MÜNDƏRİCAT
ÖN SÖZ ........................................................................................... 4
I
BÖLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər ......... 6
II
BÖLÜM. Almaniya ................................................................. 68
III
BÖLÜM. Böyük Britaniya .................................................. 106
IV
BÖLÜM. Fransa ................................................................. 144
V
BÖLÜM. Amerika Birləşmiş Ştatları .................................. 172
VI
BÖLÜM. İtaliya ................................................................... 210
VII
BÖLÜM. İspaniya .............................................................. 230
VIII
BÖLÜM. Avstriya ............................................................ 256
IX
BÖLÜM. Macarıstan......................................................... 272
X
BÖLÜM. Rumıniya ............................................................. 286
XI
BÖLÜM. Kanada ................................................................. 298
XII
BÖLÜM. Argentina............................................................ 308
XIII
BÖLÜM. Braziliya............................................................ 316
XIV
BÖLÜM. Meksika ............................................................ 324
XV
BÖLÜM. İkinci dünya müharibəsi ................................... 334
İstifadə edilmiş mənbə və ədəbiyyat ........................................ 369
I
BÖLÜM
1918-
1939-CÜ İLLƏRDƏ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR
ABŞ prezidenti Vudro Vilsonun “14 maddəsi”
Birinci dünya müharibəsinin sonuna yaxın döyüşən dövlətlər
hərbi əməliyyatları dayandırmaq məqsədilə müxtəlif sülh proqramları
ilə çıxış etdilər. Belə proqramlardan birini 1918-ci il yanvarın 8-də
ABŞ prezidenti Vudro Vilson əsaslandırdı. Senatın müzakirəsinə
verilən və sülhün təməl prinsiplərini özündə əks etdirən, “14 maddə”
adlandırılan bu proqramda beynəlxalq münasibətlərə dair aşağıdakı
məsələlər irəli sürülürdü: sülh müqavilələrinin açıq müzakirəsi.
Bundan sonra heç bir gizli beynəlxalq saziş olmayacaq, diplomatiya
isə həmişə açıq-aydın və hamının gözü qarşısında fəaliyyət
göstərəcəkdir; ərazi suları xaricində həm sülh, həm də müharibə vaxtı
gəmiçiliyin dənizlərdə mütləq sərbəstliyi; mümkün olduğu qədər
bütün iqtisadi maneələrin ləğv edilməsi; dövlət təhlükəsizliyinə
uyğun olaraq silahların mümkün qədər azaldılması üçün ədalətli
zəmanətlərin verilməsi; müstəmləkələr üzərində suverenliklə bağlı
bütün məsələlərin həllində əhalinin maraqlannm hökumətlərin
ədalətli tələblərinə nisbətdə bərabər tutulması prinsipinə əsaslanaraq
müstəmləkə mübahisələrinin sərbəst, səmimi və mütləq bitərəflik
mövqeyindən həlli; bütün rus torpaqlarının azad edilməsi. Rusiya öz
taleyini özü müəyyənləşdirməli, istədiyi idarə formasını seçməli və
Millətlər Cəmiyyətinə qəbul olunmalıdır; Belçika boşaldılmalı və
bərpa edilməlidir; Fransa boşaldılmalı, işğala məruz qalmış ərazilər
bərpa olunmalı, Elzas və Lotaringiya Fransaya verilməlidir; İtaliyanın
sərhədləri dəqiq müəyyənləşdirilən milli əlamətlərə görə
dəyişdirilməlidir; Avstriya-Macarıstan xalqları
inkişaf üçün