1934-
cü il avqustun 2-də 86 yaşlı prezident Hindenburq
vəfat etdi. Bundan sonra bütün hakimiyyəti əlində cəmləşdirən
Hitler
ömürlük fürer (rəhbər) oldu.
Hökumət 1935-ci ildə sosial proqramları genişləndirdi. Məcburi
əmək mükəlləfiyyəti tətbiq etdi. Buna görə yerlərdə əhalinin milli
ruhunu qaldırmaq və işsizliyin səviyyəsini aşağı salmaqdan ötrü 18
yaşdan 25 yaşadək olan qızlar bir il müddətinə kənddə işləməli idi.
Almaniyanın başqa Ölkələrdən gətirilən xammal və əmtəə
asılılığına son qoymaq məqsədi ilə 1934-cü ildə xarici ticarət və
valyuta əməliyyatlarını tənzimləyən sistem tətbiq edildi. Ölkədə
kredit sistemi təkmilləşdirildi.
Milli bank sisteminin sağlamlaşdırılmasma başlandı. Banklar
yəhudi kapitalından təmizləndi. Ölkədəki bankların sayı 1725-dən
477-ə endirildi. 1936-cı ilin yanvar ayında kapitalı 100 min markadan
aşağı olan səhmdar cəmiyyətlər ləğv edildi. 500 min markadan az
kapitalı olanlar səhmdar cəmiyyət yarada bilməzdilər.
1936-ci ildə dördillik plan tətbiq edildi. Həmin ilin avqust
ayında Hitler bu planın məqsədini belə müəyyənləşdirdi: dörd ildən
sonra alman ordusu hərəkətə, alman iqtisadiyyatı isə müharibəyə
hazır olmalıdır. İş günü 12-14 saata qaldırıldı. İqtisadi)^at hərbi relsə
keçirildi. Bütün sənaye, maliyyə, ticarət və nəqliyyat kompaniyaları
birləşdirildi. 1937-ci ilin əvvəllərində artıq ölkədə 300 yeni zavod, 0
cümlədən 70 kimya, 60 aviasiya, 40 avtomobil, 15 gəmi zavodu
tikilmiş, yollar çəkilmiş, hava limanları qurulmuşdu. 1938- ci ildə
Almaniya ümumi iqtisadi potensialı baxımından Avropada ikinci,
dəmir, polad və alüminium əridilməsinə görə isə dünyada birinci yerə
çıxdı.
Nasional-sosialistlərin yaratdığı iqtisadi sistem digər faşist
dövlətlərin iqtisadi sistemindən köklü şəkildə fərqlənirdi.
Almaniyada dövlət istehsalçı və istehlakçı ilə birlikdə bazar
münasibətlərinin bərabərhüquqlu iştirakçısı deyildi. Onlara
qarışmırdı. İqtisadiyyatın dövlət tənzimlənməsi mövcud deyildi.
Dövlət
92
başlanıldı. Avianosların (təyyarə gəmisi, təyyarələrin qalxması və
enməsi üçün geniş meydançası olan hərbi gəmi) gizli şəkildə
tikintisinə Gerinq, hərbi dəniz donanması işlərinə isə Ribbentrop
məsul idi. Versal sülh müqaviləsinin alman hərbi hava qüvvələrinin
yaradılmasını qadağan etməsinə baxmayaraq, hökumət bu sahəyə
çəkilən xərcləri 78 mln. markadan 210 mln. markaya çatdırdı.
Təyyarə və tank istehsalı artdı.
Hərbi xərclər
1933-
1939-cu illərdə 10 dəfə artırıldı. 1933-1937-ci illərdə
silahlanmaya 46 mlrd, marka xərcləndi. Hökumət Versal sülh
müqaviləsinin şərtlərinin əleyhinə gedərək 1935-ci il martın 16-da
ümumi hərbi mükəlləfiyyət keçirdi. 1935-1939-cu illərdə alman
ordusunun sayı 5 mln. nəfərə çatdı. 1938-ci ildə alman ordusu fransız
ordusunun sayını iki dəfə ötüb keçdi. 1935-ci il iyunun 18-də
imzalanan ingilis - alman dəniz sazişinə görə Almaniya İngiltərə ilə
müqayisədə sualtı qayıqlarda bərabərlik olmaqla 35% hərbi dəniz
donanması yarada bilərdi.
Gestapo, SA hücum, SS mühafizə və SD təhlükəsizlik xidməti
dəstələri gücləndirildi. H.HimmIerin başçılıq etdiyi SS Hitlerin
mühafizəsini həyata keçirməklə əslində dövlət daxilində dövlətə
çevrilmişdi. Bu qurumun əsasında 30-cu illərin sonunda İmperiya Baş
Təhlükəsizlik İdarəsi yaradıldıqdan sonra ona R.Heydrix rəhbərlik
etməyə başladı. İdarənin tərkibinə Gestapo, SD təhlükəsizlik xidməti,
xarici kəşfiyyat və b. strukturlar daxil edildi.
Vətəndaşları SS-in nəzarəti altında tərbiyələndirmək məqsədi
ilə əmək mükəlləfiyyəti daşımağı nəzərdə tutan düşərgələr yaradıldı.
Rejimə qarşı müxalifətdə olan alman zadəganları, katoliklər və digər
vətəndaşlar bu düşərgələrə salınırdılar.
SS-də həmçinin demoqrafiya siyasəti də ciddiləşdirildi. SS
əməkdaşlarından övladının olmasını istəyən qızlar üçün 12 xüsusi
doğum evi açıldı.
Beləliklə, 1934-1935-ci illərdə Almaniyada sağ ideoloji
yönümlü totalitar dövlətçiliyin fonnalaşması başa çatdı.
94