Böyük Azərbaycan yolçusu



Yüklə 7,76 Kb.
Pdf görüntüsü
səhifə8/40
tarix11.06.2018
ölçüsü7,76 Kb.
#48099
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

Böyük Azərbaycan yolçusu 
 
 
31
rəhbərlikdən  də, sadə insanlardan da fərqli insanlar  vardı. Və 
nə yaxşı ki, onlar vardı və zamanında ortaya çıxa bildilər. Həm 
də  çıxaraq xalqa, sadə insanlara hər  şeyi anlatdılar,  daha 
doğrusu, küləyin hardan və necə əsdiyini izah etdilər. Sonralar 
hər kəsin bildiyi kimi bu insanlar yaxın tariximizin böyük 
şəxsiyyəti  Əbulfəz Elçibəyin yetirmələri idi. Təbii ki, 
Bünyamin bəy də onların arasında və xalqın önündə idi. Zaman 
keçdikcə hadisələr qızışır və ya qızışdırılırdı. Sərhəd 
bölgələrində ara-sıra atışmalar ciddi döyüşlərə çevrilirdi. 
Silahsız xalq iki cəbhədə vuruşmalı olurdu:  
1. Düşmən kimi görünən və  həqiqətdə  də düşmən olan 
ermənilərlə  
2.Üzdə böyük qardaş, arxada isə düşmən rolu oynayan 
sovetlər ordusu ilə.  
Məhz bu və ya digər səbəblərdən vəziyyət çox ağır idi. 
Günlərin birində sovet ordusunun əsgərləri tanklarla kəndə 
girmək  əmri almışdılar. Bundan xəbər tutan xalq cəbhəsi 
üzvləri, təbii ki, öndə Bünyamin bəy olmaqla onları  kəndin 
ətrafında olan təpələrdə qarşılamağa qərar verdilər. Belə ki, 
ordunun niyyəti kəndə girərək  əzmək, qırmaq, dağıtmaq, 
insanları fiziki və  mənəvi cəhətdən məhv etmək idi. Amma 
bəyin cəsarəti onları da, orada olan insanları da şoka salmışdı. 
Zamanında nehrəmlilər lənətlənmiş Androniki də o təpələrdə 
qarşılamış, kəndə girməyə fürsət verməmişdilər. Tanklar kəndə 
doğru irəliləməsin deyə son ümidi və sipəri olan canını tankın 
qabağına qoymuşdu. O tankın ki, dünyanı belə uf demədən əzib 
keçər, məhv edərdi. O tankın ki, yaxınlaşanda belə zəhmi insanı 
basır, qorxuya salırdı. O tankın ki, zamanında faşist 
almaniyasının əfsanəvi ordusu ondan qorxaraq geri çəkilmişdi. 
Kimsə düşünməsin ki, müqayisəni çox şişirtdim.  Əslində bu 
həqiqətdir, çünki hər kəsin bir canı  və onun da ölüm qorxusu 
vardır. Döyüşdə  də ordunun qələbə çalacağı  və ya məğlub 
olacağı  çox zaman onun komandirinin həll edici anda 
Böyük Azərbaycan yolçusu 
 
 
32
cəsarətinə bağlı olur. Məhz belə anlarda QƏHRƏMANLAR  
doğulurlar. Onlar isə, ani bir hərəkəti ilə bir ordunu, bir xalqı 
xilas edir. Və o müdhiş an baş vermişdi. Qəhrəman ölümün 
gözünə dik baxaraq öz xalqının azadlığı  yolunda cəsarətli 
addımını atmışdı. Nəticə onu qorxuzmurdu, çünki, canından 
artıq sevdiyi eli-obası , xalqı üçün hər  şeyə hazırdı. Hər kəs 
həyəcan içində idi, amma onun bu cəsarəti sovet tanklarını geri 
getməyə  məcbur etdi. Bir hərbi təyyarəçinin vətəni qorumaq  
üçün düşmən təyyarəsinə tarana getməsi və ya bir əsgərin 
düşmən pulemyotunu susdurmaq üçün sinəsini onun önünə 
verməsi ilə Bünyamin bəyin bu addımı arasında fərq görən 
varmı? Fərq yalnız hadisələr olub-bitəndən sonra bu insanların 
necə çağrılmasında ola bilər. Kimisi qəhrəman, kimisi isə  ........  
adlanır. Amma ən önəmli olan məqam onun necə 
cağrılacağının onun  üçün əhəmiyyət daşımaması idi. Çünki o 
hər şeyi xalqın azadlığı üçün edirdi, şöhrət üçün deyil.     
        Mənim düşüncəmə görə bu gün hamımızın firavan 
yaşadığı Azərbaycanın azadlığında onun özünə  məxsus  əməyi 
olmuşdur. Nəzərə alsaq ki, hadisələr blokadada olan Naxçıvan 
torpağında baş verirdi, onda bunun əhəmiyyəti dəfələrlə artmış 
olacaq, və  mən elə bilirəm ki, mənim açıqladığım bu hadisə 
Bünyamin bəyin həyatında olub-keçən minlərlə hadisələrdən 
biridir. 
        Bu gün Bünyamin bəy təmkinli və sakit görünür. Bu 
sakitliyin bir səbəbi müasir Azərbaycanımızın müstəqil bir 
dövlət olaraq inkişaf yolunda olmasıdır. Təbii ki, bu onun üçün 
qürurverici təsəllidir. Lakin onun üçün hər şey bitmədi. Qlobal 
və  ağrılı  problemimiz olan bütöv Azərbaycan onu rahat 
buraxmır, içini sızladır. Amma məncə Bünyamin bəy 
kamilliyin zirvəsi olan  50  yaşında daha realist və  təmkinli 
görünür. Bu yerdə böyük Atatürk haqqında olan Vida (Osmanlı 
türkcəsində Veda) filmindən bir fraqmenti xatırladım. Atatürk 
ağır döyüşlər və böyük itkilər bahasına İzmiri azad edir, amma 


Böyük Azərbaycan yolçusu 
 
 
33
ona yaxın, həm də özünün doğulduğu və böyüdüyü Selanik 
üçün bunu etmir. Filmdə söylənilir ki, çünki Atatürk gerçəkçi 
idi. Reallıqdan uzaq hədəflərə  cəhd etmirdi. Selaniki isə 
düşmənə bağışlamadı, sadəcə tarixi şəraitin və  sələflərinin 
öhdəsinə buraxdı. Doğrudan da bir çox hallarda hər  şey tarixi 
şəraitə bağlanır. Bəlkə də buna tarixi fürsət demək daha yerinə 
düşər. Mən bilirəm və inanıram ki, Bünyamin bəy kimi bir 
insan əlini-əlinin üstünə qoyaraq sadəcə tarixi fürsəti gözləmir, 
ona öz içində  və  ətrafında hazırlıqlar edir. O bilir ki, belə 
olmasa qismətin verdiyi tarixi fürsətlər də boşa çıxa bilər. Ona 
görə  də, bəy bu gün öz içində bir əsgərdir, sönməmiş, lakin 
sakitləşmiş bir vulkandır. O vulkan ki, hər zaman püskürə bilər. 
Və mən də inanaraq ümid edirəm ki, bu vulkan yaxın gələcəkdə 
püskürərək bütöv Azərbaycana sahib olacaq. Arzularımız çin 
olsun qardaşım! 
        50 yaşın mübarək!   
 
 
 
 
 
 
Böyük Azərbaycan yolçusu 
 
 
34
 
 
CIÝIRDAØLARIN   
YADDAØINDAN 
 
 
 
ARİF RƏHİMOĞLU 
f.e.n. 
 
 
 
 
 
 
 
 
ORDA BIR YOL VAR – UZAQDA... 
                                         Bünyamin bəyin əllinci ad gününə 
 
 
Dəyərli Bünyamin bəy!  
        Əlli yaşın qutlu olsun! Ulu Tanrıdan ürəyindəki bütün 
istəklərin bitməsini diləyir, sənə təkcə övlad toyunda yox, həm 
də  nəvə toyunda süzməyi, sonra da nəticə ilə birgə  gəzməyi 
arzulayıram. 
 
Əlli yaşa çatdığını biləndə ilk düşündüyüm bu oldu ki, hə, 
artıq Bünyamin orta yaşa yetdi, mən də qocalığın astanasına 
çatdım. Çünki sən məndən  ən azı on yaş kiçiksən və bundan 
sonra sən altmışa, mən də yetmişə doğru yola çıxırıq. Artıq 
gəncliyimiz arxada qaldı. Adətən, adam cavan olanda sabaha 
baxar, gələcəyi düşünər, qocalıq yaşına çatanda isə sabahdan 


Yüklə 7,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə