Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə6/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   2   3   4   5   6   7   8   9   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
23
bürüb – büküb körpənin oyanmaqda olan hisslərinə, 
formalaşmaqda olan ruhuna yeridirlər.  Belə arzularla 
övladında Məhəmməd Peyğəmbərin (s. a. s.) dəyərini görmək 
arzusunda olanlar ona peyğəmbərimizin adını, övladını  Şərq-
Qərb problemini həll edəcək qəhrəman kimi görmək istəyən 
valideyn ona Səlahəddin adını və s. hər bir valideyn övladlarına 
gələcək arzularına uyğun adlar verirlər. Bu adlar vasitəsi ilə 
körpəni mənəvi, ideoloji cəhətdən gələcəyə yönəldirlər. Adlar 
hər bir insanın, bütövlükdə millətin tərbiyəsində, gələcəyə 
hazırlanması  və istiqamətlənməsində mühüm əhəmiyyət kəsb 
edir. Xalqımızın ada verdiyi yüksək dəyərin nəticəsidir ki, adla 
bağlı dualar,  alqışlar və qarğışlar yaratmışdır. Dəyərli adamlara 
dua edəndə dəyərlər “adı ilə yaşasın”. Adla tərbiyə çox da asan 
iş, missiya deyil. Hər hansı adı  şöhrətləndirmiş, 
məşhurlaşdırmış əxlaqi dəyərləri, adət-ənənələri yaşatması arzu 
olunan  şəxsin genetik imkanı bu adı  şöhrətləndirmiş 
şəxsiyyətin genetik imkanına uyğun olmalı,  şəxs ilkin 
mikromühitini (ailəsini) dərk etməklə onda adı vasitəsi ilə 
yaşadılmaq istənilən ideyaya sədaqət görməlidir. Belə olduqda 
fərd adda arzu olunan dəyərlərin, ideyanın daşıyıcısına, 
yaşadıcısına çevrilə bilər. Əks təqdirdə... 
Valideynlər tərəfindən adlar şüurlu, mahiyyəti dərk 
edilərək seçilib və ondakı ideyanı canlandıraraq övladın ruhuna 
yeridilməsi üsulları dərk edilmiş olduqda uğurlu nəticələr alınır. 
Övladlarına ad verəndə onun mahiyyətini dərk edən və bu 
üsulla arzularını reallaşdırmaq istəyən valideynlər  əksərən 
xoşbəxt ailə, övladlar isə dəyərli, Vətənə və Millətə baş ucalığı 
gətirən şəxsiyyətlər kimi yetişir. 
Elə bu səbəbdən də biz hər birimiz valideynlərimizin 
yaratdıqları  əsərləri, onları  təcəssüm etdiririk. Çox az övlad 
valideynlərindən cüzi fərqə malik olur. Bu fərq də adətən 
təhsillə bağlı intellektdə özünü göstərir. Xarakter və  əxlaqi 
dəyərlər etibarı ilə övladlar əsasən valideynlərin təkrarı olur. 
Böyük Azərbaycan yolçusu 
 
 
24
İxtisasım, yaşım və  həyat təcrübəm ilk tanışlıqda 
insanların  şəxsiyyətini, xarakterini müəyyən etməyə, jest və 
mimikasının, təbəssüm və gülüşünün, hiss və həyəcanının təbii, 
ürəkdən gələn, riya və ya  artistizm olduğunu az da olsa 
fərqləndirməyə imkan verir. 
2010-cu ildə Turizm İnstitutunda dərs deməyə  dəvət 
almışdım. Dekanlardan köhnə kişi  - Nəsir Nəsirlinin 
kabinetində onunla söhbət edirdim. Bir nəfər bəstəboy, sarışın 
oğlan qapını döyüb, içəri girdi. Söhbətimizi kəsdiyi üçün üzr 
istəyib, Nəsir müəllimə bir neçə  məlumat verib, yerinə 
yetirəcəyi bəzi işlər haqqında məsləhət aldı. Onun davranışının 
diqqətimi cəlb etdiyini hiss edən Nəsir müəllim, o gedəndən 
sonra dedi: “Müəllim adına layiq müəllimdir!” Nəsir müəllimin 
sözləri onun haqqında marağımı daha da artırdı. Yaşı  qırxı 
keçmiş bu şəxsin sifətində bir körpə təbəssümü, hisslərində bir 
uşaq səmimiyyəti var idi. Bu keyfiyyətlər adətən yüksək əxlaqi 
idellar yaşadan ad, sağlam, ciddi ailə tərbiyəsi ilə mümkün olur. 
Nəsir müəllimdən adını soruşdum. Adı, Bünyamindir – dedi.  
Qəlbimdə Allaha dua etdim ki, bu adamda gördüyüm, 
məni ruhən rahatlandıran hisslərim, fikirlərim düz çıxsın, yanlış 
olmasın. Hərdənbir də olsa “müəllim adına layiq müəllimə”, 
kişi görünüşü, davranışı daxildən gələn, hiylə olmayan kişiyə 
rast gələ bilim. 
Onunla institutun həyətində və dəhlizində rastlaşanda, 
mehribanlıqla salam verib, bir-birimizin əlini sıxırdıq. 
Xalqımızın xarakter keyfiyyətlərindən olan bu cür salamlaşma 
artıq unudulmaq üzrədir. Bir-birini yaxından tanımayan iki 
şəxsin bu cür görüşü, sanki qəlbin hökmü idi. Könüldən-könülə 
istəklər görünürdü. Bu salamlaşmadan hər ikimiz razı qalırdıq. 
Görüşlərimizdə onun təmiz hisslər, sağlam, xeyirxah ruha 
malik olduğuna qəlbimdə ardıcıl inam yaranırdı.  İlk kafedra 
iclasında çıxışı zamanı onun haqqında düşüncələrimdə 
yanılmadığıma sevindim. Ona tərəddüdsüz Vətən və Millət 


Böyük Azərbaycan yolçusu 
 
 
25
haqqında sağlam, xeyirxah, elə göründüyü kimi də olan bir kişi 
olduğuna məndə  qənaət hasil oldu. Təmaslarımızda, qarşılıqlı 
münasibətlərimizdə mən birmənalı inandım ki, danışdığı zaman 
onun yanaqlarında tez-tez sayrışan ilğımlar müasir insanın 
artistizmi, dondan-dona girməsi deyil, bir türk kişisinin geni, 
türk xanımının halal südü ilə qidalanmış, Bün – yamin 
etiqadından, inamından doğan bir nurdur. 
Tanışlığımızdan az sonra imkan tapan kimi ikilikdə 
çay süfrəsi arxasında söhbətə can atırıq. Söhbəti hansı 
mövzudan başlasaq da, tezliklə  Vətən,  Millət,  Elçibəy 
mövzusuna keçir və uzanır. Arzu etmədiyimiz qonaqlar peyda 
olmasa, nə  qədər uzanar,  deyə bilmərəm. Bünyamin 
Elçibəydən sonra Vətən və Millət sözlərinə, dediklərinə, 
səmimiyyətinə birmənalı inandığım çox az adamlardan biridir. 
Bünyaminlə söhbətləşəndə  mən həmişə ruhən gəncləşir, hətta 
uşaqlaşıram. Odur ki, onun 50 yaşını qeyd etməsi xəbəri mənim 
üçün gözlənilməz oldu, məni silkələdi. Bu xəbər mənə deyir ki, 
sən onu daha çox sevməli,  əzizləməli və  dəyərləndirməlisən. 
Çünki zəmanəmizdə belə adamların sayı gün-gündən azalır, 
tapılması çətinləşir. 
Bünyamin,  bütün varlığımla sənə can sağlığı  və ailə 
səadəti arzulayıram. Vətən, Millət və Elçibəy ideyalarının çin 
olmasını diləyirəm. Adınla yaş! 
                                                                                                               
                                  
                        Dərin hörmətlə 
Böyük Azərbaycan yolçusu 
 
 
26
 
 
QƏMBƏR MƏHƏRRƏM 
OĞLU CƏFƏROV 
 
ADBTİA-nın dekan müavini, 
pedaqogika üzrə fəlsəfə doktoru, 
dosent, əməkdar məşqçi, 
beynəlxalq dərəcəli hakim 
 
 
 
 
 
 
 
ENİŞLİ-YOXUŞLU ÖMÜR YOLU 
 
       Mən Bünyamin müəllimi 1981- ci ildə tələbəlik dövründə 
tanıdım.  İxtisasları güləş  və boks olan 74108 qrupun 
nümayəndəsi kimi qrup tələbələrindən olan Bünyaminin gülər 
üzü, şux əhvali-ruhiyyəsi, uşaqlıq çılğınlığı ilk baxışdan məndə 
xoş təəssürat yaratdı. Onun uşaqlıq çılğınlığını həmin vaxt onda 
görürdüm ki, hələ orta məktəbi təzəcə bitirən, həyat məktəbi 
sayılan hərbi qulluğu görməyən, bığ yeri belə hələ tərləməyən, 
yumrusifət, bəstəboy bu oğlan müəllimlərə cavabını özünün 
bildiyi həddən çox suallar verir, bir çox hallarda isə aldığı 
cavabla razılaşmayaraq ciddi mübahisə və müzakirəyə girişirdi. 
Amma bütün bunlara baxmayaraq onunla isti münasibətlərimiz 
yarandı. Onun atasının vəfat etdiyini, çətin tələbəlik həyatı 
keçirdiyini hiss edərək kirayədə qaldığı evə getməyimi 
planlaşdırdım və onun dəvəti ilə bunu həyata keçirdim. Onunla 
ikilikdə 4-5 saat səmimi söhbət apardıq. Birlikdə  şəkil 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə