Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Çanağın 3 xarici ölçüsünü təyin etmək üçün hamiləyə hansı vəziyyət verilir?



Yüklə 2,08 Mb.
səhifə3/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   2   3   4   5   6   7   8   9   ...   21

103) Çanağın 3 xarici ölçüsünü təyin etmək üçün hamiləyə hansı vəziyyət verilir?
A) Arxası üstə uzanmalı

B) Ayaqları diz və bud- çanaq oynağında bükülü halda

C) Ayaq üstə durmalı

D) Sol böyrü üstə üzü mamaya tərəf olmalı

E) Sağ böyrü üstə üzü divara tərəf olmalı
Hamilə qadının böyük çanağının ölçüləri çanaqölçənlə təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 22
104) I mövqedə dölün kürəyi hara baxmalıdır?
A) Döl boylama vəziyyətdə, kürəyi sola

B) Döl çəp vəziyyətdə, baş sağdadır

C) Döl köndələn vəziyyətdə, baş sağdadır

D) Çanaq gəlişi dölün arxası sağdadır

E) Döl boylama vəziyyətdə, kürəyi sağa
Boylama vəziyyətdə dölün kürəyi uşaqlığın sol tərəfinə, köndələn vəziyyətində isə baş sola baxır,doğuş I mövqe qeyd olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
105) Ultrasəs müayinəsində dölün ürək döyünməsi neçənci həftədə təyin olunur?
A) 22

B) 16


C) 30

D) 3 – 4


E) 6
Dölün ürək döyüntüsü USM müayinəsi ilə 6- cı həftədə təyin olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 76Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
106) Doğuş mexanizminin hansı anından sonra baş açılmalıdır?
A) Kiçik əmgək göründükdən sonra

B) Dayaq nöqtəsi əmələ gəldikdən sonra

C) Baş irəliləyib fırlandıqdan sonra

D) Baş büküldükdən sonra

E) Baş çanaq cıxacağına çatdıqdan sonra
Doğuş mexanizmində baş özünə istinad və ya dayaq nöqtəsi tapdıqdan sonra açılır. Bu doğuş mexanizminin III momenti adlanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
107) Normada dölyanı maye nə vaxt axmalıdır?
A) Dölyani maye vaxtından qabaq axır

B) Qovulma dövrü başlayarkən

C) Sancı dövrü başlayandan 5 -101 sonra

D) Uşaqlıq boynu 3 – 4 sm açıldıqda

E) Uşaqlıq boynu tam açıq və ya buna yaxın olanda
Doğuşun I dövrünün sonuna yaxın dölyani maye axmalıdır. Bəzən vaxtından əvvəl , erkən axır. Bu zaman doğum fəaliyyətinin zəifliyi əmələ gəlir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 89; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 115
108) Uşaq doğulduqdan sonra mama nə etməlidir?
A) Yenidoğulmuşu ananın qarnının üzərinə qoymalı

B) Simfizin üstündən basmalı

C) Uşaqlığın üzərinə buz yük qoymalı

D) Cifti xaric etməli

E) Qadına gücənmə təklif etməli
Uşaq doğulduqdan sonra mama onu ananın qarnının üzərinə qoyur (dəri-dəriyə təması üçün) .
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 89; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 115-138
109) Təbii yolla olan doğuşlarda son dövrünü idarə etmək üçün mama nə etməlidir?
A) Cifti əllə xaric etməli

B) Doğuşun 3-cü dövrünü aktiv aparmalı

C) Uşaqlıq boşluğunu əllə yoxlamalı

D) Uşaqlığın dibindən basmalı

E) Simfizin üstündən basmalı
Son dövrünü idarə etmək üçün mama qarnı palpasiya edib digər uşağın olmamasına əmin olduqdan sonra doğuşun 3-cü dövrünü aktiv aparmalı (vena daxilinə oksitosin yeridilir, göbək ciyəsindən tutub çəkilir ,cift xaric olduqdan sonra (onun tamlığına əmin olunur), uşaqlıq yığılana qədər onun xarici masajı edilir.Bu halda doğuşdan sonra qanaxma riski 60 %-ə qədər azalır.
Ədəbiyyat: Zahılıq dövrünün qanaxmaları üzrə klinik protokol.Bakı -2008
110) İlk doğan qadınlarda fizioloji doğuşun ümümi müddəti nə qədər olmalıdır?
A) 24-25saat

B) 4 -6saat

C) 2-4 saat

D) 12-14 (16) saat

E) 8 – 10 saat
İlk doğan qadınlarda fizioloji doğuşun ümümi müddəti 12-14 (16) saat ( açılma, qovulma, son dövrü) olub, təkrar doğanlara nisbətən uzun çəkir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 93
111) Doğuşdan sonra gecikmiş zahılıq dövrü neçə saatdan sonra başlayır?
A) 3 saat

B) 1 saat

C) 1 gün

D) 2 saat

E) 6 saat
2 saatdan sonra başlayır və doğan qadın zahılar palatasına keçirilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 159
112) Dölün doğum yollarını keçərkən etmiş olduğu hərəkətlərin cəmi necə adlanır?
A) Başın konfiqurasiyası

B) Doğuşun biomexanizmi

C) Kontraksiya

D) Retraksiya

E) Asinklitizm
Dölün başı doğuş yollarını keçərkən bükülür, irəliləyərək fırlanır, sonra açılır, nəhayət baş xaricdə, gövdə daxildə fırlanır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
113) Normal doğuşda göbək ciyəsi nə vaxt kəsilir?
A) Uşaq doğulan kimi

B) Göbək ciyəsində pulsasiya kəsildikdən sonra

C) 10 dəqiqə sonra

D) 20 dəqiqə sonra

E) Cift ayrıldıqdan sonra
Normal doğuşda göbək ciyəsində pulsasiya kəsildikdən sonra göbək ciyəsi kəsilir. 2 sıxıcı qoyulur. Biri ana tərəfdən,o biri döl tərəfdən,ara nahiyə spirtlə,yodla silindikdən sonra kəsilir, ciftdən ayrılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
114) Sağlam yeni doğulmuşun vəziyyəti 1-dəq. sonra Apqar şkalası ilə neçə balla qiymətləndirilməlidir?
A) 6- balla

B) 4-5 balla

C) 5-6 balla

D) 8-10 balla

E) 4 baldan aşağı
Sağlam yeni doğulmuşun vəziyyəti 1-dəq. sonra Apqar şkalası ilə 8-10 balla (5 üzvə görə- tənəffüs,dərinin rəngi, reflektor oyanıqlıq, ürək döyüntüləri, əzələ tonusu (0,1,2 bal.) qiymətləndirilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 165; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 355
115) Asfiksiyada doğulmuş uşağa ilk yardım nədən başlanılır?
A) Göbək ciyəsinə qlükoza – vitamin vurulmalı

B) Refleksləri yoxlanılmalı

C) Gözlərin blenoreyaya qarşı profilaktikası aparılmalı

D) Tənəffüs yollarından selik xaric edilməli

E) Süni tənəffüs verilməli
Asfiksiyada doğulmuş uşağa ilk yardım tənəffüs yollarından seliyin xaric edilməsindən başlanılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
116) Nə zaman dölün bətndaxili profilaktikasının aparılması effektsiz sayılır?
A) Anada qanazlığı varsa

B) Ananın arterial təzyiqi aşağı olarsa

C) Yarımçıq doğuşlarda

D) Döldə hipoksiya təsdiqlənirsə

E) Sancı zəifliyi olarsa
Müasir dövrdə döldə hipoksiya təsdiqlənirsə profilaktikanın aparılması effektsiz sayılır,bu zaman hamiləlik mümkün qədər tez başa çatdırılmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 354; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 177
117) Arterial təzyiqi ölçərkən mama nəyə fikir verməlidir?
A) Qolda manjet ürək səviyyəsində yerləşməlidir

B) Hamilə qadına proseduranın məqsədini başa salmalıdır

C) Ölçmənin yanlış nıticələrinin minimallaşmasına nail olmalıdır

D) Hamiləni sakitləşdirməli və lazımi vəziyyəti almağı təklif etməlidir

E) Hamısına

Arterial təzyiqi ölçərkən mama qeyd olunanların hamısına fikir verməlidir.


Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2008 səh 14
118) İlk psixoprofilaktika harada və kimlərlə aparılmalıdır?
A) Qadın məsləhətxanasında bütün hamilə qadınlarla

B) Doğuş vaxtı ağrıları aradan götürmək üçün

C) Patologiya şöbəsində olan qadınlarla

D) Doğuş vaxtı ölmüş hamilə qadınlarla

E) Risk qrupuna daxil olan qadınlarla
Bütün hamilə qadınlara qadın məsləhətxanasında ilk psixoprofilaktika aparılmalıdır. Qadın məsləhətxanasında psixoprofilaktik dərslər keçirilir. Doğuş haqqında, doğuşun fizioloji proses olduğu , ağrının aradan götürülməsi haqqında söhbət aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 109
119) Yeni doğulmuş neçə saatdan bir əmizdirilməlidir?
A) Gecə 6 saat istirahət verməklə

B) Hər bələndikdən sonra

C) Hər 3 saatdan bir

D) Yeni doğulmuş nə qədər tələb edərsə

E) 6 saatdan sonra
Yenidoğulmuş nə qədər tələb edərsə o qədər əmizdirilməlidir. Əvvəllər 3 saatdan bir əmizdirilirdi Son zamanlar Unisefin məsləhəti ilə tələb olunan qədər əmizdirilir. Hər əmizdirmə 20-25 dəqiqə olmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 350; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 168
120) Sağlam zahı qadınlarda uşaqlıq nə vaxt qasıq nahiyyəsi üzərində əllənmir?
A) 3 gündən sonra

B) 1 aydan sonra

C) 1 həftədən sonra

D) 11 - ci gün

E) 6 gündən sonra
Sağlam zahı qadınlarda uşaqlıq 10-cu gün qasıq bitişməsindən 5-6sm yuxarı olur,ancaq 11-ci gundən sonra qasıq nahiyyəsi üzərindən əllənmir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 157
121) Mama aşağıdakı hallardan hansını etməməlidir?
A) Uşaqlıq boşluğunu qaşımaq

B) Sidiyi kateterlə boşaltmaq

C) Venadaxili inyeksiya etmək

D) Doğuşu idarə etmək

E) Perineotomiya
Uşaqlıq boşluğunu qaşımaq hüququ həkimə məxsusdur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-138; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
122) Mama hansı hallarda həkim olmadan qadına təcili yardım göstərə bilər?
A) Dekapitasiya əməliyyatı etmək

B) Doğuşu sağrı gəlişində Sovyanov üsulu ilə idarə etmək

C) Süni abort etmək

D) Keysəriyyə kəsiyini aparmaq

E) Mamalıq maşasını qoymaq
Mama həkim olmayan hallarda doğuşu sağrı gəlişində idarə etmək imkanına malikdir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
123) Zahılıq şöbəsində işləyən mamanın əsas işi nədən ibarətdir?
A) Zahının ümumi vəziyyətinə nəzarət və həkimin təyinatını yerinə yetirmək

B) Təkcə həkimin təyinatını yerinə yetirmək

C) Analizlər üçün arayışlar yazmaq

D) Lazımi tələbi ilə əlaqədar palataya daxil olmaq

E) Otağın havasını dəyişmək
Mamanın əsas işi zahının ümumi vəziyyətinə nəzarət və həkimin təyinatlarını yerinə yetirməkdir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 20-120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 4-9
124) İki yumurta əkizləri üçün nə xarakterik deyil?
A) Müxtəlif ciftə malikdir

B) Ciftlər yanaşı yerləşir

C) Bir ciftə malikdir

D) Müxtəlif cinsli oia bilər

E) İki amnion,iki xorion qişası var
Mayalanmış iki yumurta hüceyrə uşaqlığa düşdükdən sonra hər ikisinin sərbəst olaraq öz ciftləri,qan dövranı,ayrı-ayrı qişaları əmələ gəlir.Hər bir cift öz dölünün qidalanmasını və inkişafını təmin edir.Ciftlər uşaqlıq daxilində yanaşı və ayrı yerləşə bilər.Bir yumurta əkizlərində isə eyni qan qrupu, bir - birinə oxşar , eyni cinsli olurlar. Bir ciftlə qidalanırlar.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
125) Çox döllü hamiləlik üçün əsas nə xarakterikdir?
A) İri dölün inkişafı

B) Vaxtı keçmiş doğuş

C) Güclü doğum fəaliyyəti

D) Bir amnion qişanın olması

E) Yarımçıq doğuşlar
Belə hamiləliklər çox vaxt vaxtından əvvəl doğuşla nəticələnir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
126) Çoxdöllü hamiləlikdə hansı hala az rast gəlinir?
A) Preeklampsiya

B) Uşaqlığın pis yığılması

C) Vaxtı ötmüş hamiləliyə

D) Qanazlığı

E) Dölyanı mayenin vaxtından qabaq axması
Belə hallarda vaxtı ötmüş hamiləliyə çox az rast gəlinir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
127) Çoxdöllü hamilə qadın stasionara nə vaxt göndərilməlidir?
A) Doğuşun II dövründə

B) Doğum sancıları başlayandan sonra

C) 40 həftədə

D) Dölyanı maye açıldıqdan sonra

E) Doğuşa iki həftə qalmış
Belə hamiləliklər çox vaxt vaxtından əvvəl doğuşla nəticələndiyi üçün vaxtından qabaq patologiya şöbəsinə göndərilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
128) Çoxdöllü hamiləlikdə I döl doğulduqdan sonra ilk növbədə nə etməli?
A) Uşaqlığı yığan preparatlardan istifadə etməli

B) Daxili müayinə aparmalı

C) Vena daxilinə sistem qoşmalı

D) Döl qişasını süni açmalı

E) II dölün vəziyyətini, gələcək hissəni, ürək döyünməsini və sancıların xarakterini təyin etmək
I döl doğulduqdan sonra ilk növbədə xarici müayinə ilə II dölün vəziyyyətini ,gələcək hissəni, ürək döyünməsini və sancıların xarakterini təyin etmək lazımdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
129) Təmiz sağrı gəlişində doğuş hansı üsulla idarə edilir?
A) Sovyanov üsulu ilə

B) Döl qişasının süni açmalıı

C) Keysəriyyə əməliyyatı ilə

D) Brekton – Qiks üsulu ilə

E) Moriso – Levre üsulu ilə
Uşaqlıq boynu tam açıq olduqda dölün təmiz sağrı gəlişində doğuş Sovyanov üsulu ilə idarə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
130) Sovyanov üsuli ilə doğuşun idarə edilməsində məqsəd nədən ibarətdir?
A) Dölün başının vaxtından qabaq açılmasının qarşısını almaq

B) Dölün vəziyyətini düzəltmək

C) Göbək ciyəsinin düşməsinin qarşısını almaq

D) Doğuşu stimulə etmək

E) Qanaxmanın profilaktikası
Sovyanov üsulu ilə doğuşu idarə etdikdə baş verən ağırlaşmalardan biri dölün başının açılmasıdır. Ona görə doğuşu düzgün idarə etmək lazımdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
131) Çanaq gəlişində baş hansı ölçü ilə xaric olur?
A) Böyük çəp ölçü ilə

B) Şaquli ölçü

C) Orta çəp ölçü ilə

D) Kiçik çəp ölçü ilə

E) Düz ölçü ilə
Çanaq gəlişində başda konfiqurasiya getmədiyi üçün kiçik çəp ölçü – 9,5 sm (diametri 32 sm) ilə doğulur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
132) Sağrı və ayaq gəlişlərində açılmış baş hansı üsulla azad edilir?
A) Krede - Lazereviç

B) Uilta - İvanov

C) Kyustner - Cukalov

D) Moriso - Levro

E) Arxangel
Sağrı və ayaq gəlişində açılmış baş Moriso-Levro üsulu ilə azad edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh217
133) Göbək ciyəsinin düşməsi hansı halda mümkündür?
A) Baş gəlişində

B) Təmiz sağrı gəlişində

C) Su kisəsi tam açıldıqda

D) Qarışıq sağrı gəlişində

E) Dölün köndələn vəziyyətində dölyani maye axarsa
Dölün köndələn vəziyyətində gələcək hissə olmadığı üçün dölyanı maye axarkən xırda hissələrin düşməsi mümkündür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 225
134) Hamiləliyin erkən toksikozu zamanı hansı əlamət qeyd oluna bilər?
A) Çəkinin azalması

B) Ödem


C) Eklampsiya

D) Preeklampsiya

E) Çəkinin artması
Hamiləliyin ilk aylarında qadının həddindən artıq qusması getdikcə qadının çəkisinin azalmasına səbəb olur və bətn daxilində inkişaf edən döl üçün təhlükə yaranır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 135
135) Həddindən artıq qusmada hamilədə nə baş verir?
A) Taxikardiya

B) Hipertoniya

C) Anemiya

D) Bradikardiya

E) Aritmiya
Hamiləlik zamanı həddindən artıq qusmada nəbzin tezləşməsi, çəkinin azalması, ana və döl üçün təhlükə yaranır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 135
136) Hamiləliyin nadir forma ağırlaşmasına nə aiddir?
A) Ürək bulanma

B) Qaraciyərin kəskin sarı atrofiyası

C) Həddindən artıq qusma

D) Tüpürcək ifrazının çoxalması

E) Ödemin olması
Sarılıq bəzən virus hepatitinin simptomu, öddaşı xəstəliyində ola bilər. Ancaq hamiləlik zamanı qaraciyər hüceyrələrində zülal və piy mübadiləsinin dəyişməsi nəticəsində onun həcmi kiçilir, sarılıq inkişaf edir,sonra kəskin sinir pozulması ilə baş verə bilən nadir ağırlaşmaya təsadüf olunur. Ağır xəstəlikdir. Çox vaxt ölümə səbəb olur. Sağalma ehtimalı çox azdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139
137) Qusma əleyhinə hansı dərman istifadə edilir?
A) Noşpa

B) Sefamezin

C) Droperidol

D) Dimedrol

E) Serukal
Qusma əleyhinə serukaldan istifadə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 135
138) Orta dərəcəli preeklampsiya üçün xarakterik əlamət hansıdır?
A) Bakteriuriya

B) Sidikdə qanın olması

C) Proteinuriya

D) Piuriya

E) Leykosituriya
Hamiləliyin gec müddətinin ağırlaşmaları üçün proteinuriya xarakterik əlamətdir. Əgər vaxtında müalicə aparılmasa, ana və döl üçün təhlükə yaranır.
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009.
139) Sidikdə zülalı təyin etmək üçün nədən istifadə edilir?
A) Sulfasil turşusu

B) Xloramin

C) Xlorheksidin

D) 96% spirt

E) Pervomur
Doğmağa gələn qadınlarda qəbul şöbəsində sidikdə zülalın müayinəsi sulfasil turşusu ilə aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 67; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 88
140) Ağır preeklampsiyanın bazis mıalicəsində nədən istifadə edilir?
A) Vitamin B12, Vitamin C

B) Maqnezium-sulfat (vena daxili)

C) Cofein

D) Noşpa


E) Sigetin
Ağır preeklampsiyanın bazis mıalicəsində huşu aydın olduqda təcili olaraq maqnezium-sulfat fizioloji məhlulla vena daxili yeridilir və eklampsiyanın profilaktikası məqsədilə təyin edilir.
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009.
141) Hamiləliyin gecikmiş ağırlaşmalarının bütün formalarının ümumi cəhətləri hansılardır?

1. Hamiləliklə əlaqədardır.

2. Mərkəzi sinir sistemində dəyişiklik müşahidə olunur.

3. Böyrəklərin funksiysı zəifləyir.

4. Arteral təzyiq artır

5. Sadalananların hamısı
A) 5

B) 4,5


C) 3,4

D) 1,3


E) 2,5
Hamiləliyin gecikmiş ağırlaşmalarının hər bir forması özünə məxsus tipik klinik əlamətlərlə keçir.Lakin sadalananların hamısı onların bütün formalarının ümumi cəhətləri sayılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 149
142) Vena daxilinə vurulan eufillin neçə faizli olur?
A) 2,4%

B) 24%


C) 2%

D) 25%


E) 10%
Vena daxilinə vurulan eufillin 2,4%-dir.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 194
143) Maqnezium- sulfat necə vurulur?
A) Vena daxilinə fizioloji məhlulla

B) Vena daxilinə droperidolla

C) Vena daxilinə qlükoza ilə

D) Əzələ daxilinə antibiotiklə

E) Dəri altına nazik iynə ilə
Preeklampsiya və eklampsiyanın müalicəsində maqnezium-sulfat vena daxilinə fizioloji məhlulla yeridilir.
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009.
144) Furasemidin sinonimi hansıdır?
A) Trorurasil

B) Furasillin

C) Furadonin

D) Laziks

E) Lidokain
Sidikqovucu məqsədi ilə ödemi aradan götürmək üçün laziksdən istifadə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139
145) Fəsadlaşmış mamalıq anamnezi olan hamilə qadınlar harada doğmalıdırlar?
A) Feldşer-mama məntəqəsində

B) İxtisaslaşmış doğum evlərində

C) Evlərdə

D) Ginekologiya şöbəsində

E) Xəstəxananın endokrin şöbəsində
Belə hamilələr ixtisaslaşmış doğum evlərində doğmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 20; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 4
146) Şəkərli diabeti olan anadan doğulan uşaqda ilk növbədə nəyi yoxlamaq lazımdır?
A) Sidiyin miqdarını

B) Qan qrupunu və Rh

C) Qanda şəkərin miqdarını

D) Ürək və tənəffüs sisteminin vəziyyətini

E) Dərisinin rəngini
Belə uşaqlarda ilk növbədə şəkəri yoxlamaq lazımdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 16
147) Rh (–) faktoru olan qadının təkrar doğuşlarında yeni doğulmuş nə vaxt döşə verilir?
A) Uşağın Rh statusundan asılı olmayaraq

B) Travma ilə doğulduqda

C) Doğuş zalında döşə qoyulur

D) Yeni doğulmuş tez uşaq xəstəxanasına göndərilir

E) Hemolitik sarılıq xəstəliyinə risk olduqda
Rh (–) faktoru olan qadının təkrar doğuşlarında yeni doğulmuş uşağın Rh statusından asılı olmayaraq döşə qoyulur .
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 302
148) Dölün bətndaxili anomaliyalarına əsasən hansı xəstəlikdə rast gəlinir?
A) Difteriya

B) Kəskin rinit

C) Suçiçəyi

D) Məxmərək

E) Kəskin bronxit
Dölün bətn daxili anomaliyalarına səbəb olan xəstəliklərdən biri ananın məxmərək keçirməsidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-94
149) Beçəxorda uşaqlığın ölçüsü necə olur?
A) Hamiləliyin müddətindən böyük olur

B) Hamiləliyin müddətindən kiçik olur

C) Kistaya oxşayır

D) Fibromaya oxşayır

E) Hamiləliyin müddətinə uyğun gəlir
Uşaqlığın ölçüsü hamiləliyin müddətindən böyük olur, dölün inkişafına mane olur, mərci toxumundan albalı giləsi böyüklüyünə qədər açıq rəngli maye ilə dolu qovuqcuqlar əmələ gəlir və üzüm giləsini xatırladırlar.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 291
150) Doğuş zamanı baş verən qıc olma tutmaları aşağıdakıların hansında baş verir?
A) Eklampsiyada

B) Osteomalyasiyada

C) Preeklampsiyada

D) Qaraciyərin sarı distrofiyasında

E) Ödemdə
Doğuş zamanı baş verən qıc olma tutmaları eklampsiya üçün xarakterikdir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139
151) Hipoproteinemiyanı aradan götürmək üçün nədən istifadə olunur?
A) Albumin

B) Ampioks

C) Apilak

D) Adrenalin

E) Adelfan
Hipoproteinemiyanı aradan götürmək üçün albumin təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139
152) Beçəxordan müalicə almış qadın harada dispanser müşahidəsində olmalıdır?
A) Xəstəxanada

B) Poliklinikada

C) Onkologiyada

D) Urologiyada

E) Qadın məsləhətxanasında
Beçəxordan müalicə almış xəstə qadın məsləhətxanasında 2-3 il dispanser müşahidəsində olmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 291
153) Dölyanı mayenin az və çox olmasının səbəbi nə ilə əlaqədardır?
A) Miometriumdan

B) Sidik kisəsindən

C) Mədədən

D) Amnion qişanın epitelindən asılıdır

E) Endometriumdan
Dölyani mayenin az və çox olmasının xroniki və kəskin formaları var. Dölyani mayenin əmələ gəlməsi amnion qişanın epitelinin ifrazatının az və çox olmasından asılıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 54
154) Doğuş vaxtı döl qişası nə vaxt süni açılır?
A) Uşaqlıq boynu tam açıq olan halda

B) Güc vaxtı

C) Uşaqlıq boynu 6 sm açıq olanda

D) Sancı vaxtı

E) Uşaqlıq boynu 2 sm açıq olanda
Uşaqlıq boynu tam açıq olanda dölyani maye axmazsa, onda su kisəsinin süni açılması və ehtiyatla dölyani mayenin buraxılması məsləhətdir. Çünki gələcək hissənin yavaş-yavaş enməsinə şərait yaranır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-317; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə