BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 310,8 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix02.10.2017
ölçüsü310,8 Kb.
#2666
1   2   3   4   5   6   7

29 aprel      2016-cı il

http://www.amu.edu.az

3

A

prelin 21-də 

Azərbaycan Tibb 

Universitetinin 

böyük akt zalında 

Azərbaycanda Vətəndaş 

Cəmiyyətinin İnkişafına 

Yardım Assosiasiyasının 

(AVCİYA) təşəbbüsü ilə 

geniş toplantı keçirilib. 

Professor-müəllim və 

tələbə heyətinin qatıldığı 

tədbir Azərbaycan 

Respublikasının Dövlət 

himninin səsləndirilməsi 

və Azərbaycanın ərazi 

bütövlüyü uğrunda şəhid 

olanların xatirəsinin 1 

dəqiqəlik sükütla qeyd 

olunması ilə başlayıb. 

Ermənistanın Azərbaycana 

qarşı hərbi təcavüzünün 

beynəlxalq aləmdə ifşa 

edilməsi ilə bağlı petisiya 

layihəsinə həsr olunmuş 

tədbiri giriş sözü ilə açan 

universitetin rektoru, 

professor Gəray Gəraybəyli 

25 ildən çoxdur ki, Qarabağ 

probleminin, ərazilərimizin 

Ermənistan tərəfindən 

işğalı və onun nəticələrinin 

Azərbaycanın əsas problemi 

olaraq qaldığını vurğulayıb: 

“Bir milyona yaxın əhalimiz 

öz yaşadığı yerlərdən 

didərgin düşüb. Uzun illər 

keçməsinə baxmayaraq

Ermənistan tərəfindən 

aparılan təcavüzkar siyasət 

bu məsələnin hələ də həll 

olunmamasına gətirib 

çıxarıb. Ermənistanın 

aqressiv siyasət aparan 

rəhbərliyi nüfuzlu 

beynəlxalq təşkilatlar 

tərəfindən qəbul olunmuş 

bəyannamələrin tələblərinə 

məhəl qoymur”.

Rektor  mötəbər  təşkilatların 

qərar 

və 


qətnamələrinə 

Ermənistanın 

cinayətkar 

rəhbərliyinin  etinasızlıqla  ya-

naşdığını,  mövcud  vəziyyətin 

isə  Azərbaycan  üçün  ye-

ni-yeni  humanitar  və  ekoloji 

fəlakətlərə  yol  açdığını  deyib: 

“Azərbaycana  məxsus  mədəni 

abidələr  dağıdılır,  bizə  qarşı 

ekoloji  müharibə  aparılır.  Bi-

zim təbii sərvətlərimiz, su an-

barlarımız,  meşələrimiz  hələ 

də düşmən tapdağı altındadır. 

Məhz  AVCİYA-nın  apardığı 

kampaniya  çərçivəsində  bü-

tün  dünya  Azərbaycana  qarşı 

aparılan  ekoloji  təcavüzdən 

xəbər tutdu. Bu ilin yanvarında 

təşkilatın sədri, millət vəkili El-

xan  Süleymanovun  təşəbbüsü 

ilə AŞPA-nın sessiyasında 2085 

saylı qətnamə qəbul olundu”.

Ermənistanın  təcavüzünün 

ağır  nəticələri  ilə  bağlı 

həqiqətlərin  dünyaya  çatdı-

rılmasında  AVCİYA-nın  prezi-

denti, millət vəkili Elxan Süley-

manovun  fəaliyyətini  yüksək 

qiymətləndirən 

universitet 

rəhbəri  onun  bu  istiqamətdə 

böyük  layihələr  həyata  keçir-

diyini və  Ağ Evin rəsmi saytın-

da  açılmış  petisiya  layihəsinin 

də  bunlardan  biri  olduğunu 

diqqətə çatdırıb.

“Ədalətin  Bərqərar  Olunması 

və  Böyük  Fəlakətin  Qarşısının 

Alınması  naminə”  adlı  peti-

siyanın  bu  fəaliyyətin  dava-

mı  olduğunu  söyləyən  rektor 

AVCİYA-nın  həyata  keçirdiyi 

petisiyanın  imzalanmasında 

hər bir vətəndaşın, universitet 

əməkdaşının  yaxından  işti-

rak  etməsinin  zəruriliyini  önə 

çəkib. 


Tədbirdə çıxış edən Azərbay-

canda  Vətəndaş  Cəmiyyətinin 

İnkişafına Yardım Assosiasiya-

sının  sədri,  millət  vəkili  Elxan 

Süleymanov  bildirib  ki,  peti-

siyanın  ən  böyük  əhəmiyyəti 

Azərbaycan 

həqiqətlərinin 

dünyaya  çatdırmasında  oy-

nadığı  roldur:  “Petisiyaya  səs 

verilməsi  yalnız  indiyədək 

bu  prosesdə  fəal  iştirak 

edən  Azərbaycan  və  Türkiyə 

əhalisinin deyil, dünyanın bü-

tün sülhsevər və ədalətpərvər 

insanlarının  vicdan  borcu  ol-

malıdır.  Ağ  Ev  Administarasi-

yasının internet səhifəsini hər 

gün ziyarət edən yüz minlərlə 

insan  Azərbaycanın  haqq 

işi  uğrunda  mübarizəsindən 

xəbər tutmalıdır”.

  Bu  günədək  194  minədək 

insanın  səs  verdiyini  söyləyən 

Elxan  Süleymanov  qeyd  edib 

ki,  bu  rəqəm  dəfələrlə  çox 

olmalıdır,  çünki    hər  bir  səs 

işğalçı  Ermənistanın  iç  üzü-

nü  dünyaya  açacaq.  Natiq 

ölkəmizin  ərazisinin  20  faizi-

nin  erməni  silahlı  birləşmələri 

tərəfindən  işğalı  faktının  yal-

nız  Azərbaycan  üçün  deyil, 

həm  də  Ermənistanın  özü 

üçün faciə olduğunu,  bu ami-

lin  Ermənistanın  inkişafını 

ləngitdiyini söyləyib. 

Aprel  ayının  əvvəllərində 

ordumuzun  döyüş  meyda-

nında  düşmənə  öz  gücünü 

göstərdiyini  vurğulayan  millət 

vəkili  bildirib  ki,  bu  uğur-

ları  həm  də  siyasi  anlamda 

möhkəmləndirmək  tələb  olu-

nur.  O,  müsəlmanlara  qarşı 

qəzəb və nifrət mühitinin hökm 

sürdüyü  AŞPA-da  qətnamə 

qəbul  etdirməyin  çətinliyinə 

də  toxunub:  “Qətnamələrin 

qəbul etdirilməsi üçün prose-

dur  qaydası  da  mürəkkəbdir. 

Lakin  bununla  belə,  yanva-

rın  sonlarında  müqavimət 

və  maneələri  aşaraq,  qəzalı 

vəziyyətdə  olan  Sərsəng  su 

anbarı  ilə  bağlı  2085  say-

lı  qətnaməni  qəbul  etdirmək 

mümkün  oldu.  Bu  qətnamədə 

ermənilərin  sudan  bir  növ  si-

lah  kimi  istifadə  etmələri, 

Azərbaycan  ərazilərini  işğal 

altında  saxlamaları,  su  anba-

rında  baş  verə  biləcək  qəza 

nəticəsində humanitar fəlakətə 

görə Ermənistanın məsuliyyəti 

məsələsi qabardılır.”

Bu  petisiyanın  əsas  məqsədi 

47  ölkənin  səs  verdiyi 

qətnaməyə  ABŞ  prezidentinin 

münasibətini  öyrənməkdir,-

deyən  Elxan  Süleymanov 

tələbələri səsvermə prosesində 

fəal  olmağa  çağırıb.  O,  eyni 

zamanda ATU-nun da çoxsaylı 

kollektivinin  bu  layihəyə  qo-

şulmasından  məmnunluğunu 

dilə  gətirib  və  hər  kəsə  bu 

vətəndaşlıq mövqeyinin nüma-

yişinə görə təşəkkür edib.

AVCİYA-nın  eksperti  İradə 

Yaqubova petisiyaya səsvermə 

proseduru  ilə  tədbir  iştirak-

çılarını 

məlumatlandıraraq 

bildirib  ki,  hər  bir  qurğudan 

(kompüter,  mobil  telefon  və 

s.) yalnız bir dəfə səs vermək 

mümkündür.



A.KAMRANOĞLU

Aprelin 26-da səhiyyə 

naziri Oqtay Şirəliyev 

Türkiyənin səhiyyə 

naziri Məhmət 

Müəzzinoğlunun 

rəhbərlik etdiyi 

nümayəndə heyətini 

qəbul edib.

Nazirliyin  mətbuat  xid-

mətindən AZƏRTAC-a bildiri-

lib ki, Oqtay Şirəliyev iki ölkə 

arasındakı  dostluq  və  qar-

daşlıq münasibətlərinin dərin 

tarixi köklərə malik olduğunu 

bildirdi.  Nazir  qeyd  etdi  ki, 

Azərbaycanla  Türkiyə  ara-

sında siyasi, iqtisadi, səhiyyə, 

elm  və  təhsil,  mədəni  və 

beləliklə  də  bütün  sahələrdə 

əlaqələr  yüksələn  xətlə  inki-

şaf edir.

O.Şirəliyev 

ölkələrimiz 

arasında  səhiyyə  və  tibb 

elmi  sahəsində  əlaqələrin 

müstəqilliyimizin  ilk  illərinə 

təsadüf  etdiyini  xatırlatdı. 

Qeyd  olundu  ki,  ölkələrimiz 

arasında səhiyyə və tibb elmi 

sahəsində əməkdaşlıq Proto-

kolu 1994-cü ildə imzalanıb. 

Sənədə əsasən hər iki ölkənin 

tibb universitetləri, həkimləri, 

təkmilləşdirmə  institutları, 

səhiyyə  müəssisələri  arasın-

da əlaqələr qurulmuş və Pro-

tokolun  bütün  müddəaları 

layiqincə yerinə yetirilib.

Hazırda  səhiyyəmizin  elə 

bir  sahəsi  yoxdur  ki,  ora-

da  türkiyəli  mütəxəssislərlə 

əməkdaşlıq 

qurulmasın. 

Mütəxəssis  mübadiləsi,  bir-

gə  elmi-təhqiqatlar,  əcza çı-

lıq,  icbari  tibbi  sığorta,  sə-

hiy yənin  maliyyələşməsi  və 

bu  kimi  bir  çox  sahələrin 

tətbiqində  Türkiyənin  təc-

rü bəsinə  böyük  önəm  veri-

lib.  Nazir  onu  da  vurğuladı 

ki,  bu  gün  imzalanacaq  Sa-

ziş  gələcəkdə  əməkdaşlığın 

genişləndirilməsinə 

vəsilə 


olacaq. Qeyd edib ki, hazırda 

azərbaycanlı  mütəxəssislər 

türkiyəli  həmkarları  ilə  ya-

naşı  ölkəmizdə  “Sağlamlıq 

həftəsi”  çərçivəsində  birgə 

əməliyyatlar həyata keçirirlər. 

Bu  da  bir  daha  dostluq  və 

qardaşlıq  münasibətlərinin 

bariz nümunəsidir.

Nümayəndə heyəti adından 

səmimi qəbula görə minnət-

darlığını  bildirən  türkiyəli 

nazir  Məhmət  Müəzzinoğlu 

özlərini  sanki  Vətənlərindəki 

kimi  hiss  etdiklərini  bildi-

rib.  Türkiyəli  nazir  bu  görü-

şün Bakıda yüksək səviyyədə 

təşkil  olunmuş  BMT-nin  Si-

vilizasiyalar  Alyansının  VII 

Qlobal  Foruma  təsadüf  etdi-

yini  məmnunluqla  qeyd  etdi 

və  vurğuladı  ki,  Forumun 

istər son dövrlərdə Türkiyədə 

törədilmiş  terror  hadisələri, 

istərsə  də  Dağlıq  Qarabağ 

münaqişəsinin  gərginləşdiyi 

bir  zamanda  keçirilməsi  çox 

önəmlidir.  Belə  qarşılıq-

lı  görüşlər  ölkələrimiz  ara-

sındakı  dostluq  və  qardaş-

lığın  əbədi  olacağının  bariz 

nümunəsidir.

Daha  sonra  türkiyəli  na-

zir  ölkəsinin  tibb  elmi  sahə-

sindəki  təcrübəsindən,  ailə 

həkimlərinin  iş  prinsi pindən, 

“Türk Sağlıq bilimləri” Univer-

sitetinin fəaliyyətindən danış-

dı.

Görüşün  sonunda  nazir 



Oqtay  Şirəliyev  və  Türkiyə 

Cümhuriyyətinin  Səhiyyə  na-

ziri  Məhmət  Müəzzinoğlu 

Səhiyyə və Tibb Elmi Sahəsin-

də  əməkdaşlığa  dair  Sazişi 

imzaladılar.

Azərbaycanla Türkiyə arasında Səhiyyə və Tibb Elmi 

Sahəsində əməkdaşlığa dair Saziş imzalandı



“BU PETİSİYANIN ƏSAS MƏQSƏDİ 47 ÖLKƏNİN SƏS VERDİYİ

 QƏTNAMƏYƏ ABŞ PREZİDENTİNİN MÜNASİBƏTİNİ ÖYRƏNMƏKDİR”


Yüklə 310,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə