Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?



Yüklə 2,08 Mb.
səhifə4/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   2   3   4   5   6   7   8   9   ...   21

155) Spina – bifida nə deməkdir?
A) Onurğa sütununun yırtığı

B) Anadangəlmə çıxıq

C) Qasıq yırtığı

D) Döldə anomaliya

E) Yuxarı damağın anomaliyası
Doğuş vaxtı dölün anadangəlmə anomaliyalarına təsadüf edilir. Belə hallardan biri onurğa sütununun yırtığıdır. Ona görə bütün hamilə qadınlar hamiləlik müddətində USM müayinəsindən keçməlidirlər ki, vaxtında anadangəlmə anomaliyalar təyin edilsin və hamiləliyi pozmaq mümkün olsun.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-294
156) Bətndaxilində dölün inkişafı üçün təhlükə yaradan vəziyyətə nə səbəb ola bilər?
A) Dölün ürək vurğuları 1dəqiqədə - 136 vurğudursa

B) Dölyani mayenin miqdarının az və şəffaf olması

C) Ananın hemoqlobini 100 q/l

D) Azacıq ifrazatın olması

E) Dölyanı mayenin yaşıl rəngdə olması
Bəzən hamiləlik və doğuş vaxtı dölün inkişafı üçün təhlükə yaradan vəziyyətə dölyanı mayenin yaşıl rəngdə olması səbəb ola bilər .Dölyani mayenin xarakteri haqqında məlumat əldə etmək üçün amniosentez, amnioskopiya üsulundan istifadə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 354; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 177
157) Düşük təhlükəsi üçün xarakterik əlamət nə ola bilər?
A) Sancı şəkilli ağrılar

B) Hamiləliyin müddəti axırıncı aybaşıya uyğun gəlmir

C) Uşaqlıq boynunun qısalması

D) Qanaxma

E) Qarının aşağı hissəsində ağrıların olması
Hamiləliyin hər hansı bir səbəbdən pozulması halı baş verə bilər. Düşük təhlükəsi olarsa qarının aşağı hissəsində ağrılar olur. Ancaq uşaqlıq boynu bağlı olduğu üçün hamiləliyi saxlamaq mümkündür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 168
158) Vaxtı ötmüş hamiləlikdə döldə nə baş verə bilər?
A) Dölün böyük əmgəyinin açıq olması

B) Dölün çəkisinin 4200 qr olması

C) Döldə hidrosefaliya

D) Əl və ayaqların dərisi masserasiyalaşır

E) Dölün əmgək və oxabənzər tikişinin enli olması
Döl uşaqlıqda 42 həftədən artıq qalarsa dəri örtükləri üzərindəki xüsusi maddə itməyə başlayır (pendirvari maddə). Bu müdafiəedici qatın itirilməsi ilə əlaqədar olaraq dərinin dölyani sularla bilavasitə kontaktı olur və dəri büzüşür. Dərialtı piy toxuması azalmağa başlayır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 180
159) Vaxtı keçmiş hamiləlik əsasən necə sona çatdırılır?
A) Yarımçıq doğuşla

B) Döl başının açılması baş verir

C) Dölyanı mayenin vaxtından qabaq axması

D) Stimulyasiya effektsiz olarsa keysəriyyə kəsiyilə

E) Doğuş adi qayda ilə baş verir
Çox hallarda vaxtı ötmüş hamiləlikdə ciftdəki qocalma ilə əlaqədar olaraq dölün bətndaxili hipoksiyası başlayır. Dölün KTQ-də dəyişiklik olur. Doğum fəaliyyətinin stimulyasiyası effektsiz olarsa ,vaxtı keçmiş hamiləlik əsasən keysəriyyə kəsiyi ilə başa çatdırılır .
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 180-343
160) Dölyanı maye vaxtından qabaq axarsa doğuşu nə vaxt stimulə etmək olar?
A) 2 saatdan sonra

B) 1 gün sonra

C) 30 dəqiqədən sonra

D) Hamiləliyin müddətindən asılıdır

E) 12 saatdan sonra
Birincili doğum zəifliyi sancıların tezliyindən və xarakterindən, uşaqlığın tonusundan, uşaqlıq boynunun açılmasının dinamikasından asılıdır. Doğum zəifliyində doğuşda latent faza 6 saata qədər uzanır. Uşaqlıq boynunun açılması aktiv fazada 1,2 sm/saat (birincili doğanlarda), 1,5 sm/saat təkrar doğanlarda azdır. Dölyani maye vaxtından qabaq axarsa doğuşun aparılma taktikası hamiləliyin müddətindən asılı olaraq həll edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-202
161) Mama doğuşu stimulə etmək üçün fizioloji məhlulda nəyi həll etməlidir?
A) 1 ml metilerqometrin

B) 5 ml (1 TV) oksitosin

C) 1 ml progesteron

D) 1 ml (5 TV) oksitosin

E) 10 ml oksitosin
Uşaqlığın oksitosinə qarşı reaksiyası dölün qovulma mərhələsində daha güclü olur. Ona görə də bu mərhələdə oksitosin təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-202
162) Hamilənin qadın məsləhətxanasına VI gəlişi (38-ci həftədə) zamanı nə etmək lazımdır?
A) Uşaqlıq dibinin hündürlüyünün ölçmək

B) Dölün ürək döyüntülərinə qulaq asmaq

C) Sadalananların hamısını

D) Arterial təzyiqi ölçmək,nəbzi saymaq

E) Dölün vəziyyətinin və gələcək hissəsinin təyini üçün qarnın palpasiyasını etmək
Hamilənin qadın məsləhətxanasına VI gəlişi (38-ci həftədə) zamanı qeyd olunanların hamısı yoxlanılmalıdır.
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2008 səh 9
163) Doğuşu stimulyasiya etmək üçün hansı preparatdan istifadə edilir?
A) Etimirol

B) Erqatol

C) Enzoprost

D) Eufilin

E) Esensual
Enzoprost prostoqlandinlərin ifrazını, uşaqlığın tonusunu artırır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-202
164) Klinik dar çanaq diaqnozu nə vaxt qoyulur?
A) Anatomik dar çanağa görə

B) Yalnız doğuş vaxtı

C) Doğuşun normal keçməsində heç bir maneçilik olmur

D) Hamiləliyin axırında

E) Qadın məsləhətxanasında
Dölyani mayenin axması, doğum fəaliyyətinin zəifliyi ,döl başı ilə çanaq girəcəyi arasında uyğunsuzluğa səbəb olur. Klinik dar çanaq diaqnozu yalnız doğuş vaxtı qoyulur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh209
165) Çanağın daralma dərəcəsi nəyə əsaslanır?
A) Xarici konyuqataya

B) Həqiqi konyuqataya

C) Çanaq çıxacağına görə

D) Diaqonal konyuqataya

E) Çanağın girəcəyinin köndələn ölçüsünə görə
Xarici konyuqatadan 9 sm çıxılır və çanaq girəcəyinin düz ölçüsü (həqiqi konyuqata) təyin edilir (11 sm). 4 daralma dərəcəsi var.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209
166) II dərəcəli dar çanağın həqiqi konyuqatası neçə sm - dir?
A) 13 sm

B) 7 – 6 sm

C) 9 – 7 sm

D) 5 – 8 sm

E) 11 – 9 sm
Həqiqi konyuqata bir az daralır. 9 – 7 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209
167) III və IV dərəcəli dar çanaqlarda doğuş necə qurtarır?
A) Keysəriyyə kəsiyi

B) Vakuum – ekstraksiya

C) Başın perforasiyası

D) Mamalıq maşası

E) Normal doğuşla
Baş doğum yollarından keçə bilmir və doğuşu təbii doğum yolları ilə başa çatdırmaq mümkün deyil. Ona görə də əməliyyat aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209
168) Baş nə vaxt şaquli ölçü ilə xaric olur?
A) Çanaq gəlişində

B) Ön – təpə gəlişində

C) Alın gəlişində

D) Ənsə gəlişi arxa görkəmdə

E) Üz gəlişində
Üz gəlişində baş şaquli ölçüsü ilə doğulur (sifəti ilə). Dilaltı sümükdən böyük əmgəyin ortasına kimi 9,5-10 sm-dir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228
169) Üz gəlişində dayaq nöqtə hansıdır?
A) Çənəaltı

B) Dilaltı sümük

C) Üst çənə

D) Ənsəaltı çuxur

E) Burun kökü
Sifətin kiçik çanaqda hərəkəti zamanı dilaltı sümük simfizin altına fiksasiya olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228
170) Üz gəlişində doğuş yollarından ilk görünən nə olur?
A) Alın

B) Böyük əmgək

C) Burun

D) Ağız


E) Ənsə
Dilaltı sümük fiksasiya olunduqdan sonra cinsiyyət yarığından ağız görünur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228
171) Xarici qanaxmaya nə səbəb ola bilər?
A) Normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması

B) Diskoordinasiyalı doğum fəaliyyəti

C) Doğum fəaliyyətinin zəifləməsi

D) Hər doğuşdan sonra

E) Təmiz və qarışıq sağrı gəlişləri
Bir çox səbəblərdən normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması xarici qanaxmaya səbəb olur. Mama doğuşu idarə etmək üçün düzgün taktika seçməlidir (su kisəsinin açılması).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 234
172) Uşaqlığın cırılmasına əsas səbəb nə ola bilər?
A) Uşaqlığın üzərində çapıq toxuma

B) Zəif doğum fəaliyyəti

C) Güclü doğum fəaliyyəti

D) Klinik uyğunsuzluq

E) İri döl
Əgər 1–ci doğuş keysəriyyə kəsiyi ilə nəticələnibsə, onda II hamiləliyi 3 ildən sonra planlaşdırmaq lazımdır. Əks halda uşaqlığın cırılması təhlükəsi yaranar.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 247
173) Vasten əlaməti nəyi göstərir?
A) Klinik uyğunsuzluğu

B) Hamiləliyin sayını

C) Patoloji cift gəlişlərinı

D) Uşaqlığın natamam cırılmasını

E) Uşaqlığın tam cırılmasını
Vasten əlaməti klinik uyğunsuzluğu- kiçik çanaq ilə döl başının ölçülərinin uyğun olmamasını göstərir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209
174) Uşaqlıq nə vaxt qum saatı formasını alır?
A) Normal sancılar vaxtı

B) Güc vermələr vaxtı

C) Sancı arası fasilədə

D) Uşaqlığın cırılma təhlükəsi olduqda

E) Uşaqlıq tam cırıldıqda
Uşaqlığın cırılma təhlükəsi olduqda uşaqlığın aşağı seqmenti gərilir,nazikləşir,palpasiya zamanı kəskin ağrılı olur, eyni zamanda uşaqlığın girdə bağları da gərgin və ağrılı olur .Uşaqlıq boynu tam açıq olduğu zaman kontraksion həlqə göbək səviyyəsinə qədər qalxır ,bəzən çəp vəziyətdə olur. Uşaqlıq qum saatı formasını alır
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 248
175) Çoxdöllü hamiləlikdə I döl doğulduqdan sonra əsas hansı patologiya baş verə bilər?
A) Uşaqlığın boynunun spazmı

B) Uşaqlığın pis yığılması

C) Uşaqlığın natamam cırılma təhlükəsi

D) Uşaqlığın tam cırılma təhlükəsi

E) Normal ciftin vaxtından qabaq ayrılma təhlükəsi
I döl doğulduqdan sonra təkrari xarici və daxili müayinə aparılır. Əgər qanaxma olarsa, mütləq doğuşu necə qurtarmaq məsələsi həll edilməlidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
176) Uşaqlığın tam cırılmasında nə baş verir?
A) Sancılar tam kəsilir

B) Döldə hipoksiya baş verir

C) Sancılar anormal olur

D) Döl diri olur

E) Sancılar tez – tez tutur
Qarında əvvəl güclü ağrılar əmələ gəlir,sonra doğum fəaliyyəti kəsilir. Qanaxma ilə əlaqədar qadının vəziyyəti ağırlaşır, şoka düşür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 247
177) Uşaqlıq boynu 2 sm – dən çox cırılarsa neçənci dərəcə sayılır?
A) 2 – ci

B) 4 – cü

C) 3 – cü

D) 1 – ci

E) 5 – ci
Uşaqlıq boynu 2 sm-dən çox cırılarsa, müəyyən intensivlikdə qanaxma ilə müşayiət olunur. Ona görə də doğan qadının uşaqlıq boynu yoxlanılmalı və tikiş qoyulmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 246
178) Uşaqlıq boynunun cırığı hansı sapla tikilir?
A) İpəklə

B) Ketqutla

C) Adi sapla

D) Kapronla

E) Lavsanla
Sökməyə ehtiyac olmur, çünki öz-özünə sorulur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 246
179) Aralığın II dərəcəli cırığında tikişlər nə vaxt sökülür?
A) 2 – ci gün

B) 6 – cı gün

C) 7 – ci gün

D) 3 – cü gün

E) 5 – ci gün
Aralığın II –ci dərəcəli cırığında tikişi 5 – ci gün sökülür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 246
180) Perineotomiya nə vaxt icra edilir?
A) Güc verən vaxt

B) Sancı arası fasilədə

C) Dölün başı çanaq çıxacağında olanda

D) Güc arası fasilədə

E) Dölün başı çanaq boşluğunda olarkən
Aralığın hündür və cırılmağa meyilli olan hallarında doğuşun II dövründə döl başının çıxması üçün mərkəzdən kəsik aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 319
181) Keysəriyyə əməliyyatından 30 dəqiqə əvvəl hamiləyə nə vurulur?
A) Pitiutrin

B) Prozerin

C) Oksitosin

D) Atropin və dimedrol

E) Metilerqometrin
Əməliyyatdan əvvəl uşaqlıqda olan spazmaları götürmək üçün atropin və dimedrol istifadə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 343
182) Keysəriyyə əməliyyatından sonra tikiş nə vaxt sökülür?
A) 4-cü gündən tez

B) 7-cu gün

C) 5-ci gün sökülür

D) 3-cü gün

E) Sökülmür
Əməliyyatdan sonra regenerasiya tez getdiyi üçün xaricdən tikişlər sökülmür (kosmetik tikiş qoyulur).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 343
183) Ciftin uşaqlıq divarına həqiqi bitişməsi olarsa nə etmək lazımdır?
A) Uşaqlığın ekstirpasiyası

B) Cift sahəsinin xüsusi məhlulla işlənməsi

C) Uşaqlıq boşluğunun əllə yoxlanması

D) Uşaqlıq boşluğunun qaşınması

E) Uşaqlıq divarından ciftin əllə ayrılması
Ciftin həqiqi bitişməsinə az rast gəlinir. Bu zaman ciftin lifləri uşaqlığın içərisinə daxil olduğu üçün ayrıla bilmir. Uşaqlığın ekstirpasiyası əməliyyatı aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237
184) Uşaqlıq boşluğu əllə yoxlandıqdan sonra nə təyin edirlər?
A) Sidikqovucu dərmanlar

B) Hipotenziv dərmanlar

C) Antibiotik və uşaqlığı yığan dərmanlar

D) Narkotik ağrıkəsicilər

E) Qeyri – narkotik ağrıkəsicilər
Antibiotik və uşaqlığı yığan dərmanlar qanaxmanın qarşısını almaq və gələcək septiki xəstəliklərin profilaktikası məqsədi ilə təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 332
185) Hipotonik qanaxma zamanı ilk növbədə nə etmək lazımdır?
A) Uşaqlığı tamponada etmək

B) Uşaqlığa ağrıkəsici vurmaq

C) Uşaqlıq arteriyalarını bağlamaq

D) Uşaqlıq boşluğunu qaşımaq

E) Uşaqlığın yığılmasını bərpa etmək
Qanaxmalarda doğuşun ilk saatlarında uşaqlıq pis yığılır. Uşaqlığın yığılmasını bərpa etməklə yanaşı posthemorragık anemiya ilə mübarizə aparılmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 256
186) İrinli -mastitdə zahı qadınların müalicəsi hansı şöbədə aparılsa yaxşıdır?
A) Doğum şöbəsində

B) Ginekoloji şöbədə

C) Cərrahiyyə şöbəsində

D) İntensiv reanimasiya şöbəsində

E) Qəbul şöbəsində
Doğuşdan sonrakı mastit qəfildən yüksək temperatur ilə başlanır. Cərrahiyə şöbəsində irinli- mastitdə irinlik açılır, ocaq təmizlənir, antibiotik təyin edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261
187) Qadının öz arzusu ilə hamiləliyin pozulması neçə həftəyə kimi mümkündür?
A) 10 həftə

B) 22 həftə

C) 13-14 həftə

D) 20 həftə

E) 12 həftə
Hamiləliyin süni pozulması qadının öz arzusu ilə 12 həftəyə qədər aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308
188) Tibbi göstəriş əsasında hamiləliyin pozulması neçənci həftədə mümkündür?
A) Hamiləliyin 28-ci həftədə

B) Hamiləliyin 16-cı həftədə

C) Hamiləliyin 24-cü həftədə

D) Hamiləliyin 12 - ci həftədə

E) Hamiləliyin bütün həftələrində
Ananın təhlükəsizliyi üçün hamiləliyin bütün müddətlərində, tibbi göstəriş əsasında hamiləliyi stasionar şəraitində pozmaq olar.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308-313
189) Doğum yollarını doğuşa hazırlayan hala nə aid deyil?
A) Epiziotomiya

B) Uşaqlıq boynunun barmaqla genəldilməsi

C) Kraniotomiya

D) Amniotomiya

E) Perineotomiya
Kraniotomiya ən çox ölü döldə aparılır. Döl başının deşilməsi, beyinin dağıdılaraq xaric edilməsi və başın kranioklastla çıxarılmasıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 338
190) Kənari və yan cift gəlişlərində qanaxma olarsa nə etməli?
A) Amniotomiya

B) Nəzarət etmək

C) Dölün xarici üsulla döndərilməsi

D) Mamalıq maşası

E) Uşaqlıq yolunun tamponadası
Kənari və yan cift gəlişlərində qanaxma olarsa doğuşun gedişindən asılı olaraq amniotomiya (su kisəsi süni açılır) aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232
191) Uşaqlıq yolunun selikli qişasının sianozu nəyi göstərir?
A) Qorxulu düşük təhlükəsini

B) İnkişafdan qalmış hamiləliyi

C) Kolpiti

D) Hamiləliyi

E) Aybaşı siklinin başlanmasını
Güzgülərlə müayinə zamanı uşaqlıq boynunun göyərməsi – orada olan venaların qan təhcizatının güclənməsi hesabına baş verir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 67
192) Son nə deməkdir?
A) Cift, göbək ciyəsi və qişalar

B) Amnion, xorion və göbək ciyəsi

C) Amnion, xorion

D) Cift və qişalar

E) Cift və göbək ciyəsi
Doğuşun III dövrü adından məlum olduğu kimi son dövrü (cift, göbək ciyəsi və qişalar) adlanır və gözləmə yolu ilə idarə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 93
193) Daxili müayinə neçə saatdan bir təkrarlana bilər?
A) 2 saat

B) 10 saat

C) 4saat

D) 5 saat

E) 3 saat
Daxili müayinə (4saatdan bir) edərkən aseptika-antiseptika qaydalarına riayət edilməlidir. Əks halda infeksiyanın xaricdən daxilə yeritmə ehtimalı var. Tez-tez daxili müayinə etmək olmaz. Lakin göstəriş olduqda etmək vacibdir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 73
194) Uşaqlıqdan kənar hamiləlik vaxtı nə etmək lazımdır?
A) Uşaqlıq boşluğunun qaşınması

B) Konservativ müalicə

C) Fizioterapevtik mülalicə

D) Cərrahi müalicə

E) Kurort müalicəsi
Boru hamiləliyinin pozulması zamanı daxili qanaxma baş verir. “Kəskin qarın” əmələ gəlir. Həyati göstərişlə cərrahi müdaxilə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 186
195) Erkən zahılıq dövrünün davamiyyəti nə qədərdir?
A) 2 saat

B) 40 gün

C) 5 – 6 gün

D) 12 saat

E) 1 gün
Son dövrü qurtardıqdan sonra doğan qadın və yeni doğulmuş doğum otağında 2 saat mamanın nəzarəti altında qalmalıdır. Mama qadının ümumi vəziyyətinə, uşaqlığın yığılmasına və s. nəzarət edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120
196) Perineotomiya kimlərə edilir?
A) Çox doğmuş qadınlara

B) İlk doğan qadınlara

C) Köhnə çapıq toxuma olduqda

D) Aralığı alçaq olan qadınlara

E) Aralığı hündür olan qadınlara
Aralığı hündür ,çırılma təhlükəsi olan qadınlarda döldə asfiksiya təhlükəsi yaranarsa perineotomiya icra edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 317
197) Dəri- baş maşası nə vaxt qoyulur?
A) Ölü yetişmiş döldə

B) Diri yarımçıq döldə

C) Siam ekizləri olduqda

D) Çox döllü hamiləlikdə

E) Ölü yarımçıq döldə
Ölü yarımçıq döl zamanı qanaxma olarsa, uşaqlıq boynu 4-5 sm açıq olan halda dəri- baş maşası qoyulur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 319
198) Ciftin əllə ayrılması nə vaxt ola bilər?
A) Uşaqlıq boynunun spazmında

B) Ciftin patologiyasında

C) Ciftin həqiqi bitişməsi

D) Ciftin hissəvi ayrılmasında

E) Ciftin hissəvi bitişməsi
Uşaqlığa daxil edilmiş əl həmişə infeksiyanın yayılma təhlükəsini artırır. Bundan sonra bəzən zahılıq dövrünün xəstəlikləri baş verir.Ciftin hissəvi ayrılmasında xarici ganaxmada göstəriş olduqda,aseptika və antiseptika qaydalarına ciddi riayət etməklə ciftin əllə ayrılması aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237
199) Doğuşdan sonra infeksion xarakterli olmayan xəstəlik hansıdır?
A) Endometrit

B) Septikopiemiya

C) Parametrit

D) Hava emboliyası

E) Septisemiya
Patoloji cift gəlişlərində, uşaqlığın atoniyasında ,bəzi mamalıq əməliyyatlarında doğuşdan sonra uşaqlığın açıq qalmış venalarına hava daxil olur, ürəyə və ağciyər arteriyalarına çatır, ani ölüm baş verir.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 301
200) Doğuşdan sonrakı septiki xəstəliklərin I etapına nə aiddir?
A) Salpinqooforit

B) Mastit

C) Tromboflebit

D) Septiki şok

E) Endometrit
Doğuşdan sonra uşaqlığın daxili səthinin iltihablaşması özünü 3-4 gün sonra göstərir. Subinvolyusiya baş verir. Loxi bulanıq qanlı ,anaeorob infeksiya qarışarsa, iyli olur. Loxiometr əmələ gəlir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261
201) Köndələn vəziyyət I mövqe?
A) Baş soldadır

B) Baş sağdadır

C) Baş çanaq boşluğundadır

D) Baş sol qasıq çuxurundadır

E) Unudulmuş köndələn vəziyyət
Dölün boylama oxu uşaqlığın boylama oxunu düz bucaq altında kəsir, köndələn vəziyyətdə mövqe başa görə təyin edilir. Sol həmişə birincidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 225
202) Natamam abort dedikdə nə başa düşülür?
A) Qanlı ifrazatın olması

B) Daxili qanaxma

C) Hərəkətdə olan abort

D) Döl yumurtası qalıqlarının uşaqlıqda qalması

E) Aşağı seqment nahiyəsində ağrı
Əgər döl yumurtasının qalıqları uşaqlıqda qalarsa, qanaxma davam edir. Daxili və xarici dəlik açıq olur. Uşaqlıq hamiləliyin müddətinə uyğun gəlmir, kiçik olur. Konsistensiyası yumşaq olur. Müdaxilə tələb edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 168
203) Uşaqlığın hansı anomaliyalarında sonsuzluğa rast gəlinir?
A) Bir buynuzlu uşaqlıq

B) Yəhərvari uşaqlıq

C) Uşaqlığın həddən artıq kiçik olması

D) Qoşa uşaqlıq və uşaqlıq yolu

E) Uşaqlığın fibromioması
Qadın sozluğu bir çox səbəblərdən baş verir. Eyni zamanda uşaqlığın ölçülərinin normadan kiçik olması-infantil uşaqlıq.Belə qadınlarda aybaşı funksiyası pozulur, hamilə qalma şansı nadir olur.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 216
204) Hansı yanaşı xəstəliklərdə ən çox hamiləliyin gecikmiş ağırlaşmalarına rast gəlinir?
A) Süzənək

B) Anemiya

C) Qrip

D) Qan xəstəlikləri



E) Sidik yollarının xəstəlikləri
Keçirilmiş infeksion xəstəliklər nəticəsində hamiləlik zamanı sidik yollarının xəstəlikləri, əsasən də nefrit hamiləliyin gedişinə, xəstənin vəziyyətinə öz təsirini göstərir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh157-159
205) Ciftin hansı anomaliyasında doğuş vaxtı qanaxma ehtimalı çoxdur?
A) Ciftin kiçik olması

B) Ciftin həqiqi bitişməsi

C) Göbək ciyəsinin uzun olması

D) Ciftin infarktı

E) Ciftdə əlavə paycığın olması
Normada cift oval və dairəvi olur. Bəzən isə əlavə paycıqlar olur. Onlar cift damarları ilə əlaqəli olduğu üçün doğuş zamanı paycığın uşaqlığın içində qalması, qanaxmanın olmasına, doğuşdan sonrakı septiki xəstəliklərə səbəb olur. Doğulan cift mütləq yoxlanmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237-285
206) Göbək ciyəsinin hansı anomaliyasında döl üçün təhlükə daha çox ola bilər?
A) Göbək ciyəsinin yalançı düyünü

B) Göbək ciyəsinin kənari bitişməsi

C) Göbək ciyəsinin başa dolanması

D) Göbək ciyəsinin mərkəzi bitişməsi

E) Göbək ciyəsinin həqiqi düyünü
Buna hamiləliyin ilk vaxtlarında dölün hərəkəti səbəb olur. Doğuş zamanı göbək ciyəsinin həqiqi düyünü dartıldığı üçün döl üçün asfiksiya təhlükəsi yaranır və dölün ölümü baş verə bilər.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 286
207) Cift öz inkişafını hamiləliyin hansı müddətinə kimi davam etdirir?
A) 8 həftə

B) 22 həftə

C) 16 həftə

D) 20 həftə

E) 12 həftə
Cift yavaş-yavaş inkişaf etdiyi üçün bu işi hamiləlik sarı cismi 16 həftəyə kimi öz üzərinə götürür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 61
208) Dölyanı mayenin tərkibi nədən ibarətdir?
A) Amnion qişanın epitelinin, ananın qan damarlarının, dölün böyrəyinin ifrazatı

B) Amnion, xorion qişanın epitelinin ifrazatı, dölün sidik sistemi fəaliyyəti

C) Amnion qışanın epitelinin ifrazatı, yağlar, maddələr mübadiləsinin məhsulları

D) Ammon, xorion qişanın epitelinin ifrazatı, maddələr mübadiləsi məhsulları

E) Ananın damarlarının, epidermisin, dölün böyrəyinin ifrazatı
Hamiləliyin axırında dölyani mayenin miqdarı 1-1,5 l ola bilər. Əsasən amnion qişanın epitelinin , qismən ananın qan damarlarının və dölün böyrəyinin ifrazat məhsulları dölyani mayenin əmələ gəlməsində iştirak edir. Bu bir çox fizioloji əhəmiyyət kəsb edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə