Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə1/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
  1   2   3   4   5   6   7   8   9   ...   40



Böyük Azərbaycan yolçusu 
 
 

 
 
 
 
 
 
 
 
 
 
BÞYÖK AZßRBAYCAN 
YOL×USU 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı - 2014 
Böyük Azərbaycan yolçusu 
 
 
2
 
 
Tərtibçi:           Fərzuq Seyidbəyli 
Redaktorlar:     Məmməd  Tahir 
                         Etibar Qərib 
 
 
 
 
 
Böyük Azərbaycan yolçusu.   
Bakı, “Elm və təhsil”, 2014, 176 səh. 
 
Kitab Milli Azadlıq  Hərəkatının fəallarından, Naxçıvanda Xalq 
Hərəkatına rəhbərlik edənlərdən və AXC Naxçıvan təşklatının 
qurucularından biri Bünyamin Qəmbərlinin 50-ci doğum gününə  həsr 
olunub. Kitabdakı yazılar müxtəlif şəxslərə aid olmasına baxmayaraq, Milli 
Azadlıq Hərəkatı ilə bağlı tarixi faktlarla zəngindir. Bu dövrü öyrənən və 
araşdıranlar üçün qaynaq ola bilər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə 
tutulub. 
 
 
ISBN  978-9952-8176-6-9 
 
                       © «Åëì âÿ òÿùñèë», 2014 


Böyük Azərbaycan yolçusu 
 
 

 
 
 
ÖN SÖZ 
 
 
         Belə bir məsəl var, deyirlər “hər şeyin təzəsi, dostun köh-
nəsi”. Həqiqətən də belədir. Çünki dostun köhnəsi dostluğunu 
sübut edib, sınaqlardan çıxıb ki, dost adını qazanıb. Və bu 
dostların hesabınadır ki, bu kitab ərsəyə  gəlib. 50-ci doğum 
günü qeyd olunan Bünyamin bəy, təkidlə xahiş etdi ki, bu 
kitabın hazırlanmasında və  ərsəyə  gəlməsində  əməyi olan hər 
kəsə, o cümlədən bu kitabın hazırlanmasında və materialların 
toplanmasında  əməyi olan Fərzuq bəyə, kitabın redaktorları 
Məmməd Tahirə  və Etibar Qəribə, bir çox materialların və 
şəkillərin toplanmasında, faktların dəqiqləşdirilməsində 
yardımçı olan Əli Şamilə, dəyərli məsləhətləri ilə kitabın daha 
oxunaqlı  və  səviyyəli olmasında yardımçı olan Arif 
Rəhimoğluna və  Heydər Oğuza, materialların hazırlanmasında 
yaxından köməyi olan BAXCP Mətbuat Xidmətinin rəhbəri 
Arzu xanım Şirinovaya dərin təşəkkür etdiyi qeyd olunsun.  
      Qeyd  etmək yerinə düşər ki, yazması    nəzərdə tutulan və 
müraciət olunanlardan yalnız Aydın Kərimov və Mikayıl 
Rəhimov məlum olmayan səbəblərdən (düzdü çox uzun 
sürədən sonra səbəb dedilər, ancaq bu deyilənlər yazmamağa 
səbəb deyildi) yazı vermədilər. Digər 27 nəfərin hər biri deyilən 
vaxtda öz yazılarını  təqdim etdi. Bu kitabda yazmağı  nəzərdə 
tutulan insanlar xüsusi ilə seçilib. Burda  yaşından , elmi 
dərəcəsindən, gizli təşkilat və xalq hərəkatında iştirakından,  
cəmiyyətdə tutduğu mövqedən olan bütün təbəqələr təmsil 
olunub. Yubiliyar öz dəyərli yazıları ilə onun keçdiyi ömür 
yoluna və çağdaş tariximizə  ışıq tutmağa çalışan sevdiyi və 
seçdiyi bu 27 nəfərin hər birinə dərin təşəkkürünü bildirir.  
Böyük Azərbaycan yolçusu 
 
 
4
        Möhtərəm oxucu! Bəlkə də bu kitabın da bir çox yubiley 
kitabları kimi yalnız yubiliyardan bəhs edən və ya yubiliyarı 
haqq edib etməməyindən asılı olmayaraq mədh edən bir kitab 
olduğunu düşünəcəksən. Amma inan ki, belə deyil. Bu kitab 
Bünyamin Qəmbərlinin 50-ci doğum günüm münasibəti ilə 
hazırlansa da, əmin ol ki, bu kitabda Azərbaycan tarixinin ən 
şərəfli dövrlərindən biri olan Gizli təşkilatlar dövrü, Milli 
Azadlıq hərəkatı, Sərhəd hərəkatı, bu hərəkatın  şərəfli 
iştirakçıları, millətimizin çox şərəfli böyük şəxsiyyətləri və  ən 
nəhayət bu qeyd olunanlara maraqlı yanaşmalar səniçün çox 
maraqlı və dəyərli olacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Böyük Azərbaycan yolçusu 
 
 

ALİM  BAXIŞI 
 
 
 
Əli Nəcəfqulu oğlu Nuriyev 
 
AMEA-nın müxbir üzvü, 
Əməkdar elm xadimi, 
Dövlət mükafatı laureatı, 
k.e.d.,prof. 
                              
 
 
 
 
 
      
 
ONU  BELƏ  TANIDIM 
 
                                            “Ağıllı adamla dost olsan əgər,   
                                            Elmi, mərifəti sənədə keçər.” 
                                                                Nizami  Gəncəvi 
 
        Hər hansı bir adam haqqında yazmaq  çətin və  məsuliy-
yətli işdir. Bu baxımdan Bünyamin Kərbəlayi Nağdalı  oğlu 
Qəmbərli haqqında yazmaq daha çox məsuliyyətlidir. Çünki 
həm Bünyamin müəllimi tanıdığım vaxt çox az müddətdir  (bu 
qısa müddətdə bir insanı tanımaq və onun haqqında danışmaq 
çox çətindir), həm də bu qısa vaxtda Bünyamin müəllim məndə 
çox xoş  və müsbət fikirlər yaratdı. Bununla yanaşı Bünyamin 
müəllim nehrəmlilər və onu tanıyanlar tərəfindən çox sevilən, 
hörmət edilən, inanılan, sayılıb-seçilən bir ziyalıdır. İndi bütün 
bunları  nəzərə alaraq mən gərək Bünyamin müəllim haqqında 
Böyük Azərbaycan yolçusu 
 
 
6
elə yazam ki, həm özüm yanlışlığa yol verməyim, həm də onu 
cəmiyyətə düzgün təqdim edə bilim. 
       2009-cu ilin iyun ayı idi. Mənə tanımadığım bir nömrədən 
zəng gəldi. Nehrəmli olduğunu, Bakıda müəllim işlədiyini və 
mənimlə görüşmək istədiyini söylədi. Görüşdük. Özünü tanış 
verdi. Atasını  və yaxın qohumlarını yaxşı tanıdım. Mənə 
“Nehrəm” Xeyriyyə  Cəmiyyəti  İctimai Birliyi haqqında qısa 
məlumat verdikdən sonra məni “Nehrəm” Xeyriyyə Cəmiyyəti 
İctimai Birliyinə üzv olmağa və keçiriləcək yığıncağa dəvət 
etdi. Yığıncaqda Bünyamin Qəmbərli cəmiyyətin sədri, mən, 
İqt.e.d.  Əli  Əlirzayev,  İqt.e.n.  Əbdüləzim  Ələkbərov, f-r.e.n. 
Zəfər Qədiroğlu və f.e.n. Şəmil Sadiq İdarə Heyyətinin üzvü 
seçildik. Bünyamin Qəmbərli sədr seçiləndən sonra vəzifəsin-
dən və mövqeyindən asılı olmayaraq imkanı olan nehrəmlilər 
Bünyamin müəllimə olan inam və etibarın hesabına cəmiyyətə 
hər cür yardım etməyə başladı. Qısa zaman ərzində kifayət 
qədər vəsait toplandı, cəmiyyətin internet saytı quruldu, Neh-
rəm kəndindən çıxmış görkəmli ictimai-siyasi xadimlər, elm, 
ədəbiyyat, mədəniyyət, əmək adamları və idmançılar, II Dünya 
müharibəsi və Vətən  (Qarabağ) müharibəsində iştirak edən və 
şəhid olanlar haqqında məlumatlar toplanıb saytda yerləşdirildi, 
Nehrəmin təbliği ilə bağlı müxtəlif təbliğat materialları və vasi-
tələri hazırlanıb yayıldı, bir çox qeyri-hökumət təşkilatı, dövlət 
strukturu, xarici və beynəlxalq təşkilatlarla, dünyanın müxtəlif 
ölkələrində yaşayan nehrəmlilərlə ciddi əlaqələr quruldu. 
        Bütün bu proses ərzində mən Bünyamin müəllimi öz işinə 
məsuliyyətlə yanaşan, bacarıqlı, ağıllı, çox tələbkar olduğu 
qədər də çox diqqətli və qayğıkeş bir insan kimi tanıdım. Bir 
çox məsələləri dərindən araşdırması, qarşıya çıxan çətinliklərə 
və problemlərə  təmkinlə yanaşması, insanlara, hətta ona qarşı 
qərəzli olanlara belə  səbr və dözüm göstərməsi, sonradan isə 
həmin adamlara obyektiv və  ədalətli olması onun ən böyük 
insani keyfiyyətləridir. Bu qısa müddətdə  mən onu tanıyan 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə