Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə3/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   2   3   4   5   6   7   8   9   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
11
 
 
ƏLİ QƏMBƏRALI OĞLU 
ƏLİRZAYEV 
 
İqt.e.d.,prof.,kafedra 
müdiri, Əməkdar elm 
xadimi, Avropa Təbiət 
Elmləri Akademiyasının 
Akademiki 
 
              
 
 
 
BÜNYAMIN QƏMBƏRLİ ORİJİNAL ADAMDIR 
 
Mən çox nehrəmli və naxçıvanlılar tanıyıram. Onların 
hər biri ümumi cəhətlərə, elinə  və yaşadığı  əraziyə uyğun 
xüsusi keyfiyyətlərə, dünyagörüşü və  həyat fəaliyyətinə 
malikdir. Bünyamin Qəmbərli işə tamamilə  fərqli və yaxşı 
mənada mürəkkəb adamdır. O, iti ağlı olan, prosesləri yaxşı 
analiz edə bilən, hadisələrə biganə olmayan, vətəninin və 
kəndinin təəsübünü çəkən ziyalı bir adamdır. Onun həyat yolu 
heç kim tərəfindən diktə olunmur və heç kəsi də  təbliğ etmir. 
Mən Bünyamin müəllimdə proqramlı düşünmək, yeniliyi qəbul 
etmək, savadlı, vətənə, millətə, dövlətçiliyə  və insanlığa 
xidməti olan adamlara real yanaşma xüsusiyyətləri və  ədalətli 
qiymət vermək qabiliyyətləri görmüşəm. Onun müstəqillik 
yolunda xidmətləri az deyildir. Mən onun Xalq Hərəkatının 
öncül yerlərində fəallığını və riskli fəaliyyətini görmüşəm. Mən 
Bünyamin müəllimi fikrini başqasının fikri ilə bölüşən, onu 
özünün süzgəcindən keçirib qərar verməyi bacaran adam kimi 
Böyük Azərbaycan yolçusu 
 
 
12
tanıyıram.  O, müəllimliklə  bərabər ictimai-siyasi hərəkatda 
olduqca fəaldır, haqsızlığa qarşı  susan adam deyil. 
Bünyamin Qəmbərlinin həyat yolu Nehrəmə və nehrəmlilərə 
hər zaman başucalığı və şərəf gətirir. 
1988-ci ildən Xalq Hərəkatına qoşulan Bünyamin 
müəllim Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda 
mübarizə aparmaqla Naxçıvan və Nehrəmdə Xalq Cəbhəsinin 
yaradılmasında, geniş yayılmasında və  fəaliyyətində ciddi rol 
oynamış,  arxasınca xeyli insanlar toplamışdır. Heydər Əliyevin 
Naxçıvanda Ali Məclisin sədri seçilərkən cəbhəçilərin səfərbər 
edilməsində  də mühüm rolu olmuşdur. Mən bir neçə  dəfə 
mühüm görüşlərdə onun ədalətli mövqe tutduğunu, qətiyyətli 
hərəkətini görmüşəm. 
Mən 1990-cı ildə Nehrəm kəndindən deputatlığa öz 
namizədliyimi irəli sürmək üçün imza toplanmasına təşəbbüs 
göstərəndə baxmayaraq mən cəbhəçi deyildim, onun mənim 
haqqımda ağızdolusu müsbət danışıqlarının və  hərəkətlərinin 
şahidi olmuşam. 
1992-ci ildə Naxçıvan Ali Məclisinin iclasında kolxoz 
və sovxozların  əmlakının özəlləşdirilməsi haqqında qərar 
qəbulunun müzakirəsində  mənim çıxışlarıma Bünyamin 
müəllim özü və  ətrafındakıların müsbət rəyini təşkil etmişdir. 
Ali Məclisin iclasında bir çox etiraz edən adamlara cavabla: 
“Əli bəy düz deyir!”,-kimi nümayişkaranə çıxış etmişdir. 
Bir dəfə 1993-cü ilin qış aylarında axşam saat 21:00 
radələrində  mən Heydər  Əliyevin dəvəti ilə onun yanına 
getmişdim. Bünyamin müəllim də orda qəbul otağında 
gözləyirdi. Məni görüb: “Əli müəllim, siz  buyurun keçin mən 
Heydər bəylə sonra görüşərəm”- dedi və öz növbəsini mənə 
verdi. Mənim siyasi mövqeyimə və fəaliyyətimə çox hörmətlə 
yanaşırdı. Radikal adam olsa da, hər zaman həqiqəti düzgün 
qiymətləndirirdi. Nehrəmdə Heydər Əliyevin görüşlərinin təşkil 


Böyük Azərbaycan yolçusu 
 
 
13
olunmasında və keçirilməsində xüsusi iştirak edirdi. Heydər 
Əliyevin Nehrəm çıxışlarında hər zaman onun yanında olub. 
Bünyamin müəllim 1990-cı ildə Nehrəm kəndindən 
Naxçıvan Ali Məclisinə deputat seçildi. Həm deputatlıq 
dövründəki fəaliyyəti, həm insanlarla münasibət qurmaq 
bacarığı,  əhali ilə  səmimi olması, həm Nehrəmdə xeyir-şər 
işlərində iştirakı və həm də qabiliyyəti və düzgünlüyü hesabına 
bu müddətdə qazandığı inam və etibar  onun 2009-cu ildə 
“Nehrəm” Xeyriyyə  Cəmiyyətinin sədri seçilməsi ilə 
nəticələndi. Biz bu qurumda çox səmərəli fəaliyyət göstərdik. 
O, çox qısa müddətdə  başına ziyalı təbəqəsi toplamağı bacarır. 
Bünyamin müəllim dinamik adamdır. Onun dinamizmi 
özünün təbiəti, Nehrəm amili və keçdiyi həyat yolu ilə bağlıdır. 
Onun mübarizliyi və çevikliyi Azərbaycan, Naxçıvan və 
Nehrəm üçün xeyirlər verib, bundan sonra da xeyir verə bilər. 
O müəllim həyatı yaşamışdır. Mən də müəlliməm, hesab 
edirəm ki, müəllim imkanları ilə bu qədər çox iş görən bir 
adamın potensialından gələcəkdə də istifadə etmək olar. 
Bünyaminin siyasi fəaliyyətinə dair “Nehrəm uşaqları”  
və “Mübarizə”  kitablarımda geniş yazmışam. Bünyaminin 
Azərbaycan Bayrağını zala gətirməsini və Nehrəmdə Heydər 
Əliyevin görüşü zamanı çox yüksək səviyyədə  iştirakını  və 
həlledici rolunu ətraflı qeyd etmişəm. 
Bünyamin yaxşı yaşındadır. Onun gələcəyinə inanıram 
və ona uğurlar arzulayıram. 
 
Böyük Azərbaycan yolçusu 
 
 
14
 
 
 
 
ARİF ƏLİ OĞLU ƏLİYEV 
 
ADBTİA-nin Rus dili və 
ədəbiyyatı kafedrasının müdiri, 
əməkdar müəllim, 
                                                                       
 
 
 
 
 
                             ƏLLİ YAŞIN  MÜBARƏK ! 
 
        Nehrəm Naxçıvan Muxtar diyarının həm qədim, həm də 
tarixi kəndidir. Kəndin  şərqində “Qızılburun” adlanan yerdə 
Tunc dövrünə aid yaşayış məskəninin qalıqları, qəbir abidələri 
qalmaqdadır. Ötən  əsrin 60-cı illərində  Tiflisdə arxiv və 
kitabxanada işlərkən əlimə “Sbornik materialov dlya opisaniya 
mestnosti plemyon kafkaza” toplusu keçdi ( Tiflis, 1900, 27-ci 
buraxılış, 2-ci bölmə). Vərəqlədim. Maarif xadimi Kərimbəy 
İsmayılovun Nehrəm kəndi ilə bağlı yazısını böyük həvəslə 
nəzərdən keçirdim. Özüm üçün qeydlər etdim. Məndə bu kəndə 
maraq atam Əli İbrahim oğlundan keçmişdir. Rəsmi vəzifələrdə 
işləyən atam ara-sıra bu kəndə  gedər, hər dəfə 1887-1897-ci 
illərdə müəllimlik etmiş, böyük ədib, dramaturq, məşhur 
“Molla Nəsrəddin” jurnalının qurucusu Cəlil Məmmədquluza-
dənin qızı Münəvvər xanımı ziyarət edərdi. Atam ömrünün so-
nunadək Münəvvər xanımın xidmətində durdu. Bu məşhur 
kənddə dinə ehtiram əxlaq kodeksinə çevrilib. Atamın dediyinə 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə