BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 310,8 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix02.10.2017
ölçüsü310,8 Kb.
#2666
1   2   3   4   5   6   7

29 aprel      2016-cı il

http://www.amu.edu.az

7

u  Bu il mayın 14-də nurlu siması, 



xeyirxah əməlləri, saf əqidəsi ilə adı 

Azərbaycan  xalqının və vətən təbabəti 

tarixində qızıl hərflərlə yazılmış, Azər-

baycan da gigiyena elminin inkişafın-

da bö yük zəhməti olmuş, görkəmli 

səhiyyə təşkilatçısı, tibb elmləri dokto-

ru, professor, akademik Vəli Yusif  oğlu  

Axundovun anadan olmasının 100 illi-

yi tamam olur. 

V.Axundov 1916-cı il mayın 14-də 

Bakının  Saray  kəndində  anadan  ol-

muşdur.  1923-cü  ildə  Saray  kənd 

orta məktəbinin 1-ci sinfinə daxil ol-

muş və 1929-cu ildə oranı bitirmiş-

dir.  Biləcəri  stansiyasındakı    fabrik, 

zavod  məktəbində  1931-ci  ilə  kimi 

təhsilini  davam  etdirmişdir.  1931-

ci ildə sənət məktəbini bitirib, Bakı 

Sənaye  texnikumuna  daxil  olmuş-

dur. 1935-ci ildə texnikumun kim-

ya şöbəsini bitirib,  kimyaçı texnik 

peşəsinə  yiyələnmişdir.  Ali  təhsil 

almaq  müqəddəs  arzusu  olduğu 

üçün o, əvvəlcə Azərbaycan Sənaye 

İnstitunun  hazırlıq  kursunda  oxu-

muş, sonra isə fikrini dəyişib, 1937-

ci ildə Azərbaycan Tibb İnstituna (in-

diki ATU) daxil olmuşdur. İnstitutda 

təhsil  almaqla  yanaşı,  Azərbaycan 

Tibb İnstitunun ictimai elmlər kafed-

rasının laborantı, “Tibbi kadrlar uğ-

runda” qəzetin redaktoru və komso-

mol komitəsinin katibi vəzifələrində 

çalışmışdır.  İlk  anlardan  başlayaraq 

onun  istedadını  görüb  ictimai-si-

yasi  işə  cəlb  etmişdilər.  Tələbələrin 

təlim-tərbiyəsində  mühüm  rol  oy-

nayan “Tibb kadrları uğrunda” qəzeti 

gəncləri  vətənpərvərlik  tərbiyəsinə 

çağıran  yazılarla  diqqəti  cəlb  edir-

di.  Bütün  bunlar  onun  gələcəkdə 

yüksək vəzifələrdə olacağına dəlalət 

edirdi. İllərlə gənclərə vətənpərvərlik 

hisləri  aşılayan  Vəli  Axundov  elə 

buna  görə  də  ön  cəhbəyə  təyinat 

alanların  ilk  çağırışçılarından  oldu. 

1941-ci  ildə  institutu  bitirərək    Bö-

yük Vətən Müharibəsinin başlanma-

sı  ilə  əlaqədar  orduya  çağırılmış  və 

orduda  həkimlik  fəaliyyətini  davam 

etdirmişdir.  20-ci  atıcı  diviziyanın 

tərkibində qısa bir müddətdə ad-san 

qazanmış  və  bu  istedadlı  həkimin 

qabiliyyətini  nəzərə  alaraq  onu  xü-

susi tibbi-sanitar batalyonunun ko-

mandiri  vəzifəsinə  təyin  etmişlər. 

Rusiyada, Belarusiyada, Çexslovaki-

yada, Almaniyada gedən döyüşlərdə 

iştirak edib, təltif olunmuşdur.

1946-cı  ildə  ordudan  tərxis  olun-

duqdan  sonra  Azərbaycan  Tibb 

İnstitutunda  tibb  tarixi  kafedrası-

na  assistent  vəzifəsinə  qəbul  edil-

mişdir.  Sonra  o,  Azərbaycan  Tibb 

İşçiləri Həmkarlar ittifaqı Respublika 

Komitəsinin sədri seçilmiş və 1949-

cu ilə kimi bu vəzifədə çalışmışdır.

V.Axundovun aşıb-daşan təşkilatçı-

lıq qabiliyyətini nəzərə alaraq 1949-

cu ildə onu Azərbaycan SSR Səhiyyə 

nazirinin  müavini,  1952-ci  ildə  isə 

Bakı Vilayət səhiyyə şöbəsinin müdi-

ri təyin edirlər. 1953-cü ildə qısa bir 

müddət ərzində Q.Musabəyov adına 

Virusologiya,  Mikrobiologiya  və  Gi-

giyena  İnstitutunun  direktor  əvəzi 

işlədikdən  sonra  Azərbaycan  KP 

MK-da  inzibati,  ticarət-maliyyə  və 

plan orqanları şöbəsinin müdir mü-

avini  işləmişdir.  Tükənməz  enerjiyə 

malik  olan  V.Axundovu  1954-cü 

ildə  Azərbaycan  SSR  səhiyyə  naziri 

təyin  edirlər  və  o,  1958-ci  ilə  kimi 

bu vəzifədə çalışır. 1958-ci ilin fev-

ral ayında o, KP MK katiblərindən biri 

olur, iyul ayında isə  Azərbaycan SSR  

Nazirlər Sovetinin sədri seçilir. 1959-

cu  ildə  KP  MK-nin  IX  plenumunda 

Vəli  Axundov  ömrünün  43-cü  ba-

harında  Azərbaycan KP MK-nin 1-ci 

katibi seçilir.

Bu  vəzifədə  Vəli  Axundov    10  il- 

1969-cu  ilin  iyul  ayının  14-ə  kimi 

işləmişdir. 1969-cu ildə  Azərbaycan 

Elmlər  Akademiyasının  akademiki 

seçilmiş və 1969-cu ildən 1972-ci ilə 

kimi  akademiyanın vitse-prezidenti 

olmuşdur.

Vəli Axundov  1972-ci ildən ömrü-

nün sonuna qədər - 1986-ci ilin av-

qust  ayının  22-ə  kimi  Q.Musabəyov 

adına  Virusologiya,  Mikrobiologiya 

və  Gigiyena  institunun    direktoru 

olmuşdur. SSRİ Ali Sovetinin (6-7-ci 

çağırış ), Azərbaycan SSR  Ali Sove-

tinin (4-7-ci çağırış) deputatı olmuş-

du. Lenin ordeni, Qırmızı ulduz, 2-ci 

dərəcəli vətən müharibəsi və bir sıra 

medallarla, ordenlərlə təltif edilmiş-

dir. Onun elmi fəaliyyətinə qəldikdə 

isə o, yüksək vəzifələrdə işləməsinə 

baxmayaraq,  həmişə  elmi  axtarış-

larda olmuşdur.

1955-ci  ildə  “Azərbaycan  SSR-nin 

Kirovabad  (indiki  Gəncə)  şəhərinin 

sanitar-epidemioloji  xarakteristika-

sı”  mövzusunda  namizədlik,  1964-

cü  ildə  isə  “Bakı  Şəhərinin  Neft  ra-

yonlarının  Sanitar-Epidemioloji  xa-

rakteristikası”  mövzusunda  doktor-

luq  dissertasiyası  müdafiə  etmişdir. 

Ona 1966-cı ildə professor elmi adı 

verilmişdir.

Onun  qələmindən  300-  dən  ar-

tıq  elmi  məqalə,  6  monoqrafiya, 

11  elmi-kütləvi  kitabça  çıxmışdır. 

Rəhbərliyi  altında  4  doktorluq,  5 

namizədlik  dissertasiyası  müdafiə 

olunmuşdur.  Vəli  Axundovun  gi-

giyena  sahəsindəki  nailiyyətlərini 

zamanın  ən  dəyərli  əsərlərindən 

hesab  etmək  olar.  Onun  apardığı 

tədqiqatlar  nəinki  Azərbaycanda, 

SSRİ-nin  bir  çox  respublikalarında 

da  tibbin  müvafiq  sahələrinə  tətbiq 

olunurdu.

Doktorluq 

dissertasiyasında-

kı  praktik  təkliflər  Neft  emalı 

sənayesində xüsusi  əhəmiyyət kəsb 

edirdi.  O,  gigiyenik-epidemioloji 

tədqiqatların aparılması üçün kiber-

netika  laboratoriyası  təşkil  etmiş-

di.  İnstitutun  əməkdaşlarının  ingilis 

dili öyrənmələri üçün xüsusi kurslar 

təşkil etdirmişdi və ingilis dilində ins-

titutda  konfranslar  keçirilirdi.  Onun 

xidmətlərindən  biri  də  institutun 

əlavə binasının tikilməsi idi. İnstitu-

ta  Q.Musabəyovun  adının  verilməsi 

də  onun  təşəbbüsü  ilə  olmuşdur. 

Hər  ilin  sonunda  institutda  ölkə  və 

SSRİ miqyaslı konfranslar keçirilərdi. 

V.Axundov    SSRİ  Tibb  Elmləri  Aka-

demiyasında gigiyena üzrə problem 

komissiyasının üzvü olmuşdur. Ümu-

mittifaq Elmi Tibbi-Texniki İdarənin, 

Beynəlxalq  Tibbi    Assosiasiyasının, 

Sovet Milli Komitəsinin üzvü olmuş-

dur.  Azərbaycan  gigiyenistlərinin 

və sanitar həkimlərinin elmi praktik 

cəmiyyətinin  sədri  kimi  uzun  illər 

fəaliyyət göstərmişdir. 

Bir  neçə  kəlmə  də  onun  nə  qədər 

böyük şəxsiyyət olduğu barədə qeyd 

etmək  istəyirəm.  Vəli  müəllimin 

əməksevərlilik  və  insanlıq  ləyaqəti 

nümunəsi olan ömür yolu isə nəinki 

gənc həkimlərə, hətta bütün gənclərə 

örnək ola bilər.

Dünyaya  bir  dəfə  gələn  insan  öz 

əqidəsi,  əməli,  əməyi,  həyat  tərzi, 

insanlara  münasibəti  və  əxlaqi 

dəyərləri  ilə  özünü  təsdiqləyir. 

Deyilənlər  bəzi  insanları  həyatdan 

köçən kimi unutdurur, bəzilərini isə 

əbədi  olaraq  yaddaşlarda  saxlayır. 

Məhz  xeyirxahlığı,  şərəfli  əməyi, 

insanlara  olan  hörməti,  ləyaqəti, 

səxavəti,  kişiliyi  ilə  fərqlənən,  xal-

qına,  vətəninə  sevgisi,  qohum-

əqrabasına, 

dostlarına 

olan 


məhəbbəti ilə yadda qalan, xalqının, 

vətəninin yolunda əlindən gələni et-

miş  şəxsiyyətlərdən  biri  olmuşdur. 

Dünyada  yer  kürəsini  işıqlandıran 

günəşdir.  Lakin  elə  insanlar  vardır 

ki,  ömür  yollarında  çıraq  kimi  ya-

nıb,  qəlbləri  ilahi  nuru  ilə  doldurur, 

əməlləri  ilə  haqqı  bayraq  edib,  şölə 

saçır.  Minilliklər  boyu  Azərbaycan 

torpağı  təkrarolunmaz  müdriklər, 

təbiblər,  şairlər,  alimlər  yetirmiş-

dir.  Bu  insanlardan  biri  də  öz  xe-

yirxahlığı,  nəcibliyi,  zəngin  mənəvi 

dünyası,  fitri  istedadı,  dərin  zəkası, 

təvazökarlığı,  alicənablığı  ilə  insan-

larda özünə qarşı rəğbət yaradan Vəli 

müəllim idi. Bu böyük şəxsiyyətdən 

dərs  almaq,  onun  yaxını  olmaq,  bir 

binada işləmək mənə də qismət ol-

muşdur.


Mənim onunla ilk tanışlığım 1976-

cı  ilin  sentiyabrında  olmuşdur.  Epi-

demiologiya kafedrası onun direktor 

olduğu institutun 1-ci mərtəbəsində 

yerləşirdi.    İnstitutda  əmək  intiza-

mına ciddi riayət olunurdu. Heç kim 

boş-boşuna dəhlizdə gəzə bilməzdi. 

Yalnız  fasilədə  müəyyən  adamları 

dəhlizdə görmək olardı. Əməkdaşlar 

üçün  dəhlizin  bir  kənarında  tenis 

stolu  qoyulmuşdu.  Fasilələrdə  və 

işdən  sonra  kim  istəyirdi  oynayır-

dı.  Səliqə-sahmanlı  insan  olduğu 

üçün  institutda  xüsusi  guşələrdə 

alimlərin portretləri asılar, elmin yeni 

nailiyyətləri  haqqında  məlumatlar 

verilərdi. 

Bütün 


mərtəbələr 

gül-çiçəklə 

bəzədilmişdi.  İnstitutun  vivarisi 

nəinki  Azərbaycanda,  keçmiş  SSRİ-

də müvafiq institutların əməkdaşları 

tərəfindən həmişə təriflənirdi. İnsti-

tutun  yeməkxanası  səliqə-səhmanı  

və  bişirilən  xörəklərin  keyfiyyəti  ilə 

fərqlənirdi.  Bir  sözlə,  institutun  bi-

nasına  daxil  olduqda  ilk  baxışdan 

buranın rəhbərinin böyük zövq sahi-

bi olduğu hiss olunurdu.  

İşimlə  əlaqədar  olaraq  institutun 

vivarisindən  istifadə  etmək  üçün 

ondan  icazə  almalı  idim.    İşin  axı-

rı  olduğuna  görə  katibə  səhəri  gün 

gəlməyimi  məsləhət  gördü.  Aşa-

ğı  kafedraya  düşərkən  katibə  məni 

geri  çağırıb  dedi  ki,  Vəli  müəllim 

sizi  gözləyir.  İçəri  daxil  olub  salam 

verdikdən  sonra  o,  mənə  “əyləşin” 

dedi.  Mən  ona  epidemiologiya  ka-

fedrasının  assistenti  olduğumu  və 

elmi işimlə əlaqədar vivaridə işləmək 

istədiyimi  söylədim.  O  məni  ətraflı 

dinlədikdən  sonra  vivarinin  müdi-

rini  yanına  çağırtdırdı,  mənim  ora-

da  işləməyimə  icazə  verdiyini  bil-

dirdi. Mənimlə təxminən yarım saat 

söhbət etdi və ruhu qarşısında başı-

mı əydiyim müəllimim, əməkdar elm 

xadimi, professor  Tağı Tağızadənin 

gözəl insan, böyük alim, çox böyük 

təşkilatçı  olduğunu  söylədi.  Bu  bö-

yük  şəxsiyyətin  mənə  “siz”  deyərək 

müraciət  etməsindən  təəccüblənmiş 

və  ilahinin  zahirinə  naxış  çəkmiş 

bu  kişinin  insanın  ən  ali  məsləki 

olan  tərbiyəsinə  heyran  qalmışdım. 

Azərbaycanda  elmi  işimin  əsasının 

professor T.Tağızadə tərəfindən qo-

yulduğunu dedi və çox bəyəndi. “Nə 

çətinliyin  olsa,  yanıma  gəl”  dedi. 

Sonralar  onunla  yaxın  münasibətim 

oldu. Poeziya vurğunu olmağım xo-

şuna  gələrdi.  Mənim  də  həyatımda 

onun  xidmətlərindən  istifadə  etdi-

yim məqamlar olub. Onu dinlədikcə 

insanın  qəlbinə  bir  rahatlıq  gələrdi, 

həzin səsiylə, güclü məntiqilə adamı 

heyran edərdi.

Allahın  bəşər  övladına  bəxş  etdiyi 

vəzifələrin ən böyüyü insanlıqdır. İn-

san deyilən varlıq doğulub dünyaya 

gəlir,  uşaqlıq,  gənclik  dövrü  keçirir, 

sevir-sevilir,  ailə  qurur,  yaşa  dolur, 

cahan  teatrı dediyimiz bu  dünyanın 

tamaşaçısı  olur  və  dünyadan  kö-

çür.  Dünya  bərqərar  olandan  belə 

olmuş  və  belə  də    olacaqdır.  Qa-

lan  əməllərdir.  Onun  əqidəsi  qışda 

çiçəkləyən  güllərə  bənzərdi,  çün-

ki  o  əqidədə  halallıq,  saflıq,  paklıq 

var idi, bu əqidə mərdlik dünyasının 

zirvələrində  dayanan  kişilik  rəmzi 

idi.  O,  elə  bir  zirvə  idi  ki,  səviyyəsi 

vəzifəsindən  qat-qat  yüksəklərdə 

dururdu.  Güclü  şəxsiyyət  olduğunu 

hamı bilirdi.

Bu  dünyada  kişini  tanıtdıran  iki 

fəzilətin  ikisi  də  onda  var  idi.  Bu 

fəzilətin biri səxavətdir, biri də meh-

ribanlıq.  Onun  səxavətindən  danı-

şanlar qeyrətli kişilərdir. Ürəyi, idrakı 

dərya olan, dili düz, könlü tox, zəka 

əhli,  elmli,  ürfanlı,  özü  saf,  adı  bu 

xalqın dilində yaxşıların yaxşısı kimi 

çəkilən, yad edilən əyilməzlik simvo-

lu idi. Ruhu şad olsun! Yaxşı adam-

lara mənim dostum, əsl mənada xal-

qımızın şairi Eldar İsmayıl gözəl mis-

ralar həsr edib:



İdrakdı, kamaldı haqqına çatan,

Tanrı sevgisini içində tapan.

Böyük yaradanın nurundan qopan

İlahi qüdrətdi yaxşı adamlar.

İbadulla AĞAYEV,

Epidemiologiya kafedrasının müdiri, 

əməkdar elm xadimi, professor 

Yaddaşlarda yaşanan ömür

Xidmət  etmək   sayılır kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana.

                                                                    Nizami Gəncəvi

O, elə bir zirvə idi ki, səviyyəsi vəzifəsindən qat-qat yüksəklərdə dururdu. 


Yüklə 310,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə