Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Doğuş vaxtı yenidoğulmuşun asfiksiyasına səbəb olan hal hansıdır?



Yüklə 2,08 Mb.
səhifə9/21
tarix08.01.2018
ölçüsü2,08 Mb.
#20044
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

406) Doğuş vaxtı yenidoğulmuşun asfiksiyasına səbəb olan hal hansıdır?
A) Ciftin vaxtından əvvəl ayrılması

B) Pis iyli dölyanı mayenin olması

C) Sadalananların hamısı

D) Sürətli doğuş

E) Dölyanı mayedə mekoniumun olması
Asfiksiya-yenidoğulmuşda doğuşdan dərhal sonra tənəffus aktının olmamasıdır . Sadalananların hamısı yenidoğulmuşun asfiksiyasına səbb ola bilər
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 50
407) Həkim olmayan halda mama asfiksiyada doğulmuş uşağı canlandirmaq üçün nəyi bilməlidir?
A) Hamısını

B) Nəfəs yollarını açmalı (təmizləməli)

C) Taktil (toxunma) qıcıqlandırma

D) Körpəni soyuqdan qorumalı

E) İlk yardımı ləngitməməli
Asfiksiya-yenidoğulmuşda doğuşdan dərhal sonra tənəffus aktının olmamasıdır .Mama asfiksiyada doğulmuş uşağı canlandırmaq üçün cəld göstərməli, yenidoğulmuşa ilk yardım göstərməyi bacarmalıdır.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 58
408) Ana südü ilə qidalanmanın üstün cəhətləri hansıdır?
A) Uşağın beyninin inkişafı üçün yağ turşuları olur

B) Xəstəlik törədən bakteriyaların inkişafını dayandırır

C) Asanlıqla həzm olunur, sorulur

D) Ana südününtərkibində uşağın sağlam böyüməsi üçün zülallar var

E) Hamısı
Ana südü uşağın sağlam böyüməsini və inkişafını təmin edən əvəzsiz qidadır,

uşağın və ananın sağlamlığına güclü bioloji və emosional təsir göstərir.


Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 59
409) Ana südü ilə qidalanmanın üstün cəhətlərinə nə daxil deyil?
A) Körpəyə süni nəfəs vermək və ürəyin qapalı masajı

B) Fiziki və əqli inkişaf daha üstündür

C) İnək südü ilə müqayisədə asanlıqla həzm olunur

D) Uşaqlardadəmir defisitlianemiyaya az rast gəlinir

E) Uşaq ağlayanda onutezsakitləşdirir
Döş sümüyünə barmaqlarla hər 3 təzyiqdən sonra körpəyə süni nəfəs verilir . Süni nəfəs verəndə və ürəyin qapalı massajını aparanda 2 nəfərin olması işi asanlaşdırır.Nəfəs barmaqlarla döş sümüyünə təzyiq qurtarandan sonra verilməlidir.Əgər körpə həyata qayıdarsa ,onun ürəyi və ağciyərləri 5-10 dəqiqə müddətində fəaliyyətə başlayacaq.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 58
410) Döşlə əmizdirmənin ananın sağlamlığı üçün əhəmiyyəti nədən ibarətdir?
A) Tez başlanan əmizdirmə doğuşdan sonrakı qanaxmanı azaldır

B) Aybaşının bərpa olmasının qarşısını alır

C) 6 aya qədər ananı növbəti hamiləlikdən qoruyur

D) Süd vəzisinin və yumurtalığın xərçəng təhlukəsini azaldır

E) Sadalananların hamısını
Ananın sağlamlığına döşlə əmizdirmənin xeyri və üstünlükləri çoxdur.Bütün səhiyyə işçiləri,o cumlədən mamalar bu haqda həmişə hamilə və doğan qadınlarla söhbətlər aparırlar , çünki , texniki cəhətdən ana südü ilə qidalandırma çox asandır. Sadalananların hamısı döşlə əmizdirmənin ananın sağlamlığı üçün əhəmiyyətli olduğunu göstərir.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 60
411) Mama anayasüd vəzisinə qulluq etmək üçün nəyi məsləhət görür?
A) Yağla

B) Sabunla

C) Çay sodası ilə

D) Yalnız su ilə yumaq

E) Kremlə
Süd verən analar döşlərinə qulluq etməyi bacarmalıdır. Doşlər əmizdirmədən əvvəl yuyulmamalıdır , çünki, ananın iyi itdiyi üşün uşaq ananın döşünü seçməyə çətinlik çəkir.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 64
412) Döşlə əmizdirmə zamanı aşağıdakılardan hansı müşahidə edilmir?
A) Südün həcminin artması ödemə səbəb olur.

B) Körpə döşü kifayət qədər tezboşalda bilmir

C) Süd ifrazı azala bilər.

D) Südün həcminin artması ödemə səbəb olmur.

E) Süd vəzisiisti və ağrılı olur

Tibb işçiləri ,o , cumlədən mamalar anaları erkən çətinliklərdən qorumasalar gələcəkdə süd durğunluğu mastitin (süd vəzisinin iltihabı) əmələ gəlməsinə və döş giləsinin çatlamasına səbəb ola bilər, əmizdirmə zamanı südün həcminin artması ödemə səbəb olmur.


Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 64
413) Döş giləsininçatlamasınınsəbəbi aşağıdakılardan hansıdır?
A) Körpəni döşlə əmizdirmə həvəsinin olmaması

B) Əmizdirmə arası fasilədə südün sağılması

C) Uşağın döşə düzgün qoyulması

D) Döşü və giləni yalnız su ilə yumaq

E) Uşağın ağız boşluğunda olan süd yarası
Döş giləsinin çatlamasının səbəbi uşağın döşə düzgün qoyulmaması, ağız boşluğunda olan süd yarasının ananın döşünün giləsinə keçməsi, körpənin dilinin yüyəninin qısa olması və döşü düzgün sora bilməməsidir.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 65
414) Aşağıda göstərilənlərdən hansı oksitosinin üstün xüsusiyyətinə daxil deyil?
A) Bütün qadınlara təyin edilir

B) Uşaqlığın tonusunu yüksəldir

C) Minimal əks təsirə malikdir

D) Yeridildikdən 2-3 dəqiqə sonra təsir göstərir

E) Vurulduqdan sonra heç bir təsir göstərmir.
Oksitosinin digər uterotonik dərman maddələrindən üstün xüsusiyyəti onun yeridildikdən 2-3 dəqiqə sonra təsir göstərməsi,minimal əks təsirə malik olması,uşaqlığın tonusunun yüksəlməsi,bütün qadınlara təyin edilməsidir.
Ədəbiyyat: Zahılıq dövrünün qanaxmasəı üzrə klinik protokol.Bakı-2009
415) Yarımçıq doğuşlar zamanı hansı dərmanın təyini effektsizdir?
A) Oksitosin

B) Maqnezium-sulfat

C) Deksametazon

D) Antibiotik

E) Betametazon
Dölyanı maye vaxtından qabaq axan yarımçıq doğuşlar zamanı maqnezium-sulfat təyin etmək olmaz,effektsizdir və uşaq olümünü yüksəldir.
Ədəbiyyat: Vaxtından əvvəl doğuşlar üzrə klinik protokol.Bakı-2008
416) Yarımçıq doğuşlar zamanı yenidoğulmuşlara təyin edilən antibiotiklərin təsirinə nə aid deyil?
A) Neonatal infeksiyanın tezliyini azaldır

B) Latent fazanı qısaldır

C) Latent fazanı uzadır

D) Anada olan infeksiyanın tezliyini azaldır

E) Mərkəzi sinir sisteminin patologiyasının tezliyini azaldır
Yarımçıq doğuşlar zamanı yenidoğulmuşlara təyin edilən antibiotiklər latent fazanı uzadır,

neonatal və anada olan infeksiyanın ,o cümlədən mərkəzi sinir sisteminin patologiyasının tezliyini azaldır


Ədəbiyyat: Vaxtından əvvəl doğuşlar üzrə klinik protokol.Bakı-2008
417) Doğuşdan sonra qadınların rutin manitorinqi nə deməkdir?
A) Yenidoğulmuşa nəzarət

B) İfrazatın xarakterinə nəzarət

C) Uşaqlığın tonusuna nəzarət

D) Qadının ümumi vəziyyətinə nəzarət

E) Aralığın tikişlərinə nəzarət
Rutin manitorinq - uşaqlığın tonusuna nəzarət etməkdir .Yəni doğuşdan sonra ilk saat ərzində hər 15 dəq. bir, 2-ci saat ərzində 30 dəq.bir, ilk sutkada hər 4 saatdan bir uşaqlığın tonusuna nəzarət etmək lazımdır.
Ədəbiyyat: Zahılıq dövrünün qanaxmaları üzrə klinik protokol.Bakı-2009
418) Dolyanı mayenin vaxtından qabaq axması və yarımçıq doğuşa nə aid deyil?
A) Normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması

B) Döldə proqressivləşən hipoksiya

C) Dölün inkişaf qüsuru

D) Amnion epitelinin normal ifrazatı

E) Dölün antenatal ölümü
Amnion epitelinin normal ifrazatı zamanı hamiləliyin sonuna yaxın dölyanı mayenin miqdarı1,2-1,5 l olur və hamiləliyin normal inkişafına kömək edir,əks halda bir çox səbəblərdən

dölyanı maye vaxtından qabaq axa bilər.


Ədəbiyyat: Vaxtından əvvəl doğuşlar üzrə klinik protokol.Bakı-2008
419) Hamiləlik zamanı ekstragenital xəstəliklərə nə daxil deyil?

1. Təkrari və ya fəsadlaşmış abortlar

2. Ürək qan-damar sisteminin xəstəlikləri

3. Sidik-cinsiyyət sisteminin xəstəlikləri

4. Vaxtından qabaq doğuşlar

5. Qara ciyər və öd kisəsinin xəstəlikləri
A) 1,4

B) 3,4


C) 3,5

D) 2,5


E) 2,3
Təkrari və ya fəsadlaşmış abortlar , vaxtından qabaq doğuşlar mamalıq anamnezinə daxildir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 150-166
420) Ağir preeklampsiyası olan hamilə qadını qəbul şöbəsində kim müayinə etməlidir?
A) Növbətçi mama-ginekoloq

B) Baş tibb bacısı

C) Patologiya şöbəsində işləyən mama

D) Növbədə olan mama

E) Doğum şöbəsində işləyən mama
Ağir preeklampsiyası olan hamilə qadını qəbul şöbəsində növbətçi mama-ginekoloq müayinə etməlidir.Onun hansı şöbəyə qəbul olunması və müalicəsi məsələsi isə məsul mama-ginekoloq və reanimatoloq tərəfindən birgə həll edilir

Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 13


421) Ağır olmayan preeklampsiyalı hamilə qadina mama tərəfindən nə tələb olunur?
A) Xəstəxanaya göndərmək

B) Yalnız davamlı nəzarət aparmaq

C) İntensiv terapiya palatasına yerləşdirmək

D) Qadın məsləhətxanasında mualicə etmək

E) Patologiya şöbəsinə yerləşdirmək
Ağır olmayan preeklampsiya-müaliçə tələb etmir, yalnız davamlı nəzarət aparılmalı və stasionara göndərilməlidir.
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 13
422) Qəbul şöbəsində preeklampsiyalı hamilə qadınlarda təcili hansı müayinə aparılmalıdır?
A) Dölün ürək döyünməsinə qulaq asmaq

B) Daxili müayinə aparmaq

C) Xarici müayinə aparmaq

D) Doğuşun vaxtını təyin etmək

E) Arterial təzyiqin ölçülməsi
Qəbul şöbəsində preeklampsiyalı hamilə qadınlarda arterial təzyiqin ölçülməsi təcili aparılmalıdır.Digər müayinələr hamilənin vəziyyəti sabitləşdikdən sonra aparıla bilər .
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 14
423) Preeklampsiyalı hamilə qadınların vəziyyəti sabitləşdikdən sonra arterial təzyiq nə vaxt ölçülməlidir?
A) Gündə 1 dəfə

B) Müalicədən əvvəl və sonra

C) Hər 30 dəqiqədən bir

D) 1 saatdan bir

E) Səhər və axşam
Preeklampsiyalı hamilə qadınlarin vəziyyəti sabitləşdikdən sonra arterial təzyiq hər 30 dəqiqədən bir ölçülür .Stasionar şəraitində qadının vəziyyəti sabitdirsə və patoloji simptomlar qeyd olunmursa , A/T hər 4 saatdan bir ölçülməlidir.
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 14
424) Hamiləlik hipertenziyasının profilaktikasına nə aiddir?

1. Risk faktorlarının təsirinə məruz qalan qadınların erkən diaqnostikası

2. Hipertenziyası olan hamilələrin adekvat müalicəsi

3. Sutkada 1 qram kalsium qəbulu

4. Kiçik dozada aspirin istifadəsi

5. Hamısı vacibdir
A) 4,5

B) 3,4


C) 2,3

D) 1,5


E) 5
Qadın məsləhətxanasında qeydiyatda olan yüksək risk qrupuna aid olan və ya risk faktorlarının təsirinə məruz qalan qadınlarda hamiləlik hipertenziyasının profilaktikasında yuxarıda sadalananların hamısı vacibdir.
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 14
425) Ana ilə uşaq arasında bilavasitə bədən təması (dəri-dəriyə) nəyə kömək etmir?
A) Uşaqlığın tez yığılmasına

B) Döşlə əmizdirməyə və anada laktasiyanın yaxşılaşdırılmasına

C) Uşaqda iybilmə qabiliyyətinin inkişafına

D) Uşaqdan qan götürərkən ağrısızlaşdırılmasına

E) Psixoloji və emosional təmasın yaranmasına
Ana ilə uşaq arasında bilavasitə bədən təması (dəri-dəriyə) uşaqlığın tez yığılmasına kömək etmir ,çünki bu uşağı ilk dəfə döşə qoymanın məqsədlərindən biri kimi nəzərdə tutulur.
Ədəbiyyat: Sağlam yenidoğulmuşa qulluq üzrə klinik protokol.Bakı-2008 səh 15-16
426) Hamiləlik zamanı ana ilə əlaqəli risk faktorlarına nə aid deyil?
A) Əvvəlki hamiləlikdə preeklampsiya

B) Yaşı 35-dən artıq

C) Ailə anamnezində preeklampsiya

D) Ağciyərlərin ventilyasiya pozğunluğu

E) Yaşı 20-dən az
Hamiləlik zamanı ana ilə əlaqəli risk faktorlarına ağciyərlərin ventilyasiya pozğunluğu aid deyil,çünki ,bu ağır preeklampsiyanın və eklampsiyanın mümkun olan fəsadı sayılır.
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009 səh 8-10
427) Ağır preeklampsiyanın və eklampsiyanın müalicəsində hansı dərmanın seçimi məsləhət görülür?
A) Kalsium -qlükonat

B) Papaverin hidroxlorid

C) Maqnezium- sulfat

D) Trental

E) Maqne B- 6
Maqnezium- sulfat ağır preeklampsiya və eklampsiyanın müaliçəsində seçim dərman vasitəsidir,o,antikonvulsant olmasa da , olduqca güclü beyin vazodilatatorudur və beyin

damarlarının sıxılmasının qarşısını tamamilə alır.


Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009 səh 16
428) Hamiləliyin fizioloji gedişi zamanı qadın tibb müəssisəsinə neçə dəfə gəlməlidir?
A) 1 dəfə

B) Həftədə 1 dəfə

C) Ayda 1 dəfə

D) 2 dəfə

E) 7 dəfə
Hamiləliyin fizioloji gedişi zamanı qadının tibb müəssisəsinə 7 gəlişi (12 həftəyə qədər,18-20 -ci , 26-28 ci , 30-32 ci, 34-36 cı, 38-ci və 40 -cı həftələrdə ) tövsiyə olunur

Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə üzrə klinik protokol.Bakı 2009


429) Erkən hamiləlik zamanı baş verən qanaxmalara aşağıdakılardan hansı aid deyil?
A) Beçəxor

B) Cift gəlişləri

C) Uğursuz nəticələnmiş abort

D) Spontan abort

E) Uşaqlıqdankənar hamiləlik
Cift gəlişləri-ciftin anormal yerləşməsi və bitişməsi,uşaqlığın daxili dəliyindən bir qədər hündürdə və ya gələcək hissədən öndə yerləşməsidir.
Ədəbiyyat: Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol.Bakı-2009.səh 15
430) Gecikmiş hamiləlik qanaxmalarına aşağıdakılardan hansı aid deyil?
A) Uşaqlıq boynunun patoloji prosesləri

B) Uşaqlığın cırılması

C) Uşaqlıqdankənar (ektopik) hamiləlik

D) Uşaqlıq yolunda olan varikoz damarın cırılması

E) Normal yerləşmiş ciftin vaxrından qabaq soyulması

Uşaqlıqdankənar (ektopik) hamiləlik zamanı baş verən qanaxma (daxili) hamiləliyin erkən müddətinə aiddir.


Ədəbiyyat: Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol.Bakı-2009.səh 15
431) Qeyri-medikamentoz ağrısızlaşdırmaya nə aid deyil?
A) Hidroterapiya ( Su ilə)

B) Akupunktura

C) Audio analgeziya (dəniz səsi,şəlalə səsi )

D) Epidural anesteziya

E) Hipnoz
Ədəbiyyat: Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol.Bakı-2009.səh 15
432) Ciftin 2/3 hissəsinin qopması zamanı hansı hal müşahidə olunmur?
A) Uşaqlıq yolundan qan itkisinin həcmi 500ml-dən cox olur

B) Cift arxası hematoma əmələ gəlir,adətən döl tələf olur

C) Uşaqlıq həddən artıq gərgin,palpasiyada ağrılı

D) Ümumi zəiflik,baş gicəllənmə,A/T –in aşağı səviyyəsi

E) Arterial təzyigin kəskin yüksəlməsi
XBT-10 Ciftin 2/3 hissəsinin qopması zamanı arterial təzyigin kəskin yüksəlməsi

mümkün deyil.


Ədəbiyyat: Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol.Bakı-2009.səh 15
433) Hamilə hansı halda tibb müəssisəsinə təxirə salınmadan müraciət etməlidir?
A) Sidik ifrazının azalması (sutka ərzində 400ml-dən az)

B) Qəflətən meydana çıxan ödemlər (üz və oma nahiyəsində)

C) Görmənin pozulması ilə müşayiət olunan baş ağrıları

D) Epiqastral və ya sağ qabırğa altı nahiyədə ağrı

E) Bütün hallarda
Hamilə bütün hallarda- epiqastral və ya sağ qabırğa altı nahiyədə ağrı,sidik ifrazının azalması (sutka ərzində 400ml-dən az), qəflətən meydana çıxan ödemlər (üz və oma nahiyəsində, görmənin pozulması ilə müşayət olunan baş ağrıları zamanı tibb müəssisəsinə təxirə salınmadan müraciət etməlidir
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
434) Hamilə hansı halda tibb müəssisəsinə təxirə salınmadan müraciət etməlidir?
A) Yüksək hərarət və ya üşütmə

B) Qıcolma tutmaları

C) Bütün hallarda

D) Dölün hərəkət aktivliyinin kəskin dəyişməsi

E) Uşaqlıq yolundan qanaxma (qanlı ifrazat)
Hamilə bütün hallarda -uşaqlıq yolundan qanaxma (qanlı ifrazat),yüksək hərarət və ya üşütmə,dölün hərəkət aktivliyinin kəskin dəyişməsi,qıcolma tutmaları zamanı tibb müəssisəsinə təxirə salınmadan müraciət etməlidir
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
435) Hamiləliyin neçənci həftəsinə qədər qarnın palpasiyasını aparmağa və dölün vəziyyətini təyin etməyə ehtiyac yoxdur?
A) 32- ci həftə

B) 28- ci həftə

C) 36-cı həftə

D) 25- ci həftə

E) 30- cu həftə
Hamiləliyin 36-cı həftəsinə qədər qarnın palpasiyasını aparmağa və dölün vəziyyətini təyin etməyə ehtiyac yoxdur.
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə üzrə klinik protokol.Bakı-2009.
436) Hamiləliyin neşənci həftəsindən başlayaraq uşaqlıq dibinin hündürlüyü (sm-lə) hamiləliyin müddətinə uyğun gəlir?
A) 24-cü həftədə

B) 18-ci həftədə

C) 20-ci həftədə

D) 13-cü həftədə

E) 22-ci həftədə
Hamiləliyin 24-cü həftəsindən başlayaraq uşaqlıq dibinin hündürlüyü (sm-lə) hamiləliyin müddətinə uyğun gəlir
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə üzrə klinik protokol.Bakı-2009.
437) Hamilə qadının arterial təzyiqini (A/T) hansı vəziyyətdə ölçmək lazımdır?

1. Oturaq vəziyyətdə

2. Arxası üstə uzanmış

3. Kürəyi ilə yastığa söykənmiş və bir qədər sola meyilli uzanmış

4. Kürəyi ilə yastığa söykənmiş və bir qədər sağa meyilli uzanmış

5. Ayaq üstündə
A) 4,5

B) 1,3


C) 2,4

D) 3,4


E) 2,5
Hamilə qadının arterial təzyiqinin dəqiq ölçülməsi üçün ona oturaq vəziyyət, yaxud kürəyi ilə yastığa söykənmiş və bir qədər sola meyilli uzanmış vəziyyət təklif etmək lazımdır.
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
438) Hansı qadınlarda doğuşdan sonrakı qanaxmanın profilaktikasını aparmaq vacibdir?
A) Bütün doğan qadınlarda

B) Risk faktoru vaxtında aşkar edilmiş qadınlarda

C) Doğuşa qədər anemiyadan müalicə almış qadınlarda

D) Risk qrupuna daxil olan qadınlarda (doğuşun 2-ci dövründə dirsək venasının kateterizasiyası)

E) Risk qrupuna daxil olmayan hamilə qadınlarda
Qadın məsləhətxanasına növbəti gəlişlərin hər birində risk qrupuna daxil olmayan hamilə qadınların ümumi fiziki və psixoloji durumu qiymətləndirilir. Bütün qadınlarda isə doğuşun 3-cü dövrü aktiv aparılmaqla qanaxmanın profilaktikası aparılır.
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
439) Qadın məsləhətxanasına II-ci gəliş zamanı - hamiləliyin18-20 ci həftəsindəhansı müayinə aparılmır?
A) Arterial təzyiqin (A/T), nəbzin təyini

B) Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqramma)

C) Sidiyin ümumi analizi (proteinuriya,bakteriuriya)

D) Uşaqlıq yolu yaxmasının mikroskopik müayinəsi

E) Ultra səs müayinəsi (USM)
Uşaqlıq yolu yaxmasının mikroskopik müayinəsi hamiləliyin 12- ci həftəsinə kimi qadın məsləhətxanasna ilk qeydiyyata götürülən zaman digər müayinələrlə birgə təyin edilir.
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
440) Rezus- mənfi olan hamilə qadınlara antirezus immunoqlobulin neçənci həftədə təyin edilir?
A) 38-40- cı həftədə

B) 26-28ci həftədə

C) 12-ci həftədə

D) 30-32 ci həftədə

E) 18-20ci həftədə
Qadın məsləhətxanasına III gəlişdə- hamiləliyin 26-28 -ci həftəsində antirezus immunoqlobulin rezus- mənfi immunizasiya olmamış hamilə qadına yeridilir .
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009
441) Aşağıdakılardan hansı ekstra genital xəstəlik sayılır?
A) Hipertenziya

B) Sonsuzluq

C) Ana və dölün genetik xəstəliyi

D) Dölün anadangəlmə ürək qüsuru

E) İnkişafdan qalmış hamiləlik
Hipertenziya ekstragenital xəstəlik sayılır
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009
442) Hamiləliyin 40-cı həftəsində yol verilə biləcək çəki artımı neçə kq. olmalıdır (BCİ-bədən çəki indeksinə görə)?
A) 10 kq

B) 9,1 kq

C) 13,6 kq

D) 11,8 kq

E) 8,2 kq
Hamiləliyin 40-cı həftəsində yol verilə biləcək çəki artımı (BCİ-nə görə)13,6 kq olmalıdır.Ancaq yeni protokola əsasən hamiləlik dövründə çəki artımına ciddi diqqət verilmir.
Ədəbiyyat: Respublika Ailə Planlanması Mərkəzi F.Əliyeva.Hamiləliyin təqvimi.Bakı-2004
443) Cift öz hormonal funksiyasını neçənci həftədən azaltmağa başlayır?
A) 30-cu həftədən

B) 34-cü həftədən

C) 28-ci həftədən

D) 32-ci həftədən

E) 36-cı həftədən
Cift öz hormonal funksiyasını 36-cı həftədən azaltmağa başlayır.Bu zaman dölün qida komponentləri və tənəffüsündə həyati vacib funksiyalarında çatışmamazlıq yaranır.Ciftin ''qocalması ''ilə əlaqədar və dölün sıxlaşmış həyat şəraiti ilə əlaqədar stress vəziyyəti yaranır.Buna cavab uşaqlığın yığılması baş verir,o müəyyən ritm alır və müntəzəm doğuş fəaliyyəti inkişaf edir.
Ədəbiyyat: Respublika Ailə Planlanmasi Mərkəzi F.Əliyeva.Hamiləliyin təqvimi.Bakı-2004
444) Döldə hamiləliyin 11-ci həftəsindən doğulana qədər ekzogen infeksiyaların təsiri nəticəsində meydana çıxan funksional dəyişikliklərə nə daxil deyil?
A) Beyin yırtığı

B) Beçəxor

C) Anensefaliya

D) Hidrosefaliya

E) Onurğa yırtığı
Beçəxor-döl yumurtasının xəstəliyi olmaqla xorion xovlarının açıq rəngli maye ilə dolu qovuqcuğa çevrilməsidir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh280.
445) Hidrosefaliya nə deməkdir?
A) Beyin mədəciklərində mayenin həddən artıq toplanması

B) Beyin yarımkürələrinin kəskin inkişafdan qalması

C) Qarnın ön divarında rast gəlinən anadangəlmə qüsurdur

D) Onurğa beyni kanalının bir hissəsinin açıq qalması

E) Cinsiyyət orqanlarının inkişaf qüsurudur
Hidrosefaliya - beyin mədəciklərində mayenin həddən artıq toplanması deməkdir.

Bu zaman dölün beyin-onurğa beyni mayesinin həcmi 2-3 litrə çata bilər, nəticədə dölün başı həddindən artıq böyüyür, kəllə sümükləri nazikləşir, tikişlər aralanır, əmgəklər böyüyür, beyin mayenin təzyiqi nəticəsində atrofiyaya uğrayır.


Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh280.
446) Sümük sistemində təsadüf olunan anadangəlmə inkişaf qüsurlarına nə daxil deyil?
A) Kriptorxizm

B) Ətrafların olmaması (ameliya)

C) Ətrafların hissəvi olmaması (hemimeliya)

D) Barmaqların bitişməsi (sindaktiliya)

E) Pəncənin olmaması (sirena)
Kriptorxizm-yumurtanın xayalığa düşməməsidir. Bu halda yumurta qarın boşluğunda və ya qasıq kanalında olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh282
447) 21.09.10-cu ildə QM-na 30 yaşlı qadın aybaşının olmaması,ümumi zəiflik,37,6 temperatura, sarılıq,sağ qabırğaaltı nahiyədə ağrı və sidiyin tünd rəngdə olması şikayəti ilə müraciət edir.Axırıncı aybaşısı 10.06.10-cu ildə olub. Düzgün bədən qurluşlu, A/T - 120/70 ,nəbz- 70 vurğu , dəri və görünən selikli qişaları sarımtıl, qarnı yumşaq ,sağ qabırğaaltı nahiyyədə ağrılı , qara ciyəri qabırğa qövsündən 4-sm aşağıda əllənir, nəcisi rəngsizdir.,3-cü hamiləlikdir, D-1, A-1.Dax.müayinədə uşaqlıq 11-12 həftəyə uyğun,yumşaqdir Qadın hansı xəstəliklə risk qrupuna daxil edilir?
A) Pielonefrit

B) Hipertoniya

C) Nefropatiya

D) Malyariya

E) Viruslu hepatit
Belə hamiləlik ana və döl üçün təhlukə yaradır.Mütləq hospitalizə olunmalıdır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə