BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib



Yüklə 310,8 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix02.10.2017
ölçüsü310,8 Kb.
#2666
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

29 aprel   2016-cı il

Azərbaycan Tibb Universiteti əcnəbi tələbələrinin 

sayına  görə  ölkəmizdə  ilk  yeri  tutur.  Xatırla-

daq ki, hazırda 24 ölkədən 1000-ə yaxın xarici 

tələbə ATU-da tibb, əczaçılıq, stomatologiya ix-

tisasları üzrə müxtəlif pillələrdə təhsil alır. Dün-

yanın müxtəlif ölkələrinin vətəndaşları arasında 

ATU-da  təhsil  almağa  gələnlərin  sayında  artım 

müşahidə olunur.

    Azərbaycan  Tibb  Universitetini  bu 

tədbirdə xarici tələbələrlə iş üzrə dekan, do-

sent İsmayıl Əfəndiyev təmsil edib.

  Dosent İ.Əfəndiyev tədbirdə ATU barədə 

geniş  təqdimatla  çıxış  edib,  sərgiyə  gələn 

gənclərin  və  valideynlərin  çoxsaylı  suallarını 

cavablandırıb.

  Qeyd edək ki, İordaniya dövləti tərəfindən 

ATU-nun  diplomları  rəsmən  tanınındığından 

bu  ölkənin  gənc  vətəndaşlarının  Azərbaycan 

Tibb Universitetinə marağı ildən-ilə artır.

ATU-nun Əsaslı kitabxanasının və Azərbaycan 

dili kafedrasının əməkdaşları, “Təbib” qəzetinin 

kollektivi Əsaslı kitabxananın direktoru Ziyafət 

xanıma atası 



Sabir müəllimin 

vəfatından kədərləndiklərini bildirir və dərin 

hüznlə başsağlığı verirlər.

I uşaq xəstəlikləri  kafedrasının əməkdaşları 

kafedranın assistenti Həqiqət xanıma 

bacısının 

vəfatından kədərləndiklərini bildirir və dərin 

hüznlə başsağlığı verirlər.

II müalicə-profilaktika  fakültəsinin I kurs, 212

a

 qrup 


tələbəsi Nadirli Leyla Mehdi qızının adına verilmiş tələbə 

bileti itdiyi üçün etibarsız sayılır.

Stomatologiya  fakültəsinin  I  kurs,  704

b

  qrup  tələbəsi 



Yəzdanpənah Ziya Kazım oğlunun adına verilmiş tələbə 

bileti və qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.

Hümbətova  Rövnaq  Mahmud    qızına  1975-ci  ildə 

Azərbaycan  Tibb  Universiteti  tərəfindən  nevropatoloq 

ixtisası üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün eti-

barsız sayılır.

II  müalicə-profilaktika    fakültəsinin  III  kurs,  290

b

 



qrup tələbəsi Dadaşov Tofiq Tahir oğlunun adına verilmiş 

tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Baş redaktor

ELDAR İSMAYIL

Müəlliflərlə  redaksiyanın 

mövqeyi  üst-üstə düşməyə 

bilər.


Əlyazmalar  geri  qaytarılmır.

Qəzet “Təbib”  qəze ti nin  

kompyuter mər kə zində yığılır, 

səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də 

çap olunur. 

     


Ü N V A N I M I Z:

Mərdanov qardaşları - 98

c

2-ci mərtəbə,

Tel.: 595-24-97 

tabibqazeti@gmail.com

Lisenziya Н - 022633

İndeks -0269

Sayı 3000

Sifariş: 308

MİNNƏTDARLIQ

Hörmətli  redaksiya,  həyat  yoldaşım 

Mahirə Mirzəyeva bir ildən çox idi ki, daxili 

qanaxmadan əziyyət çəkirdi. Respublika-

mızda 4-5 klinikada olduq, müxtəlif tex-

niki və tibbi müayinələr apardılar, müsbət 

nəticə olmadı. İki dəfə İrana getdik, say-

sız-hesabsız müayinələrdən, analizlərdən 

keçdi, yenə ümidverici nəticə olmadı. 

Xəstədə  həkimə  inam  azalmışdı, 

dərmanlara,  yoxlamalara  etibar  etmirdi.  O, 

çox  arıqlamış,  artıq  yataqdan  qalxmağa, 

yeməyə  həvəsi  qalmamışdı.  Bu  vəziyyətdən 

xəbər  tutan  qohumlar  xəstəni  İmişli  Ra-

yon Mərkəzi Xəstəxanasının cərrahı Fərzulla 

Həsənova  göstərməyi  məsləhət  bildilər. 

Fərzulla  həkim  xəstəyə  yaxşılaşması  üçün 

4-5  günlük  müalicə  yazdı  və  sonra  Bakı 

Sağlamlıq  Mərkəzinə  aparmağı  vacib  saydı. 

Xəstəni  sağlamlıq  mərkəzində  səmimiyyətlə 

qəbul etdilər. Onun müalicə həkimi Hacıqu-

lu  Bağırov  bütün  lazımi  müayinələri  apar-

dı,  xəstənin  şikayətlərini  diqqətlə  dinlədi  və 

qərara gəldi ki, onu mütləq əməliyyat etmək 

lazımdır.  4-5  günlük  operativ  hazırlıqdan 

sonra  Hacıqulu  müəllim  uğurlu  əməliyyat 

apardı.  Əməliyyatdan  sonra  da  Hacıqu-

lu  müəllim  intensiv  müalicəni  davam  etdir-

di, az vaxtda xəstə  xeyli yaxşılaşdı. Həkim 

vacib  məsləhətlərini  verdi,  həyat  yoldaşımın 

gələcək müalicəsinin aparılması yollarına aid 

göstərişlər yazdı və evə buraxdı. İndi bir ay-

dan çoxdur ki, evdəyik. Mahirə xanım Hacı-

qulu həkimi, onun köməkçisi, ATU-nun rezi-

denti Püstə xanımı sonsuz minnətdarlıq hissi 

ilə  yad  edir,  onlara  uzun  ömür,  cansağlığı, 

çətin işlərində uğurlar arzulayır.

Hörmətli redaksiya, sonradan öyrəndim 

ki,  Hacıqulu  Bağırov  Azərbaycan  Tibb  Uni-

versitetinin  ümumi  cərrahlıq  kafedrası-

nın  dosenti,  Bakı  Sağlamlıq  Mərkəzinin  baş 

həkiminin  müavinidir.  Mən  həyat  yoldaşım 

Mahirə xanımın, uşaqlarımızın, nəvələrimizin 

adından,  şəxsən  öz  adımdan  mərkəzin  bü-

tün  kollektivinə,  onun  baş  həkimi  Hikmət 

Həsənova, xüsusən Hacıqulu müəllimə, Püstə 

xanıma  təmənnasız  xidmətə  görə  təşəkkür 

edir,  minnətdarlığımı  bildirirəm.  Arzum  bu-

dur ki, ölkəmizdə, Bakımızda belə abad, mü-

asir tələbələrə cavab verən tibb müəssisələri 

çox  olsun,  əlbəttə,  onun  həssas  kollektivi 

kimi.


 

Hörmətlə,

  Əsgər MİRZƏYEV, 

əmək veteranı, İmişli sakini

Pensiyaya çıxan adamın sağlamlıq du-

rumu yaxşılaşır

Şəfalı əllərin var olsun, həkim!

Azərbaycan Tibb Universiteti İordaniyada 

beynəlxalq təhsil sərgisinə qatılıb

 

Azərbaycanda 



2013-cü və 2014-

cü illərdə, eləcə 

də 2015-ci ilin 

ötən dövrü ərzində 

yerli yoluxma 

nəticəsində malya-

riya halları qeydə 

alınmayıb. Yalnız 

2013-cü ildə 4 

nəfər, 2014-cü 

ildə 2 nəfər, 2015-

ci ildə isə 1 nəfər 

tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmizə xarakterik 

deyil. Bu ilin ötən dövrü ərzində yerli yoluxma nəticəsində 

malyariya hallarına rast gəlinməyib.

Bu  faktları  Respublika  Gigiyena  və  Epidemiologiya  Mərkəzinin  şöbə 

müdiri  Süleyman  Məmmədov  AZƏRTAC-a  müsahibəsində  acılayıb.  Onun 

sözlərinə  görə,  Azərbaycanda  malyariya  ilə  bağlı  vəziyyət  1990-cı  illərin 

başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya 

hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu, 

əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində 

təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz 

və  Lənkəran  düzənliklərində  1997-ci  ildə  baş  vermiş  daşqınlar  vəziyyəti 

daha  da  ağırlaşdırmışdı.  1997-ci  ildən  başlayaraq  genişmiqyaslı  epide-

miyaya  nəzarət  işləri  nəticəsində  ölkəmizdə  malyariya  ilə  bağlı  vəziyyət 

yaxşılaşmağa başlayıb. Şöbə müdiri bildirib ki, 2005-ci ildə Özbəkistanın 

Daşkənd şəhərində Dünya Səhiyyə Təşkilatının Avropa Regionunda malya-

riyanın aradan qaldırılması ilə bağlı regional təşəbbüs üzrə keçirilmiş ilkin 

görüşdə “Malyariyaya nəzarətdən onun eliminasiyasına (aradan qaldırılma-

sına) doğru” Regional Bəyanatı qəbul edilib. Son bir neçə il ərzində ölkədə 

malyariyaya nəzarətlə bağlı əldə edilmiş əhəmiyyətli nəticələri nəzərə ala-

raq Azərbaycan Daşkənd Bəyanatını imzalamış və 2008-2013-cü illər üçün 

Azərbaycan Respublikasında “Malyariyanın Eliminasiyası üzrə Milli Strategi-

ya” qəbul edilib. Bu strategiya 2008-ci il martın 3-də Azərbaycan Respub-

likasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Yeni milli strategiyanın 

son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi idi. 

Hazırda milli məqsədə nail olunub.

Qeyd  edək  ki,  25  aprel  -  Ümumdünya  Malyariya  Günüdür.  Bu 

əlamətdar  gün  Ümumdünya  Səhiyyə  Assambleyası  tərəfindən  xəstəliyə 

nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib. Malyariya 

insana  anofeles  cinsindən  olan  ağcaqanadlar  vasitəsilə  keçir.  Ağcaqanad 

sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş ve-

rir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən 

xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya 

müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il 250 milyon 

insan malyariyaya yoluxur. Təkcə 2015-ci ildə malyariyadan ölənlərin sayı 

438 min nəfər olub. Problem 2009-cu ildə dünyada daha aktual olub. Ha-

zırda 3,2 milyard insan malyariyaya yoluxma təhlükəsi ilə üz–üzədir. Bu-

nunla yanaşı, dünyanın 57 ölkəsində yeni malyariya halları 75 faiz azalıb.

Universitetimizin I daxili xəstəliklər və reanimatologiya kafedrası-

nın dosenti Nağdəli Zamanovun gərgin əməyi nəticəsində ərsəyə gələn 

iki cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqra-

fiyası “Elm və təhsil” nəşriyyatının vəsatəti ilə Azərbaycan  Respubli-

kası Dövlət Mükafatı Komissiyasına  təqdim olunub. 

Qeyd edək ki, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun 

ön söz yazdığı monoqrafiya 976 səhifədən, 31 fəsildən ibarətdir.  Ulu 

Öndərin nitqlərinin müxtəlif aspektlərinin kompleks şəkildə araşdırıl-

dığı monoqrafiya dilçilik, ədəbiyyat, jurnalistika, diplomatiya, tibb və 

digər sahələrdə çalışan mütəxəssislər üçün dəyərli vəsaitdir.



“TƏBİB”

Bu il Azərbaycanda yerli yoluxma nəticəsində 

malyariya halları qeydə alınmayıb

Əməkdaşımızın monoqrafiyası 

Dövlət Mükafatına təqdim olunub

 Allah  rəh mət  elə sin!



ATU-nun mətbuat xidməti

Yüklə 310,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə