BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 310,8 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix02.10.2017
ölçüsü310,8 Kb.
#2666
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

29 aprel  2016-cı il

6

Hər il  universitetimizin 



fakültələrində ənənəvi olaraq 

Tələbə Elmi Cəmiyyətinin konf-

ransları keçirilir. Bu məqsədlə 

aprelin 18- də Stomatologiya 

fakültəsində TEC-in   növbəti 

XXXXIII konfransı keçirilib.  

Xarici dillər bölməsi üzrə 

konfransı  açan  Fakültə 

TEC-in  elmi  rəhbəri, 

təşkilat 

komitəsinin 

sədr  müavini,  dosent 

Ə.Hacıyev ilk öncə erməni 

hərbi 


birləşmələrinin 

sərhədyanı 

bölgələrdə 

törət diyi  təxribata  to-

xunub.    Və  bu  qazanıl-

mış  qələbəni  xalqımızın 

böyük 

əhvali-ruhiyyə 



ilə  qarşıladığını  bil-

dirib.  Sonra  konfrans 

iştirakçıları    torpaq-

larımızın 

müdafiəsi 

zamanı 


qəhrəmancasına şəhid olan əsgər 

və  zabitlərimizin  xatirəsini  bir 

dəqiqəlik sükutla yad ediblər. 

Tədbirdə  kafedranın  müəllimi, 

şairə İradə Rzanın şəhid anaları-

na ithaf etdiyi şeir böyük coşquyla 

qarşılanıb. 

Sonra  söz  məruzəçi  tələbələrə 

verilib.  Konfransa  25  tələbənin 

məruzəsi  daxil  edilsə  də,  on-

lardan  23  tələbənin  20  ingi-

lis,1 fransız və 2 alman dili üzrə 

məruzəsi dinlənildi. 

Tələbələr  məruzələrini  sərbəst 

və səlist dildə etdilər. Diskussiya 

şəraitində keçən müzakirələr za-

manı  münsiflər  heyətinin  gəldiyi 

nəticələrə görə  ingilis dili üzrə I 

kurs  tələbələri  Cümşüd  Vəlizadə 

və Arzu Nəsibova, II kurs tələbələri 

Hafizə Abbaszadə və Afina Süley-

manova,  alman dili üzrə isə I kurs 

tələbəsi  Zaur  Vəlizadə  diploma 

layiq görülərək 2-ci turda iştirak 

etmək üçün  şans qazanıblar. Qa-

lan    iştirakçılara  isə  sertifikatlar 

təqdim edilib.

Konfransın  sonunda  Ə.Hacıyev 

xarici  dillər  kafed rasında  TEC-

in  işinin  yaxşı  təşkilinə  görə 

kafedranın  müdiri,    filologi-

ya  elmləri  doktoru,  professor 

Z.Məmmədovanın  və  TEC-in 

rəh bəri  dosent  R.Hüsey novanın 

zəhmətini yüksək qiy mətləndirib, 

məruzəçilərə  və  onların  elmi 

rəhbərlərinə  minnətdarlığını  bil-

dirib. 


* * *

Aprelin  19-da  isə  ATU–nun 

Stomatoloji  Klinikasınada  klini-

ki  bölmə  üzrə  fakültənin  Tələbə 

Elmi  Cəmiyyətinin  XXXXIII  konf-

ransı keçirildi. 

Konfransı stomatologiya fakül-

tə sinin  dekanı,  təşkilat  ko-

mitəsinin sədri, professor Zöh rab 

Qarayev açdı. Əvvəlcə torpaqları-

mızı azad etmək uğurunda şəhid 

olan qəhrəman oğullarımızın əziz 

xatirəsi bir dəqiqəlik sükutla yad 

edildi. 


Professor  Z.Qarayev    tələbə 

və gənc həkimlərin 1-ci və 2- ci 

Beynəlxalq  tibb  konqrenslərində 

stomatologiya  fakültəsi  tələ-

bələrinin  layiqli  yerlər  tutduq-

larını  vurğulayaraq,  bu  gün  ilk 

addımlarını  atan  gələcəyin  elmi 

tədqiqatçılarına uğurlar arzuladı. 

Kliniki  bölmədə  11  məruzə 

dinlənildi. Məruzələrin hamısı kli-

niki xüsusiyyətli olub stomatolo-

giyanın aktual problemlərinə həsr 

olunmuşdu.  Konfransda  

terapevtik   stomatologiya 

üzrə 3, ağız və üz- çənə 

cərrahiyəsi  üzrə  3,  uşaq 

stomatologiyası  üzrə  3, 

ortopedik  stomatalogiya 

üzrə 2 məruzə dinlənildi. 

Məruzəçi  tələbələr  ha-

zırlıqlı,  məsuliyyət  hissi 

ilə,  sərbəst  çıxış  edərək, 

kliniki materiallarını əya-

ni  surətdə  kompyuter 

görüntüləri  ilə  nümayiş 

etdirərək, verilən suallara 

düzgün cavab verdilər. 

Münsiflər  heyətinin  rəyinə 

əsasən  məruzəçilərdən  Aytac 

Qurbanova,  Aynur  Əhmədova, 

Günay 

Sadiqovanın 



çıxışla-

rı  fərqlənərək  diplomlara,  Leyla 

Paşayeva,  Rəhim  İsayev,  Əminə 

Aslanlı,  Zöhrab  Hacıyev,  Həsən 

Həsənli,  Fidan  Abbasova,  Nadir 

Bağırzadə,  Tuğra  Musayeva  isə 

sertifikatlara layiq görüldülər. 

Konfransda professor R.Əliyeva,  

professor  Ç.Rəhi mov,    t.ü.e.d. 

A.Səfərov,  professor  Ə.Talişinski 

və  başqaları  məruzəçi  tələbələrə 

müəyyən  iradlarını  bildirməklə 

bərabər,  lazımi  tövsiyə  və 

məsləhətlərini də verdilər. 

Sonda  sədr  münsiflər heyə tinə, 

elmi  rəhbərlərə  və  mə ruzəçilərə 

uğurlar 

diləyərək, 

böl mədə 

fərqlənən  məruzələrin  “Tələbə 

və  gənc  həkimlərin  növbəti  Bey-

nəlxalq Tibb konqresi”nə təqdim 

olunacağını vurğuladı. 

M.ƏLƏKBƏRLİ

 

Kitab Azərbaycanın tarixinə  qısa nəzərlə 



başlayır və 9 bölməyə ayrılıb. Həmin 

bölmələrdən biri də “Ümumi cərrahlıq 

kafedrasının təşkili” bölməsidir. Müəllif 

burada ADR-in yaranmasını xalqımızın 

tarixi uğuru hesab edir, BDU-nun, onun 

tərkibində tibb fakültəsinin təşkilini böyük 

mədəni-elmi hadisə adlandırır. Ali təhsilin, 

həmçinin tibb təhsilinin təşkili və inkişafın-

da müstəsna rol oynayan Rusiyadan dəvət 

olunmuş V.İ.Kazımovski, İ.İ.Şirokoqorov, 

F.N.İlyin, B.K.Finkelşteyn, A.İ.Okinçeviç, 

D.N.Belenkiy və b. haqqında səmimi və qısa 

məlumat verir, kafedrada yetişən və onun 

təşkilində, inkişafında əmək sərf etmiş milli 

kadrlar barədə məhəbbətlə danışır. Kitabın  

“Kafedra ilə tanışlıq” bölməsində Çərkəz 

müəllim tələbəlik illərində ümumi cərrahlıq 

kafedrasına aid təəssüratlarını bölüşür, həm 

də tibbə olan həvəsin yaranmasında bö-

yük qardaşı Əkbərin rolunu rəğbət hissi ilə 

xatırlayır, onun bir qardaş kimi köməyindən 

məhəbbətlə söz açır. Müəllif yazıb-oxu-

ya bilməyən valideynlərinin təhsilə olan 

sevgisindən də ehtiramla danışır. O yazır: 

“Mən orta məktəbdə oxuyanda atam tez-

tez məktəbə gələrdi, müəllimlərdən mənim 

oxumağım barədə soruşardı, hətta sinfimizə 

girib, arxada oturub mənim cavablarıma 

qulaq asardı”. Yeri gəlmişkən, deyim ki, 

valideynin uşağın təhsili ilə maraqlanması, 

bu işə ciddi yanaşması uşaqların sonrakı 

taleyində müstəsna rol oynayır. Mən bunu 

sinif yoldaşlarımın, xüsusən rəhmətlik 

kimya elmləri doktoru, professor Bəybala 

Həsənovun taleyində əyani olaraq müşahidə 

eləmişəm. Bunu Çərkəz müəllim və onun 

qardaşlarının timsalında da görmək olar.

Kitabın  bu  hissəsində  müəllif  ümumi 

cərrahlıq fənnindən dərs deyən müəllimlərini 

ehtiramla xatırlayır. 

Kitabın 

tərtibatı 

və 

mövzuların 



yerləşdirilməsi  baxımından,  bəlkə  də,  xırda 

düzəlişə ehtiyac olsa da, amma dil və üslubun 

təbiiliyi, hadisələrin təsvirindəki səmimiyyət, 

hər şeydən əvvəl ana dilinə bələdlik səviyyəsi 

onu  oxunaqlı  edir,  necə  deyərlər,  su  kimi 

içilməsinə  şərait  yaradır.  Bu  mənada  “Le-

ninqrada ezamiyyət”, “Moskvaya ezamiyyət”, 

“Ümumi  cərrahlıq  kafedrası  1970-1994-cü 

illərdə”, “Azərbaycanın sonrakı müsibətləri”, 

“Kafedranın  yeni  rəhbəri”  adlı  fəsillərini 

birnəfəsə  oxuyursan.  Bu  hissələri  Çərkəz 

müəllim, doğrudan da, bir yazıçı qələmi ilə 

əsl ilhamla, bir sıra özünəməxsusluqla yaz-

mışdır. 


Kitabın  həyəcansız  oxunması  müm-

kün  olmayan  səhifələrindən  biri  doktorluq 

mövzusunun  və  onun  zirvə  nəticəsi  hesab 

edilən  süni  protezin  xəstə  üzərində  sınaq-

dan keçirilməsi hadisəsinin təsviridir. Çərkəz 

müəllim  öz  başına  gələn,  gələcəyi  üçün 

“olum – ölüm” əhəmiyyətli bu prosesi elə ob-

yektiv,  kənardan  baxan  adam  kimi  canlan-

dırır ki, sanki gərgin konfiliktli bir dramatik 

əsər oxuyursan.

Kitabın belə maraqlı səhifələri yetərincədir. 

Xüsusən kafedranın yaşlı,  cavan əməkdaşları 

haqqında  qısa  oçerklər,  ümumi  cərrahlığın 

nəzəri  və  əməli  problemlərinə,  kafedranın 

əvvəlki və sonrakı fəaliyyətinə həsr olunmuş 

bölmələr,  hissələr  Çərkəz  müəllimin  işinə 

həvəs  və  məsuliyyətindən,  müəllimlərinə 

və  yoldaşlarına  olan  səmimi,  təmənnasız 

münasibətindən xəbər verir. Çərkəz müəllim 

yeri  gəldikcə    onun  püxtələşmiş  cərrah, 

yetkin  ziyalı,  vətəndaş  kimi  yetişməyində 

ən  kiçik  köməyi,  məsləhəti  olan  insanla-

ra  minnətdarlığını  ifadə  edir,  gənclərə  də 

tövsiyəsi bu olur ki, müəllimlərinə, yaxşılığı 

keçən  hər  kəsə  hörmətlə  yanaşsınlar,  dik-

başlıq etməsinlər. Bir oxucu, gənclərin yet-

kin  şəxsiyyət  kimi  yetişməsində  müəyyən 

uzunmüddətli  əməyi  olan  bir  şəxs  kimi 

bu  kitabın  mənə  xoş  gələn,  necə  deyərlər, 

ürəyimdən  tikan  çıxaran  cəhətlərindən  biri 

də budur. Bu mənada akademik A.Namazova, 

akademik 

Ə.Əmiraslanov, 

professor 

N.Rzayev,  professor  V.Şadlinski,  professor 

B.Aşurov,  dosent  İsa  Qurbanəliyev,  dosent 

H.Bağırov,  dosent  M.Kərimov  və  başqaları 

haqqında yazılanları oxucu dərin razılıq hissi 

ilə qarşılayır.

Ümumiyyətlə, haqqında danışdığım kitabda 

insanı  dərindən  düşündürən,  vətəndaş  kimi 

həyəcanlandıran məqamlar çoxdur. Məsələn, 

Qarabağ  döyüşlərində  müəllifin  bir  cərrah 

kimi  fəaliyyətini,  ağır  əməliyyatdan  sonra 

sağalıb  xidmətə  qayıtmış  əsgərlə  təsadüfi 

görüş səhnəsini həyəcansız oxumaq olmur. 

Kafedraya rəhbər seçiləndən sonra baş verən 

anlaşılmazlıqlar, onların ədalətlə aradan qal-

dırılması,  əməkdaşlara  müəllim,  ağsaqqal, 

rəhbər  kimi  qayğı  və  tələbkarlıqla  yanaşıl-

ması  ilə  bağlı  olan  hadisələr  hər  kəs  üçün 

ibrət çıxarmalı nümunələrdir. Kitabda Çərkəz 

müəllim  Azərbaycan  ictimai  həyatında  və 

onun səhiyyəsində baş vermiş və verməkdə 

olan hadisələrə, xüsusən milli cərrahlığımızın 

inkişafı  və  gələcəyi  ilə  əlaqədar  olaylara  öz 

prinsipial  mövqeyini  bildirir,  bir  vətəndaş 

kimi narahatlığını oxucunun diqqətinə çatdı-

rır. Kitabın son səhifələrində müəllif 50 illik 

həkimlik həyatında rastlaşdığı xoş və xoş ol-

mayan olayları yada salır, xalqımızın keçdiyi 

çətin müstəqillik yollarına nəzər salır, ATU-

nun, ölkəmiz üçün müstəsna yeri olan, ümu-

mi  cərrahlıq  kafedrasının  uğurlarını  xatır-

ladır, öz səmimi etiraf və minnətdarlıqlarını 

dilə gətirir. 

Əlbəttə,  200  səhifədən  çox  olan    ki-

tab  haqqında  bir  qəzet  məqaləsində  tam 

təəssürat yaratmaq çətindir. Ona görə pro-

fessor  Çərkəz  Cəfərovun  dostları,  tanışları, 

tələbələri, ümumilikdə hər kəs üçün bu kita-

bın çox maraqlı olacağını bildirir və müəllifə 

cansağlığı  və  elmi-publisistik  fəaliyyətində 

uğurlar diləyirəm.



Akif MİRİYEV,

Azərbaycan dili kafedrasının müdiri, dosent 

Müdriklik zirvəsinin 

etirafları 

Mən ATU-nun ümumi cərrahlıq kafedrasının müdiri, əməkdar həkim tibb elmləri dok-

toru, professor Hacı Çərkəz Məmiş oğlu Cəfərovu onun “Etiraf” kitabını oxumamışdan 

hələ çox əvvəl ustad bir cərrah, geniş intellektli ziyalı, bacarıqlı təşkilatçı kimi tanı-

yırdım. Onu da bilirdim ki, ədəbiyyatla “dostluğu” var. Mərhum xalq şairi M.Arazı çox 

sevir. Ancaq bu kitab məndə belə bir təəssürat yaratdı ki, Çərkəz müəllim yaxşı qələm 

sahibidir, hətta, mən deyərdim ki, gözəl təhkiyəsi var. Lap yazıçı kimi hadisələri təsvir 

etmək, oxucunun gözü qarşısında tam obraz yaratmaq dərəcəsində mükəmməl üslu-

ba malikdir. 

Stomatologiya fakültəsində 

TEC-in konfransları keçirilib



Yüklə 310,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə