Borçalı türkləri ilə gürcü xalqinin ədəbi-mədəni əlaqələri



Yüklə 217,85 Kb.
səhifə2/4
tarix13.11.2017
ölçüsü217,85 Kb.
#10083
1   2   3   4
Gürcüstanın Ahıska türklərinə gəldikdə isə onlar dil, din, milli adət və ən'ənə, təsərrüfat fəaliyyəti, həyat tərzi və s. görə eynilik təşkil etdiklərindən Azərbaycanda olduğu kimi, Ahıskada da şəxsi sənədlərdə (pasport) milliyyəti "türk" yazılırdı. 1920-ci illərdən başlamış bu yerlərdə ibtidai, sonralar isə orta məktəblər fəaliyyət göstərməyə başladı. 1930-cu illərdən sonra isə pedaqoji məktəblər (Doloşda, Adıgündə) fəaliyyətə başladı. 1927-ci ilə qədər ərəb əlifbasından istifadə edilirdi, məktəblərdə dərslər türk və gürcü dillərində keçilirdi. Bu vaxtlar tədris müəs-sisələrində yerli kadrlar çatışmadığından, Borçalıdan Bəşir Əliyev, Rüstəm ağa Şərifov, Azərbaycandan Arif Sadıqov və bir sıra maarifçilər fəaliyyət göstərirdilər.
Borçalının və Tiflisin Azərbaycan teatrı şöbələrindən bu bölgələrdə tez-tez tamaşalar verilirdi. Rayon mərkəzlərində də teatrlar açılmışdı. Qars-Ahıska dialektində "Qızıl rəncbər" (1933), "Adıgün kolxozçusu" (1936) Ahıskada əvvəlcə "Kommunist" (1930), sonra "Qızıl bayraq" (1938), Aspindada əvvəlcə "Bağban" (1933), sonra "Sosializm kəndi" (1940) qəzetləri buraxılırdı. Beləliklə, istər Borçalıda və istərsə də Adıgün-Aspinda-Ahıska bölgələrində türklərin mədəni-sosial səviyyəsinin və siyasi maarifçi baxışlarının zənginləşməsini və inkişafını görən gürcü ideoloqları tez əl-ayağa düşüb, türk məktəblərində gürcü dili və ədəbiyyatının geniş şəkildə təbliğinə başladılar. Bəzən gürcülər müxtəlif fırıldaqlara əl atıb, Ahıska türklərinin ziyalı təbəqələrindən olan Lomikil-Lomidze, Langil-Lonidze, Zelakil - Zeladze kimi şəxsləri gürcüləşdirdilər. Əlbəttə, ahıskalılara göstərilən bu təqib və təzyiqlər nəticəsiz qalmadı. Onlar bütün Gürcüstana pərən-pərən düşdülər, dağılmağa başladılar. Bir qismi Zəlyə, Borçalıya (Marneuliyə), Tiflis və qismən Azərbaycana pənah gətirdi. 1937-ci il repressiyası vaxtında isə onlar kütləvi şəkildə (1941-1943) Qazaxıstan, Orta Asiya respublikalarına və qismən Sibirə sürgün olundular.
Ahıska türklərinin ən qabaqcıl ziyalı təbəqəsi və dahi maarifçi olan Ömər Faiq bu dözülməz, acınacaqlı hadisələrə dözə bilməyib ağır xəstələnir. 1927-ci ildə xəstəliyi ilə əlaqədar o, təqaüdə çıxır, qəzet və jurnallarda tez-tez ictimai-siyasi məzmunlu məqalələr nəşr etdirir. Onun bu fəaliyyətini qəbul etməyən bir sıra mənfur canilər onu ləkələyib, satqın, dövlət çevrilişi ilə əlaqədar olan bir siyasi xadim kimi qələmə verirlər. Ömər Faiq rayon prokuroru Odabaşiyanın göstərişi ilə milis rəisi Vaso İnasaridze tərəfindən həbs edilir.
Cəsarətli fikirlərinə görə Ömər Faiq uzun müddət təqib olunmuş, dəfələrlə tutulub həbs edilmişdir. Lakin heç bir vaxt öz əqidəsindən dönməmişdir.
Gürcüstanın bolşevik işğalından sonra o, yeni yaradılmış Hərbi İnqilab Şurasına üzv seçilir. Hərbi İnqilab Şurasının on üzvündən biri olan Ömər Faiq müsəlman böl-məsinə rəhbərlik edir, dəfələrlə Borçalı-Qarayazı sakinlərinin süfrələrində duz-çörək kəsir, yeri gəldikcə Azərbaycan türklərini öz haqqlarını anlamaqda başa salır.
Gürcüstanda yaşayan türklərə qarşı hökumət dairələri tərəfindən planlı şəkildə yürüdülən siyasət nəticəsində Borçalı mahalında yaşayan türklərin də vəziyyəti pis və acınacaqlı idi. Ömər Faiq qeyd edir ki, bütün Borçalı qəzası bir-birinə zidd iki cəbhəyə bölünmüşdür. Bir tərəfdə azlıq təşkil edən erməni və almanların, gürcü və aysorların, yunan və molokanların müxtəlif təbəqədən olan nümayəndələrindən ibarət başçılar durur, digər tərəfdə isə əhalinin əksəriyyətini (70%) təşkil edən və həmin başçılar tərəfindən idarə olunan çoxminli müsəlmanlar.
Tarixi sənədlər göstərir ki, son 250 ildə əhalinin sayı baxımından Borçalıda üstünlük həmişə Azərbaycan türklərində olub. Müəllifin məlumatına görə, Borçalı üzrə cəmi 3,2 min nəfər gürcü yaşayırdı. Bütün bu faktlara baxmayaraq, həmişə əhalinin böyük əksəriyyətini təşkil edən Borçalı türkləri mədəni-maarif baxımından son dərəcə qeyri-normal səviyyədə olmuşlar. Qəzada və onun bölgələrində bütün rəhbər vəzifələr dininə və dilinə görə müsəlmanlara tamam yad olan, düşmən münasibəti bəsləyən erməni və erməni əhvallı gürcülərin əlində olmuşdur.
Zaqafqaziyanın bütövlükdə Rusiya tərkibinə daxil edilməsi bu əlaqələrin xalqlar arasında iqtisadi, mədəni, ədəbi və pedaqoji əlaqələrin inkişafı baxımından əsas rüşeym olub.
1879-cu ildə Zaqafqaziyada (Qori şəhəri) müəllimlər seminariyasında gürcü erməni şöbələri ilə yanaşı, türk (Azərbaycan) şöbəsi də açılır. Ə.Paşayev qeyd edir ki, 1890-cı ildə çar hökumətinin maarif orqanları Zaqafqaziya müəllimlər seminariyasında gürcü, erməni, Azərbaycan ibtidai məktəblərində ana dilinin tədrisini plandan çıxarmaq üçün tədbirlər gərməyə başlayarkən, görkəmli gürcü tədqiqatçısı Y.S.Qoqebaşvili özünün çoxsaylı məqalələrində xalq məktəbinin Qafqaz uşaqları üçün işıq mənbəyi olduğunu təsdiq edib, uşaqların ibtidai təhsili öz ana dillərində almalarını zəruri hesab etmiş və yazmışdır: "Qafqaz dilləri rus mədəniyyətini və rus dilini yaymaq işində ancaq xeyir verə bilər, ana dili və onun qrammatikası bu vacib vəzifəni həll etmək üçün ən əlverişli vasitədir".
Keçən əsrin ortalarından XX əsrin 30-cu illərinə kimi Qafqazın demək olar ki, bütün əsas ticarət, mədəniyyət, incəsənət, maarif və s. mərkəzləri əsasən Tiflis şəhərində cəmləşmiş və bu şəhərdən idarə olunurdu. Bir sözlə, hər üç qonşu dövlətin görkəmli qabaqcıl ziyalıları bu şəhərlə sıx əlaqə yaradırdılar. Bu baxımdan Qafqazda maarifin inkişafında bu şəhərin rolu çox böyük olmuşdur. Ziyalılarımızdan biri olan Məhəmməd ağa Şahtaxtinski XX əsrin lap əvvəllərində öz doğma Şahtaxtı (Naxçıvan) kəndindən Tiflisə köçmüş, Çitaxov karvansarasında türk mətbəəsi açdırmışdır. Bu, Azərbaycanın milli mətbuat tarixində əsrimizin ilk qəzeti kimi məşhur olan "Şərqi-Rue" qəzeti olmuşdur. Elə həmin ildən qəzetin inkişafında C.Məmmədquluzadə, Ömər Faiq, Ü.Hacıbəyov, R.İsmayılov və başqalarının əməyi hədsiz olmuşdur. Bu qəzetin fəaliyyəti Gürcüstanda (Batzi) "Yeni Həyat", "İştirak" qəzetləri, "Dan ulduzu", "Qızıl şəfəq" kimi jurnalların çıxmasına təkan verdi.
1930-cu illərdə Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan bölməsi yaradılır. Bölmənin 20-dən çox üzvü olur. Respublikada müxtədif kitab və materaallar nəşr olunur. Bu illərdə Tiflisdə şair və yazıçıların yaradıcılığını yığcam şəkildə əks etdirən "Qığılcım" ədəbi almanaxı buraxılır. A.Talıblının redaktorluğu ilə çıxan bu ədəbi almanaxın vasitəsilə Tiflis ədəbi mühiti tez bir zamanda geniş vüsət alaraq nəinki Gürcüstanda və Qafqazda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda belə məşhurlaşır.
"Azərbaycan dilində ilk operetta" adlı məşalədə "Saxalxo" qəzeti (1911, 301) yazırdı ki, qonşu Azərbaycan xalqının mədəniyyət yolunda atdığı bir addımı da sevinclə qeyd etməliyik. Həmin günlərdə Tiflisdə "O olmasın bu olsun" adlı ilk Azərbaycan operettası tamaşaya qoyulmuşdu. 1916-cı ildə isə Ü.Hacıbəyovun "Arşın mal alan" operettası gürcü dilinə tərcümə olunmuş və aprelin 11-də tamaşaya qoyulmuşdur. Oynanıldığı ilk gündən operetta böyük muvəffəqiyyət qazanıb bir ayda 20 dəfə (11.04.-27.05.1916)-dən artıq göstərilmişdir.
Dövrünün böyük ictimai xadimi, yazıçı-publisist İ.İmedaşvilinin redaktorluğu altında çıxan "Teatri da sxovreba" ("Teatr və həyat") jurnalında (1916, 35) "Arşın mal alan" və onun müəllifi haqqında böyük məqalə dərç edilmişdir.
İki dost-qardaş və qonşu xalqın ədəbi-mədəni əlaqələr baxımından bəzi əsərlərin səhnəyə qoyulması və onlara verilən qiymət haqqında nümunələri qısaca olaraq sadaladıq. Məlumat üçün qeyd etməliyik ki, adlarını çəkdiyimiz pyeslərdən başqa Ə.Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar", H.Cavidin "Şeyx Sənan" pyesləri də Tiflisdə oynanılmış və haqqında mətbuatda qiymətli yazılar dərc edilmişdir.
Gürcü mətbuatında Azərbaycan mədəniyyəti, teatrı və ədəbiyyatına dair material və məqalələr dərc edildiyi kimi, Azərbaycan mətbuatı səhifələrində də ziyalılarımızın qabaqcıl nümayəndələrinin, ictimai xadim və yazıçılarımızın dost gürcü xalqının ədəbi-mədəni həyatı və nailiyyətləri haqqında materiallara rast gəlirik. Ədəbiyyatşünas Abdulla Tofiq Surun gürcü ədəbiyyatına aid bir sıra tədqiqatları bu cəhətdən diqqətəlayiqdir. Onun 1905-ci ildə "həyat" qəzetində (72, 73, 77) dərc etdirdiyi "Qafqaziyada qonşularımızdan gürcülərin maarif və ədəbiyyatına bir nəzər" adlı məqaləsi çox məşhurdur. Məqalədə dahi gürcü şairi Şota Rustaveli və İlya Çavçavadzenin gürcü ədəbiyyatında tutduqları mövqe düzgün müəyyənləşdirilmişdir. Sonradan bu barədə S.Vurğun, S.Rüstəm, N.Kəsənzadə və başqaları çıxış edib, gözəl ənənəni daha da zənginləşdirmişlər.
A.T.Sur Azərbaycan oxucularını gürcü ədəbiyyatının nümunələri ilə tanış etməyin əhəmiyyətindən danışaraq yazır: "Biz xalqımızı gürcülərin ədəbiyyatı ilə aşina et-məkdən başqa, münasib əsərlərini də türkcəmizə tərcümə etməliyik". A.T.Sur yeri gəldikdə Azərbaycan yazıçıları ilə gürcü söz ustalarının yaradıcılığındakı yaxınlıqdan, əlaqədən də danışmışdır. Gürcü ədəbiyyatında ilk dram əsəri yazan Q.Eristavini M.F.Axundovla yanaşı tutmuş, onu "gürcülərin Mirzə Fətəli Axundovu" adlandırmışdır.
Gürcü və Azərbaycan xalqlarının dostluğuna, ədəbi əlaqələrinə aid məqalələr içərisində məşhur ədəbiyyatşünasımız F.Köçərlinin yazıları mühüm əhəmiyyət kəsb edir. F.Köçərli 1906-çı ildə "İrşad" qəzetində dərc etdirdiyi "Qarabağda Cavanşir aləminin əhval və övzasına dair" məqaləsində gürcü xalqını dərin ehtiram və məhəbbətlə səciyyələndirir: "Nə qədər ki, Gürcüstanın ab-havası xoşdur, bir o qədər də gürcülərin özü gözəl tayfadır. Qəribnəvaz, sadədil, eyş-işrət sevən, açıqüzlü, şirin sözlü, halal, kin və küdurətsiz, nəcib bir millətdir".
XX əsr gürcü yazıçılarının Azərbaycan xalqına münasibəti də maraqlıdır. Onlar Azərbaycan xalqının Həyatı ilə maraqlanmış, öz əsərlərində buna ayrıca yer vermişlər. Ş.Araqvispireli, Ə.Cavaxişvili kimi yazıçılar Azərbaycan və gürcü xalqlarının dostluğuna bir sıra əsərlər həsr etmişlər.
Yeri gəlmişkən deyək ki, azad sevgi mövzusu o zaman Zaqafqaziya xalqlarının qabaqcıl nümayəndələrini çox düşündürürdü. Təsadüfi deyil ki, şifahi ədəbiyyatımızda da bu sahədə diqqətəlayiq ənənələrimiz var. Xalq arasında şöhrət qazanmış "Əsli və Kərəm", "Aşıq Məmməd və gürcü qızı" kimi folklor nümunələrini xatırlamaq olar.
XX əsr Azərbaycan-gürcü ədəbi əlaqələri tarixində görkəmli yazıçı, əslən Borçalıdan olan Mixail Cavaxişvilinin də yaradıcılığı şərəfli yer tutur. "Günahsız Abdulla", "Ləmbəli və Qoşa" kimi duzlu hekayələrlə yanaşı, "Marabdali Arsen" kimi böyük ictimai-tarixi mündəricəli roman da onun qələmindən çıxmışdır. Qeyd etməliyik ki, M.Cavaxişvili ilə birlikdə Borçalıdan bir sıra maarifpərvər və ictimai xadim çiyin-çiyinə yazıb-yaratmış və o dövr üçün hər iki xalqın dostluğu, qohumluğu və bir yerdə olması baxımından böyük səy göstərmişlər. M.Cavaxişvilinin böyüklüyü, səmimiliyi onun yaratmış olduğu Məşədi Həsən, Abdulla, Dəli Həsən surətlərində daha qabarıq hiss olunur. Yazıçı Borçalı və digər bölgələrdə kök salmış Azərbaycan türklərinin yaşayış, adət-ənənələrindən, toy-yas mərasimlərindən bəhs etmişdir. O, Azərbaycan xalqının (Borçalı timsalında) gözəl sifətlərini özündə təcəssüm
Borçalı və digər yaşayiş məntəqələrinin etimologiyasina dair yazili və şifahi söyləmələr

Borçalı - əhali yaşayan bir coğrafi ərazi kimi əsasən 60-a yaxın türk qövmünün cəmləşdiyi, daimi məskunlaşdığı məmləkətdir. Bu məmləkətə əsasən Borçalının eyni adlı nümayəndəliyi, Çoruk Qəmərli (Bolus, Bolnisi) nümayəndəliyinin dağətəyi, çay vadiləri və düzən əraziləri, Ağbulaq nahiyəsinin düzən Təvədöy (Xram) sahilinin aşağı axarı, Pənbək çayının düzən əraziləri və Loru dərəsinin daxil olduğu sahələr aiddir.


Sonralar bu türk tayfaları öz yaşadıqları və məskunlaşdıqları əraziləri genişləndirərək, dağlıq sahələri də mənimsəyib, pərakəndə yaşayış tərzinə nail olmuşlar. Təxminən X əsrdən başlayaraq, Borçalı ərazisi müxtəlif ədəbiyyatlarda təhrif olunmuş formada olsa da (əsasən XVIII - XIX əsrlərdə) bir sıra mənbələrin verdiyi mə'lumata görə, Borçalı üç vahid ərazi bölgəsinə ayrılmışdır. Bunlar: dağ, bağ və aran Borçalısıdır!
Bizə məlum olan tarixi məlumatlara (üç min illik tarix) görə, burada yurd-yuva salıb, məskunlaşan bu türk qövmləri əraziyə öz soy adlarını verərək, iki tayfa adını birləşdirib yaşatmışdır.
Borçalı coğrafi ərazi baxımından Boş çala, Boş yer, sahibsiz və baxımsız sahə mənasında səsləndirilmişdir. Elə buna görə də Borçalı yazılış etibarilə Boş-çala, Boş-çuxur, dörd tərəfi dağlar və təpəliklərlə əhatə olunub mərkəzi hissəsi çala-çuxur, boşluq mənasını daşımışdır. Borçalı əgər bu mənanı daşımasaydı, onda onun tərkibinə bütün iqtisadi, coğrafi ərazi, milli təsərrüfat forması və nəhayət soy kökü və soy adı baxımından tam üst-üstə düşən Qarayazı (Qardabani) nahiyəsi də buraya daxil edilərdi.
Artıq məlumdur ki, Borçalı mahalı ilə Yanaşı, yəni bu adla bağlı eyni mənanı və adı daşıyan: nümayəndəlik, çay, göl və düzənlik vardır. Bunların hamısı türk tayfalarının adı ilə bağlı olmuşdur. Ona görə də Qarayazı ərazisində olan "Ağ təhlə", "Qara təhlə" kənd adları türk mənşəli olduğunu göstərir. Kür çayının şərq istiqamətdə axması da Qarayazının Borçalı buğumlarından ayrı, "tək"-"tənha" düşməsinə gətirib çıxarmışdır. Elə bu qədim (Ağ və Qara) Təhlə yaşayış yerləri "təklə", "tənha", "tək" söz birləşmələri Ağqoyunlular, Qaraqoyunlular tayfaları ilə birləşib, indiki kimi səslənən Ağ təhlə və Qara təhlə adlarını daşıyır. Bütün bu adlar türk və İrandilli xalqların yayılması ilə əlaqədar əmələ gəlmişdir. Etnotoponimiyada öz əksini tapmış türk tayfalarının mənşəyi, demək olar ki, öyrənilməmişdir. Onların böyük əksəriyyəti müxtəlif türk qövmlərinin adlarını əks etdirir. Qazançı, Çaxırlı, Ulaşlı, Quşçu, Qoçulu, Kənkərli, Avaran, Qıpçaq və s. misal köstərmək olar.
Azərbaycanın etnotoponimiyasında oğuz tayfaları (Əfşar, Bayat, Bayandur və b.), monqolların Qafqaza yürüşündə iştirak etmiş türk mənşəli tayfalar, habelə XII-XIII əsrlərdə Ön Asiyada yenidən baş vermiş qruplaşma və assimilyasiya nəticəsində yaranmış bəzi tayfalar (maraşlı, qaramanlı və b.) mühüm yer tutur.
Qırıxlı monqol istilası dövründə Azərbaycana gəlmiş türkmən-əfşar tayfalarındandır. Azərbaycanın bir sıra rayonlarındakı (Goranboy, Tovuz, Qazax, Ağstafa), Kürcüstanın (Marneuli, Bolnis, Dmanis) Qırıxlı kənd adları yuxarıda göstərilən tayfanın adı ilə bağlıdır.
Qarapapaq Azərbaycanın (Qazax, Ucar rayonunda), Borçalının Bolnis (Arıxlı, Kəpənəkçi, Faxralı, Qoçulu və s.), Marneulinin isə (Muğanlı, Sarvan, Kürdlər, Korarxı, qismən Araplı, Təkəli, Qaçağan və s.) rayonlarında türk qövmlərinin birinin adıdır. Qədim türk yazılı abidələrində Qarabörk və Qarapapaq tayfa adlarına da rast gəlinir, əsasən Borçalı ərazisində.
Gürcüstanın Kaxet hissəsində salınmış Sığnax məntəqəsi Qazaxıstanda olan "Sınnak" çölünün (qədimdə qıpçaqların Dəşti-qıpçaq çölündə mərkəzi şəhər "Suqnak" adlanmışdır) adı kimi qədim türklərin etnonimidir. Görünür, qıpçaqlar bu adı Azərbaycan və Gürçüstana da gətirmişlər.
"Qabır", "Qabırrı", "Kabarlı", "Kəbirli"-"Qabır" və ya "Kəbir" eyni mənşəli addan irəli gəlmişdir. Araşdırmalar göstərmişdir ki, "Kabar", "Kəbər", "Kəbir", "Qabır"-sonradan -li, -lu, -lı şəkilçilərini özündə birləşdirib müasir dövrdə səslənən və fəaliyyət göstərən Borçalının ən qədim nəsillərindən olan: Qabırrı, Qabullu etnonimini götürmüşdür ki, bu da qədim xəzərilərin bir türk qövmünün adını daşıyır. Borçalının Sarvan (Marneuli) məntəqəsində bu nəsil qədim olub, Qavıllı kimi tələffüz olunur. Borçalı sözünə gəldikdə isə bu toponimin səslənməsində şübhəsiz, qədim borcoğlular tayfasının da təsiri az olmayıb (Abbas Abdulla).
Qocaman pedaqoq Adil Kərəkməzlinin fikrincə isə Borçalı iki sözün birləşməsindən- "Borc" və "al" yaranmışdır. Onun söyləməsinə-etimologiyasına görə, guya eramızdan xeyli əvvəl türklər bu çala-çuxur yerləri borc, müvəqqəti götürüb, yəni "al"mışlar. (Sonradan əraziyə tam uyğunlaşandan sonra buradan əl çəkməmişlər). Burada "al" sözü almaq, götürmək mənasında səslənmiş və "Borc-al" söz birləşməsini yaratmışdır. Daha sonra bu söz birləşməsinin axırına "ı" şəkilçisi əlavə olunaraq əvvəlcə "alı", tam birləşdikdən sonra isə Borçalı kimi birləşib səslənmişdir. Bir qrup ziyalı, Borçalı ağsaqqallarının bizə verdikləri ifadəyə görə, Borçalı: Boş çala-çuxur mənasını daşıyıb, sonradan isə bəzi hərflərin ixtisar və təhrifi nəticəsində, yerli türklərin danışıq leksikonuna görə, qısa formada Boşşalı kimi tələffüz olunmuşdur.
Digər bir tədqiqatçı (Rəşid Təhməzoğlu) Borçalının etimologiyasının izahını belə verir:
- "Borçalı" toponimi barədə müxtəlif fikirlər mövçuddur. Bu da həmin söz birləşməsini yaradan komponentlərin doğru-düzgün müəyyənləşdirilməsindən irəli gəlir. Bə'ziləri onu qədim türk dillərində qurd mənasında işlənən "börə" kökü ilə bağlayırlar. Buradan da toponimin "Börəçala", yəni "Qurd çalası" (çökəyi) olduğu qənaətinə gəlirlər. Ancaq göründüyü kimi, "Qurd çalası", yaxud "çökəyi" söz birləşməsinin özü də qeyri-müəyyəndir.
Bəziləri də onu "Boşçala" - deyə təqdim edir və bu nəticəyə gəlirlər ki, burada ən qədim dövrlərdə insan yaşayışı olmamışdır. Lakin sonralar bu boş çala ərazilərdə türk tayfalarının məskunlaşdığını göstərən izlər indiyədək qalmaqdadır. Buna görə də "Boşçala" adı meydana gəlmişdir. Sonralar isə leksik dəyişmələr nətiçəsində müasir "Borçalı" şəklinə düşüb.
Mənim bu toponimin etimologiyasına dair fikrim tamamilə başqadır. Yəni bu adın coğrafi şəraitə uyğun yaranmış olduğu qənaətindəyəm. Belə ki, bu ərazi dağ ətəyində yerləşdiyi və təpəlik olduğu üçün birinci komponent "bor" deyil, "bur" şəklində qəbul edilməlidir. Bu da müasir udin (uti) dilində "dağlıq", "təpəlik", "dik" mənalarının daşıyıcısı kimi işlənir. Bir neçə toponimə diqqət yetirək:
"Burudəyə" (dağ dəyəsi), Bürünlü, Burunlu (Dağlıq), Buruç (Təpə başı) Qabırrı, Qaburlu (Dağ məskəni) və s. Axı "burun" (tənəffüs orqanı) sözünün açımında da bir "çıxıntı", yaxud "dik yer" mənaları yaşamaqdadır. "Kitabi-Dədə Qorqud" dastanındakı "Baybura" (Dağbəyi) "Burlaxatun" (Dağlı xanım) şəxs adları da bu qəbildəndir.
Toponimin ikinçi komponenti "çala" tarixi mənbələrdə "çola" formasında işlənib. Güman ki, bu da "çöl" sözünün fonetik variantıdır. İndi də bəzi bölgələrdə çökək yerə çala deyirlər.
Beləliklə aydın olur ki, "Borçalı" toponimi əsas iki kökdən, bir şəkilçidən ibarətdir. Başqa sözlə, "Bur" (dağ, təpə) va çala (çökək) kökləri bu toponimin yaranmasında fəal iştirak edib. "I" sonluğu isə gürcü dilinin və kirill əlifbasının təsiri llə meydana çıxıb. Türk mənşəli köklərə "i", yaxud "ı" şəkilçilərinin artırılması gürçü dilinə xas olan bir xüsusiyyətdir.
Deməli, "Borçalı" toponimi "Burçala" şəklində oxunmalıdır ki, bu da "Daq çalası", yaxud "çökəyi" deməkdir.
Digər tədqiqatçıların fikrincə isə Borçalı toponimi belə yaranmışdır: Dilçi-ədəbiyyatşünas, professor Mədəd Çobanov Borçalı etimologiyasının aşağıdakı söz birləşmələrindən irəli gəldiyini vurğulayır:
Bu sualın çavabını, əlbəttə, Borçalı sözünün özündə, ifadə etdiyi mə'nada axtarmaq lazımdır.
Toponimik mülahizələrdən məlumdur ki, bu və ya digər toponimin yaranmasıida və tarixən yaşamasında ilk növbədə həmin regionda yaşayan qəbilə, tayfa və xalqın varlığı, həmçinin həmin yerin təbii görünüşü və relyefi özünü əks etdirir. Borçalı toponiminin yaranmasında da bu xüsusiyyətlər öz əksini tapmışdır.
M.Çobanovun rəyincə, toponimik ədəbiyyatda ya bilavasitə, ya da ötəri şəkildə Borçalı sözünün etimologİyası ilə bağlı bir-birinə zidd bir neçə fikir mövcuddur (Bu fikrin tərəfdarları həddindən artıq çoxdur). Müəllifin fikrincə, bir sıra araşdırıcılar Borçalı toponimini "Boşçala" (boş-çala, çuxur, çökəklik), "Borçalı" (borc alan və ya verən, Alı), "Boşqalı" (boş, kimsəsiz, sahibsiz qalmış çöl, yer), "Borçalı" (cavan üzüm çalası, şərab çalası), "Bozçala" (boz yer) və s. kimi şərh etmişlər. Bundan başqa, A. Bakıxanov "Gülüstani-İrəm" əsərində Borçalı toponimini Bozçala, M.Kaşqarlı isə Bor çala kimi açıqlamışdır.
F.Kırzıoğlu "Dədə Qorqud oğuznamələri" adlı əsərində isə ("Sabah" qəzeti, ¹ 1, 1991) V.Toğan və başqalarının istinad etdiyi mənbələrə əsaslanaraq, borçalıların Sabirlər tayfasına qonşu olan "borusklar"ın-bulqarların digər bir qolu olan Boroç-Boroçoğlu tayfası ilə əlaqədar olduğunu və onların Kür çayının orta axarının sağ sahilində əski Qoqaren ölkəsinin doğu (şərq) hissəsində "borçalılar" adı ilə yaşadıqlarını qeyd edir. Dil səviyyəsi baxımından bu mülahizə də inandırıçı deyil. Çünki Boroçoğlu və Borçalı sözləri arasında tam yaxınlıq əlaməti yoxdur. Çünki Boroçoğlu və Borçalı sözləri arasında tam yaxınlıq əlaməti yoxdur. Deməli Borçalı toponiminin Boroçoğlu etnonimi əsasında düzəlməsi haqqında olan mülahizəni də dil faktları təsdiq etmir.
Hər iki müəllifin vurğuladığına görə, (M.Mədədoğlu və M.Çobanov) Borçalı toponiminin etimologiyası da qədim türkdilli tayfanın adı və yerin relyefi ilə bağlıdır.
Borçalı toponimi "bor" (bori) və "çalı" (çöl) sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Bizim tədqiqatlarımız və ümumiləşdirmələrimiz nəticəsində müəyyən edilmişdir ki, Borçalı sözü və bu sözün toponimik mənası etibarilə iki türk mənşəli sözlərin (tayfa və ərazi görünüşü), (relyef baxımından) üst-üstə düşməsi nəticəsində yaranmış olan real anlayışdan doğur. Yə'ni onlarla türk və türkmənşəli tayfaların (əsasən bori, borç və burç tayfaları) bu ərazilərə gəlib məskunlaşması və burada öz ulu əçdadlarının irsi xasiyyət əlamətlərini tam araşdırması və inkişaf etdirməsi yönümündən irəli gəlmişdir. Borçalı sözünün məna və etimologiyası haqqında indiyəcən alim və mütəxəssislərin, tədqiqatçılar və öndər ağsaqqalların yürütdükləri fikirlər də müəyyən ziddiyyətli məqamların olması ilə göz qabağındadır. Onların mülahizələrindəki mübahisəli məqamlar düşünməyə məçbur edir. Şübhəsiz, ayrıca qeyd olunan müəllifin (R.Təhməzoğlu, M.Sadıqov və M.Çobanovun) Borçalı sözünün etomologiyası haqqındakı elmi fikirləri məna etibarilə eynilik təşkil edərək üst-üstə düşür. Yəni Borçalı sözü-tayfa və coğrafi ərazi quruluşu baxımından irəli gəlib.
Borçalı və qonşu bölgələrdəki türklərin tarixi

Qədim Azərbaycan torpaqlarının ayrılmaz hissəsi olan Borçalı və onun daimi sakinləri-yerli türklər, onların tarixi keçmişi haqqında elmə məlum olmayan bəzi anlaşılmazlıqlar mövçuddur.


Son illərdə aparılan araşdırmalar nəticəsində tamamilə yeni, əsl həqiqəti əks etdirən konsepsiya yaranmışdır. Bu konsepsiyanın əsasını Azərbaycanın şimal-qərb regionlarında yeni eradan əvvəlki minilliklərdə türk mənşəli etnosların yaşaması faktı təşkil edir. Daha doğrusu, ərazilərdə müxtəlif dövrlərdə gəlmə türk tayfaları ilə yerli türklər arasında konsolidasiya, qaynayıb-qarışma prosesi baş vermişdir. Bunun nəticəsi olaraq təkcə Borçalı qəzasında təxminən 60-a yaxın türk mənşəli tayfanın izləri indi də qalmaqdadır.
Azərbaycanlıların qədim türk mənşəli olması haqqında tarixdə çox mülahizələr deyilib yazılmışdır. Ona görə də elə zəmanəmizdə də azərbaycanlıların etaosu, onların qədimliyi, hansı qollardan və tayfalardan yaranıb formalaşması elm aləmində tarixi, bəzən də qeyri - məntiqə dolaşıqlığa səbəb olur.
Son illərin araşdırmaları sübuta yetirir ki, doğrudan da, azərbaycanlıların ulu əcdadları sırasına atropatenləri və albanları da daxil etmək olar. Həmin ulu qədimlik eramızdan çox-çox əvvəllərə III minilliyə aparıb çıxarır və bu barədə aşağıda ətraflı söhbət açacağıq. Bilavasitə əcdadlarımız olan atropatenlərin və albanların türk mənşəli olmalarını ilk dəfə sübuta yetirən türk mənbələri və Q. Qeybullayevin araşdırmaları olmuşdur. Əsaslı mülahizələr və araşdırmalar nəticəsində məlum olmuşdur ki, Azərbaycandan aralı düşən, lakin onunla soyqardaş münasibəti yaradan Borçalı və onun ətraf məntəqələrində məskunlaşan əhalinin taleyi həmişə Azərbaycan xalqı ilə bağlı olmuş, tarixi keçmişi və milli mənsubiyyət baxımından onunla həmahəng formalaşmışdır.
Borçalı haqqında antik ədəbiyyatlarda az da olsa müəyyən materiallara rast gəlmək mümkündür. Lakin ən geniş məlumatlar qədim türk, ərəb, fars, yunan və alman mənbələrindədir. Bununla yanaşı, qədim gürcü mənbələrində də müvafiq məlumatlar vardır.
Ən qədim gürcü mənbələrində Movakan (indiki Balakən-Saqareco əraziləri) adlanmış regionda əsasən din xadimləri Mannada, Midiyada, sonra da Əhəmənilər dövlətinin tərkibindəki maqlardan olmuşlar.
Mannalıların türkdilli olması haqqında gətirdiyimiz dəlillər kutilərin və lulubilərin Altay - Türk mənşəli olması ehtimalını təsdiqləyir.
Eramızdan əvvəl VII əsrin əvvəllərində antik müəlliflərin əsərlərində göstərilir ki, "skif" adlanan böyük bir tayfa Şərqdən- Orta Asiya tərəfdən Qara dənizin şimal hissəsinin sahillərində yaşayan və "kimer" adlanan tayfanın üstünə yeriyərək ərazisini zəbt edir. Bu "skif"lərin təzyiqi altında "kimmer"lər, onların ardınca həmin "skiflər" cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə (əsasən Qazax-Borçalı-Cəlaloğlu istiqamətində) hücum etmişlər.

Yüklə 217,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə