Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə40/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   32   33   34   35   36   37   38   39   40

Böyük Azərbaycan yolçusu 
 
 
165 
bölünmüş olması ilə bağlı  çıxışlarına və bütövlük şüarlarına 
bağlayırdılar.  Mən indi həmin qüvvələrdən soruşmaq istəyi-
rəm:  İndi ki, Əbülfəz Elçibəy yoxdur, indi ki, Azərbaycan 
rəhbərliyi İranın əleyhinə çıxışlar etmir, bəs indi niyə İran bizə 
qarşı hər cür basqıya, şantaja, sabotaja, təxribata əl atır, Azər-
baycanın müsəlman xalqını  məhv etmək istəyən, torpaqlarını 
işğal edən Ermənistana hər cür,-hərbi, iqtisadi, siyasi və 
təşkilati yardım edir? Üzümü bir zamanlar Əbülfəz Elçibəyi və 
bizi siyasi savadsızlıqda və naşılıqda günahlandıranlara tutub 
deyirəm:  biz savadsız və naşı deyildik, həmçinin siz də savad-
sız deyilsiz. Biz İranın Azərbaycana qarşı  mənfi münasibətini 
(İran bağımsız Azərbaycan dövlətinin olmasına qarşıdır) və bu 
münasibətin səbəblərini (İran Bağımsız Azərbaycan dövlətinin 
olmasının Bütöv Azərbaycan dövlətinin qurulmasına gətirib 
çıxaracağına qəti əmindir,amma ən çox qorxduğu isə  İran adlı 
dövlətin ləğv olunaraq tarixi Azərbaycan dövlətləri Səfəvilər, 
Əfşarlar və Qacarlar dövründə olduğu kimi bütün İran 
ərazisinin Bütöv Azərbaycan dövləti ilə birlikdə Azərbaycan 
türklərinin hakimiyyətində olacağı düşüncəsidir) bildiyimiz 
kimi siz də bilirsiniz. Amma sadəcə biz bütün fəaliyyətimizdə 
Azərbaycanın milli maraqlarını  və dövlətçilik mövqeyini əsas 
götürdüyümüz halda, siz isə öz kirli və kiçik maraqlarınız - 
separatizm üçün İrandan alacağınız siyasi (mənəvi, ideoloji
təbliğat və  təşkilati) , maddi və  hərbi  yardımlar xatirinə (bu 
separatizm  İranın maraqlarına tam uyğun idi) milli və 
dövlətçilik maraqlarını qurban verdiz.    
        15.  Biz tarixdən oxuyuruq ki, filankəs saray şairi idi və ya 
filan dövrdə filan mədhiyyələr yazılıb. Amma bu gün 
Azərbaycanda bütün sahələri  əhatə edən çox böyük saray 
zümrəsi, məddahlar ordusu formalaşıb.  İndi siz düşünün ki, 
XXI yüzildə saray ədəbiyyatı, saray musiqisi, saray incəsənəti, 
saray kinematoqrafiyası, saray heykəltaraşlığı , saray jurnalisti-
kası və s. var. Bunların demək olar ki, hamısı öz işini sevgidən 
Böyük Azərbaycan yolçusu 
 
 
166
yox, rahat yaşamaq və çoxlu pul qazanmaq, dəbdəbəli həyat 
sürmək xatirinə edirlər. Sonradan isə, hamısı da, elədikləri 
bütün iyrəncliklərə baxmayaraq, hakimiyyətdə istifadə müddəti 
başa çatdıqdan və ya ordan qovulduqdan sonra, müxalifət 
düşərgəsində özünə layiqli yer tapır. Bunun da səbəblərindən 
biri odur ki, nə vaxta qədər həqiqətən bu yurda, bu millətə və 
dövlətə  xəyanət edənlər – cavidlərin üzünə dirənənlər, 
müstəqilliyimizə qarşı  çıxanlar, vətənimizin, millətimizin və 
dövlətimizin  əleyhinə çasusluq edənlər, torpaqlarımızın işğal 
olunmasında rolu olanlar, millətimizin və dilimizin əleyhinə 
olanlar adbaad açıqlanmayıb və  ən azından, elin töhmətinə, 
ictimai qınağa tuş gəlməyiblərsə bu belə də davam edəcək. 
        16.  XX  yüzillikdə Azərbaycanın  şimalında qurulan 
dövlətin bu gün müstəqil olaraq yaşaması 3 böyük şəxsin adı ilə 
bağlıdır. M.Rəsulzadə – bu dövlətin qurucusu, Ə.Elçibəy – 70 
illik fasilədən sonra bu dövlətin bərpaçısı və H.Əliyev – bir çox 
iç və dış güclərin işbirliyi ilə parçalanmaq, dağılmaq ərəfəsində 
olan müstəqil dövlətimizin qoruyucusudu. Mən düşünürəm ki, 
hakimiyyət həm M.Rəsulzadəyə, həm də  Ə.Elçibəyə müna-
sibətini dəyişməlidir. H.Əliyevin olduğu kimi, M.Rəsulzadənin 
də , Ə.Elçibəyin də bir çox yerdə heykəlləri qoyulmalıdır. Eyni 
zamanda mən düşünürəm ki, müstəqil dövlətimizin bu günə 
gəlib çatmasında müstəsna xidmətləri olan hər üç şəxsin – 
M.Rəsulzadənin,  Ə.Elçibəyin və H.Əliyevin bütün dövlət 
idarələrində istər birlikdə, istərsə  də ayrılıqda  şəkilləri asıl-
malıdır.  Əgər 70 illik sovet rejimi M.Rəsulzadəni Azərbaycan 
tarixindən və xalqımızın yaddaşından silə bilmədisə, heç bir 
güc nə  Ə.Elçibəyi, nə  də H.Əliyevi Azərbaycan tarixindən və 
xalqımızın yaddaşından silə bilməyəcək. 
 
 
 
 


Böyük Azərbaycan yolçusu 
 
 
167 
 
 
SON  SÞZ  ßVßZÈ 
 
               
 
 
ETİBAR QƏRİB 
                 
 
 
 
 
 
 
 
 
                                      
   
                           “ÖMÜR” –  DEDİKLƏRİ... 
                              
        İnsanoğlu tarixən, bugün isə daha qabarıq ºəkildə 
maddiyyatı önə  gətirməklə, üzərinə düşən insanlıq missiyasını 
unutmuş, insanın  ən ali dəyəri olan – mənəviyyatı, 
qəbulolunmaz dərəcədə aşağı mərtəbəyə yendirmişdir. Hələ bu 
azmış kimi, öz  günahlarını  zaman-zaman yaşadığı dövrün 
boynuna yükləməklə yanaşı, “maddiyyatına” dırnaq arası uğur 
donu geyndirmiş, maddiyyatıyla-mənəviyyatı arasına 
bərabərlik işarəsini qoymağa belə, çaba göstərməmişdir. Başqa 
sözlə desək, insan nəfsinə uymaqla, təkcə insanlığa deyil, həm 
də günəşə möhtac olan, hər bir canlının haqqına təcavüz edir, 
Qiyamət gününü yaxınlaşdıran  əlamətlərin daşıyıcısına 
çevrilir... Bütün bu qüsur və  xətalara baxmayaraq, hər dövrdə 
Böyük Azərbaycan yolçusu 
 
 
168
olduğu kimi bugün də, ümidlərin bitmədiyi nöqtələr  
mövcuddur. Az qala bəşəriyyətin yüzdə  - doxsanı “Allah- 
Allah” – deyə şeytana yenilmiş durumda olsa belə, geriyə qalan 
yüzdə onu, öz yaxşı  əməllərilə, Allah dərgahında, ucada 
olduqları  qədər də, Haqq carçılarıdır ki, onların sayəsində 
günəş  hər sübh doğmalı olduğu yerdən doğur, ümidləri 
cücərdir, yaraları qaysaqlandırır...                                                              
       Dəyərli oxucu! Bu gün isə  mənim üzərimə düşən mənəvi 
iş, qələmə alacağım düşüncələrimlə, heç bir tərifə və təhrifə yol 
vermədən,  tərifin yalnız Allaha məxsus olduğunu unutmadan, 
haqqında bəhs edəcəyim insanı, bildiyim-bacardığım qədər 
sənə  təqdim etməkdir. Öncədən, Milli və  mənəvi ruhu 
damarlarında daşıdıqca qürurlanan, Şəriətdən Mərifətə yol 
gedən Bünyamin bəyə, eləcə  də, bu kitabın araya-ərsəyə 
gəlməsində  zəhməti olan, onun könül dostlarına və onu 
Millətimizə  bəxş edən, Ata-Anaya minnətdarlıq hissiylə 
Allahdan, rəhmət diləmək istəyirəm!                                                               
       Bünyamin  bəyin yarıməsrlik ömrünə  qələmdaşların, 
məsləkdaşların gözü ilə  nəzər yetirərkən, yadıma belə bir 
əhvalat düşdü: Üç eyni işi görən ustadan ayrılıqda soruşurlar ki, 
“nə  iş görürsən?”. Üçü də müxtəlif cavablar verir. Biri deyir: 
“daş yonuram”, o biri deyir: ”çörək pulu qazanıram”, üçüncüsü 
də deyir: “ məbəd tikirəm”. Eyni iş, fərqli yanaşma...Bəli, 
insanların bir iş  və yaxud bir insan haqda fikirləri, ona görə 
fərqlənir ki,  onların iç dünyası, baxış bucaqları  fərqlidir. 
Bünyamin Qəmbərlinin 50 yaşına həsr olunmuş bu kitabda da, 
söz deyən qələm adamlarının hər biri, bir “MƏBƏD”in inşasına 
çalışır, bir insan ömrünə fərqli bucaqlar altında güzgü tuturlar. 
Bu kitabın ilk oxuculardan biri kimi bunu deyə bilərəm ki, 
Bünyamin Qəmbərli, ömrünün 50-ci baharına heç də hamar 
yollarla gəlib yetişməyib. Uşaqlıq həyatı başqalarından çox 
fərqlənməsə  də, sonrakı illər onun və onu tanıyanların 
yaddaşında dərin izlər buraxıb. Xüsusilə də Gizli Təşkilat, Milli 


Böyük Azərbaycan yolçusu 
 
 
169 
Azadlıq  Hərəkatı, məhbus həyatı – Onun bir Vətənsevər, 
Millətsevər, Dostcanlı, Ailəcanlı bir insan kimi yetişməsinə 
vəsilə olub. Bu mövzuda, Onu yaxından tanıyan insanlar,  öz 
xatirələrini yazıb, fikirlərini deyiblər...                                                                                                                 
Bəs tanıdığımız Bünyaminin 50 yaşına daha nə demək olar?!                                                   
Bu yaş haqda nə demək olmaz ki ;                                                                           
İki igidin ömrü də demək olar bu yaşa...                                                          
Məktəb partası arxasından indicə duran bir yeniyetmə də...                                  
İctimai nəqliyyatda durub yer də vermək olar, “ağsaqqal” – 
deyə...                                                                                         
Ona qoşulub, dünyasını dəyişmiş  valideynlər üçün kövrəlmək 
də olar...                                                                                                       
Bu yaşın yükünü isə çəkmək hər kişinin işi deyil...                                        
Çəkməsən nə bilərsən, bu yaşda Bünyamin Qəmbərli nə çəkib...                           
Bu gün haqqında nə yazsan, az olar..                                                                       
Az olduğu qədər də bitməmiş olar...                                                                     
Doğru olanı bir özü, bir də Allahı bilər...                                                                   
Biz bildiyimiz, onun görünən ömrüdü...                                                                  
Bəs görünməyən tərəfini kim yazacaq, mələklərmi?                                          
Onlar da Gizli Təşkilatda olduğundan, Milli Azadlıq hərəka-
tındakı fəaliyyətindən, məhbus həyatındanmı yazacaqlar...                                                                            
Kim bilir, Allahdan başqa...                                                                                         
Biz səni güzgüdə görürük, Bünyamin Qəmbərli...                                                    
Güzgü isə qarşısına keçəni tərs göstərir...                                                              
Sağını – sol , solunu – sağ kimi...                                                                            
Sən kimsən, özün bilirsən...                                                                                               
Azca da bizlər bilirik – silahdaşların, məsləkdaşların...                                               
Ki, sən sadə bir TÜRK ÖVLADISAN...                                                                   
Bu biz dostlara da, mənsub olduğun Millətə də, Arazın iki gözü 
olan – AZƏRBAYCANA da bəs edər...                                                                                 
Mən sənə zirvə arzulamıram, çünki sonrası enişə gedir...                                   
Amma Savalan zirvəsinə gedən YOLu arzulayıram...                                                
Bu yol əbədiyyata gedən, enişsiz bir YOLdur...                                               
Böyük Azərbaycan yolçusu 
 
 
170
YOLUN UĞURLU OLSUN, EY TÜRK!!!                                                     
Adına bağladığım bu kiçik yazıyla yanaşı böyük ürəklə bu şeir 
parçasını da sənin 50 yaşına ithaf edirəm : 
 
O necə qış idi, odsuz-ocaqsız, 
Bu  necə bahardı, bacam isinmir. 
Dağın o üzündə, baş daşım – adsız, 
Dağın bu üzündə, tarixçi dinmir... 
 
Bəlkə ucalıqdan büdrəyib o daş, 
Bəlkə dağ selinə yenilib gəlib?! 
Daşın, daş üzündə oxunur təlaş: 
“Bir də o zirvəyə çətin yüksəlim” 
 
Daş deyil büdrəyən insandı bəlkə, 
Haçansa hörülüb divara, daştək... 
Ucada daş olmaq asandı bəlkə, 
Çətindir büdrəyib ayağa düşmək... 
 
Mən indi anlayıb-duyan olmuşam, 
Ucadan büdrəyib düşən daşları... 
Bir zaman  tapdayıb keçən olmuşam, 
Daş kimi ayağa düşən başları. 
 
Niyə buz bağlayıb ürəyim, niyə, 
Niyə lal olubdu dilim danışmır?! 
Sabahım dönübdü, çətin tənliyə, 
Bugünüm həllinə qəlbən çalışmır. 
 
Nə deyir səbrimi kəsən boz külək?! 
Dost əli döyməyən qapımı döyür... 
“Ömür” –  dedikləri, su dolu çəllək, 
Boşalır.., baxıram gözümü döyüb. 


Böyük Azərbaycan yolçusu 
 
 
171 
 
Könül! dağ arayıb, dərə qatlama: 
Demə : “Gün batınca üzə, ay doğur!” 
Bir də ərənlərin, haçan atlana?! 
İndi oğulları – səngərlər deyil
Haramdan yapılmış, saraylar doğur... 
 
Böyük Azərbaycan yolçusu 
 
 
172
 
 
Kitabın içindəkilər 
 
Ön söz ...........................................................................................  3 
Əli Nəcəfqulu oğlu Nuriyev. Onu  belə  tanıdım ......................... 5 
Muxtar Kazımoğlu. Şair təbiətli cəngavər ................................... 8 
Əli Qəmbərali oğlu Əlirzayev. Bünyamin Qəmbərli  
orijinal adamdır ............................................................................ 11 
Arif Əli oğlu Əliyev.Əlli yaşın  mübarək! .................................... 14 
Nəsir  Nəsirli. Qətiyyətli  və yorulmaz təbliğatçı ......................... 19 
Xəliyəddin Dəsgirali oğlu Xəlilli. Adınla yaşa ............................ 22 
Qəmbər Məhərrəm oğlu Cəfərov. Enişli-yoxuşlu ömür yolu ...... 26 
Cabbar Hüseynqulu oğlu Həsənov. Adı ilə çağrılmayan  
qəhrəman ...................................................................................... 29 
 
Cıэırdaшların  yaddaшından 
Arif Rəhimoğlu. Orda bir yol var – uzaqda... .............................. 34 
Əli Şamil. Xalq hərəkatımızın təmənnasız döyüşçüsü ................. 45 
İnqilab  Orxan. I  məktub ............................................................ 54 
Fərzuq Seyidbəyli. Yadımda qalan və qalmayan Bünyamin ........ 58 
 
Sèyasèlÿrèn gþzöndÿ 
vÿ sþzöndÿ 
Qüdrət Müzəffər oğlu Həsənquliyev. İdeyalarına bağlı  insan ..... 61 
Fərəc İbrahim oğlu Quliyev. Qazavatın, əbədiyaşarlığın  
mübarək! ....................................................................................... 64 
Sərdar Cəlaloğlu. Vətən daşları ................................................... 66 
Teyyub Qənioğlu. İnandırmağı  bacaran siyasətçi ....................... 69 
Vaqif  Abışov. Mənim tanıdığım Bünyamin bəy .......................... 71 
 
Dost  animi 
Həmidə Məhərrəm qızı  Məmmədova. Bütöv və  
böyük Azərbaycan yolçusu ........................................................... 74 
Sevil Səlimova. Etibarli dost, səmimi insan ................................. 78 


Böyük Azərbaycan yolçusu 
 
 
173 
Nasir Rəhbəri (Siyamək). Həqiqi və etibarlı dost ........................ 80 
Eyvaz Məhərrəm Oğlu Hüseynov. Bayraqdar! ............................ 85 
Dərviş Cavanşir. Sən şairsən, Bünyamin... .................................. 88 
Məmməd Tahir. “Sınıq könüllərə payız tez gəlir” ....................... 92 
Heydər  Oğuz. Şərəfli bir ömrün yarıməsrı .................................. 97 
Hacı Səyavuş Mustafayev. Həyatımızın çox  hissəsi oxşar olub . 102 
Məhəmməd Cəfər oğlu Məmmədli .............................................. 105 
 
Þzöndÿn gþrönÿn þmör 
Özlüyüm (tərcümeyi-halim) rəqəmlərlə ....................................... 108 
Nehrəm ......................................................................................... 110 
Ailəm ............................................................................................ 113 
Parta arxasında .............................................................................. 118 
Gizli təşkilatla bağlı ...................................................................... 120 
Tələbəlik illəri .............................................................................. 126 
Müəllimlik fəaliyyətim ................................................................. 132 
Milli Azadlıq Hərəkatı dövrü ....................................................... 135 
Məhbəs həyatım ............................................................................ 147 
III  Bakı  dövrü ............................................................................. 151 
Düşüncələrim ................................................................................ 155 
 
Son  sþz  ÿvÿzè 
Etibar Qərib.  “Ömür” –  dedikləri... ........................................... 167 
 
 
Böyük Azərbaycan yolçusu 
 
 
174
 
 
 
 
 
 
 
 
 
 
 
BÖYÜK AZƏRBAYCAN YOLÇUSU 


Böyük Azərbaycan yolçusu 
 
 
175 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Åëì âÿ òÿùñèë»
 няшриййатынын  äèðåêòîðó: 
ïðîôåññîð Íàäèð ÌßÌÌßÄËÈ 
 
Äèçàéí:  
 
Zahid Məmmədov 
Техники редактор:  
Рювшаня Низамигызы 
 
Böyük Azərbaycan yolçusu 
 
 
176
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Éûüûëìàüà âåðèëìèø 14.01.2014 
×àïà èìçàëàíìûø 14.02.2014 
Øÿðòè ÷àï âÿðÿãè 11. Ñèôàðèø ¹ 
54 
Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500 
 
Êèòàá «Åëì âÿ òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà 
ìöÿññèñÿñèíäÿ ùàçûð äèàïîçèòèâëÿðäÿí ÷àï îëóíìóøäóð. 
E-mail: nurlan1959@gmail.com 
Òåë: 497-16-32; 050-311-41-89 
Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4. 
 

Document Outline

  • Binder1.pdf
    • BUNYAMİN +++

Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə