Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə14/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
55
bir az da romantik təsir bağışlayan – qalxınma hərəkatından da 
əvvəl qələmlə, sözlə apardığın mücadilədən qəti xəbərim 
olmayıb. 
        Əzizim Bünyamin bəy !  
         Bəlkə də, elə bu səbəbdəndir ki, o hərəkatda sözə, qələmə, 
ədəbiyyata bağlı adamlar daha səmimi idilər, daha təmənnasız 
idilər. O qələm adamları, o söz adamları, milli hissə, 
vətənpərvərlik duyğusuna sahib olan o şəxslər səhv edə bilər, 
amma xəyanət - əsla. 
          Bünyamin  bəy, mənim qəti  əqidəmə görə,  əsil  şair,  əsil 
yazıçı,  əsil yaradıcı adam, ümumiyyətlə,  əsil sənətkar o xalq 
hərəkatından, azadlıq, müstəqillik, demokratiya uğrunda 
mübarizədən kənarda qala bilməzdi və  əgər belələri olubsa, 
onların milli mənliyi, milli mənsubiyyəti çox böyük şübhə 
altındadır. 
         Dünya tarixi hələ bir yana, elə bizim öz tariximiz də sübut 
edir ki, ali həqiqətlər uğrunda, haqq uğrunda  mübarizə 
aparanlar illər uzunu edam olunublar, dəriləri soyulub, 
güllələniblər, sürgün olunublar,  zindanlarda çürüyüblər, amma 
əyilməyiblər, sınmayıblar, əqidələrindən dönməyiblər. 
         Hərə öz taleyinin quludu  və sən də imperiya generalları 
qarşısında  əyilməyən başını öz taleyin, alın yazın qarşısında 
əyməyə məcbur oldun: məhbəslərə atıldın... 
          “Məhbəs dəftəri” silsiləsindən yazdığın  şeirlərdə bir 
kədər, bir sızıltı var, bir yalqızlıq var, amma həm də  aşırı 
dərəcədə bir dönməzlik, əyilməzlik var. 
         Sənin şeirlərin haqqında ən müxtəlif oxucular ən müxtəlif 
fikirlər söyləyə bilər. Di gəl ki, milli təəssübkeşlik hissinin, 
azadlıq, müstəqillik, vətənpərvərlik duyğusunun, tarixi köklərə 
bağlılığın, mübarizə ovqatının bütün yazılarının ruhunu təşkil 
etməsi fikrində yekdil rəyə gəlməsi də qaçılmazdır. 
        Əzizim Bünyamin bəy! 
Böyük Azərbaycan yolçusu 
 
 
56
         Şeirlərinin yalnız elə başlıqlarını xatırlatmaq kifayətdir ki, 
sənin düşüncə  tərzin, xarakterin, iç dünyan haqqında təəssürat 
yaransın. 
        Bir  də böyük türk dünyasının ləyaqətli oğlu, həmçinin 
sənin həmkəndlin rəhmətlik Mirzə  Cəlil demişkən: sözünü o 
şəxslərə de ki, sənə qulaq asmaq istəmirlər, gedirlər məsələn, it 
boğuşdurmağa, xoruz döyüşdürməyə, dərviş nağılına qulaq 
asmağa, hamamda yatmağa və digər bu növ vacib əməllərlə 
məşğul olmağa... 
          Həqiqi şairlər heç zaman xoşbəxt olmur. Amma mən belə 
hesab edirəm ki, xalq, millət, bütövlükdə insanlıq həqiqi vacib 
əməllərlə məşğul olsa,  xoşbəxtlik deyilən o nəsnənin havası bir 
xəfifcə şairləri də vura bilər! 
 
II  məktub 
Əlli il yol gedən  adam ... 
                                       ( Bünyamin Qəmbərlinin 50 yaşına) 
 
         Əzizim Bünyamin bəy ! 
         Heç  bilmirəm ömrünün əllinci aşırımını keçhakeçdə 
olmağın haqda məlumatı alanda – min gözlünün görə 
bilmədiyini görən - kor Vüysəlin bu xeyli müdrik və xeyli 
ələmli misraları hardan ağlıma gəldi: 
 
             Uzun incə bir yoldayım, 
             yol gedirəm gündüz, gecə. 
             Heç bilmirəm nə haldayım, 
             yol gedirəm gündüz, gecə. 
 
         Söz  yox  ki,  böyük  insanlığın, bir növ, tapdaq elədiyi o 
əbədi yol haqqında  əbədiyyət qədər uzun  ömürlü, nisgilli – 
naləli misraları  sən də  dəfələrlə oxumamış deyilsən, müxtəlif 
ifalarda qüssəli melodiyasını dinləməmiş deyilsən. 


Böyük Azərbaycan yolçusu 
 
 
57
         Sənin...(təkcə  səninmi?! Yox, sənin yolçu həmkarlarının 
da, əməldaşlarının, silahdaşlarının da) əlli ildir çarpışa - çarpışa 
addımladığı o müqəddəs yol heç zaman bitib - tükənməyəcək. 
Ömür bitəcək, amma o yol bitməyəcək. 
        Yəni: ömür bitər, yol bitməz! 
        Amma  ömrü  bitənlərin  əvəzinə o yola yeni yolçular 
çıxacaq. 
        Yol varsa, yolçular da mütləq olacaq. 
         O uzun, incə yolda yeni – yeni yolçular gündüz demədən, 
gecə demədən yürüyəcəklər. 
        Əzizim Bünyamin bəy! 
        Əlli ildir ki, sənin də yürüdüyün o yol yeri – yurdu bəlli 
olmayan min illərin o başından gəlir. Başlanğıcı kimsəyə 
məlum olmadığı kimi, sonu da kimsəyə bəlli deyil o yolun. 
        O yol əbədiyyət yoludur. 
        O yol haqq yolu, həqiqət yolu, ədalət yoludur. 
        O yol fəzilət yoludur. 
        O yol Tanrı yoludur. 
        Necə ki, haqqa talib Xeyirin qarşısında daima zalım, 
fürsətcil Şər varsa, bu dünyada o yol da olacaq. 
        Necə ki Allah varsa, o yolun yolçusu da mütləq olacaq. 
        Əzizim Bünyamin bəy! 
         Sən 50 ildir ki, o yolun yolçususan. Və nə yaxşı ki, sən o 
yolda tək deyilsən, tənha deyilsən, yalqız deyilsən. Və nə yaxşı 
ki, çiyindaşların var. Və  nə yaxşı ki, zindanlara atılsalar da, 
dara çəkilsələr də, tonqalda yandırılsalar da, vətəndən didərgin 
salınsalar da, güllələnsələr də o yolun yolçuları heç zaman 
seyrəlmir, bitmir, tükənmir. 
        50  ildir  ki,  sən də o ağır,  əbədi yolçuluğu davam etdirir-
sən. 
       50 ildir ki, sən də gündüz, gecə yol gedirsən. 
       50 ildir ki,sən də uzun, incə yol gedirsən. 
       Yolun uğurlu olsun , qardaşım!  
Böyük Azərbaycan yolçusu 
 
 
58
 
 
 
FƏRZUQ 
SEYİDBƏYLİ 
  
                  
 
 
 
 
 
 
 
 
 
YADIMDA QALAN  
VƏ QALMAYAN BÜNYAMİN 
 
      Yaddaşa görə hansısa dost, tanış  və ya hadisə haqqında 
yazmaq çətindir. Yaddaş nə dərəcədə etibarlıdır?  
Dünyanın özü qədər… 
Bəs yadda qalmayanlar? Bəlkə  də, elə  əsil həqiqət yadda 
qalmayanlardadır… 
      Bünyaminlə  məni 80-ci illərin  əvvəlində  rəhmətlik Asif 
Kələntərli tanış etmişdi. Naxçıvan  şəhərində “Böyük Bağ” 
deyilən parkda. O zamanlar milli-azadlıq hərəkatının sadəlövh 
romantik dövrü idi. Həftədə bir dəfə toplaşıb görmək həsrətində 
olduğumuz Təbrizdən başlamış Kola yarımadasına, 
Yaponiyadan tutmuş Hibraltar yarımadasına qədər nəhəng bir 
miqyasda baş verənlərin hamısını anladığımız səviyyədə 
müzakirə edərdik. Bizi düşündürən  əsas məsələ vahid 
Azərbaycan idi. Fərq etməzdi, SSRİ-nin tərkibində olsun, ya 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə