Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Doğuş zamanı döl yanı mayenin əsas rolu nədən ibarətdir?



Yüklə 2,08 Mb.
səhifə5/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   2   3   4   5   6   7   8   9   ...   21

209) Doğuş zamanı döl yanı mayenin əsas rolu nədən ibarətdir?
A) Dölü xarici təsirlərdən qoruyur

B) Açılma dövrünün normal keçməsini təmin edir

C) Göbək ciyəsinin dölə dolanmasının qarşısını alır

D) Dölün inkişafını təmin edir

E) Aralığın tamlığını təmin edir
Dölyani maye dölün sərbəst hərəkətini, inkişafını təmin etdiyi kimi, göbək ciyəsini sıxılmaqdan qoruyur, həm də doğuş zamanı döl qişası dölyanı maye ilə dolduğu üçün uşaqlıq boynunun tam açılmasını təmin edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41
210) Qadın cinsiyyət hormonu hansıdır?
A) Pituitrin

B) Follikulin

C) Androgen

D) Testesteron

E) Oksitosin
FSH təsiri nəticəsində yumurtalıq tsiklinin I fazasında ifraz olunan hormon estrogendir (follikulin).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
211) Rezus uyğunsuzluq nə vaxt baş verir?
A) Qohumluq ehtimalı olduqda

B) Ananın qanı müsbət, atanın qanı mənfi olanda

C) Ananın qanı mənfi , atanın qanı müsbət olanda

D) Atanın və ananın qanı mənfi olanda

E) Atanın və ananın qanı müsbət olanda
Qadınların 15%-nin qanında Rh (-) olur. Ananın qanında Rh (-), atanın qanında Rh (+) olarsa döldə rezus uyğunsuzluğu baş verir. Çünki döl atanın qanını alır, təkrari hamiləlikdə isə ananın qanında anticismlər çoxalır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 302
212) Uşaqlıq boynunun çatmamazlığı ilə bağlı düşüklər ən çox neçənci həftədə baş verir?
A) 11 – 12 həftə

B) 3 – 4 həftə

C) 13 – 14 həftə

D) 16 – 18 həftə

E) 6 – 7 həftə
Özbaşına düşüklərə səbəb abortdan, operativ doğuşdan sonra daxili dəlik və uşaqlıq boynu önu nahiyyənin dairəvi əzələsinin zədələnməsi nəticəsində uşaqlıq boynu kanalının çatışmazlığının inkişaf etməsidir. Hamiləliyin çox vaxt 16-18 həftədə pozulması baş verir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 168
213) Progesteron çatmamazlığı ilə baş verən hamiləlikdə düşük təhlükəsi olduqda hansı dərman təyin olunur?
A) Dyufaston

B) Sinestrol

C) Profaz

D) Follikulin

E) Sefanorm
Cift tam formalaşmadığı üçün sarı cisim 16 həftəyə kimi onun funksiyasını yerinə yetirir. Ona görə də hamiləliyin pozulmasına təhlükə olduqda sarı cismin hormonları (dyufaston) hamiləliyin saxlanması üçün təyin olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 168
214) Güclü doğum fəaliyyətində nə olmur?
A) Uzun müddətli susuz dövr

B) Dölün hipoksiyası

C) Uşaqlığın pis yığılması

D) Ana və döl üçün travma

E) Hipotonik qanaxma
Doğan qadının sinir oyanıqlığı yüksək olduqda güclü, tez və ağrılı doğum sancısı zamanı susuz dövr çox çəkmir və doğuş baş verir. Doğuşun müddəti 1-3 saat çəkir. Bəzən doğuş doğum evindən kənarda baş verir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 207
215) Nəm oksigen hansı məqsədlə işlənə bilər?
A) Uşaqlıq boynunun 6 sm açılmasından sonra

B) Dölün hipoksiyasının profilaktikası üçün

C) Erkən zahılıq dövrünün qanaxmasının profilaktikasında

D) Doğuşu stimulə etmək üçün

E) Döl qişası açıldıqdan sonra
Bir çox səbəblərdən O2 çatışmazlığı dölün hipoksiyasına səbəb olur. Ona görə də nəm O2 dölün ürək vurğularını yaxşılaşdırır. Hər 5 dəqiqədən bir 10 dəqiqə müddətinə verilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 354
216) Hansı hamilə qadınların doğuşunu təbii doğum yolu ilə başa çatdırmaq olar?
A) Mərkəzi cift gəlişində

B) Uşaqlıq üzərində çapıq toxuma olduqda

C) Preeklampsiyanın ağır dərəcəsində

D) Normal yerləşmiş ciftin vaxtından qabaq tam ayrılmasında

E) Vaxtı ötmüş hamiləlikdə döl yanı maye axmayıbsa
Vaxtı ötmüş hamiləlikdə dölyani maye axmayıbsa,döl iri deyilsə doğuşu təbii doğum yolu ilə başa çatdırmaq olar.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 180
217) Hamilələrdə sidik ifrazının ağrılı olması nəyi göstərir?
A) Sistoqrafiyaya göstərişi

B) Sistiti

C) Anemiyanı

D) İnkişafdan qalmış hamiləliyi

E) Nefriti
Hamilələrdə sidik kisəsinin iltihabında onun uşaqlıq, yaxud doğuş zamanı başla basılması onun ödeminə səbəb ola bilər. Bu vaxt ağrılı sidik ifrazı qeyd olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 157
218) Uşaqlıq boynunun açıqlıq dərəcəsi necə təyin olunur?
A) Dölün vəziyyətinə görə

B) Hamiləliyin müddətinə görə

C) Gələcək hissənin çanağa münasibətinə görə

D) Uşaqlıq yolu müayinəsi ilə

E) Sancıların xarakterinə görə
Doğuş zamanı bəzi hallar istisna olmaqla mütləq doğum yollarının vəziyyəti haqqında məlumat əldə etmək üçün daxili müayinə aparılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 73-76
219) Deskvamasiya fazasından sonra hansı faza gəlir?
A) Regenerasiya fazası

B) Desidual qişa

C) Degenerasiya fazası

D) Proliferasiya fazası

E) Selik ifrazı fazası
Aybaşının uşaqlıq tsiklində yumurtalığın fazalarına uyğun proses gedir və uşaqlığın selikli qişasının funksional qatı soyulur, yəni deskvamasiyaya uğrayır. Sonra onun bərpası, yəni regenerasiya prosesi gedir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
220) Normal çanağın həqiqi konyuqatası neçə sm - dir?
A) 12,5

B) 12


C) 11

D) 9


E) 13
Oma qabarından qasıq birləşməsinin üst kənarına kimi olan məsafədir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
221) Yarımçıq və normal yeni doğulmuşlar arasındakı sərhəd neçə qramdır?
A) 2500 qr

B) 2300 qr

C) 2800 qr

D) 1500 qr

E) 1000 qr
1000qr-dan 2500 qr-a qədər doğulan uşaqlar yarımçıq, 2500 qr-dan yuxarı doğulan uşaqlar normal çəkili sayılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 177
222) Hamiləliyi təyin etmək üçün sidikdə əsasən nə yoxlanılır?
A) Şəkər

B) Xorionik qonadotropin

C) Leykosit

D) Aseton

E) Zülal
Xüsusi testlər vasitəsilə sidikdə xorionik qonadotropinin olması təyin olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 67
223) Hamiləlik vaxtı dəridə çapıqların əmələ gəlməsi nəyin hesabına olur?
A) Hamiləlikdən sonra itir

B) Hamiləliyin əsas əlamətidir

C) Təkcə çox doğan qadınlarda olur

D) Ağ xəttin tünd olması

E) Dərinin elastikliyinin zəif olması
Hamiləlik vaxtı dəridə özünə məxsus dəyişiklik baş verir. Hamilə uşaqlıq böyüdükcə qarının divarı dartılır, dərinin elastikliyi zəif olan yerlərdə çapıq əmələ gəlir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 61
224) Hamiləlik təqviminə görə qadın bütün hamiləliyi müddətində neçə dəfə oftalmoloq və terapevtin müayinəsində olmalıdır?
A) 2 dəfə

B) 3 dəfə

C) İlk dəfə gələndə

D) Hər ay

E) Hər həftə
Hamiləlik zamanı qadın oftolmoloq və terapevtin müayinəsində 2 dəfə (7-8 və 31-32-ci həftədə) olur.
Ədəbiyyat: Hamiləliyin təqvimi.F.Əliyeva -Bakı-2004 səh 12
225) Doğuş zamanı hansı ağrısızlaşdırmaq üsullarından istifadə edilir?
A) Yumruqla Mixaelis rombunun xarici bucaqlarını sıxmaq

B) Hamısından

C) Qalça sümüklərinin ön yuxarı tinini əlin baş barmağı ilə sıxmaq

D) Tutmalar zamanı qarnın ön yan hissəsini sığallamaq

E) Oma-bel nahiyəsinin dərisini sığallamaq
Doğuş zamanı qeyd olunan ağrısızlaşdırma üsullarından istifadə edilir.
Ədəbiyyat: Hamiləlik təqvimi. F.Əliyeva -Bakı-2004 səh 86
226) Zahılıq palatalarının cari və əsaslı təmizləmə işləri neçə dəfə aparılmalıdır?
A) Gündə 1 dəfə adi su ilə

B) Gündə 2 dəfə

C) Gündə 1 dəfə dezinfeksija edici məhlulla

D) Gündə 1 dəfə, həftədə 2dəfə

E) Gündə 3 dəfə, həftədə 1dəfə
Ədəbiyyat: Zahılıq palatalarının təmizləmə işləri cari - gündə 3 dəfə , əsaslı-həftədə 1dəfə aparılmalıdır 124 saylı əmrə əsasən
227) Təcili yardım maşınında doğan qadın hansı şöbəyə qəbul olunmalıdır?
A) İkinci mamalıq şöbəsinə

B) Fizioloji zahılar şöbəsinə

C) Patoloji şöbəyə

D) Doğuşdan qabaqkı şöbəyə

E) Fizioloji doğuş şöbəsinə
Əgər qadının doğuşu doğum evindən kənarda olubsa, onda belə qadınlar şübhəli yaxud ikinci mamalıq şöbəsinə yerləşdirilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh
228) Kəskin qan itirmədə nə edilmir?
A) Oksigen

B) İsti çay, kofe

C) Ənsə nahiyyəsinə ilıq istiqac

D) Qan köçürmə

E) Çarpayının baş hissəsi yuxarı qaldırılır
Kəskin qan itirmədə beyinə qan axması üçün çarpayının baş hissəsi əksinə aşağı salınmalıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 253
229) Doğuşdan sonra “ördək yerişi” nə vaxt baş verir?
A) Qasıq sümüklərinin aralanması

B) Svişlər

C) Endometrit

D) Uşaqlığın çevrilməsi

E) Aralığın cırılması
Ağır doğuşlarda, əsasən maşalar qoyulan zaman qasıq bitişməsi dartınır, zədələnir. Xəstədə simfiz nahiyəsində ,əsasən də hərəkət zamanı ağrı olur (ördək yerişi).
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 290
230) Aralığın I dərəcəli cırılmasında nə zədələnir?
A) Düz bağırsağın sfinktoru zədələnir

B) Dərinin tamlığı pozulur

C) Svişlər əmələ gəlir

D) Tağlar zədələnir

E) Uşaqlıq yolu cırılır
Bəzən döl başı doğularkən,doğuşu düzgün idarə etmədikdə, maşa qoyularkən aralığın cırılması baş verir. Cırılmanın xarakteri müəyyən edilir və tikiş qoyulur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 242
231) Abort vaxtı hansı narkozdan istifadə edilir?
A) Pudendal

B) Epidural

C) İnqalyasion

D) Vena daxili

E) Efir
Qadının sinir sistemindən asılı olaraq süni abortlarda, bəzən rigid uşaqlıq boynu olanda, uşaqlıq boşluğu qaşınanda lazım gələrsə vena daxili narkozdan istifadə edilir ki, ağrı hissiyatı olmasın.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308
232) Planlı əməliyyatda mama ilk növbədə nə edir?
A) Yumşaq materialların sterilizasiyası

B) Alətlərin sterilizasiyası

C) Sidik kisəsi kateterlə boşaldılır

D) Tikiş materiallarının sterilizasiyası

E) Əllərin dezinfeksiyası
Cərrahi əməliyyat olunacaq qadınlar əvvəlcədən hazırlanmalıdırlar. Qadının planlı əməliyyat olması üçün, bağırsaq sistemi qabaqcadan təmizlənir və sidik kisəsi kateterlə boşaldılır.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 303
233) Aşağıdakılardan hansı doğuşdan sonrakı ağırlaşmaya aid deyil?
A) Preeklampsiya

B) Doğuş şoku

C) Doğuşdan sonrakı psixoz

D) Hava emboliyası

E) Dölyani maye emboliyası
Preeklampsiya hamiləliyin II yarısının ağırlaşmasıdır. Belə qadınlar risk qrupuna aid olduqları üçün xüsusi diqqət tələb edirlər. Doğuşun əvvəlcədən necə qurtarması haqqında məlumatlandırılırlar.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 191
234) Doğum evində işləyən mamanınəsas iş prinsipi hansıdır?
A) Mama öz xarici görkəminə nəzarət etməlidir

B) Patronaj işini düzgün qurmaq

C) Əhatə dairəsini genişləndirmək

D) Doğan qadınların bütün istəklərini yerinə yetirmək

E) Zahıların təhlükəsizliyini təmin etmək və onlara nəzarət
Qadın məsləhətxanalarında işləyən mamalar hamilələri erkən qeydiyyata almaqla, patronaj işi aparırlar. Doğum evində işləyən mamanın əsas iş prinsipi zahıların təhlükəsizliyinin təmini və onlara nəzarət etməkdən ibarətdir.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 4
235) Kənd yerlərində yaşayan qadınlara ilk mama – ginekoloji yardım harada göstərilir?
A) Feldşer- mama məntəqələrində

B) Mərkəzi rayon xəstəxanalarında

C) Rayon poliklinikasında

D) Rayon xəstəxanalarında

E) Kənd xəstəxanalarında
Təkmilləşmiş doğum evlərindən uzaqda yaşayan hamilə qadınlara ilk mama – ginekoloji yardım feldşer-mama məntəqələrində göstərilir və ginekoloji xəstələr mamalar tərəfindən qeydiyyata götürülür, nəzarətdə saxlanılır, rayon xəstəxanalarının doğum, ginekoloji yaxud da cərrahi şöbələrinə göndərilirlər.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 4
236) Əllər Spasokukoski – Kosergin üsulu ilə işləndikdə hansı məhluldan istifadə edilir?
A) Kalium – permanqanat

B) Furasillin

C) Amonyak

D) Xloramin

E) Süleymani
Doğuşu idarə edərkən ,əməliyyatlar zamanı həkim və mama əllərinin sterilliyini təmin etməlidir. Bunun üçün bir neçə üsul var. Spasokukotski-Koçergin üsulunda 0,5%-li amonyakdan istifadə edilir.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 104-105
237) Doğuşdan qabaq əllərin dərisi hansı antiseptik məhlulla işlənir?
A) Xlorheksidinlə

B) Kalium-permanqanat

C) Spirtlə

D) Yodla


E) Furasillinlə
Doğuşu idarə edərkən əllərin steril olması əsas şərtlərdən biridir. Bunun üçün bir neçə üsul olsa da doğuşda aseptika və antiseptika qaydalarına ciddi riayət olunur. Eyni zamanda əllər tez-tez xlorheksidinlə işlənir. Çünki əllərdə müxtəlif mikroblar ola bilər. İnfeksiya isə doğum yolları ilə yayılır.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 104
238) Əlləri Alfeld üsulu ilə yuduqda nədən istifadə edilir?
A) Lizamindən

B) Şotkadan

C) Adi sudan

D) Furasilindən

E) Amonyakdan
Doğuş zamanı septiki infeksiyanın qarşısını almaq üçün bir neçə üsulla əllər dezinfeksiya edilir. Ona görə də qadının doğum yollarına toxunan hər şey steril olmalıdır. O cümlədən əllər. Bu üsulda 2 şotkadan istifadə edilir..
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 104
239) Uşaqlıq yolunun mühitinin Ph – normada neçədir?
A) 7,5

B) 5,0


C) 8,5

D) 3,5


E) 3,8-4,5
Uşaqlıq yolu möhtəviyyatının hesabına öz-özünü təmizləmə qabiliyyəti mövcuddur. Qadınlarda uşaqlıq yolunun təmizlik dərəcəsi, Rh-mühitinin normal olması (3,8-4,5) əsas götürülür. Çünki infeksiyanın yayılması orqanizmin müqavimətinin aşağı düşməsi və mikrobun virulentliyinin artmasından asılıdır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
240) Uşaqlıq yolunun I təmizlik dərəcəsində nə olur?
A) Qələvi mühit

B) Leykositlər çox

C) Selik və bakteriyalar

D) Doderleyn çöpləri olmur

E) Çoxlu Doderleyn çöpləri
Uşaqlıq yolunun təmizlik dərəcəsi əsas şərtlərdən hesab olunur. Belə ki, yaxmada 4 təmizlik dərəcəsi təyin edilir. I dərəcə normal sayılır reaksiya turş olur. Çünki Doderleyn çöpləri çox olur, mikrob olmur. Belə qadınlar praktik sağlam sayılır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
241) Uşaqlıq yolu necə adlanır?
A) Uretra

B) Vulva


C) Vagina

D) Uterus

E) Salpingess
Uşaqlıq yolu daxili cinsiyyət üzvlərinə aiddir, əzələvi-elastik üzvdür, boru şəkillidir. Vagina adlanır. Qızlıq pərdəsindən başlayır və uşaqlıq boynunun ona birləşən yerinə kimi davam edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
242) Uşaqlıq- uşaqlıq arteriyasından başqa hansı arteriya ilə də qanla təchiz olunur?
A) Qasıq arteriyası

B) Yumurtalıq

C) Düz bağırsaq

D) Qarın aortası

E) Böyrək
Yumurtalıq arteriyası da qoşa olub qarın aortasından ayrılır ,enli bağın yuxarı hissəsinə çatır. Yumurtalıq və borulara şaxələr verdikdən sonra uşaqlıq arteriyası ilə anostomoz təşkil edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
243) Aybaşı vaxtı hansı qat qopub düşür?
A) Selikli qişanın bütün qatı

B) Seroz qat

C) Selikli qişanın funksional qatı

D) Selikli qişanın bazal qatı

E) Bütün selikli qat
Aybaşının I günündən növbəti aybaşının I gününə qədər qadının orqanizmində bir çox dəyişikliklər baş verir. O cümlədən uşaqlıqda. Belə ki, 21-35 gündən bir uşaqlığın selikli qişasının funksional qatı dağılaraq qopub damarlardan axan qanla birlikdə xaric olur. Bu aybaşının sonunu göstərir. 3-5 gün çəkir. Sonra qat bərpa olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
244) Simfizin aşağı kənarından oma qabarına kimi olan məsafə necə adlanır?
A) Xarici konyuqata

B) Anatomik konyuqata

C) Mamalıq konyuqatası

D) Həqiqi konyuqata

E) Diaqonal konyuqata
Uşaqlıq yolu müayinəsi ilə təyin edilir. Mütləq aseptika və antiseptika qaydalarına ciddi riayət etmək vacibdir. Normal çanaqda diaqonal konyuqata 12,5-13 sm olur. Bundan 1,5-2 sm çıxmaqla həqiqi konyuqata təyin olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
245) Simfizin yuxarı kənarı ilə Mixayles rombunun yuxarı küncünə qədər olan məsafə necə adlanır?
A) Distansiya spinarum

B) Anatomik konyuqata

C) Həqiqi konyuqata

D) Solovyov əlaməti

E) Xarici konyuqata
Böyük çanağın ölçülərindən biridir. Qadın böyrü üstə uzadılır, altdakı ayaq bud-çanaq, diz oynağında bükülməklə çanaqölçənlə təyin edilir. Xarici konyuqatadan 9 sm çıxmaqla həqiqi konyuqatanı tapmaq mümkündür. 20-9=11 sm
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
246) Normada mayalanma harada baş verir?
A) Uşaqlıqda

B) Yumurtalıqda

C) Qarın boşluğunda

D) Uşaqlıq boynunda

E) Borunun ampulyar hissəsində
Borular qoşa üzv olub uşaqlığın yuxarı küncündən başlayır, enli bağın üstü ilə çanağın yanlarına doğru gedərək enli hissə və sacaqlarla qurtarır. Mayalanma isə çox vaxt ampulyar hissədə baş verir və sonra mayalanmış döl yumurtası uşaqlığa düşür.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41
247) Kiçik çanaq boşluğunun enli hissəsinin köndələn ölçüsü neçə sm - dir?
A) 13 sm

B) 12,5 sm

C) 10,5 sm

D) 9,5 sm

E) 11 sm
Kiçik çanaq boşluğunun enli hissəsinin köndələn ölçüsü sirkə kasalarının daxili səthinin ortaları arasındakı məsafədir.12,5sm.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 28
248) Qadın xarici cinsiyyət üzvlərinə aiddir?
A) Böyük və kiçik cinsiyyət dodaqları

B) Uşaqlıq boruları

C) Uşaqlığın boynu

D) Yumurtalıq

E) Cift
Qoşa boylama büküşlər olub cinsiyyət yarığını əhatə edirlər. Böyük cinsiyyət dodaqları öndən qasığın dərisinə keçir və tüklə örtülü olur. Arxadan isə nazilərək ortada birləşir və arxa bitişməni əmələ gətirir. Dərinliyində bartolin vəzisi yerləşir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
249) Yumurtalığın rolu nədən ibarətdir?
A) Cinsi yetişkənliyi təmin edir

B) Uşaqlığın yan tərəfində yerləşir

C) İçərisi maye ilə dolu olur

D) Şirə ifraz edir

E) Hormon ifraz edir
Qadının həyatında əsas yeri onun aybaşı tsikli tutur, bu vaxt orqanizmdə, o cümlədən yumurtalıqlarda fizioloji proseslər gedir.Hipofizin qonadotrop hormonlarının təsiri nəticəsində yumurtalıq siklinin fazalarına uyğun hormonlar ifraz olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
250) Hansı nahiyə aralıq adlanır?
A) Anal dəliklə uşaqlıq yolu arası

B) Böyük çanağın aşağı hüdudu

C) Kiçik çanağın yuxarı dəliyi

D) Çanaq əzələləri

E) Kiçik çanağın aşağı dəliyinin yumşaq törəmələri
Böyük cinsiyyət dodaqları aşağıya doğru nazilir və ortada birləşərək arxa bitişməni əmələ gətirir. Belə ki, anal dəliklə uşaqlıq yolu arasında qalan hissə aralıq adlanır və doğuşda mühüm rol oynayır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
251) Hipofizin arxa payının hormonu hansıdır?
A) Oksitosin

B) Estradiol

C) Progesteron

D) Testosteron

E) Follikulin
Hipofizdə ifraz olunan oksitosin hormonu doğuş vaxtı uşaqlığın tonusunun yüksəlməsində əsas rol oynayır. Ona görə də hamiləliyin sonunda onun ifrazı çoxalır. Mamalıqda isə oksitosindən uşaqlığın əzələsinin yığılmasını artırmaq məqsədi ilə istifadə edilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
252) Aşağıdakılardan hansı böyük çanağa aiddir?
A) Həqiqi konyuqata

B) Anatomik konyuqata

C) Köndələn ölçü

D) Daraqlar arası məsafə

E) Çəp ölçü
Böyük çanağın 4 ölçüsü var. Onlardan biri distantia-cristarumdur. Bu qalça sümüyü daraqları arasındakı ən uzaq məsafə olub, çanaqölçənlə təyin edilir. 28-29 sm-dir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
253) Uşaqlıq harada yerləşir?
A) Böyük çanağın mərkəzində

B) Periton arası sahədə

C) Kiçik çanağın mərkəzində

D) Qarın boşluğunun aşağı hissəsində

E) Qismən böyük çanaqda və əsasən kiçik çanaqda
Uşaqlıq boşluglu daxili cinsiyyət üzvü olub armud şəkillidir və kiçik çanağın mərkəzində yerləşir, fizioloji hərəkətliliyə malikdir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
254) Uşaqlıq topoqrafik cəhətdən harada yerləşir?
A) Çanaq dibi əzələlərinin üzərində

B) Düz bağırsaqla sidik kisəsinin arasında

C) Düz bağırsağın arxasında

D) Sidikliyin önündə

E) Sidikliyin üstündə
Uşaqlıq armud şəkilli, hamar, əzələvi cinsi üzv olub, topoqrafiyasına görə qonşu üzv olan sidik kisəsi və düz bağırsağın arasında olmaqla kiçik çanaqda antefleksio-verzio vəziyyətində yerləşir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
255) Hansı məhlul izotonik sayılır?
A) 5% - li qlükoza

B) 40% qlükoza

C) 17% NaCl

D) 0,9% NaCl

E) Hemodez
0,9%-li NaCl izotonik məhluldur.
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh 147
256) Hemolitik xəstəliyin səbəbi nədir?
A) Toksinlər

B) İnfeksion xəstəliklər

C) Qusma

D) Hamiləlik toksikozları

E) Ananın və dölün rezus uyğunsuzluğu
15% qadınların qanı Rh(-) olur. Rezus mənfi hamilələrdə döldə hemolitik xəstəlik - əsasən sarılıq, qan azlığı və toxumaların ödemi ilə özünü göstərir. Ağır formada qaraciyər və dalağın böyüməsi, beynin ödemi, assit və s qeyd olunur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-302
257) Cinsiyyət üzvlərinin hansında boylama büküşlər var?
A) Uşaqlığın boynunda

B) Uşaqlıq yolunun daxili səthində

C) Uşaqlığın dibində

D) Uşaqlığın səthində

E) Uşaqlığın selikli qişasında
Boru şəkilli əzələvi-elastik üzv olub kiçik çanağın mərkəzində yerləşir. Selikli qişasının ön və arxa divarında boylama büküş var. Doğuş vaxtı bu büküşlər əsas rol oynayır. Təkrar doğuşlardan sonra hamarlaşırlar.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
258) Uşaqlıq yolu harada yerləşir?
A) Uşaqlığın önündə

B) Düz bağırsaqla sidik kanalı arasında

C) Düz bağırsağın arxasında

D) Sidik kanalının yuxarı səthində

E) Uşaqlıqla sidik kisəsi arasında
Uşaqlıq yolu topoqrafik olaraq kiçik çanağın mərkəzində düz bağırsaqla sidik kanalı arasında yerləşir. Qızlıq pərdəsindən başlayır, uşaqlıq boynuna bitişən yerdə qurtarır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
259) Aşağıdakılardan hansı qadın cinsiyyət hormonlarına aiddir?
A) Androgen

B) İnsulin

C) Xorionik - qonadotropin

D) Estrogen

E) Testosteron

Estrogen hormonu əsasən yumurtalıq tsiklinin I fazasında follikulun inkişafı ilə əlaqədar olaraq ifraz olunur.


Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
260) Böyük əmgək hansı sümüklərin arasında yerləşir?
A) Təpə və alın

B) Təpə və gicgah

C) Alın və əsas

D) Təpə və ənsə

E) Ənsı və alın
Dölün başı üz və kəllə hissələrdən ibarətdir. Kəllə bir neçə sümüklərdən, tikiş və əmgəkdən təşkil olunub. 2 təpə və 2 alın sümüyü arasında böyük əmgək yerləşir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 59


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə