verməməsi şikayəti ilə müraciət edir.Əri yoxlanılıb, patologiya yoxdur.1-cili sonsuzluğun baş verməsinə hansı əiamətlər aid ola bilər?
A) Dar uşaqlıq yolu

B) İnfantil uşaqlıq

C) Sadalananların hamısı

D) Dar ,uzun uşaqlıq boynu

E) Uşaqlığın kəskin anteflexio-versio vəziyyəti
Aybaşının gec-gec, ağrılı, az olması, aybaşı urəkbulanma və qusma ilə də müşayiət olunarsa və daxili müayinədə sadalananların hamısının təyin edilməsi 1-cili sonsuzluğun səbəbi ola bilər. Mütləq belə qadınlar xüsusi muayinə və müalicə kursu

keçməlidirlər.


Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
658) FMM-nə 65 yaşlı qadın son 2 həftə ərzində defekasiya zamanı və güc verdikdə cinsiyyət yarığından yumşaq,yumru törəmənin xaric olmasışikayəti ilə müraciət edir.Qadının narahatlığına nə səbəb ola bilər?
A) Uşaqlıq yolunun ön divarının sallanması

B) Uşaqlığın tam sallanması

C) Uşaqlıq yolunun arxa divarının sallanması

D) Uşaqlığın natamam duşməsi

E) Sidik kisəsinin düşməsi
Yaşlı qadınlarda uşaqlığın natamam duşməsi yaşla əlaqədar olaraq cinsiyyət üzvlərinin toxumalarında baş verən dəyişiklikdən, vaxtı ilə keçirmiş doğuşların sayından (patoloji doğuşlardan), requlyar fiziki işlə məşğul olmasından asılı olaraq baş verir
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
659) QM-na 25 yaşlı qadın sidik ifrazının ağrılı , yandırıcı və iyli ifrazatin olması şikayəti ilə müraciət edir (yoldaşında da eyni şikayət var). Obyektiv olaraq uretra nahiyəsində ödem və hiperemiya, uşaqlıq yolu tərəfdən palpasiya etdikdə ağrılı olub sarımtıl irinli ifrazat xaric olur. Mama hansı xəstəlikdən şübhələnməli və ilk növbədə nə etməlidir?
A) Sistit, sidiyin analizi

B) Süzənəkli uretrit, yaxma götürmək

C) Vasserman reaksiyasının təyini

D) Süzənək ,yaxmanın qidalı mühitdə əkilməsi

E) Provokasiya usullarının tətbiqi
Xəstənin şikayətinə və obyektiv müayinəyə əsasən suzənəkli uretritdən şübhələnməyə əsas olduğu üçün mama ilk növbədə sidik kanalından ,uşaqlıq boynu kanalından və düz bağırsaqdan yaxma göturməlidir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
660) Ginekoloji şöbəyə24 yaşlı qadın doğuşdan 2 ay sonra uşaqlıq yolundan coxlu ifrazatın gəlməsi şikayəti ilə muraciət edir.Güzgulərlə muayinədə uşaqlıq boynu böyümüş,toxunduqda qanayır.Sohbət nədən gedir?
A) Kolpit

B) Uşaqlıq boynunun eroziyası

C) İnfeksiyalaşmış servisit

D) Uşaqlıq boynunun deformasiyası

E) Metroendometrit
Doğuşdan 2 ay sonra uşaqlıq yolundan çoxlu ifrazatın gəlməsi, güzgulərlə muayinədə uşaqlıq boynunun böyümüş olması ,toxunduqda qanaması,cox guman ki, uşaqlıq boynunda cox böyük olmayan cırıq,yaxud tikiş yerinin tam sağalmaması onun deformasiyasına (eroziyalı ektropion) və ya uşaqlıq boynunun çevrilməsinə səbəb ola bilər
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991

Bölmə 3. Pediatriya-neonatologiya
661) İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?
A) Anemiya ilə

B) Cinsi krizlə

C) Hipoksiya ilə

D) Hiperbilirubinemiya ilə

E) Hipertermiya ilə
Uşaq doğulan andan cift qan dövranı kəsilərkən ağ ciyər tənəffüsü başlayır. Cıft qan dövranı kəsildikdən sonra qanda O2 azalır və karbon qazının artıq miqdarda toplanması nəticəsində tənəffüs mərkəzi qıcıqlanır və uşaq ilk dəfə nəfəs alır. Beləliklə, uşağın ilk qışqırıq mexanizmi hipoksiya ilə əlaqədar olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 30.
662) Anadan gəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?
A) Məxmərək

B) Sifilis

C) Listerioz

D) Qızılca

E) Toksoplazmoz
Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiyalardan biri də məxmərəkdir. Məxmərəklə xəstə olan hamilə qadından virus plasentaya daxil olub orada çoxalır və dölü yoluxdurur. Anadangəlmə məxmərək uşaqda anadangəlmə ürək qüsurunun əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə