##book id=197//book name= Pedaqogika// ##fk=125// ks=01 //fn=197// sumalltest= 299


##num=5// level= 1// sumtest=17 // name= Müasir məktəbin müəllimi//



Yüklə 0,49 Mb.
səhifə5/18
tarix17.11.2018
ölçüsü0,49 Mb.
#81072
1   2   3   4   5   6   7   8   9   ...   18

##num=5// level= 1// sumtest=17 // name= Müasir məktəbin müəllimi//


1. Müəllimin əsas funksiyasına aid deyil

A) Şagirdlərə informasiyalar vermək

B) Şagirdlərlə əməkdaşlıq etmək

C) Təlim prosesini idarə etmək

D) Təhsil sistemini idarə etmək

E) Şagirdlərin hazırlıq səviyyəsini müəyyənləşdirmək

2. Müəllimin aparıcı pedaqoji qabiliyyətlərinə aiddir

1 - Didaktik

2 - Kommunikativ

3 - Təşkilatçılıq

4 - Perseptiv

5 - Suqqestiv

A) 1, 3

B) 1, 2

C) 2, 4

D) 4, 5

E) 3, 5

3. Müəllimin funksiyaları arasındakı məntiqi ardıcıllığı müəyyən edin

1 - Təlim prosesini idarə edir

2 - Şagirdlərin biliyini qiymətləndirir

3 - Şagirdlərin hazırlıq səviyyəsini müəyyən edir

4 - Şagirdlərə informasiya verir

A) 1, 3, 4, 2

B) 4, 3, 2, 1

C) 3, 2, 1, 4

D) 4, 3, 1, 2

E) 2, 1, 3, 4

4. Müəllimin dərsə hazırlaşması formalarının ardıcıllığını müəyyən edin

1 - Ümumi hazırlıq

2 - Cari hazırlıq

3 - Metodiki hazırlıq

A) 1, 3, 2

B) 1, 2, 3

C) 2, 1, 3

D) 3, 2, 1

E) 2, 3, 1

5. Müəllimin işinin xüsusiyyətləri:

1 - şərəfli və nəcib peşədir

2 - ziddiyyətli peşədir

3 - məsuliyyətli peşədir

4 - Asan peşədir

5 - mürəkkəb və yaradıcı peşədir

A) 1, 3, 5

B) 1, 2, 4

C) 2, 3, 4

D) 1, 4, 5

E) 2, 4, 5

6. Müəllimin şagirdlərlə düzgün münasibət yaratması onun hansı qabiliyyətləri sırasına daxildir?

A) kommunikativ

B) təşkilatçiliq

C) tədqiqatçiliq

D) perseptiv

E) elmi - idraki

7. Müəllimin didaktik qabiliyyətinin mahiyyəti

1 - tədris materialını, əyani vəsaitləri və avadanlığı seçmək

2 - şagirdlərlə səmimi münasibətlər yaratmaq

3 - tədris materialını aydın, ifadəli və inandırıcı şəkildə nəql etmək

4 - şagirdlərin idrak fəallığını yüksəltmək

5 - şagird kollektivini təşkil etmək

A) 1, 2, 5

B) 1, 3, 4

C) 2, 3, 5

D) 3, 4, 5

E) 2, 4, 5

8. Şagirdin daxili aləmini görmək, onun emosional vəziyyətini düzgün qiymətləndirmək müəllimin hansı qabiliyyətinə aiddir?

A) Perseptiv

B) Didaktik

C) Suqqestiv

D) Elmi - idraki

E) Təşkilatçılıq

9. Müəllimin pedaqoji taktı nə deməkdir?

A) Şagird şəxsiyyətinə hörmət etmək, onlarla ünsiyyətdə müəyyən hədlərə riayət etmək

B) Şagirdi düzgün başa düşmək

C) Şagirdə tələblər vermək

D) Kollektivdə vəzifələri düzgün bölüşdürmək

E) Sənətinə məhəbbət

10. Müəllimin şagirdlərlə qeyri - verbal ünsiyyətinə daxildir:

1 - mimika

2 - əl - qol hərəkəti

3 - nitq

4 - baxış

5 - nəqletmə

A) 1, 2, 4

B) 2, 3, 5

C) 1, 2, 3

D) 2, 3, 4

E) 3, 4, 5

11. Sinif rəhbərinin tərbiyəvi planının bölmələrinin ardıcıllığını tapın

1 - ümumi məsələlər

2 - tərbiyəvi işlər

3 - Şagird özünüidarə orqanları ilə iş

4 - valideynlərlə, ictimaiyyətlə və əmək kpllektivləri ilə əlbir iş

5 - təlim əməyinin təşkili

A) 1, 5, 2, 3, 4

B) 3, 2, 1, 4, 5

C) 2, 4, 3, 5, 1

D) 5, 2, 1, 3, 4

E) 5, 1, 4, 2, 3

12. Müəllimlik peşəsinə verilən tələblər və onların mahiyyəti arasında uyğunluğu müəyyən edin

1 - Ümumi tələblər

2 - Xüsusi tələblər

3 - Spesifik tələblər

a - Müəllimin bilik və bacarığına verilən tələblər

b - Müəllimin ixtisas və metodik hazırlığına veriən tələblər

c - Müəllimin şəxsiyyətinə verilən tələblər

A) 1 - c; 2 - a; 3 - b

B) 1 - a; 2 - b; 3 - c

C) 1 - b; 2 - a; 3 - c

D) 1 - a; 2 - c; 3 - b

E) 1 - b; 2 - c; 3 - a

13. Müəllimin pedaqoji qabiliyyətləri arasındakı uyğunluğu tapın

1 - Didaktik

2 - Kommunikativ

3 - Təşkilatçılıq

a. Şagirdlər, onların valideynləri və müəllim həmkarları ilə düzgün qarşılıqlı münasibətlər yarada bilmək

b. Tədris materialını aydın, ifadəli, inandırıcı və ardıcıl şəkildə şərh etmək

c. Şagirdləri işə cəlb etmək, onlar arasında düzgün vəzifə bölgüsü aparmaq

A) 1 - c; 2 - a; 3 - b

B) 1 - a; 2 - b; 3 - c

C) 1 - b; 2 - a; 3 - c

D) 1 - a; 2 - c; 3 - a

E) 1 - c; 2 - b; 3 - a

14. Müəllimin pedaqoji qabiliyyətləri arasındakı uyğunluğu tapın

1 - Suqqestiv

2 - Perseptiv

3 - Elmi - idraki

a. Şagirdin daxili aləmini görə bilmək, onun emosianal vəziyyətini düzgün qiymətləndirmək

b. Şagirdlərə emosianal - iradi təsir göstərmək

c. Seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyəti

A) 1 - b; 2 - a; 3 - c

B) 1 - a; 2 - b; 3 - c

C) 1 - c; 2 - a; 3 - b

D) 1 - a; 2 - c; 3 - b

E) 1 - b; 2 - c; 3 - a

15. Müəllimin vəzifələri arasındakı uyğunluğu müəyyən edin

1 - Layihələndirici vəzifə

2 - İnformasiya vermə vəzifəsi

3 - Qiymətləndirmə vəzifəsi

a - gələcək fəaliyyətin modelini qurmaq

b - öz fənnini, onun metodikasını bilmək, şagirdlər üçün başlıca informasiya mənbəyi olmaq

c - şagirdlərin nailiyyətlərini qiymətləndirmək, uğursuzluqlarının səbəblərini aşkar etmək

A) 1 - a; 2 - b; 3 - c

B) 1 - c; 2 - b; 3 - a

C) 1 - b; 2 - c; 3 - a

D) 1 - a; 2 - c; 3 - b

E) 1 - c; 2 - a; 3 - b

16. Müəllimin ünsiyyət üslubları arasındakı uyğunluğu tapın

1 - Avtoritar

2 - Liberal

3 - Demokratik

a - Müəllim yalnız əmrlər, göstərişlər verir, şagirdlər sözsüz tabe olur

b - Müəllim şagirdlərin arzu və istəkləri ilə hesablaşır, onların fikrini, rəyini nəzərə alır, mövqelərinə hörmətlə yanaşır

c - Müəllim dərsini deməklə vəzifələrini bitmiş hesab edir, şagirdlərlə bağlı bütün digər məsələlərə biganədir

A) 1 - a; 2 - c; 3 - b

B) 1 - c; 2 - a; 3 - b

C) 1 - b; 2 - a; 3 - c

D) 1 - c; 2 - b; 3 - a

E) 1 - a; 2 - b; 3 - c

17. Müəllimin dərsə hazırlığının formaları arasındakı uyğunluğu müəyyən edin

1 - Ümumi hazırlıq

2 - Metodiki hazırlıq

3 - Cari hazırlıq

a - Müəllimin müntəzəm olaraq öz elmi - nəzəri, pedaqoji biliyini artırması

b - Müəllimin mövzu üzrə gündəlik dərsə hazırlaşması

c - Müəllimin metodiki ədəbiyyatlarla və qabaqcıl müəllimlərin iş təcrübəsi ilə tanış olması

A) 1 - a; 2 - c; 3 - b

B) 1 - b; 2 - a; 3 - c

C) 1 - c; 2 - b; 3 - a

D) 1 - b; 2 - c; 3 - a

E) 1 - a; 2 - b; 3 - c


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə