Bosniya və Herseqovinada qəbul olunmuş “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi və dəstəklənməsi üzrə” Qətnamə



Yüklə 8,05 Kb.

tarix17.04.2018
ölçüsü8,05 Kb.

background image
Qeyri-rəsmi tərcümə  

 

Bosniya və Herseqovinada qəbul olunmuş  

“Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət 

edilməsi və dəstəklənməsi üzrə” Qətnamə 

 

Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsipləri, beynəlxalq hüququn 

norma və prinsipləri ilə istiqamətlənərək, Nümayəndələr Palatasının millət 

vəkilləri: 

-

 

Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə 



tanınmış ərazi bütövlüyünə hörmət və dəstək göstərdiyini təsdiqləyir; 

-

 



Beynəlxalq təşkilatların bütün tövsiyə, qətnamə və bəyanatlarını, xüsusən 

də BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 

münaqişəsi ilə bağlı və Ermənistan silahlı qüvvələrinin Azərbaycan 

Respublikasının işğal edilmiş ərazilərindən dərhal, tam şəkildə və heç bir 

qeyd-şərt olmadan çıxarılmasını tələb edən dörd qətnaməsini (822, 853, 

874 və 884 saylı) icra etməyə çağırır; 

-

 

Millətçi və etnik motivlərdə, xüsusən də Ermənistan-Azərbaycan Dağlıq 



Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində mülki əhalinin kütləvi 

şəkildə qətlə yetirilməsini, insanlığa qarşı cinayət və millətlərin dinc 

şəkildə birgə yaşayışına təhdid kimi pisləyir və faciəvi münaqişənin 

qurbanlarının və onları ailə üzvlərinin kədərlərinə şərik çıxır; 

-

 

Regional təhdidlərin aradan qaldırılması və beynəlxalq sabitlik üçün zəmin 



yaratmaq məqsədilə öz əraziləri üzərində suverenliyin bərpası uğrunda 

Azərbaycan Respublikasının səylərini alqışlayır;       

-

 

ATƏT-in Minsk Qrupu çərçivəsində regionda davamlı sülh və sabitliyin 



əldə edilməsi üçün sülh prosesinin sürətləndirilməsinin zəruriliyini qeyd 

edir; 


-

 

Hökumət və qeyri-hökumət sektorları vasitəsilə yuxarıda qeyd olunan 



münaqişənin sülh yolu ilə həllinə nail olmağa töhfə verən səyləri 

dəstəkləyir və qanunun aliliyi, demokratiya, insan hüquqları və əsas 

azadlıqların universal sisteminə tam dəstəyini ifadə edir.    

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə