Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Dobrinya çayı üzərində «Dostluq Körpüsü»nün tikintisi məqsədi ilə maliyyə vəsaitinin ayrılması barədə



Yüklə 6,84 Kb.
tarix17.09.2017
ölçüsü6,84 Kb.
#436

Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Dobrinya çayı üzərində «Dostluq Körpüsü»nün tikintisi məqsədi ilə maliyyə vəsaitinin ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

415s



 

Bakı şəhəri, 19 dekabr 2011-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları»nın 4-cü hissəsinə əsasən:



1.        Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Dobrinya çayı üzərində «Dostluq Körpüsü»nün tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 408.564 (dörd yüz səkkiz min beş yüz altmış dörd) avro məbləğində vəsaitin manat ekvivalenti ayrılsın.

2.        Bu sərəncamın 1-ci hissəsində göstərilən tikinti işlərinin yerinə yetirilməsinə təxirəsalınmadan başlanmasının və qısa müddət ərzində başa çatdırılmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına icazə verilsin.

3.        Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.



 

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ
Yüklə 6,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə