Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə4/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   2   3   4   5   6   7   8   9   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
15
görə  məşhur Nehrəm  İmamzadəsindəki qəbrdə    şiələrin 
yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunub. 
Zəvvarlar bu gün də  qəbri ziyarət edir, nəzir verir, qurbanlar 
kəsirlər. 
       Naxçıvana tez-tez gələn, onun tarixinə, insanlarına qəlbən 
vurulan  görkəmli alim Əbülfəz Hüseyninin fikrincə Nehrəm 
kəndinin adı  ərəb mənşəli “nehr” böyük çay və  “əm”- icma, 
cəmiyyət sözlərinin birləşməsindən ibarət olub mənası  böyük 
arx, çay kənarında yaşayış məskəni deməkdir. 
       Sözümün  canı odur ki, Nehrəm və nehrəmlilərlə yaxınlıq 
mənə atamdan keçmişdir. Nehrəmli Kəlbə Muxtarın adı atamın 
dilindən düşməzdi. İctimaiyyətə bu istiqlal əsgəri haqqında ilk 
məlumatı da o vermişdi. Bu, həmin şəxsiyyətdir ki, (təəssüf ki, 
nehrəmlilər bu məşhur  şəxsiyyətin adının  əbədiləşdirilməsi 
haqqında fikirləşməyi unutmuşlar) qeyrətli və  cəsur nehrəm-
liləri  ətrafına toplayaraq özünümüdafiə  dəstəsi yaradıb ona 
komandanlıq etmiş, Türk qanına susamış  cəllad Andronikin 
dəstəsinə ağır zərbələr vuraraq kəndin bir qarış torpağının belə  
tapdanaraq murdarlanmasına imkan verməmişdir. Yeri 
gəlmişkən qeyd edim ki, XX yüzilliyin əvvəllərində Kərbəlayi 
Muxtarın elədiklərini XX yüzilin sonunda Bünyamin Qəmbərli 
elədi. Nehrəmin qorxmaz oğullarını toplayaraq Sədərəkdən, 
Ordubadın Kilit kəndinə qədər Naxçıvan torpaqlarının erməni-
rus silahlı birləşmələrindən qorunmasında xüsusi rol oynadı. 
        Yaddaşımda yuva salan xatirələrimdən biri də 1964-cü 
ildə atamın bərk xəstələnmiş Münəvvər xanıma göstərdiyi 
diqqət və qayğı olub. Atam özü Münəvvər xanımı Naxçıvan 
şəhər xəstəxanasına yerləşdirib sağalanadək onun qayğısını 
çəkmişdir. 
        Bu  ənənəni davam etdirərək mən də Novruz Əliyevlə, 
Əsəd  Əliyevlə, Süleyman Süleymanovla, sonralar isə Bünya-
min Qəmbərli ilə dostluq etdim. Nehrəm və nehrəmlilərlə bağlı 
Böyük Azərbaycan yolçusu 
 
 
16
əlimdən gələni etdim və bu gün də mümkün olan hər  şeyi 
etməyə hazıram. 
         1981-ci  ildə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi 
İnstitutunun rektoru, uşaqlıq dostum Samur Novruzovun dəvəti 
ilə  həmin institutun “Dillər” kafedrasının müdiri vəzifəsində 
çalışdım. Məşhur Nehrəm kəndinin yetirmələrindən olan 
Bünyamin Qəmbərlini də  həmin institutda tanıdım. Həm dərs 
əlaçısı kimi, həm də ictimai işlərdə fəal iştirak edən bir tələbə 
kimi Bünyamin Qəmbərli institutun professor-müəllim 
heyətinin və  tələbə kollektivinin sevimlisinə çevrilmişdi. 
Bünyaminin yüksəlməsində  mənim də payım var. Kafedraya 
dəvət edib onda elmə maraq oyatdım. Məsləhətimlə Bünyamin 
“Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki tərbiyə  məsə-
lələri” mövzusunda araşdırmalar apardı. Bu işdə  Əlyazmalar 
institutunun direktoru, uzun illər dostluq etdiyim professor 
Cahangir Qəhrəmanov mənim xahişimlə Bünyaminə  hərtərəfli 
köməklik etdi. Bünyaminin yazdığı elmi iş  Tələbə elmi 
cəmiyyətinin respublika olimpiadasında I dərəcəli diploma 
layiq görüldü. Bünyamin araşdırmalarını bir qədər də 
dərinləşdirib onu diplom işi kimi Dövlət Komissiyasında uğurla 
müdafiə etdi. Ali məktəbi bitirdikdən sonra görüşlərimiz 
zəiflədi. Arzum onu peşakar folklorçu görmək idi. Amma hər 
şeyə hakim zamandır. 
        1988-ci  ildə xalqımız böyük əzmlə milli-azadlıq 
hərəkatına başlamışdı. O vaxt mən Naxçıvan Dövlət Pedaqoji 
Universitetində Tarix-ədəbiyyat fakültəsinin dekanı idim. Xalq 
Cəbhəsinin üzvü olmasam da ara-sıra yolumu Naxçıvan Xalq 
Cəbhəsindən salıb cəbhənin liderləri ilə görüşüb söhbətləşər-
dim. Hətta 1989-cu ildə Naxçıvan  şəhərindəki Azadlıq mey-
danında  on minlərlə insanın iştirak etdiyi mitinqin bir hissəsinə 
vaxtı ilə  fakültəmizin yetirmələri olan İbrahim  İbrahimlinin, 
Kazım Teymurlunun təklifi ilə  mən aparıcılıq etdim. Bu 
mitinqdə  və digər mitinqlərdə  mənə ehtiramla yanaşanlardan 


Böyük Azərbaycan yolçusu 
 
 
17
biri də Bünyamin idi. Onu da qeyd edim ki, Naxçıvanda 
keçirilən mitinqlərdə sanki bölgənin bütün təbəqələri-
vəzifəsindən, rütbəsindən, mövqeyindən asılı olmayaraq hamı 
eyni fikirdə, eyni mövqedə idi. Ölkədə baş verən hadisələr 
ətraflı  təhlil edilir, ictimaiyyətə düzgün şəkildə çatdırılırdı. 
Naxçıvanda gedən bütün proseslərdə çox fəal iştirak edən 
Bünyamin Qəmbərlinin “Şərq qapısı” qəzetinin müstəqil qəzetə 
çevrilməsində, Naxçıvan Muxtar Respublikasının Sovet 
imperiyasının tərkibindən çıxmasında payı az olmamışdır. 
         1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinə 
ağsaqqallıq edən Heydər  Əliyev iclası açarkən Culfadan 
deputat seçilmiş tələbəmiz Eyvaz Həsənov söz alıb dedi ki, bu 
bayraq (SSRİ-nin bayrağını  nəzərdə tuturdu) altında biz 
məclisimizi apara bilmərik. Xahiş edirəm Azərbaycan Xalq 
Cümhuriyyətinin bayrağı Dövlət bayrağı kimi qəbul edilsin. Elə 
həmin iclasda həm Naxçıvan Muxtar Sovet Sosialist Respub-
likasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası, həm 
də Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan MR-in 
Dövlət Bayrağı  qəbul edildi. Qərar qəbul edilən kimi 
 
Bünyamin Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı  əlində 
zala daxil olanda (Vilayət Partiya Komitəsində Bayraq olma-
dığından kənardan gətirildi) Naxçıvan Ali Məclisinin iclasında 
iştirak edənlərin hamısı Bayrağa ehtiram olaraq ayağa qalxdı, 
uzun zaman alqış səsləri kəsilmədi. 
         Bünyamin  Nehrəmdə yaşasa da günlərini Naxçıvanda, 
sərhədyanı  kəndlərdə keçirərdi.Yorulmaq bilmirdi. Məhz bu 
istiqlalçı gənclərin xalqın içərisində olması, xalqın birliyinə və 
təşkilatlanmasına səbəb oldu ki, bunun da nəticəsində Naxçı-
vandan bir qarış torpaq belə verilmədi.  
        1990-cı il yanvarın 15-16-sı olardı.Yubiliyarımız Bünya-
minin təşkilatçılığı ilə bütün Nehrəm  əhli  İmamzadənin 
qarşısına toplaşmışdı. Din xadimi Kərbəlayi Muradəli 
“ALLAH köməyiniz olsun” deyərək yurddaşlarını haqq işi yo-
Böyük Azərbaycan yolçusu 
 
 
18
lunda daha qətiyyətli olmağa çağırır, Bünyamin isə nehrəmliləri 
bütün sahələrdə  sıx birliyə  səsləyərək  Şəhriyarın aşağıdakı 
misralarını səsləndirir: 
 
Can qurban etməyin vaxtı çatıbsa, 
Səndən hansı namərd əsirgəyər can! 
Qoyuram başımı ayaqlarına, 
Ey ana torpağım,ey Azərbaycan! 
 
 
 
 
 
 
 
 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə